Azərbaycan respublikasinda ekoloji Üsullarla təmiz məhsul istehsali, emali, etiketləNMƏsi və marketiNQİ ÜÇÜN



Yüklə 437,88 Kb.
Pdf görüntüsü
səhifə14/17
tarix30.04.2018
ölçüsü437,88 Kb.
#40774
1   ...   9   10   11   12   13   14   15   16   17

83.  Zərərvericilərin  qarşısı  yaxşı  idarəetmə  praktikası  ilə  də  alına  bilər.  Saxlama 

binalarında və ya nəqliyyat  konteynerlərində  fiziki maneələr və ya səs, ultra-səs, işıq, 

ultra bənövşəyi şüa, tələlər (feremon tələləri, və s.), nəzarət olunan hərarət, nəzarət olunan 

atmosfer havası (karbon dioksid, oksigen, azot) və  digər praktikalar da bu sıradan sayıla 

bilər.   

84. Yığımdan sonrakı dövrlərdə və ya karantin  məqsədilə Əlavə 2-də siyahıya alınmayan 

pestisidlərdən bu Standarta müvafiq olaraq istehsal edilən məhsullar üçün istifadə  edilə 

bilməz.  Əks  halda,  o,  ekoloji  yolla  istehsal  olunan  məhsulların  ekoloji  statusunun 

itirilməsinə gətirə bilər.   

 

Emal və istehsal  

85. Emal metodları mexaniki, fiziki və ya bioloji olmalıdır (məs. marinadlaşdırma və ya 

hisəvermə) və  Əlavə 2 Cədvəl 3 və 4-də  göstərilən qeyri-kənd təsərrüfatı inqrediyentlə-

rinin və əlavələrinin  istifadəsini minimuma endirir.  

 

Qablaşdirma   

86.  Qablaşdırma  materiallarının  seçilməsində    yaxşı  olardı  ki,  bioloji  cəhətdən  tez 

parçalanan,  təkrar istifadə edilən və ya edilə bilən mənbələrə üstünlük verilsin.  

 

Saxlanma və daşınma 

87. Məhsulun etibarlılığı saxlanma, daşınma və davranma müddətində aşağıdakı  şərtlər 

daxilində qorunub saxlanmalıdır:  

a)  Ekoloji  məhsulların    qeyri-ekoloji    məhsullarla  qarışmasının  qarşısı  hər  zaman 

alınmalıdır;  

b) Ekoloji məhsulların ekoloji təsərrüfatçılıqda və emalda istifadəsinə icazə verilməyən 

materiallar və  maddələrlə təması qadağandır.  

88.  Təsərrüfatın  ancaq  bir  hissəsi  sertifikatlaşdırıldığı  halda,  bu  Standarta  cavab 

verməyən digər  məhsullar ayrıca olaraq saxlanmalı və qablaşdırılmalıdır və hər iki  növ 

məhsullar aydın şəkildə fərqləndirilə bilinməlidir.   

89. Ekoloji məhsullar üçün olan anbarlar (məhsullar açıq şəkildə saxlanan) konvensional 

məhsullar olan anbarlardan ayrı olmalıdır və  müvafiq olaraq aydın etiketlənməlidir. 

90.  Ekoloji  məhsullar  üçün  olan  saxlanma  əraziləri  və  nəqliyyat  konteynerləri  ekoloji 

istehsalda  icazə  verilən  metodlar  və  materiallardan  istifadə  etməklə  təmizlənməlidir. 

Tədbirlər  əvvəllər  ekoloji  məhsullar  üçün  nəzərdə  tutulmayan  saxlama  ərazilərində  və 

konteynerlərdə  Əlavə  2-də  qeyd  olunmayan  pestisidlər  və  ya  vasitələrin  istifadəsi  ilə 

mümkün çirklənmənin qarşısını almaq məqsədi ilə həyata keçirilir.   

 

Ekoloji ərzaq məhsullarının istehsalı üçün icazə verilən maddələr  



 

Profilaktik tədbirlər  

1.    Ekoloji  sistemdə  torpağın  gübrələnməsi  və  yaxşılaşdırılması,  zərərverici  və 

xəstəliklərə nəzarət, heyvanların sağlamlığı və heyvandarlıq  məhsullarının keyfiyyətini 

yaxşılaşdırmaq üçün və ya ərzaq məhsullarının hazırlanması,  saxlanması və konservləş-

dirilməsində istifadə olunan hər hansı bir maddə  müvafiq milli tənzimləmələrə uyğunlaş-

malıdır.  

2. Aşağıda verilən  siyahıda qeyd olunan  maddələrin istifadə şəraiti və şərtlərini, məsələn, 

həcmi, tətbiqinin tezliyi, xüsusi məqsədləri sertifikatlaşdırma qurumu təyin edir.   




3.  Maddələr  ilkin  emal  üçün  tələb  olunduğu  halda  onlar  çox  diqqətlə    və  bu  sahədə 

biliklərə  malik  olmaq  şərtilə  istifadə  olunmalıdır, çünki  hətta  istifadəsinə  icazə  verilən 

maddələr belə bəzən səhv istifadə edilə bilər, torpağın və təsərrüfatın ekoisistemini məhv 

edə bilər.   



 

Torpağin  gübrələnməsi və  yaxşilaşdirilmasi üçün istifadə olunan maddələr  

 

Maddələr 

Təsvir, tərkibinə qoyulan tələblər  

və istifadə şərtləri 

Təsərrüfatyanı peyin  

Heyvan  nəcisi  və  bitki  qarışıqlarından  (heyvan  üçün  döşənək)  ibarət 

məhsul. 


Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var. 

Heyvan növlərinin əlamətləri.   

Ekstensiv heyvandarlıq fermalarından gətirilir. 

Maye  halda  olan  heyvan 

ekskrementi (maye peyin, 

sidik və s.) 

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var. 

Nəzarət  olunan  fermentasiyadan  və  yaxud  müvafiq  durulaşdırmadan 

sonra.  

Heyvan növlərinin əlamətləri.   

“Zavod” təsərrüfat  mənbələri qadağan edilir. 

Kompostlaşdırılmış 

heyvan 

ekskrementləri, 



həmçinin  quş  zılı  və 

kompostlaşdırılmış 

təsərrüfatyanı peyin 

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var. 

“Zavod” təsərrüfat  mənbələri qadağan edilir. 

Qurudulmuş 

təsərrüfatyanı  gübrə  və 

dehidratlaşdırılmış 

quş 

peyini  


Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var. 

Heyvan növlərinin əlamətləri.   

Ekstensiv heyvandarlıq fermalarından gətirilir. 

Guano 


Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var. 

“Zavod”  təsərrüfatçılığı sənaye idarəetmə sisteminə əsaslanır ki,  burada ekoloji kənd təsərrüfatında 

istifadəsinə icazə verilməyən baytarlıq və yem materiallarından istifadə edilir.   

 

Göbələk təsərrüfatı  tullantıla-



rından və Vermikulit substratı 

qalıqlarından 

hazırlanan  

kompost  

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var. 

Substratın 

ilkin 

tərkibi 


bu 

siyahıda 

olan 

məhsullarla 



məhdudlaşdırılmalıdır. 

Qurdların 

(soxulcan 

kompostları)  və  həşəratların  

ekskrementləri  

 

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var. 



Substratın 

ilkin 


tərkibi 

bu 


siyahıda 

olan 


məhsullarla 

məhdudlaşdırılmalıdır. 

Torf 

Bağçılıqda  məhdud  şəkildə  istifadə    (bazar  bağçılığı,  gülçülük, 



meşəçilik, tinglik) 

Gil 


(məs. perlit, vermikulit və s.) 

 

Kompostlaşdırılmış  və  yaxud 



çürüdülmüş məişət tullantıları   

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac var.  

Ancaq tərəvəz və heyvani məişət tullantıları.  

Sortlara ayrılmış məişət tullantılarından alınan kompostlaşdırılmış və 

bioqaz istehsalı üçün anaerob şəkildə fermentləşdirilmiş məhsullar. 



Yüklə 437,88 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə