Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ magġstratura məRKƏZĠ



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix17.09.2018
ölçüsü0,95 Mb.
#69117
1   2   3   4   5   6   7   8   9   ...   25

 

göstərilən  vəsaitlər  (maliyyə  icarəsi  istisna  olaraq)  müəssisənin  xüsusi  vəsaitidir, 



lakin  onlar  müxtəlif  mənbələrdən  maliyyələşdirilir.  Əgər  müəssisə  iflas  ilə 

əlaqədar olaraq ləğv edilərsə, o zaman müəssisəyə vəsait verən təsərrüfatlara olan 

borclar qanunla müəyyən ardıcıllıqla silinəcək. 

 

 



Müəssisənin vəsait mənbələrinin quruluĢu 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Hər bir müəssisə müəyyən həcmdə aktivlərə malikdir. İlk dəfə müəssisə təşkl 



olunan zaman onun aktivləri nizamnamə kapitalında göstərilir. 

Aktivlər – müəssisənin əmlak qymətlilərinin məcmuundan ibarətdir. 

Aktivlər  –  mənfəət  almaq  üçün  müəssisənin  təsərrüfat  fəaliyyətində  istifadə 

olunur. 


Müəssisənin  aktivləri,  yəni  avans  edilən  və  ya  investisiya  olan  aktivlər 

maliyyə  resursları  kimi,  dövriyyənin  bütün  mərhələlərindən  keçirlər.  Lakin 

Vəsait mənbələri 

Qısamüddətli təyinatlı 

vəsait mənbələri 

Avans olunan kapital 

(uzunmüddətli mənbələr) 

Kreditor borcları 

Qısamüddətli kredit-

lər və istiqrazlar 

Xüsusi kapital 

Uzunmüddətli öhdə-

liklər (borc kapitalı) 



 

10 


müəssisənin  bütün  maliyyə  resursları  kapital  deyil,  maliyyə  resurslarının 

sahibkarlıq fəaliyyətinə qoyulan maliyyə resursları kapital kimi çıxış edir. 



Kapital – spesifik kateqoriyadır və aşağıdakı amillərə əsasən o təsnifləşdirilir. 

1.

 



Aktivlərin fəaliyyət forması. 

2.

 



Təsərrüfat prosesində istifadə xarakteri və dövriyyənin sürəti. 

3.

 



Fəaliyyətin ayrı-ayrı növlərinə xidmətin xarakteri. 

4.

 



Aktivlərin maliyyələşmə mənbələri. 

5.

 



Akivlərin mənsubiyyət xarakteri. 

6.

 



Likvidlik səviyyəsi. 

Likvidlik səviyyəsinə görə aktivlər aşağıdakılar ayrılırlar

1.

 



Tam likvid aktivlər. 

2.

 



Yüksək likvid aktivlər. 

3.

 



Orta likvid aktivlər. 

4.

 



Zəif likvid aktivlər. 

5.

 



Qeyri-likvid aktivlər. 

Birinci  aktiv  hazır  ödəmə  vasitəsidir:  milli  və  xarici  valyutada  olan  pul 

vəsaitidir. 



İkinci  aktiv  tezliklə  pul  formasına  keçə  bilən  aktivlər  daxildir.  Qısamüddətli 

maliyyə qoyuluşları və qısamüddətli debitor borcları. 



Üçüncü  qrup  aktivlər  bir  aydan  altı  aya  qədər  müddətə  pul  formasına  keçə 

bilən aktivlərdir. 



Dördüncü qrup aktivlər – yarım ilə qədər pul formasına keçə bilən aktivlərdir. 

Məsələn, xammal ehtiyatı; əsas vəsaitlər; qeyri-material aktivlər. 



Beşinci  növ  aktivlər  –  sərbəst  realizə  oluna  bilməyən  material  qiymətləri. 

Məsələn, ümüdsüz debitor borcları, gələcək dövrün xərcləridir. 



Aktivlərin mənsubiyyət xarakterinə görə ayrılırlar

1.

 



Xüsusi aktivlər: - daima müəssisənin ixtiyarında olan və onun balansında 

göstərilən aktivlərdən ibarətdir. 

2.

 

İcarə  aktivləri  isə  müvəqqəti  olaraq  müəssisənin  sərəncamında  olan  və 



müqavilə bağlanılan aktivlərdir. 


 

11 


Aktivlərin əlamət maliyyələşmə mənbələrinə daxildir

1.

 



Ümumi  aktivlər:  xüsusi  və  borc  kapitalı  hesabına  formalaşan  əmlak 

qiymətlilərinin məcmuudur. 

2.

 

Təmiz aktivlər isə ancaq müəssisənin xüsusi kapitalı hesabına formalaşan 



aktivlərdir. 

Fəaliyyətin ayrı-ayrı növlərinə xidmət xarakterinə görə aktivlər ayrılır

- əməliyyat aktivləri; 

- investisya aktivləri.  

Əməliyyat  aktivlərinə  cari  fəaliyyətdə  istifadə  edilən  aktivlər  daxildir. 

Məsələn, əsas istehsal fondları, qeyri-material aktivlər, dövriyyə vəsaiti və s. belə 

aktivlərə aiddir. 

İnvestisiya  akivlərinə  müəssisənin  investisiya  fəaliyyəti  ilə  əlaqədar  olan 

aktivlər  daxildir:  uzun  və  qısa  müddətli  investisiya  qoyuluşları;  bitməmiş  kapital 

qoyuluşu və s. 

Təsərrüfat  prosesində  iştirak  xarakterinə  və  dövriyyənin  sürətinə  görə 

müəssisənin aktivləri özü də 2 yerə bölünür: 

1)

 



Cari (dövriyyə) aktivlər. Bu aktivlər müəssisənin cari istehsal-

kommersiya  fəaliyyətinə  xidmət  edirlər.  Cari  aktivlər  bir 

istehsal  prosesində  tamamilə  istehlak  olunurlar.  Onlara 

daxildir: xammal, material, hazır məhsul, bitməmiş istehsal və 

sair. 

2)

 



Dövriyyədənkənar  aktivlər:  Onlar  da  əmlak  qiymətliləridir. 

Lakin çox sayda istehsal prosesində iştirak edirlər və istehlak 

dəyərlərini yavaş-yavaş itirirlər və onu hazır məhsulun üzərinə 

keçirirlər. Məsələn, maşın, dəzgah, bina, qurğu və s. 



Aktviəl fəaliyyət formasına görə 3 qrupa bölünürlər

1.

 



Material aktivlər; 

2.

 



Qeyri-material aktivlər; 

3.

 



Maliyyə aktivləri. 


 

12 


Material  aktivlər  –  əşya  formasına  maikdirlər.  Əsas  vəsait,  bitməmiş  kapital 

qoyuluşu, bitməmiş istehsal. Hazır məhsul, xammal və material. 



Qeyri-material  aktivlər:  əşya  forması  olmayan  aktivlərdir.  Onlar  da 

uzunmüddət  fəaliyyət  göstərirlər  və  müəssisəyə  mənfəət  gətirirlər.  Bura  daxildir; 

əqli  mülkyyətin  obyektləri;  ixtirak  hüquqi,  sənaye  nümunəsi;  müəlliflik  hüquqi; 

əmlak hüquqi; əmtəə nişanı, torpaq hüququ. 



Maliyyə aktivləri: Bu aktivlər müxtəlif maliyyə alətlərini xarakterizə edirlər. 

Onlar müəssisəyə məxsusdur. Məsələn,  

- milli valyutada pul aktivləri

- xarici valyutada pul aktivləri; 

- debitor borcları; 

- uzun və qısamüddətli maliyyə qoyuluşları. 

Kapital qoyuluş sahəsinə görə ticarət, sənaye və s. kapitala ayrılır: 

İstehsaldakı  yerinə  görə  isə  kapitala  daxildir:  nizamnamə,  ehtiyat  və  əlavə 

kapital. 

Formalaşma  mənbəyinə  görə  isə  kapital  xüsusi,  səhmdar,  borc  və  s.  növlərə 

ayrılırlar. 

Dövriyyənin  xarakterinə  görə  isə  kapitala  daxildir;  əsas  kapital  və  dövriyyə 

kapitalı. 

Kapitalın  qoyuluşu  –  bu  dövriyyədənkənar  aktivlərə  və  dövriyyə  aktivlərinə 

(cari aktivlərə) debitor borclarına və pul vəsaitinə qoyuluş deməkdir. 

 

 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə