Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında



Yüklə 1,01 Mb.
səhifə12/13
tarix14.02.2018
ölçüsü1,01 Mb.
#26977
1   ...   5   6   7   8   9   10   11   12   13
(“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 171) ilə 83.5-ci maddədə “istirahət və iş günü hesab edilməyən bayram günləri” sözləri “istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü” sözləri ilə əvəz edilmişdir.

20 aprel 2012-ci il tarixli 324-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 406) ilə 83.5-ci maddədə “(ombudsmana)” sözündən sonra “, Milli preventiv qrupa” sözləri əlavə edilmişdir.




47 24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 607) ilə . 84.1-ci maddənin birinci cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



Müddəti on dəqiqə olmaqla ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər ildə altı, digər məhkumlar isə ildə on iki dəfə telefonla danışmaq hüququna malikdirlər. Şəhərlərarası telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumları tərəfindən ödənilir.
16 oktyabr 2012-ci il tarixli 448-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 noyabr 2012-ci il, № 266, “Azərbaycan” qəzeti, 30 noyabr 2012-ci il, № 267) ilə 84.1-ci maddədə "həftədə bir dəfə" sözləri "həftədə iki dəfə" sözləri ilə, "ayda iki dəfə" sözləri "həftədə bir dəfə" sözləri ilə əvəz edilmişdir.


48 24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 607) ilə 84.4-cü maddədə "arasında" sözündən sonra "yaxın qohumlar istisna olmaqla" sözləri əlavə edilmişdir.


49 16 oktyabr 2012-ci il tarixli 448-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 noyabr 2012-ci il, № 266, “Azərbaycan” qəzeti, 30 noyabr 2012-ci il, № 267) ilə 84.5-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



84.5. Məhkumların telefon danışıqlarına cəzaçəkmə müəssisəsinin işçi heyəti tərəfindən nəzarət edilir.


50 24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 607) ilə 86.3-cü maddədə "zorakılığı" sözündən sonra ", ekstremizmi, terroru" sözü əlavə edilmişdir, "millətlərarası və dini" sözləri "milli, dini və irqi" sözləri ilə əvəz edilmişdir.


51 4 mart 2005-ci il tarixli 856-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-cı il, № 4, maddə 278) ilə 89.1-ci maddəsində “ölkə daxilində” sözlərindən sonra “və fövqəladə vəziyyət ləğv edildikdən sonra” sözləri əlavə edilmişdir.


52 31 may 2011-ci il tarixli 138-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 473) ilə yeni məzmunda 89.4-1-ci maddə əlavə olunmuşdur.


53 24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 607) ilə 91.3-cü maddədə "nəzərə alınmaqla" sözlərindən sonra "dövlət hesabına" sözləri əlavə edilmişdir.


54 24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 607) ilə 91.4-cü maddədə "yeməklə" sözündən sonra "dövlət hesabına" sözləri əlavə edilmişdir, bu maddənin üçüncü cümləsi çıxarılmışdır.


55 24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 607) ilə 91.6-cı və 91.7-ci maddələr çıxarılmışdır.


56 5 mart 2010-cu il tarixli 971-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 275) ilə 91.9-cu maddənin birinci cümləsindən “, həmçinin idman paltarı” sözləri çıxarılmışdır.


57 5 mart 2010-cu il tarixli 971-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 275) ilə Məcəlləyə 91-1-ci maddə əlavə edilmişdir.


58 24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 607) ilə 93.2-ci maddənin birinci abzası yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



Cəzaçəkmə müəssisələrində məhkumlara tibbi xidmət göstərmək üçün tibb-sanitariya hissələri, həmçinin yoluxucu xəstələrin, alkoqolizm və narkomaniyaya düçar olanların, insan immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş xəstələrin ambulator müalicəsi və saxlanılması üçün müalicə müəssisələri təşkil edilir.


59 19 aprel 2002-ci il tarixli 310-IIQD nömrəli "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununa və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 240) ilə 93.2-ci maddəyə ikinci abzas əlavə edilmişdir.


60 21 dekabr 2010-cu il tarixli 37-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral 2011-ci il, № 39, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 70) ilə 93.2-ci maddəsinə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.


61 24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 607) ilə birinci cümlədə "Cəzaçəkmə müəssisələrində məhkumlar" sözləri "Məhkumlar" sözü ilə əvəz olunmuşdur, üçüncü cümlədə "həmin hissənin" sözləri "habelə müalicə müəssisəsində həmin müəssisənin tibb" sözləri ilə əvəz edilmişdir.


62 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 12-ci fəslin adında “peşə təhsili” sözləri “ilk peşə-ixtisas təhsili” sözləri ilə əvəz edilmişdir.


63 24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 607) ilə üçüncü cümlədə "sahələrində və" sözləri "sahələrində, bu müəssisələrin normal fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulmuş təsərrüfat və məişət işlərində, habelə" sözləri ilə əvəz edilmişdir və yeni məzmunda 5-ci və 6-cı cümlələr əlavə edilmişdir.


64 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 95.2-ci maddədə “əlilliyi” sözündən sonra “, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilmişdir.


65 1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 171) ilə 96.2-ci maddədə “iş günü hesab edilməyən bayram günlərində” sözləri “səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə” sözləri ilə əvəz edilmişdir.


66 24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 607) ilə 99.2-ci maddənin birinci cümləsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



Məhkumların yeməyinə və onlara verilmiş paltara çəkilən xərc gəlir vergisi, dövlət sosial müdafiə fonduna ayırmalar və digər məcburi ayırmalar tutulduqdan sonra ödənilir.


67 24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 607) ilə 99.3-cü maddədə "iyirmi beş" sözləri "əlli" sözü ilə, "əlli" sözü "altmış" sözü ilə əvəz edilmişdir.


68 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 100-cü maddənin adında və mətnində ismin müvafiq hallarında “peşə təhsili” sözləri ismin müvafiq hallarında “ilk peşə-ixtisas təhsili” sözləri ilə əvəz edilmişdir.


69 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 100.2-ci maddədə “əlilliyi” sözündən sonra “, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilmişdir.


70 24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 607) ilə 100.8-ci maddə çıxarılmışdır.


71 5 mart 2010-cu il tarixli 971-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 275) ilə 101.3-cü maddədə “gündəlik qaydasında” sözləri “gün bölgüsündə” sözləri ilə əvəz edilmişdir.


72 24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 607) ilə 102.4-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



102.4. İntizam və cərimə təcridxanalarında, kamera tipli otaqlarda, həmçinin həbsxanalarda, təsərrüfat və məişət xidməti işi üçün saxlanılan məhkumlar istisna olmaqla, digər məhkumların kinofilmlərə və televiziya verilişlərinə baxmasına icazə verilmir.


73 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 104-cü maddənin adından və mətnindən “orta” sözü çıxarılmışdır.


74 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 104.1-ci maddədə “əlilliyi” sözündən sonra “, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilmişdir.


75 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 105.1.3-cü maddədə maddələrdə “şərti maliyyə vahidi məbləğinin üç mislinədək” sözləri “dörd manatadək” sözləri ilə əvəz edilmişdir.


76 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 105.1.7-ci maddədə maddələrdə “şərti maliyyə vahidi məbləğinin üç mislinədək” sözləri “dörd manatadək” sözləri ilə əvəz edilmişdir.

24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 607) ilə 105.1.7-ci maddədə "dörd manatadək" sözləri "on beş manatadək" sözləri ilə əvəz edilmişdir.




77 24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 607) ilə 105.1.10-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 105.1.11-ci maddə əlavə edilmişdir.


78 31 may 2011-ci il tarixli 138-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 473) ilə 107.3-cü maddə yeni redaksiyada verilmişdir.
əbvvəlki redaksiyada deyilirdi.

107.3. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlara yataqxanadan kənarda yaşamaq hüququnun ləğv edilməsi və bir aya qədər işdən sonra asudə vaxtlarda yataqxanadan kənara çıxmağın qadağan edilməsi kimi tənbeh tədbirləri tətbiq edilə bilər.


79 24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 607) ilə yeni məzmunda 107.6-cı maddə əlavə edilmişdir.


80 24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 607) ilə 108.1.1-ci maddədə "əldə etmək, saxlamaq və ya" sözləri çıxarılmışdır.


81 7 dekabr 2007-ci il tarixli 509-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1218) ilə 108.1.2-ci maddəsində “narkotik” sözündən sonra “vasitələri” sözü əlavə edilmişdir.


82 31 may 2011-ci il tarixli 138-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 473) ilə yeni məzmunda 108.1-1-ci maddə əlavə edilmişdir.


83 24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 607) ilə 109.1-ci maddədə "zamanı" sözündən sonra "məhkuma öz əməlini yazılı və ya şifahi qaydada izah etmək imkanı verilir," sözləri əlavə edilmişdir.


84 24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 607) ilə 109.2-ci maddəyə yeni məzmunda ikinci, üçüncü və dördüncü cümlələr əlavə edilmişdir.


85 24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 607) ilə 110.4-cü maddədə "müalicə müəssisələrinə" sözlərindən sonra "və cəzaçəkmə müəssisələrinin tibb-sanitariya hissələrinə" sözləri əlavə edilmişdir.


86 31 may 2011-ci il tarixli 138-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 473) ilə 112.2-ci maddədə “ilk dəfə ağır cinayətlərə görə məhkum olunmuş” sözlərindən sonra “və bu Məcəllənin 70.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada ciddi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş” sözləri əlavə edilmişdir.


87 24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 607) ilə 113.2.2-ci maddədə "doqquz manatadək" sözləri "əlli manatadək", 113.3.1-ci maddədə "üç manatadək" sözləri "on beş manatadək", 113.4.2-ci maddədə "yeddi manatadək" sözləri "qırx beş manatadək", 113.5.1-ci maddədə "üç manatadək" sözləri "on beş manatadək" sözləri ilə əvəz edilmişdir.


88 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 113.3.2-ci maddədə “şərti maliyyə vahidi məbləğinin səkkiz mislinədək” sözləri “doqquz manatadək” sözləri ilə əvəz edilmişdir.


89 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 113.3.1-ci maddədə“şərti maliyyə vahidi məbləğinin iki mislinədək” sözləri “üç manatadək” sözləri ilə əvəz edilmişdir.


90 31 may 2011-ci il tarixli 138-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 473) ilə 113.4-cü maddədə “məhkum olunmuş” sözlərindən sonra “və bu Məcəllənin 70.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada ciddi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş” sözləri əlavə edilmişdir.

91 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 113.4.2-ci maddədə “şərti maliyyə vahidi məbləğinin altı mislinədək” sözləri “yeddi manatadək” sözləri ilə əvəz edilmişdir.


92 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 113.5.1-ci maddədə “şərti maliyyə vahidi məbləğinin iki mislinədək” sözləri “üç manatadək” sözləri ilə əvəz edilmişdir.


93 24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 607) ilə 115.2.2-ci maddədə "beş manatadək" sözləri "qırx manatadək", 115.3.1-ci maddədə "üç manatadək" sözləri "on beş manatadək" sözləri ilə əvəz edilmişdir.


94 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 115.2.2-ci maddədə “şərti maliyyə vahidi məbləğinin dörd mislinədək” sözləri “beş manatadək” sözləri ilə əvəz edilmişdir.


95 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 115.3.1-ci maddədə“şərti maliyyə vahidi məbləğinin iki mislinədək” sözləri “üç manatadək” sözləri ilə əvəz edilmişdir.


96 24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 607) ilə 117.1.2-ci maddədə "dörd manatadək" sözləri "otuz beş manatadək", 117.2.1-ci maddədə "üç manatadək" sözləri "on beş manatadək" sözləri ilə əvəz edilmişdir.


97 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 117.1.2-ci maddədə maddələrdə “şərti maliyyə vahidi məbləğinin üç mislinədək” sözləri “dörd manatadək” sözləri ilə əvəz edilmişdir.



98 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 117.2.1-ci maddədə“şərti maliyyə vahidi məbləğinin iki mislinədək” sözləri “üç manatadək” sözləri ilə əvəz edilmişdir.


99 31 may 2011-ci il tarixli 138-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 473) ilə 118.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



118.1. Ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Bu Məcəllənin 70.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada ümumi və ciddi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş məhkumlar isə onlar üçün müəyyən edilmiş məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkirlər.


100 31 may 2011-ci il tarixli 138-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 473) ilə 119-cu maddənin mətni yeni redaksiyada verilmişdir.
əvvəlki redksiyada deyilirdi:

119.1. Məntəqə tipli cəzaçəkmə müəssisələrində məhkumlar:

119.1.1. mühafizəsiz, lakin nəzarət altında saxlanılırlar;

119.1.2. müəyyən edilmiş nümunəli şəxsiyyəti təsdiq edən sənəd daşıyırlar;

119.1.3. yuxudan durmaq vaxtından yatmaq vaxtınadək müəssisədə sərbəst hərəkət edə bilərlər;

119.1.4. məhdudiyyət qoyulmadan qohumları ilə və başqa şəxslərlə yazışa və görüşə bilər, bağlama, sovqat və ya banderol ala bilərlər;

119.1.5. cəzaçəkmə müəssisəsində gündə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışa bilərlər;

119.1.6. məişətdə istifadə edilən ümumi paltar geyinə, pul və qiymətli şeylər gəzdirə, puldan qeyri-məhdud istifadə edə bilərlər.

119.2. Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumların kommunal, yemək, maddi-məişət, tibbi-sanitariya və digər təminatları dövlət hesabına həyata keçirilir.

119.3. Cəzaçəkmə müəssisəsindən kənarda müəssisəyə yaxın ərazidə işə düzələn və ya ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan məhkumlar cəzaçəkmə müəssisəsinin müdiriyyətinin icazəsi ilə sutkada on iki saatdan artıq olmayan müddətdə müəssisədən kənarda, lakin Azərbaycan Respublikasının ərazisi hüdudlarında nəzarətsiz hərəkət edə bilərlər. Bu halda müəssisənin müdiriyyəti tərəfindən qəbul edilən qərarda hər bir məhkum üçün fərdi şəkildə tərtib olunan cəzaçəkmə müəssisəsindən çıxma və cəzaçəkmə müəssisəsinə qayıtma qrafiki müəyyən edilir.

119.4. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən zəruri hesab edildikdə, cəzaçəkmə müəssisəsindən kənarda işə düzələn və ya təhsil alan məhkumun müvafiq olaraq işdən və ya təhsildən yayınıb-yayınmaması yoxlanılır. Yoxlama nəticəsində məhkumun üzrsüz səbəbdən işdən və ya təhsildən yayınması müəyyən olunarsa, bu Məcəllənin 119.3-cü maddəsində nəzərdə tutulmuş qərar ləğv edilir.


101 24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (
Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə