Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 1,02 Mb.
səhifə15/15
tarix02.01.2018
ölçüsü1,02 Mb.
#18978
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   15

323.1.4. qoyulmuş suallardan əlavə tədqiqat obyektinə aid olan və iş üçün əhəmiyyətli hesab etdiyi digər halları öz rəyində göstərmək;

323.1.5. səlahiyyətlərinə aid olmayan sualları cavablandırmaqdan imtina etmək;

323.1.6. təqdim olunan materiallar və sənədlər əsasında rəy vermək mümkün olmadıqda, gömrük ekspertizanı aparmaqdan imtina etmək;

323.1.7. gömrük orqanlarının icazəsi ilə gömrük nəzarətinin həyata keçirilməsində iştirak etmək.

323.2. Ekspertin vəzifələri aşağıdakılardır:

323.2.1. şəxslərə gömrük ekspertizasına dair məsləhətlər vermək;

323.2.2. gömrük ekspertizasına təqdim olunmuş mallardan götürülmüş prob və nümunələrin tədqiqatını aparmaq və onun nəticəsini tam, hərtərəfli və qərəzsiz qiymətləndirməklə rəy təqdim etmək;

323.2.3. təqdim olunan materiallar və sənədlər əsasında rəy vermək mümkün olmadıqda, gömrük ekspertizasını təyin etmiş gömrük orqanına, yaxud bununla əlaqədar müraciət etmiş şəxsə səbəbləri göstərilməklə yazılı məlumat vermək;

323.2.4. gömrük ekspertizasının aparılması üçün gömrük orqanlarından və digər şəxslərdən aldığı, habelə əldə etdiyi nəticələr barədə məlumatları yaymamaq.

323.3. Ekspert öz vəzifələrini müəyyən olunmuş qaydada yerinə yetirməməsinə, eləcə də bilə-bilə yalan rəy verməsinə görə qanunla müəyyən olunmuş məsuliyyət daşıyır.

Maddə 324. Gömrük ekspertizasının aparılması zamanı bəyannaməçinin, mallar barədə səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin hüquqları

324.1. Gömrük ekspertizasının aparılması zamanı bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri aşağıdakı hüquqlara malikdirlər:

324.1.1. ekspertə əsaslandırılmış etiraz etmək;

324.1.2. konkret ekspertin təyin olunması barədə vəsatət vermək;

324.1.3. ekspert qarşısında əlavə sualların qoyulması və onlara dair rəy alınması barədə vəsatət vermək;

324.1.4. ekspertizanın aparılmasında iştirak etmək və ekspertə izahatlar vermək;

324.1.5. mallardan prob və nümunələr götürmək;

324.1.6. ekspertin rəyi, yaxud onun rəy verə bilməməsi barədə məlumatı ilə tanış olmaq və həmin rəyin və ya məlumatın surətini almaq;

324.1.7. əlavə və ya təkrar ekspertizanın aparılması barədə vəsatət vermək.

324.2. Bəyannaməçinin, mallar barədə səlahiyyəti olan digər şəxslərin və onların nümayəndələrinin vəsatəti təmin olunduqda, gömrük orqanının ekspertiza təyin etmiş vəzifəli şəxsi müvafiq qərar qəbul edir. Vəsatətin təmin olunmasından imtina olunduqda, gömrük orqanının vəzifəli şəxsi imtina haqqında əsaslandırılmış qərarı barədə vəsatət verənə yazılı məlumat verməlidir.

Maddə 325. Ekspert rəyi

325.1. Aparılmış tədqiqatlar əsasında və onların nəticələrini nəzərə almaqla ekspert öz adından yazılı formada rəy verir.

325.2. Ekspertin rəyində tədqiqatın aparılmasının məqsədi, vaxtı, yeri, tədqiqat obyekti, tədqiqatın kim tərəfindən və hansı əsasda aparıldığı, ekspertin qarşısında qoyulmuş suallar, ekspertə təqdim edilmiş materialların və sənədlərin siyahısı, tətbiq olunmuş metodlar göstərilməklə tədqiqatın məzmunu, nəticəsi və onun qiymətləndirilməsi, qoyulmuş suallara dair əsaslandırılmış cavablar əks olunmalıdır.

325.3. Bu Məcəllənin 322.6-cı maddəsində nəzərdə tutulan komisyon ekspertizanın aparılması zamanı ekspertlər arasında fikir ayrılığı yaranarsa, hər bir ekspert ayrıca rəy təqdim etmək hüququna malikdir.

325.4. Bu Məcəllənin 322.7-ci maddəsində nəzərdə tutulan kompleks ekspertiza aparıldıqda hər bir ekspert rəyin ona aid olan hissəsini imzalayır.

Maddə 326. Əlavə və təkrar gömrük ekspertizası

326.1. Qoyulmuş suallara ekspert tam cavab vermədikdə və ya tədqiqat obyektinə dair əlavə suallar yarandıqda, həmin ekspertə və ya başqa ekspertə həvalə edilməklə əlavə ekspertiza təyin olunur.

326.2. Ekspertin rəyinin əsaslandırılmadığı və ya onun düzgünlüyünə gömrük orqanlarında şübhə yarandığı hallarda, yaxud bəyannaməçinin, mallar barədə səlahiyyəti olan digər şəxslərin şikayəti əsasında, keçirilməsi başqa ekspertə tapşırılmaqla təkrar gömrük ekspertizası təyin olunur.

XXI BÖLMƏ
MALLAR VƏ NƏQLİYYAT VASİTƏLƏRİ
BARƏSİNDƏ SƏRƏNCAM VERİLMƏSİ VƏ ƏLDƏ
EDİLƏN VƏSAİTLƏRDƏN İSTİFADƏ OLUNMASI

LVII Fəsil


Mallar və nəqliyyat vasitələri barəsində
sərəncam verilməsi

Maddə 327. Malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi

327.1. Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçirilir.

327.2. Bu Məcəllənin 327.1-ci maddəsində göstərilən malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 328. Dövlət mülkiyyətinə keçirilmiş mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsi qaydaları

328.1. Dövlət mülkiyyətinə keçirilmiş mallar və nəqliyyat vasitələri açıq gömrük hərraclarında satılır.

328.2. Gömrük hərraclarında iştiraka görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə haqq alınır. Gömrük hərraclarında satışa çıxarılan mallar və nəqliyyat vasitələrinin ilkin qiyməti sərbəst (bazar) qiymətləri əsasında müəyyən edilir.

328.3. Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin daşınması, saxlancı və satışı ilə bağlı xərclər onların satışından əldə edilən məbləğ hesabına ödənilir.

328.4. Gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumların işçiləri, həmçinin onların ailə üzvləri dövlət mülkiyyətinə keçirilmiş malları və nəqliyyat vasitələrini birbaşa, yaxud dolayısı ilə (digər şəxslər vasitəsilə) ala bilməzlər.

328.5. Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 329. Çatışmayan məbləğin tutulması

Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satışından əldə edilən vəsait gömrük orqanlarının xərclərini ödəmək üçün kifayət etmədikdə, çatışmayan məbləğ bu Məcəllənin 245-ci maddəsində göstərilən, gömrük ödənişlərinin ödənilməsinə görə məsul şəxslərdən tutulur.

Maddə 330. Mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, satılmayan, tez xarab olan, həmçinin saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi

330.1. Mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış malların siyahısı müvafiq qanunla, tez xarab olan malların siyahısı isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

330.2. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 331. Malların məhvi

331.1. Gömrük orqanlarına təqdim edilmiş mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada məhv edilə bilər.

331.2. Malların məhvi və yaranan tullantıların zərərsizləşdirilməsi gömrük nəzarəti altında və onların sahibinin vəsaiti hesabına yerinə yetirilir.

331.3. Məhv edilən xarici mallara görə gömrük rüsumları, vergilər alınmır, habelə ticarət siyasəti tədbirləri tətbiq olunmur.

331.4. Malların məhvi nəticəsində yaranan tullantılar və ya qalıqlar daxili bazarda istifadə edildikdə və ya sonradan ixrac edildikdə, onlara gömrük rüsumları və vergilər tətbiq olunur.

Maddə 332. Mallardan dövlətin xeyrinə imtina

332.1. Xarici mallardan və son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan prosedur sahibi, yaxud malın sahibi tərəfindən dövlətin xeyrinə imtina edilə bilər.

332.2. Mallardan dövlətin xeyrinə imtina edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, gömrük orqanının icazəsi ilə həyata keçirilir.

332.3. Mallardan dövlətin xeyrinə imtina edilməsi dövlət tərəfindən hər hansı bir xərcin çəkilməsinə səbəb olmamalıdır.

332.4. Dövlətin xeyrinə imtina edilmiş mallara görə gömrük rüsumları, vergilər alınmır, habelə ticarət siyasəti tədbirləri tətbiq olunmur.

LVIII Fəsil


Bu Məcəlləyə müvafiq olaraq əldə edilmiş
vəsaitdən istifadə

Maddə 333. Gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, dövlət rüsumunun, əlavə dəyər vergisinin, yol vergisinin və aksizlərin dövlət büdcəsinə köçürülməsi

Gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, dövlət rüsumu, əlavə dəyər vergisi, yol vergisi və aksizlər bu Məcəllədə və müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət büdcəsinə köçürülür.

Maddə 334. Digər vəsaitlər

334.1. Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişləri Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fonduna köçürülür və gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf olunur.

334.2. Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında əsasnaməni və fondun vəsaitinin xərclənməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə