Azərbaycan tarġXĠ ÜZRƏ qaynaqlar



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə58/175
tarix21.09.2023
ölçüsü5,76 Mb.
#122715
1   ...   54   55   56   57   58   59   60   61   ...   175
kitab20100401055725223

əl-mail əl-nəsir 
əmir əl-mö`minun 
(mö `minlərin əmrin in qoruyucu hökmdarı). On lar
söylədilər ki, onu (atabəy Qızıl Arslan.-Red) kö mək göstərmək onlara əmr 
edilmiĢdir, onun əmrinə tabe olacaqla r, onun hökmü və buyruğu altına keç irlər...
1
Sultan Toğrul Ġsfanahdan Azərbaycana gəlib Ġzzəddin
Həsən 
ibn
Qıpçaqla b irləĢdi və onların qoĢunlarının sayı artdı. Onların ixtiyarında 50 min
türkmən vardı, onlar UĢnu, Urmu, Xoy və Salmas üzərinə basqın edərək, ölkəni 
soyub dağıtdılar.
Atabəy Müzəffərəddin Qızıl Arslan Hə mədandan qayıdıb gəldi. O,
Hə mədandan onun yanına gələn qardaĢı oğlu Ġnanc Mahmud ilə barıĢıq bağlad ı. 
Onu anası [Ġnanc] xatun da oraya gəlmiĢdi. Atabəy Müzəffərəddin Qızıl Arslan
bu qadınla evlənib, Həmədanda onun otağına girdi. Xatun Həmədanda qaldı, 
atabəy Müzəffərəddin Qızıl Arslan is ə ölkəni dağıt mıĢ olan Toğrula və
türkmənlərə qarĢı çıxd ı. O, onların üzərinə gələrək, qardaĢı atabəy Pəhləvanın
oğlu Əbu Bəkri, Ġraq əmirləri Bazı Nurəddin Qaranı və Rey valisi Siracəddin
Kay mazı ordu baĢçıları təyin etdi. On lar türkmənlərin ö z alayına zərbə 
endirərək, onla rı qabaqladılar və döyüĢ sıralarında düzülməyə qoymadılar; onları 
əzib qovdular, bir ço xunu qılıncdan keçirib evlərin i və əmlakın ı yağ maladılar. 
QoĢunlar çoxlu qənimət və ya əĢya ələ keçirird ilər. 
Ġzzəddin Həsən [ibn Qıpçaq] və sultan toğrul əz-Zab çay ı yaxın lığ ında 
yerləĢən əmir Həsən ibn Qıpçağın əl-Karximi qalasına çatanadək qaçdılar. 
1
Sultan Toğrulun qiyamçılara qoĢulmasından sonra atabəy Qızıl Arslan Bağdad sarayına
məktub göndərmiĢdi. Xəlifə qoĢunları Bağdada bu səbəbdən göndərilmiĢdi. 


124 
...Onlar [yenidən] A zərbaycan doğru üz tutduqda atabəy Müzəffərəddin
Qızıl Arslan onların ü zərinə hücum etdi. Su ltan Toğrul Həmdana getməli oldu, 
burada atabəy Müzəffərəddin Qızıl Arslanın tərə fində onla ço xlu qoĢunları var 
idi. QoĢunlar onu Ģəhərə girməyə qoy madılar üçün atabəy Müzəffərəddin Qızıl 
Arslan gəlib ona çatdı. Sultan Toğrul, ola rın arasında olan qohumluq qanununa 
bel bağlayaraq, səhvlərin in və günahlarını bağıĢlanacağını düĢünərək, atabəy 
Müzəffərəddin Qızıl Arslan yaxın adamlardan b iri idi. 
Atabəy Qızıl Arslan Hə mədanda qaldı, o, sultan Toğrulun bütün 
ölkələrini ələ keçirib bir müddət onlara hakim o ldu... 
...Atabəy Pəhləvanın oğlu əmir Əbu Bə kr ö z ə misinin öldürülməsini
1
eĢidən kimi həmin gecə atlanıb A zərbaycan yola düĢdü və Naxçıvana gəldi. 
Zahidə xatun atabəy Pəhləvanın arvadı idi. Atabəy Pəhləvan və onun atası 
atabəy Eldəniz ha kimiyyətdə olarkən Ġraq və azə rbaycandan yığdıqları bütün 
gəliri Na xç ıvan ya xın lığ ında olan Əlincə qa lasına topla mıĢdılar. Bu qa la və onun 
içindəki xəzinə indi Zahidə xatunun ixtiyarında qalmıĢdı. 
Əmir Əbu Bəkr onun himayəsi altında tərbiyə almıĢdı, onun oğlu yerində 
idi. Əbu Bəkr Naxçıvana gəlib çıxd ıqda o [Zahidə xatun.-Red], onu öz evinə 
apardı, Ģəhər valisini çağ ırıb ona söylədi: ―Bu, qalanın sahibidir!‖və onu [Əbu 
Bəkri] and iç mə k üçün yanına gətirdi. 
Bütün bunlar baĢ verdikdən sonra o (Əbu Bəkr), at üstündə Gəncəyə 
yollandı. Oranın əmiri onun qarĢısına çıxıb Ģəhəri ona təslim etdi. O, Ģəhəri ona 
qaytararaq, orada özünə caniĢin saxladı. Bu qaydada o bir Ģəhərdən o birisinə 
gedirdi, bütün Ģəhərlər də ona təslim o lurdu və beləliklə o, bütün Azərbaycana 
və Arrana yiyələndi. QoĢunlar onun baĢına toplaĢdıqdan sonra o, öz atasının və
babasının yerin i tutdu. 
...Ġnanc Mah mud Azərbaycana hərəkət edib Təb riz yaxın lığında dayandı. 
Atasının qulamlarından bir dəstə onunla id i. Onun qardaĢı Əmir Əmiran Ömər 
də burada idi. [Bir müddət] on lar orada qald ıla r. On lar Təbrizə g irmə k istədikdə
Ģəhərdə heç kəs buna mane olmadı. 
Onlar burada istədiklə ri qədər [döyüĢçü] toplayan kimi Na xç ıvanda olan
əmir Əbu Bəkrə qarĢı çıxıĢ etdilər. O, onların qarĢısına çıxd ı, döyüĢdə onlarla üz-
üzə gəld i...Günortaya kimi tərəflərin heç biri çəkilmək b ilmirdi. Bu vaxt əmir 
Əbu Bəkr [Ġnancın qoĢunlarına] hücum etdi və onlar biab ırçılıq la onun 
qarĢısında davam gətirmədilər. O, [bütöv] bir dəstəni əsir alana kimi onları təqib
etdi, ancaq qardaĢların ikisi də qaçıb ondan yaxa qurtara bildilər. 
Ġnanc Mahmud basıld ıqdan sonra Ġraqa qaçdı. Əmir Əmiran Ömər 
ġirvana getdi. Burada ġirvanĢahonu qarĢılayıb hörmət və ehtiram göstərdi, öz 
1
Qızıl Arslan 1191-ci ildə növbəti içki məclisindən sonra gecəykən yatağında 
öldürülmüĢdü. 


125 
qızını ona ərə verdi, ona pul bağıĢladı, yüz at, yaraq və lazım o lan hər Ģey verdi. 
ġirvanĢah onu təmin etdikdən sonra o, gürcü çarı [Tamarın] yanına yola düĢdü. 
O vaxt gürcülərin çarı qadın id i. O öz əmirlərinə və qoĢunlarına əmr etdi ki,
ona (Əmir Əmiran Ömərə.-Red) hörmət göstərsinlər və istədiyini yerinə 
yetirsinlər. Ola r onu yaxı qarĢ ılayaraq, ata-babasının ləyaqətinə uyğun olaraq 
hərəkət etdilə r, ona hörmət və ehtira m göstərdilər, ona la zım olan hər Ģey: 
ərzaq, atlar üçün yer, pul və geyim verdilər və sonra onu buraya gəliĢinin
səbəbini soruĢdular. O, cavab verdi: ― Biz geri çəkilə rkən qardaĢımız ə mir Əbu 
Bəkri torpaqlarında dayanıb ondan sığınacaq gözləyirdik, 
[ancaq o] 
qanunlarımıza uyğun olmayaraq bizə qayğı göstərməd i. Himayə və qohumluq 
[qanunları] bizim to xunulmazlığımızı qoru maq və düĢmənimizə qarĢı bizimlə 
birgə çıxmağ ı tə ləb edird i ki, onu əzin mü lkü müzü onun əlindən alaq və Ġraqda 
bərqərar olaq: ancaq, A zərbaycanda arxay ınlıqla qa lmaqda id i, hətta öz 
adamları ilə b izim üstümü zə basqın etmiĢdi. Biz ölkədən qaçaq düĢüb [günü-
gündən] gücümüzü itirərək, ölkəmizdən qürbətə getməyə məcbur olmuĢuq. Mən 
ölkəmizə, sizin yanınıza gəlmiĢəm ki, siz mənə kö mək edib qoĢun verərsiniz. 
[Onda] mən onun üzərinə gedərək, onunla qarĢılaĢıb və döyüĢüb onu aradan 
götürə [bilərəm]. Əgər mən onun üzərində qələbə çalıb ö lkədən qova bilərəmsə, 
budur o (Arran və Azərbaycan.-Red) sizin qarĢınızdadır, nə istəyirsiniz aparın, 
axı, orada sizə qarĢı duran olmayacaq!‖ 
Onlar ö zünün təklifi ilə ra zılaĢaraq, qoĢunu toplayıb hazırlaĢ mağa 
baĢladılar. Onlar ĢirvanĢaha məktub yazıb onunla birgə çıxıĢ etməyi tapĢırdılar, 
çünki o (ġirvanĢah.-Red) onların (gürcülərin.-Red) hakimiyyəti altına keçmiĢdi 
və onlara xə rac vərird i. Arran qoĢunlarından ayrılmıĢ bəzi dəstələr də onun 
(Əmir Əmiran Ömər) baĢına toplandılar; bunlar sonralar onun yanında yaxın v ə 
yüksək vəzifə tut maq istəyənlərdi, yalnız buna görə onunla birgə getmək 
arzusu ilə yanırdılar. Türkmənlə rdən də bir dəstə toplaĢıb onun yanına gəlmiĢdi. 
Bunlar hamısı bir-b irinə qarıĢaraq atabəy Məhəmməd Pəh ləvan oğlu əmir Əbu-
Bəkr (onla rı qarĢıla mağa) ç ıxd ı. O, qoĢunları toplayıb döyüĢçülərini səslədi, 
onlara qarĢı mövqe tutub döyüĢə hazırlaĢdı. 
...Əmir Əmiran Ömər gürcü qoĢujnlar və müslimlər ilə geri qayıtdı 
(qələbədən sonra.-Red). Onlar Gəncəyə çatdıla r, onun yaxın lığ ında dayanıb 
Ģəhərin [əmirə] təslim olmasını tələb etdilər. (ġəhərdən) cavab verdilər: ―Sən
buraya tək gəlmiĢ o lsaydın, biz s ənə Ģəhəri verərdik. Ancaq s ən bura ka firlər 
yığnağı ilə gəld iyindən biz Ģəhəri sənə verə b ilmərik, çünki bu dinsizlərin sənə 
xəyanət edib, Ģəhəri tuta biləcəklə rindən qorxuruq. Onda biz uĢaqlarımızla
birlikdə əsir aparılacağıq, kiĢilə rimiz və ailə lərimiz isə qılıncdan keçiriləcə kdir. 
Be lə b ir iĢə yol vərilərsə, bu sərhəd səmt ində (əs-səqr), isla m mə mləkət ində 
onları əlinə keçməmiĢ bir Ģəhər qalmaz. Onda islamın dayaqları y ıxılıb yo x 
olar...‖ 


126 
Onlar Ģəhəri ona vərmədilər. (Əbu Bəkrin qoĢunları) geri çəkilən vaxt 
döyüĢdə məğlub o lmuĢ bir neçə əmir Gəncə Ģəhərində sığınacaq tapmıĢdı, buna
görə gürcülər anlayırd ılar ki, Ģəhərdə yaĢayanların istəyi olmadan onu ala
bilməyəcək və döyüĢ yolu ilə də ələ keç irə b ilməyəcəklər...
1
(s. 148-164). 

Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə