Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 416,07 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix02.10.2017
ölçüsü416,07 Kb.
#2568
1   ...   7   8   9   10   11   12   13   14   15

38 

 

Plastik  kütlə  materiallarının  öz  aralarında,  həm  də  başqa  materiallarla  – 



məsələn, metalla, ağacla və s. asan yapışması müxtəlif kombinasiyalı yapışdırılmış 

inşaat  məmulatlarının və konustruksiyaların hazırlanması üçün geniş perspektivlər 

açır. 

Bir  inşaat  materialı  kimi  polimerlərin  çatışmayan  cəhətlərinə  istiliyə  az 



davamlığı  (70-200°C-yə  qədər)  aid  edilə  bilər.  Bu  xassə  plastik  kütlələrin  əksə-

riyyətinə  aiddir,  yalnız  bəzi  tip  plastiklər,  məsələn,  silisium-üzvi  birləşmələr, 

politetraftoretilen  daha  yüksək  temperaturlarda  (350°C-yə  qədər)  işlədilə  bilər. 

İstiliyə  davamlılıq  xassəsi  plastik  kütlə  əsaslı  örtük  materialları  üçün  xüsusilə 

vacibdir.  Belə  ki,  radiasiya  hesabına  bəzi  coğrafi  rayonlarda  materialın  səthində 

temperatur 80°C-yə çata bilər. 

Bərkliyinin  az  olması,  termiki  genişlənmə  əmsalının,  yanmaya  meyilliyin 

yüksək  olması,  zəhərləyici  xassələrə  malik  olması  polimer  materiallarının  mənfi 

cəhətlərindəndir. 

Polimer  inşaat  materiallarının  uzunömürlülük  xassəsi  kifayət  qədər  öyrə-

nilməmişdir. Qeyd etmək lazımdır ki, uzunömürlülüyün, xassələrin zamandan asılı 

olaraq  dəyişməsinin  elmi  cəhətdən  öyrənilməsi  polimer  materiallarının  inşaatda 

məqsədyönlü  tətbiqini  düzgün  müəyyənləşdirməyə  əhəmiyyətli  dərəcədə  təsir 

edəcəkdir. 

Polimer  inşaat  materiallarının  istehlak  xassə  göstəriciləri  laboratoriya  üsulu 

ilə  təyin  edilir.  Sınaqlar  sənaye  müəssisələrində  standart  forma  nümunələri 

üzərində  qüvvədə  olan  standart  üsullarla  aparılır.  Sınaq  üsullarının  vacibliyini 

nəzərə alaraq onların bəzilərinin izah olunmasını məqsədəuyğun hesab edirik. 

Polimer  materiallarının  yüksək  temperatur  şəraitində  mexaniki  təsirə  müqa-

vimət  göstərmək  qabliyyətinə  istiliyə  davamlılıq  deyilir.  Bu  xassə  laboratoriyada 

həm Vik üsulu, həm də Martens üsulu ilə təyin edilir. 

Vik  üsulunu  mahiyəti  cihazın  silindirik  formalı  ucluğunun  sabit  yük  altında 

olan  nümunəyə 1  mm dərinliyə kimi daxil olduğu zaman  temperaturun təyin edil-

məsindən  ibarətdir.  Təcrübə  üçün  qalınlığı  3mm-dən  artıq  olmayan  nümünə 




39 

 

götürülür.  Təcrübə  3  dəfə  aparılaraq  orta  qiymət  hesablanır.  Bu  üsul  bircinsli 



materiallar üçün əlverişlidir. 

İstiliyə  davamlılığı  Martens  üsulu  ilə  təyin  etmək  üçün  sınaq  materialından 

120x15x10 mm ölçüdə çubuqlar hazırlayır, sonra həmin çubuqları 50kq/sm

2

 qüvvə 



təsiri  altında  tədricən  qızdırırlar.  Sınaq  nümunəsi  müəyyən  ölçüyə  qədər  əyildiyi, 

yaxud  sındığı  temperatur  qeyd  olunur  və  bu  temperatur  sınaqdan  keçirilən 

materialın istiliyə davamlılığı kimi qeyd olunur. 

Axıcılıq  polimer  inşaat  materialları  üçün  vacib  xassələrdən  biridir.  Polimer 

materialın  temperaturun  və  təzyiqin  təsiri  ilə  axaraq  pres  formanı  doldurmaq 

qabliyyətinə  axıcılıq  deyilir.  Termoplastik  materialların  axıcılığı  Raşiq  üsulu  ilə 

təyin edilir. Axıcılığı az olan materiallar pres formanı yaxşı doldurmur və nəticədə 

pis  formalaşmış  material  alınır.  Axıcılığın  təyin  edilməsi  presləmə,  yaxud  təzyiq 

altında  tökmə  üçün  düzgün  rejim  seçilməsinə,  yəni  məmulatlar  hazırlanmasında 

optimal temperatur və təzyiqin seçilməsinə imkan verir. 

Raşıq pres-forması  iki  metal dayaq  üzərində yerləçdirilmişdir. Pres-formanın 

aşağı  deşiyindən  sıxılıb  çıxarılan  material  cilalanmış  metal  səth  üzərinə  axır. 

130°C-yə  qədər  qızdırılan  pres-formaya  12q  sınaq  materialı  yüklənir  və  puanson 

aşağı  endirilir,150°C-yə  qədər  qızdırıldıqdan  sonra  300kq/sm

2

-ə  qədər  təzyiq 



altında sıxılır. Yumşalmış material aşağı deşikdən axmağa başladıqda saniyəölçəni 

işə  salırlar.  Axma  bir  dəqiqədən  sonra  kəsilir,  otaq  temperaturuna  kimi  soyudulur 

və  analitik  tərəzidə  0,001  q  dəqiqliklə  çəkilir.  Bir  saniyədə  axan  materialın 

milliqramlarla miqdarı axıcılıq göstəricisi kimi qəbul edilir və mq/san ilə ölçülür. 



Ərimə indeksi polimer inşaat materialları üçün əhəmiyyətli xassə olub,190°C 

temperaturda 10 dəqiqədə standart ucluqdan keçən maddənin qramlarla miqdarı ilə 

müəyyən edilir. Ərimə indeksi plastometrlə təyin edilir. Plastometr içərisində kanal 

yerləşən  silindirik  polad  gövdədən  ibarətdir.  Ərimə  indeksi  standart  metodun 

tələbinə uyğun olaraq 5 dəfə təyin edildikdən sonra orta qiymət götürülür. 

Polimer materiallarının suçəkməsi  rütubətə davamlılığı ilə xarakterizə olunur. 

Bunu  standart  formada  nümunənin  (10x15x120mm)  20±2°C  temperaturda  olan 

suda 24 saat müddətində saxlanılmaqla təyin edilir. Bunu nümunənin əvvəlki quru 




40 

 

halda  və  suda  saxlanıldıqdan  sonrakı  çəkisini  müqayisə  etməklə  müəyyən-



ləşdirirlər. standartın tələbinə uyğun olaraq polimer materialın sugötürməsi nümu-

nənin ilkin çəkisinə görə faizlə ifadə edilir. 

Polimer  materialları  üçün  əhəmiyyətli  xassələrdən  biri  də  elektrik  möhkəm-

liyidir (elektrik keçirməməsi) ki, bu da elektroizolyasiya göstəricisi ilə xarakterizə 

edilir. 

Polimer  inşaat  materialları  yaşayış  binalarının  daxili  hissəsində  geniş  tətbiq 

olunduğu  üçün(polimer  qapı-pəncərə,  polimer  döşəmə  materialları,  dekorativ 

məmulatlar və s.) onların sanitar – gigyenik baxımdan qiymətləndirilməsinə xüsusi 

diqqət  yetirilməlidir.  Bir-çox  sintetik  qətranlar  zərərsiz  olsalar  da  onların 

tərkibində  kiçik  molekullu  maddələr  də  olur,  eləcə  də  bəzi  növ  plastifikatorlar, 

boyaqlar, katalizator və sabitləşdiricilər özləri də zəhərli maddələrdir. Ona görə də 

fizioloji zərərli  maddələr bir sıra  hallarda plastik kütlədən  istismar şəraitinin təsiri 

nəticəsində  ayrılır  ki,  bu  da  istehlakçılar  üçün  xoşagəlməz  nəticələr  verə  bilər. 

Buna  görə  də  ticarətə  daxil  olan  polimer  inşaat  materialları  sanitar-gigyenik 

ekispertizadan keçirilməlidir. 

Kimyəvi  xassələr.  Polimer  materiallarınin  dəyərli  xassələrindən  biri  də 

onların  kimyəvi  təsirlərə  davamlı  olmasıdır.  Buna  görə  də  kimya  sənayesində 

aqressiv mühitlərdə işlədilmək üçün plastik kütlələrdən müxtəlif inşaat materialları 

hazırlanır. 

Polimer  materiallarının kimyəvi davamlılığı  onların tərkibinə daxil olan bağ-

layıcıların  və  doldurucuların  kimyəvi  davamlılığından  asılıdır.  Sintetik  polimer-

lərin  əksəriyyəti  aqressiv  mühitin  təsirinə  qarşı  yüksək  davamlılıq  göstərir. 

Polimerlərin  kimyəvi  davamlılığı  onların  quruluş  xüsusiyyətləri  ilə  ələqədardır. 

Makromolekulları  karbon  zənciri  ilə  əmələ  gələn  yüksək  molekullu  birləşmələr 

turşuların,  qələvilərin,  duzların  və  zəif  oksidləşdiricilərin  təsirinə  davamlıdır. 

Karbon  zəncirində  bəzi  funksional  qrupların  olması  kimyəvi  maddələrin  təsirinə 

qarşı müqaviməti artıra və ya azalda bilər. Məsələn, tərkibində hidrofi və hidroksil 

qrupları  olan  polivinil  spirti  suyun,  turşuların  və  qələvilərin  təsirinə  qarşı  az 

davamlıdır.  Əksinə,  makromolekullarında  flüor  olan  politetraftoretilen  daha 




Yüklə 416,07 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə