Azərbaycan tarġXĠ ÜZRƏ qaynaqlar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə113/141
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18845
1   ...   109   110   111   112   113   114   115   116   ...   141

245 
 
Xalqı  yerləĢdirib,  hamıya,  xüsusilə  özü  üçün  yurd  və  imarət  müəyyən 
etdikdən sonra  mahir ustalar, ağıllı,  iĢgüzar ada mlarla   qalanın  hasarını çəkd ird i. 
Mərhum  Pənah  xanın t ikd irdiy i hasar indi  xa rab olmuĢdur.  Ya lnız b əzi yerlərdə  
divarın qalıqla rı görünür.  
Qalan ın  tikiliĢindən  bir  neçə  il  keçdikdən  sonra  Ağa  Məhəmməd  Ģahın 
atası  Məhəmmədhəsən  xan  Qacar  Ġraq  və  Azərbaycan  qoĢunu  ilə  ġuĢa  qalasını 
almaq  və  mə rhu m  Pənah  xanı  özünə  tabe  et mək  məqsədilə  Ara zdan  keçib  
qalanın dörd ağaclığında çadırlar qurdurdu. Mərhu m Pənah  xanı tabe etmək və 
beləliklə  ġuĢa  qalasını  ə lə  keç irmək  üçün  ço x  düĢündü,  tədbirlər  tökdü.  Bir  ay  
orada oturdu. La kin bu qədər ço xlu qoĢun ilə  qalaya ya xınlaĢa bilməd i. Əksinə, 
Qarabağın  qoçaq  əhalisi  Məhəmməd  Həsən  xan  ordusunun  at-qatırını  və  baĢqa 
ma l-qarasın ı istər açıq, istərsə də gizli surətdə qarət edərək, onun qoĢununa çoxlu  
ziyan vurdu.

 
Mərhum Ġbr ahi m xanın hakimiyyəti
2
 və o z amanın 
qaydaları və hadisələri haqqında 
 
Mərhum Ġb rahim  xan  müs əlman tarixi  ilə  1174,  xristian tarixi  ilə  1756-c ı 
ildən 1221  (1806)-c i  ilə qədər Qa rabağ hökuməti ta xt ında oturmuĢ, Ġran və Ru m 
padĢahlarına  itaət  etmədən  və  boyun  əymədən  müstəqil  hökmranlıq  etmiĢdir. 
Onun hökmü və fərmanı ġirvan,  ġəki,  Gəncə, Ġrəvan, Naxçıvan, Xoy,  Qaradağ, 
Təbriz,  Ərdəbil  v ilayətlə ri,  hətta  Marağa,  Ġraq  və  A zərbaycan  sərhədi  olan  
Qaplanku luda belə  iĢlə rdi. Vilayətlə rin  xan ları mərhu m Ġbrah im xanın hökmü  və  
əmri  ilə təyin  edilər və ya vəzifəsindən götürülərdi. O, Avar və Dağ ıstan valisi 
Ümmə xan Nusal xan oğlunun möhtərəm bacısnı alaraq  onunla qohum olmuĢdu. 
Zərurət za man ı Ġbrah im  xan Dağıstan və ləzgi v ilayətindən qoĢun istəyərək, onu 
Ümmə  xan və baĢqa sərkərdələrlə b irlikdə  Qarabağ vilayətinə gətirib ö z övlad ı, 
sərkərdələri və Qa rabağ qoĢunu ilə  la zım gələn  yerlə rə göndərir,  istədiyi ada mı 
tənbeh edər və itaəti a ltına a lardı. 
 
 
 
 
                                                                 
 
1
1755—1756-cı 
illərdə 
Ġsfahanı 
və 
Gilanı 
ələ 
keçirən 
Məhəmməd 
Həsən xan Qacarın hakimiyyətini bəzi Azərbaycan xanlan tanısa da. Pənah Əli xan öz müst əqilliyini 
itirmək  istəmədiyindən  ona  inadlı  müqavimət  göst ərmiĢdi.  (Кузнецова H.A.  Göstərilən  əsəri,  s. 11), 
1757-ci  ildə  Məhəmməd  Həsən  xan  Qacar  Qarabağa  hücum  edir,  ġuĢa  qalasını  1  ay  mühasir ədə 
saxlamasına baxmayaraq ala bilmir və geri çəkilir (Dəlili H.Ə. Göstərilən əsəri, s. 114). 
2
 İbrahim  Xəlil xan Cavanşir (1726-1806) - 1762-1806-cı illərdə Qarabağ xanı. 
 


246 
 
Ġbrahim xanın nizam-intizamı və hakimiyyəti 
zamanında olan qaydalar  haqqı nda 
 
Qarabağın  bütün  elləri  adları  dəftər  və  siyahıda  yazılmıĢ  atlı  qoĢundan 
ibarət id i
1
. Zərurət  za manında  mahalların və  kəndlərin piyada tüfəngliləri  maha l 
mə likləri ilə b irlikdə qoĢun sırala rında hazır olurdula r.  
Qarabağ  ellərindən  tövcü  pulu
2
 və 
məhsuldan 
malcahat

alın mazd ı.  Lakin  mahallardan  və  kəndlərdən  hər  il  malcahat  və 
tövcü  yığılırd ı. 
Hərdən  bir  Dağ ıstandan  ləzg i  qoĢunu  gətirild ik- 
də  ləzg i  qoĢununun  məvacibini  ödəmə k  və 
lə zginin 
itmiĢ  və  ya 
ölmüĢ  atının  əvəzin i  vermək  üçün  ellərdən  tövcü pulu,  sursat
4
,  ta xıl,  qoyun  və 
mal alınardı. Adları nökər
5
 və qoĢun dəftərində qeyd olunmayan a ilə lərin nökə r 
və qoĢun əhlindən, habelə adla rı dəftərdə qeyd olun muĢ nökər və qoĢun əhlindən 
heç  bir  Ģey  alın mazdı.  Onlar  məaf
6
 id ilə r.  On ların  ta xılı,  atı  və  baĢqa  ehtiyacı 
xanın öhdəsində idi. QoĢunun hər bir nökəri (nəfəri) b ir evə təhkim o lunmuĢdu. 
O ev hə min nökər və at lın ın ehtiyacını tə min et mə li idi. 
Mərhum Ġbr ahi m xanın gəliri 
[Ġbrahim  xan ın] gəliri  mahalların və kəndlərin taxıl və ipəyindən alınan  
ma lcəhətdən  və  əkin  yerlərində  xana  mə xsus  olan  kotanlardan  [istifadə 
edilməsi üçün alınan vergidən]  ibarət  idi. Hətta yadımdadır, b ir dəfə   mərhu m 
Ġbrahim  xanın ö zünə  məxsus olan cütləri və  kotanları hesab edirdilər. Məlu m 
oldu  ki,  xan ın  cüt  və  kotanı  bütün  Qarabağ  əhlinin  cüt  və  kotanı  qədərdir; 
hətta  onlardan  iki  cüt  də  artıqdır.  Bütün  bu  qədər  taxıl  və  mal-qara  qoĢuna, 
saraya,  hərəmxanaya,  nökərlə rə,  ə mə lə lərə
7
 və  qonaqlara  s ərf  olunardı. 
Bunlardan  ə lp  və  [xan ın]  icarə ,  peĢkəĢ,  Qa rabağ  ixracat ı  və  sikkə xanadan 
                                                                 
1
 «Dəftər və  siyahı» (dəftər-i müfəssəl) - maliyyə  idarəsinin tutub  iĢlətdiyi  vergi  siyahıları. 
Bu  «dəftərlərdə»  hər  bir  əyalətin  inzibati-ərazi  bölgüsü,  vergi  vərenlərin  adbaad  sayı,  onların  ailə 
vəziyyəti, vergi  və mükəlləfıyyətlərin  adlan, miqdarı,  bu  və  ya  baĢqa  kənddən toplanan vergilərin 
ümumi məbləği haqda məlumat vərilirdi. 
2
 Tövcü pulu - gümüĢ pulla 3 manatdan 6 manatadək. 
3
 Malcahat  -  vergi;  dənli  bitkilərdən  -  taxıl,  arpa,  düyü  və  s.  məhsulun  onda  biri 
(Kolonialğnaə politika..., ç. II, s. 62-63.). 
4
 Sursat - monqolcadır;  Qarabağ xanlığında  qoĢunun  ehtiyacları  üçün  rəiyyətlərdən yığılan 
ərzaq və yem. 
5
 Nökər - monqolcadır; burada xan ordusunda xidmət edən hərbi nökərlər nəzərdə tutulur. 
6
 Məaf - ərəbcə «azad olunmuĢ»  deməkdir; vergi və mükəlləfiyyətlərdən  azad  edilmiĢ  Ģəxs, 
tayfa, icma, kənd, Ģəhər ünvanına iĢlənirdi.  
7
 Əm ələ  -  günəmuzd,  ağır  fıziki  iĢlə  məĢğul  olan  Ģəxs;  Qarabağ  xanlığında  əkinçiliklə 
məĢğul  olan, ehtiyac  duyulduqda  hərbi  qulluğa  çağırılan  mükəlləfıyyətli  kəndlilər  (Петрушевский 
И.П. Göstərilən əsəri, s. 374). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə