Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə293/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   289   290   291   292   293   294   295   296   ...   299

414 

 

qanunları qayırsın və tədqiq edib yeni qanun layihələri hazırlayacaq kimsə yoxdur. Və sülh məhkəmələrinin də 



ana dilində aparılmasını mən də rica edərdim. 

Sədr  -  Danışmaq  kim  istərdi.  Bu  barədə  yoxsa  layiheyi-qanuniyyənin  ikinci  qiraətinə  keçilsin.  Səsə 

qoyacağam. Etiraz yoxmu? İkinci qiraətə keçirəm. (Oxuyunuz). 



Katib - Birinci maddəni oxuyur. 

Sədr  -  Əvvəlinci  maddə  xüsusunda  kim  danışmaq  istərdi.  Natiq  olmadığından  əvvəlinci  maddəni  səsə 

qoyuram. Komissiyonun qərarı budur ki, əvvəlinci babdan dördüncü maddə götürülsün. Səsə qoyacağam. Kim 

komisyonun  qərarını  qəbul  edirsə  rica  edirəm  əlini  qaldırsın.  (Əllər  qalxır).  Əksəriyyət  rəy  ilə  əvvəlinci  bab 

komisyonun rəyilə, komisyon qərarı ilə qəbul olunur. 



Sədr - İkinci babı oxuyunuz. 

Katib - İkinci babı oxuyur. 

Sədr  - İkinci bab xüsusunda kim danışmaq istərdi? 2 maddədən ibarət olan ikinci babı səsə qoyuram. Kim 

ikinci babı komisyonun qərarı üzrə qəbul edər. Rica edirəm əllərini qaldırsın. İkinci bab əksəriyyəti rəy ilə qəbul 

edilir. Üçüncü babı oxuyunuz. 

Katib - Üçüncü babı oxuyur. 

Sədr - Üçüncü bab xüsusunda kim danışmaq istərdi? 

Natiq  olmadığından  səsə  qoyuram.  Kim  üçüncü  babı  komisyonun  qərarı  üzərinə  qəbul  edər,  rica  edirəm 

əllərini qaldırsın. Layiheyi-qanuniyyənin üçüncü qiraəti qalır gələn iclasa. 

Növbədəki məsələ Azərbaycan hüdudunda mühafizə polkunun təsisidir. Məruzəçi Ağabəyov. 



Aqabəyov  -  Bir  neçə  qanun  parlamandan  keçibdir.  Deməli  sərhədlərdə  gömrükxanaları  mühafizədən  ötəri 

maliyyə  nəzarəti  mühafizə  bölüyü  təsis  etmək  istəyir.  O  polk  992  nəfər-dən  ibarətdir.  Bunların  332  nəfəri 

süvari,  660  nəfəri  piyada  olacaqdır.  Bunlar  bölünürlər  99  posta.  Zaqatalada  12  post  olacaq,  bunların  102 

piyadəsi olacaq. Gəncədə 28 postda 280 

[945 - 946]

 strajnik olacaq. Qarabağda 18 postda 180, Lənkəranda 20 

postda  220  nəfər,  Bakı  quberniyasında  20  postda  220  nəfər  strajnik  olacaqdır.  Bu  təşkilatı  idarə  etmək  üçün 

maliyyə nəzarəti ümumilikdə bir idarə təsis olunur. O idarə də bu cürdür: bir müdir, bir kargüzar, iki müavin, bir 

maşında yazan, bir də reqistrator. İki də kyuster. Təşkilatı düzəltmək üçün iki dürlü xərc göstərilər. Biri ilk dəfə 

(518000)  manat,  digəri  həmişəlik  (890000)  manatdır.  Böyük  xərc  992  adamı  saxlamaq  üçündür.  Bunun  5 

milyon 272 min manatı o işə gedir. Maliyyə nəzarəti bunu təqdim edib, maliyyə büdcə komisyonunda qəbul ilə 

parlamana təqdim edilir. 



Katib (Bayram Niyazi) - Qanun layihəsini türkcə oxuyur. 

Ağabəyov - Layihəni rusca oxuyur. 

Sədr - Layihənin əsasları üzrə kim danışmaq istər? Danışmaq istəyən yox isə səsə qoyacağam... Hacı Kərim 

Saniyev buyurun. 



Hacı Kərim - Bu qanun layihəsilə təklif olunur ki, min nəfərə yavuq bir bölük maliyyə nəzarəti ixtiyarında 

olsun.  Gömrükxanaları  mühafizə  etsin.  Böyük  bir  xərcdir  ki,  neçə  milyonlara  çatır.  Bu  qədər  xərc  ilə  əmələ 

kələn qüvvə necə ki, lazımdır, sərhədi saxlaya bilməyəcəkdir. Yenə kandraband gedəcək. Biz öylə bilirik ki, hər 

uyezd  naçalniki  ixtiyarında  olan  milisiya  bu  bölüyün  işini  görə  bilər.  Hər  uyezd  naçalniki  əgər  istəsə 

kandrabandçılığın qabağını ala bilər. Qazax uyezdi əvvəlinci kandrabandçılar yeri idi. Amma həqiqət göstərdi 

ki, əgər polis məmurları xahiş etsələr lazım olan qədər bunun qabağını ala bilərlər. Ona görə biz öylə bilirik ki, 

uyezd naçalnikləri ixtiyarında olan qüvvə kafidir ki, hüdudu kandraband keçirməkdən saxlasın. Bundan əlavə bu 

saat uyezd naçalniklərindən öylə məmurlar da vardır ki, bunların başqa bir işləri yoxdur. Onları düzəltmək olar 

ki, hüdudu saxlasın. Bunlardan başqa biz müvəqqəti olaraq gömrükxana qanunu qəbul etdik və xahişimiz oldu 

ki,  qonşu  dövlətlər  ilə  danışığa  kirişib  gömrükxana  ləğv  edilsin.  Əgər  məqsəd  sərhəddi  düşmən  hücumundan 

saxlamaq  isə  o  zaman  böylə  bölüyün  olmasını  artıq  bilirəm.  Çünki  öylə  bir  vaxtda  böylə  bölüyə  ehtiyac  hiss 

etmədən sərhədlərimizi qoşun hissələrinə tapşırmaq olar ki, o da hərbiyyə nəzarətinə tabe olar. Bunları

 [946  - 

947]  


nəzərə alaraq böylə bir bölüyün maliyyə nəzarəti altında olmasını artıq bilib, xərci də artıq zənn edirik. 

Sədr - Rəhim bəy Vəkilov. 

Vəkilov  - Hacı Kərim Saniyev  əfəndi poqroniçni milisiya barəsində dovod gətirdi mən zənn edirəm ki, bu 

fikir yanlışdır. Yoldaşımız buyurur ki, bu mühafizə dəstəsi əvəzinə hüdudlarımızı administrasiya hifz etməlidir. 

Bu fikrini sübuta yetirmək üçün Qazax məsələsini zərbülməsəl götürür ki, onun naçalniki sərhədi gözəl surətdə 

hifz  etməkdədir.  Bu  fikir  düz  dəyil,  o  məsələ  bağlıdır  naçalnikin  əxlaqının  düzlüyünə  və  ciddiyyətinə.  Bir  də 

Hacı Kərim Saniyev dedi ki, lazım olsa hüdudu saxlamaq üçün başqaca sərhəd mühafizəsi bölüyü əmələ gətirib, 

hərbiyə nəzarəti təhti-idarəsinə verilsin. Buna biz razıyıq, fəqət büsbütün naçalniklərə hüdudları tapşırmaq düz 

deyildir.  Biz  edə  bilmərik  ki,  sərhəd  mühafizəsini  uyezdni  naçalniklərin  əlinə  verək.  Buna  görə  yoldaşlarımız 

sosialistlərin fikrinə şərik ola bilmərik. 



Sədr - Muxtar Əfəndizadə. 

Muxtar Əfəndizadə - Mənə elə gəlir ki, bu nəzərlərin hər ikisində yanlışlıq vardır. Əgər doğrudan da biz bu 

işləri  maliyyə  nəzarətinə  versək  xəyanət  daha  da  artacaqdır,  çünki  böylə  işləri  yuxarıdan  təftiş  edən  yoxdur. 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   289   290   291   292   293   294   295   296   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə