Azərbaycan respublikasinda ekoloji Üsullarla təmiz məhsul istehsali, emali, etiketləNMƏsi və marketiNQİ ÜÇÜN



Yüklə 437,88 Kb.
Pdf görüntüsü
səhifə13/17
tarix30.04.2018
ölçüsü437,88 Kb.
#40774
1   ...   9   10   11   12   13   14   15   16   17

müəyyən edilməlidir. Yemləmə son bal məhsulu vermə ilə növbəti nektar və ya bal şirəsi 

gətirmə dövrü arasında aparıla bilər.   

 

Keçid dövrü  

66. Əgər bu standarta minimum 1 il ərzində  riayət edilirsə, o zaman  arı məhsulları ekoloji 

istehsal edilmiş kimi satıla bilər. Keçid dövrü müddətində mum ekoloji istehsal edilmiş 

mumla  əvəz  edilməlidir. Əgər  bir  il  müddətində  bütün  mum  ekoloji  mumla  əvəz  edilə 

bilmirsə, sertifikatlaşdırma qurumu  keçid dövrünü uzada bilər. İstisna hallarda, nə vaxt 

ki,  ekoloji  istehsal  edilmiş  arı  mumu  əldə  etmək    mümkün  deyil,  bu  standarta  cavab 

verməyən    mənbələrdən  olan  mumlardan  da  GABA-nın  sertifikatlaşdırma  qurumunun 

icazəsi  ilə  istifadə  edilə  bilər.  Ancaq  bir  şərtlə  ki,  həmin  ərazidə  qadağan  edilmiş 

materiallardan istifadə edilməsin.   

67. Əgər pətəklərdə əvvəllər qadağan olunmuş maddələr tətbiq edilməyibsə, pətəklərdə 

mumun dəyişilməsinə ehtiyac yoxdur.   

 

Arıların mənşəyi  

68. Arı ailəsi ekoloji istehsala keçə bilər. Təqdim olunan arılar mümkün qədər ekoloji 

istehsal vahidlərindən gətirilə bilər.   

69.  Cinslərin  seçimində  onların  yerli  şəraitə  adaptasiya  olunma  bacarıqları,  uzun 

ömürlülükləri və xəstəliklərə davamlılıqları da  nəzərə alınmalıdır.  

 

Arıların sağlamlıqları   

70. Arı  ailəsinin sağlamlığı  yaxşı kənd təsərrüfatı praktikası,  düzgün cins seçimi ilə 

xəstəliklərin qarşısını almaqla və pətəklərlə düzgün davranma ilə  qorunub saxlanıla bilər. 

Buraya daxildir:  

a) yerli şəraitə yaxşı uyğunlaşan və soyuğa, şaxtayadavamlı cinslər; 

b) əgər lazım gələrsə, ana arıları təzələmək; 

c) avadanlıqların müntəzəm təmizlənməsi və dezinfeksiyası; 

d) müntəzəm olaraq arı mumlarını təzələmək; 

e) pətəklərdə kifayət qədər tozcuğun və balın olması; 

f) pətəklərdə olan anomal halları ortaya çıxarmaq üçün sistematik yoxlamalar

g) pətəklərdə erkək arılara müntəzəm nəzarət

h) əgər lazım gələrsə, xəstə pətəkləri təcrid edilmiş ərazilərə aparmalı;  

i) yoluxmuş və çirklənmiş pətəkləri və materialları məhv etmək. 

71. Zərərvericilər və xəstəliklər üçün aşağıdakılara icazə verilir :  

− süd turşusu, oksalat turşusu, asetat turşusu  

− qarışqa turşusu  

− kükürd 

− təbii efir yağları  (məs., mentol, evkalipt,  kamfora) 

 − Basillus  thuringiensis (çöpşəkilli bakteriya) 

 − buxar və ya birbaşa alov. 

72.  Əgər  profilaktik  tədbirlər  nəticə  verməzsə,  o  zaman    baytarlıq  müalicə  vasitələri 

aşağıdakı şərtlər daxilində istifadə edilə bilər:  

a)  fitoterapevtik  (bitki  məhsulları  ilə  müalicə)  və  homeopatik  müalicə  metodlarına 

üstünlük verilir;  




b) əgər allopatik kimyəvi sintez edilmiş tibbi dərmanlardan istifadə edilirsə, o zaman arı 

məhsulları  ekoloji  kimi  satıla  bilməz.  Dərmanlanmış  pətəklər  təcrid  edilmiş  halda 

saxlanmalı və onlar üçün birillik keçid dövrü müəyyən edilməlidir.  

Bütün  mumlar bu standarta müvafiq olan mumlarla əvəz edilməlidir;   

c) hər bir baytarlıq müalicəsi aydın şəkildə sənədləşdirilməlidir.   

 

73.  Erkək  arıların  məhv  edilməsi  praktikasına  ancaq  Varroa  jacobsoni    ilə  yoluxma 



halında icazə verilir.   

 

İdarəetmə  

 

74. Arı pətəklərinin əsası ekoloji istehsal olunmuş mumdan qoyulmalıdır.   



75.  Pətəklərdə  arıların  məhsul  toplamaq  məqsədilə  pərən-pərən  salınıb,  dağıdılması 

qadağandır.   

76. Şikəstetmə, məsələn, ana arıların qanadlarının kəsilməsi qadağandır.   

77. Kimyəvi sintetik repellentlərin istifadəsi bal məhsulu alındığı ərəfədə  qadağandır.   

78. Tüstüdən istifadə minimum səviyyədə olmalıdır. Qəbul edilmiş tüstüverici materiallar 

ya təbii olmalıdır, ya da bu standartın tələblərinə cavab verən materiallardan olmalıdır.   

79.  Arıçılıq  məhsullarının  emalı və  ya  bal  kəsimi  müddətində hərarəti  mümkün qədər 

aşağı səviyyədə saxlamaq məsləhət görülür.  

 

 

Qeydiyyatların saxlanması  



80. Sahibkar təfsilatı ilə gündəlik qeydiyyatlarını Əlavə 3, paraqraf 7-də qeyd olunduğu 

kimi  yazıb  saxlamalıdır.  Sxemlər  (xəritələr)  pətəklərin  bütün  yerləşmə  yerlərinin  

təsvirini özündə əks etdirməlidir.   

 

C. Emal,  saxlama, daşinma və qablaşdirma  

 

81.  Ekoloji  məhsulların  etibarlılığı  emal  mərhələsindən  kənar  digər  mərhələlərdə  də 

qorunub saxlanmalıdır. Buna xüsusi texniki vasitələrdən istifadə ilə nail olunmuşdur və 

bu  da  inqrediyentlərin  çox  diqqətlə  aparılan  emal  metodlarına  əsaslanır.  Bu  metodlar 

əlavələrin  və  emala  köməkçi  vasitələrin  təmizlənməsi  və  istifadəsindən  ibarətdir. 

İonlaşdırılmış  şüalardan  ekoloji  məhsulların  zərərvericilərinə  nəzarətdə,  ərzaq 

saxlanılmasında, patogenlərin azaldılmasında və təmizlənməsində istifadə etmək olmaz.   

Zərərvericilərin idarəedilməsi 

82.  Zərərvericilərin  idarəedilməsi  və  onlara  nəzarətdə  aşağıdakı  tədbirlərdən  istifadə 

edilməlidir:  

a) Zərərverici yaşadığı yerlərin və avadanlıqlara daxil olması yollarının məhv edilməsi və 

azaldılması  üçün  edilən  profilaktik  tədbirlər  zərərvericilərlə  mübarizədə  başlıca 

metodologiya olmalıdır;  

b)  Əgər  profilaktik  metodlar  qeyri-adekvatdırsa,  zərərvericilərə  nəzarətdə  ilk  seçim 

mexaniki-fiziki və ya bioloji metodlar olmalıdır;  

c) Əgər mexaniki-fiziki və ya bioloji metodlar zərərvericilərə nəzarətdə qeyri-adekvat-

dırsa,  Əlavə 2-də, Cədvəl 21-də göstərilən pestisidli-zəhərli maddələrdən  

 (və ya bu standartlara müvafiq olaraq  GABA tərəfindən icazə verilən digər maddələr) 

istifadə edilə bilər, ancaq bir şərtlə ki, bu maddələrdən emalda, saxlanmada, daşınmada 

və  emal avadanlıqlarını mühafizə məqsədi ilə istifadəsinə icazə verilsin və bu maddələrin  

ekoloji  məhsullarla təmasına yol verilməsin.  




Yüklə 437,88 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə