Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə294/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   291   292   293   294   295   296   297   298   299

415 

 

Sonra, deyirlər ki, bu mühafizə dəstəsi xərcləri fəzlədir. Halbuki, xərc məsələsini biz gömrükxanalar qanunları 



içərisində qəbul etmişik. Ona görə deyirəm ki, təklif olunan qanun eynilə qəbul olsun. Fəqət sərhəd və gömrük 

məmurları uyezdin naçalniklər ilə bərabər hamısını məcbur etməliyik ki, hüdudun mühafizəsi üçün nəzarət sifəti 

ilə hər kəs məsul olsun. 

Sədr - Əhməd bəy Pepinov. 

Əhməd  bəy  -  Əfəndilər!  Bizim  5  milyon  yarım  xərc  və  mühafizə  bölük  dəstəsi  tərəfdarı  olmağımızı 

yoldaşımız  Saniyev  söylədi,  mən  də  öz  fikrimi  ərz  edirəm.  Biz  ələlümum  gömrükxanalara  bərəksik,  çünki 

cümhuriyyət  qanunları  ilə  gömrükxanalar  bərtərəf  edilməlidir.  Bu  xüsusda  keçənlərdə  öz  arzumuzu 

fraksiyalarımız  tərəfindən  parlamana  ərz  etmişik  və  qeyri  qonşu  cümhuriyyətlər  ilə  etilaf  əmələ  kələnədək 

müvəqqəti olaraq bu gömrükxana qəbul edilmişdir. İndi bu şeylər ki nəzarət tərəfindən təklif olunur, biz bunu 

qəbul  etsək,  gömrükxananı  əsasən  qəbul  etmiş  olarıq.  İkincisi  budur 

[947  -  948]

  ki,  sərhədlərimiz  onsuz  da 

administrasiya  tərəfindən  mühafizə  edilməkdədir.  Məsələn,  Qazaxda  uyezdni  naçalnikin  təhti-nəzarətində 

beşaltıyüz  adam  var.  İndi  gərək  100  nəfər  adam  təyin  edək.  Qarabağda  general  qubernatorumuz  var  ki,  ona 

milyonlarla  pullar  buraxılır,  yenə  artıq  qüvvə  saxlamaq  üçün  milyonlar  verməliyik.  Qubada  da  həmçinin.  Bu 

qədər  xərc  vermək  ilə  bərabər,  dübarə  təklif  olunan  sərhəd  mühafizəsi  bölüyünə  beş  milyon  yarım  təxsisat 

buraxmağımız fəzlə və xəzinəmizin boşalmasına səbəb olacaqdır. Məəttəəsüf gömrük varidatı-mızı bilmək üçün 

qanunlara baxanda, nəzarətlərdən burada kimsə olmayır ki, sərhəd və gömrük barəsində bizə izahat ver-sinlər, 

biz də ondan istifadə edək. Gürcüstanın 1919-cu il büdcəsində gömrükxanalardan on səkkiz milyon gəliri vardır. 

İndi  gərək  bizim  nəzarət  ki,  beş  milyon  yarım  xərc  istəyir,  bunun  müqabilində  nə  qədər  gəliri  olacaqdır. 

Zənnimcə bizim o qədər gəlirimiz olmayacaqdır ki, bu xərcləri ödəsin. Ona binaən ümidvaram ki, parlaman da 

buna bərəks gedib bu layihəni qəbul etməyib rədd edir. 



Sədr - Rəhim bəy Vəkilov. 

Rəhim  Vəkilov  -  Əvvəla  sosialist  yoldaşlar  ilə  bizim  ara-mızda  bu  məsələ  düz deyildir.  Necə  ki,  sərhəddi 

mühafizə tərəfdarı deyillər. Amma iş oradadır ki, bu məsələ hələlik spekulyasiyanın önünü almaq üçündür. Mən 

güman  eləmirəm  ki,  bundan  pis  nəticə  olsun.  Mən  nümunə  üçün  Qazax  uyezdini  götürürəm.  Deyirlər  ayrı 

olmasın.  Sərhəddi  mühafizə  etmək  uyezd  naçalnikinə  qalarsa,  şəhərdən  qənd,  çay,  neft  və  bu  kimi  şeyləri 

almağa qoymayacaq. Şəhərin önündə qabağını kəsib, hər şeyi kontraband eyləyəcəkdir. Amma ayrı olsa uyezd 

naçalniki  kəndçinin  qabağını  kəsib,  eşşəyin  yükünü  almayacaqdır.  Ona  görə  biz  bir  olmağın  əleyhinəyik. 

Sosialist yoldaşlarla biz ancaq bir nöqtədə birləşə biləriz ki, bölük idarəsi hərbiyə nəzarətinin idarəsində olsun. 

Heç bir vaxt bu məsələdə uyezd naçalnikinə tabe olması tərəfdarı deyilik. Onlara nə də səs verə bilərik. 



Sədr - Sırada natiq olmadığından son söz məruzəçinindir. 

Vəkilov  -  Möhtərəm  əfəndilər!  Biz  qəbul  eylədik  ki,  müəssisələr  tək  qalırsa  olmaz,  hərəkətdən  bir  şey 

çıxmaz. Gərək biz onlara qüvvə verək. Hacı Kərim əfəndi dedi ki, bundan bir şey çıxmaz. Niyə çıxmır? Çıxar. 

Demək sübutsuz bir şey olmaz. 

[948 - 949]

 Əksinə işə başlayarkən bir şey çıxacağına ümid daha çoxdur. hacı 

Kərim  əfəndi  danışarkən  sözlərini  o  yerə  gətirirdi  ki,  böylə  idarələrə  biz  para  verməyəlim.  Sosialist  qardaşlar 

qəzetlərində yazırlar. Bunlar bəzən doğrudur. Bununla mübarizə lazımdır. Fəqət, bir naçalniki götürüb başqasını 

qoymaqla iş düzəlməz. Onun ixtiyaratını artırmaq lazımdır. hər dərd üçün yanına getməyəndə, cəmaət yanında 

onun qədi azalar. Hətta gərək bir qədər azaldasan. Sosialistlər böylə deyəndə mən təəccüb edirəm. Bir də bilirik 

ki,  bu  işlər  üçün  nə  qədər  pul  qoyulmuşdur  ki,  bunlar  düzəlsin.  Maya  qoyub  qazanc  aparmalıdır.  Keçirəm 

Muxtar  əfəndinin  dediyinə.  Muxtar  əfəndinin  dediyindən  mən  özüm  də  çətinlikdə  qalıram.  Deyir  ki,  bölüyün 

yarı  ixtiyarı  maliyyə  nəzarətinə,  yarı  ixtiyarı  hərbiyə  nəzarətinə  verilsin.  Bu  nə  olur?  Bu  olur  dvoyevlasti, 

troyevlasti.  Bölük  arada  qalır.  Heç  bir  bölük  bilinməz.  Əhməd  bəy  deyir  ki,  bunun  nə  qədər  xərci  və  xeyri 

olacaq, bilinmir. Biz bununla (poşlini) deyil malımızın başqa yerə getməsinə qoymayacağıq. Heç bir mədaxili 

olmasa  da  istəyirik  ki,  başqa  yerlərə  getməsin.  İstəmədiyimiz  mallar  getsin.  Ona  görə  də  mən  bu  məsələdə 

məruzədə olduğu kimi olmasının tərəfdarıyam. 

Bir də bu 992 adam olur ki, bir polk olur. İndi lazım gəlsə hərbə də kedə bilər. Bu özü də bir qüvvədir. 

Sədr  -  Camalbəyov  diqqətlə  söylədim,  səs  salmayasınız.  Layihənin  ikinci  qiraətinə  keçilməsini  səsə 

qoyuram.  Kim  ikinci  qiraətə  keçilməsi  tərəfdarı  isə  əlini  qaldırsın?  Kim  əleyhinədir?  (Əllər  qalxır).  Kim  səs 

verməyib (Əllər qalxır). Rica edirəm, layihənin ikinci qiraətinə tərəfdar olanlar əllərini qaldırsın. (Əllər qalxır). 

Kim əleyhinədir? (Əllər qalxır). Kim səs vermir? (Əllər qalxır). Lehinə 27, əleyhinə 7, səs verməyən 5. Məsələ 

qəbul edilir. İkinci qiraətə keçməmiş tənəffüs elan edirəm. 

 

Tənəffüsdən sonra 



 

Sədr  -  İclas  davam  edir.  Parlamanın  qərarı  ilə  növbədəki  məsələlərə  keçmədən  əvvəl  mərkəzi  komitənin 

intixabına keçirəm. Tənəffüs əsnasında etiraf hasil olub. Siyahı verilmişdir. Mehdi bəy, oxuyunuz. 



Katib - Siyahını oxuyur. 

[949 - 950]



 


Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   291   292   293   294   295   296   297   298   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə