Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə290/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   286   287   288   289   290   291   292   293   ...   299

409 

 

Sədr - 11-ci maddəni səsə qoymadan qabaq, varid olmuş təklifləri səsə qoyuram. Birinci təklif sosialistlərin 

tərəfindəndir ki, and olmasın. Digəri də Bayram Niyazi tərəfindəndir ki, o da 11-ci maddənin ləğvini təklif edir. 

Sədr - Əvvəla mən bu təklifləri səsə qoyuram. Kim təkliflərin tərəfdarıdır, rica edirəm əllərini qaldırsın. Kim 

əleyhinədir? Kim səs verməyir? Lehinə 13, əleyhinə 32, səs verməyən 2. Əksəriyyət rəylə təklif qəbul edilmir. 

11-ci maddəni qeydlə səsə qoyuram. Kim qəbul edir, rica edirəm əllərini qaldırsın. Kim əleyhinədir? Kim səs 

verməyir? Lehinə 30, əleyhinə 13, səs verməyən 2. Əksəriyyət rəylə 11-ci maddə qeydlə bərabər qəbul edilir. 3-

cü babı oxuyunuz. 

Katib - Yalnız babımı oxuyum? Yoxsa axırına qədər maddə-maddə oxuyum. 

Rəis - Maddə, maddə oxuyunuz. 

Katib - Oxuyur, birinci maddəni. 

Rəis  -  Əvvəlinci  maddə  xüsusunda  kim  danışmaq  istər.  Səsə  qoyuram.  3-cü  babın  birinci  maddəsini  səsə 

qoyuram.  Kim  əleyhinədir?  Rica  edirəm  əlinizi  qaldırın.  Müttəhidül  rəy  maddə  qəbul  edilir.  İkinci  maddəni 

oxuyunuz. 

Katib - İkinci maddəni oxuyur. 

Rəis  -  İkinci  maddə  xüsusunda  kim  danışmaq  istərdi?  Səsə  qoyuram,  3-cü  babın  ikinci  maddəsini,  kim 

əleyhinədir?  Rica  edirəm  əlini  qaldırsın,  kim  səs  verməyir?  Maddə  oxundu,  kim  maddənin  tərəfdarıdır,  rica 

edirəm ayağa qalxsın. Sayınız! 

Qara bəy - Oturaqmı? 

Rəis  -  Əyləşiniz.  Lehinə  32,  əleyhinə  14,  səs  verməyən  3.  Əksəriyyət  rəylə  üçüncü  bəndin  ikinci  maddəsi 

qəbul edilir. Üçüncü maddəni oxuyunuz. 



Katib - Üçüncü maddəni oxuyur. 

Əhməd  bəy  Pepinov  -  Bu  maddə  xüsusunda  mənim  bir  qeydim  var.  Beş  sənə  əvəzinə,  iki  sənə  olsun. 

Madam ki, öz rəyilə təkrar Azərbaycan təbəəliyini qəbul edir. Bu beş sənə müddət çoxdur. Biz təklif edirik ki, 

müddət iki sənə olsun. 

Rəis - Sırada başqa natiq olmadığından söz məruzəçinindir. 

[934 - 935]



 

Mehdi bəy Hacınski - Bu heç vaxt ola bilməz. Çünki bir şəxs ki, əvvəlcə təbəəliyə giribdir, sonra qaçmaq 

istəyir, beyliləri üçün iki il azdır, gərək beş il olsun. 



Rəis  -  Səsə  qoyuram.  Sosialistlər  tərəfindən  beş  sənə  olmayıb  da,  bu  müddət  iki  sənə  olsun  deyə  edilən 

təklifi səsə qoyuram. Kim bunun lehinədir? Rica edirəm ayağa qalxsın. Kim səs verməyir? Ayağa qalxsın. Kim 

bitərəfdir  əllərini  qaldırsın.  Lehinə  10,  əleyhinə  31,  səs  verməyən  10.  Əksəriyyət  rəy  ilə  təklif  qəbul  edilmir. 

Üçüncü maddəni komisyonun təklifi üzrə səsə qoyuram. Kim əleyhinədir? Rica edirəm əllərini qaldırsın. 



Rəis  -  Əlli  bir  üzvdən  əleyhinə  Q,  səs  verməyən  9,  41  səslə  maddə  keçir.  Dördüncü  maddəni 

oxuyunuz. Katib - 4-cü babı oxuyur. 



Rəis - 4-cü bab xüsusunda kim danışmaq istərdi. 

Əhməd  bəy  Pepinov  -  Mənim  burada  bir  qeydim  vardır.  Biz  şimdiyə  qədər  öz  işlərimizdə  tarixi-hicrini 

qəbul eyləməmişik. Və həmişə rusca tarix qəbul eyləmişik. Buna binaən mən təklif edirəm ki, tarix yenə əskisi 

kimi 1918 olaraq miladi tarix qəbul edilsin. 

Sədr  - Daha danışmaq istəyən yoxdur. 4-cü  maddəni mən səsə qoyuram. Kim buna etiraz edir rica edirəm 

əlini qaldırsın. Kim səs verməyir. Kim maddənin tərəfdarıdırsa rica edirəm, əlini qaldırsın. Lehinə 23, əleyhinə 

yoxdur. Səs verməyən 12. Əksəriyyət rəylə 4-cü maddə tamamən qəbul olunur. Keçirəm layiheyi-qanuniyyənin 

3-cü qiraətinə. Buyurunuz. 



Katib - Birinci babı oxuyur. 

Sədr  -  Layiheyi-qanuniyyəni  bab-bab  səsə  qoyacağam.  Əvvəlin-i  babı  səsə  qoyuram.  Kim  bunun 

əleyhinədir, rica edirəm əlini qaldırsın. Kim səs verməyir, rica edirəm əlini qaldırsın. Kim əvvəlinci maddənin 

tərəfdarıdırsa  rica  edirəm  əlini  qaldırsın.  Kim  səs  verməyir,  rica  edirəm  əlini  qaldırsın.  (Səmədağaya 

müraciətlə).  Səmədağa  -  rica  edirəm.  Əyləşəsiniz,  çünki  get-gedə  kvorum  azalır.  Rica  edirəm  getməyəsiniz. 

Təkrar  edirəm,  getməyəsiniz,  qorxuram,  layihəni  keçirə  bilməyim.  Lehinə  26,  əleyhinə  yoxdur.  Səs  verməyən 

10. Əvvəlinci bab əksəriyyətlə qəbul edilir. 2-ci babı oxuyunuz. 



Katib - Oxuyur. 

[935 - 936]



 

Sədr - Onun qeydi var, onu da oxuyunuz. 

Katib - Qeydini də oxudum. 

Sədr  -  2-ci  babı  səsə  qoyuram.  Qəbul  olunmuş  təshih  və  əlavələr  ilə  kim  bunun  əleyhinədir.  Kim  səs 

verməyib? Lehinə 29, Əleyhinə yoxdur. Səs verməyən 13. Əksəriyyət rəylə 2-ci bab  əlavələri və təshihləri ilə 

bərabər qəbul olunur. 3-cü babı oxuyunuz. 

Katib - 3-cü babı oxuyur. 

Sədr  -  3-cü  babı  səsə  qoyuram,  kim  bunun  tərəfdarıdır.  Rica  edirəm  əlini  qaldırsın,  kim  səs  verməyibdir. 

Lehinə 30, əleyhinə 3, səs verməyən 10. Əksəriyyət rəy ilə 3-cü bab tamamən qəbul edilir. 4-cü babı oxuyunuz. 



Katib - 4-cü babı oxuyur. 


410 

 

Sədr - 4-cü babı səsə qoyuram. Kim bunun tərəfdarıdır, rica edirəm əlini qaldırsın. Kim bunun əleyhinədir, 

kim  səs  verməyibdir?  Lehinə  31,  əleyhinə  yox,  səs  verməyən  12.  Əksəriyyət  rəy  ilə  4-cü  bab  qəbul  edilir. 

Layihəyi-qanuniyyəni tamamən səsə qoyuram. Kim layihəyi-qanuniyyəni tamən qəbul edirsə, rica edirəm əlini 

qaldırsın. Kim bunun əleyhinədir? Kim səs verməyibdir? Ləhinə 32, əleyhinə yox, səs verməyən 13. Əksəriyyət 

rəy  ilə  layiheyi-qanuniyyə  tamamən  qəbul  olunur.  Layiheyi-qanuniyyə  verilir  təshih  komisyonuna.  Vaxt  gec 

olduğu üçün bir çox təklif var ki, iclas qapansın. Lakin mən fraksiyalardan rica edirəm, öz üzvlərinin nəzərini 

bir  şeyə  cəlb  etsinlər.  Bəzən,  bir  çoxları  gəlib,  özlərini  yazdırıb  gedirlər.  Keçən  dəfə  böylələrini  biz  iki  qat 

cərimə etdik. Lakin yenə bəzi üzvlər öz gəlməməklərində davam edirlər. Mən sizin nəzərinizi buna cəlb edirəm. 

Qarayev (yerindən) - Sualı oxuyunuz. 

Sədr - Əhməd bəy, sualı oxuyunuz. 

Katib  (oxuyur)  -  Məclisi-Məbusan  rəyasəti-aliyyəsinə.  hökumət  rəisinə  işbu  sualımızın  əvvəlinci  iclasda 

qoyulmasını rica ediyoruz. Bu axır günlər içərisində daxili və xarici bir çox mühüm vaqiələr zühur etmişdir ki, 

onların dövlətə və camaatimizin hüquq və hürriyyətinə çox böyük təsiri ola bilər. Bunların cərgəsindən olaraq 

bu axır həftələr içərisində Kaspi dənizində ingilislərin təhti-komandasında bulunan hərb gəmiləri könüllü ordu 

komandalığına verilmişdir ki, 

[936 - 937]

 bizim sahillərimizin və xüsusən paytaxtımızın müdafiəsi üçün bunun 

çox böyük təsiri vardır. 2-ci ingilis əsgərləri mətbuatda verilən xəbərlərə görə bu ayın ortasında Zaqafqaziyanı 

tərk edəcəklər. Bizim üçün əsgəri nöqteyi nəzərdən əhəmiyyətli olan bir çox tədbirlər ittixaz edilməsi lazım gəlir 

ki,  bundan  dövlətin  təmamiyyəti-mülkiyyəsinə  bir  xələl  gəlməsin.  3)  Zaqafqaz  cümhuriyyətlərini,  xüsusən 

Azərbaycan cümhuriyyətini Şimaldan gələn imperialist və əksinqilab qara qüvvələrindən mühafizə etmək üçün 

İngiltərə hökumətindən gələn və rəsmən tərəfinə bildirilən xətti-hərb bizim hökumət tərəfindən qəbul edilmişdi. 

Fəqət,  axır  vaxtlarda  yenə  İngiltərə  hökuməti  haman  xətti  eşitdiyimizə  görə  təzədən  dəyişdirmiş  və  Petrovski 

əvəzinə  şimdi  Yalama  stansiyasına  qədər  yendirmişdir.  Bu  vaqiə  əlbəttəki  hərbi  xətlərin  bir  diploması  oyun 

olduğunu və bundan naşı düşmənin cərgəsinə yadlaşmasına heç bir müvaniət edilmədiyini pak gözəl isbat edir. 

4) Düşmən dənizdən böyük qüvvə aldığı kimi indiyə qədər Dağıstanda  əhəmiyyətli bir qüvvə saxlamadığı 

halda indi artıq Dərbənddə  olan qüvvəsini pak çox artırır, sərhəddə fəaliyyət göstərir və bununla Azərbaycan 

əleyhinə düşmənin nə fikirdə olduğunu göstərir. 

5)  Xaricdə  təhlükə  belə  artdığı  halda  daxildə  də  könüllü  ordu  nümayəndələri  açıqcasına  Yekaterinodardan 

aldığı  dəsturüləməl  üzərinə  mətbuatda  könüllü  ordu  nəfinə  propaqanda  yapırlar,  təşkilatlarını 

möhkəmləndirirlər.  Zabit  və  [əsgər]  nəfərlərini  qeyd  edirlər  ki,  xaricdəki  təhlükəyi  nəzərə  alanda  bunun  nə 

qədər böyük başımıza müşkülat çıxara biləcəyi aydın olsun gərək. 

İştə bu göstərdiyimiz vaqiələr məmləkətin təmamiyyəti-mülkiyyəsi və səlaməti üçün və cəmaətin əldə etdiyi 

inqilab  qənimətləri  üçün  nə  qədər  böyük  əhəmiyyəti  olduğu  aşkar  olunduğundan  hökumətin  bu  yolda  nə  fikir 

etdiyini və nə iş gördüyünü və görmək istədiyini bilmək istərdik. 

Sosialistlər fraksiyonu tərəfindən Əhməd Cövdət. 

"Əmin  olmaq  üçün  hökumətdən  qəti  və  müəyyən  cavab  almalıyıq.  Çünki  qəzetlərdə,  küçələrdə  şayiələr 

gedir.  Hər  kəs  parlamandan  çıxanda  kəndçi  də  bir  ağırlıq  hiss  edir.  Əksinqilabın 

[937  -  938] 

Bakıya gələcəyi 

günü,  hətta  müəyyən  deyirlər  ki,  məsələn,  filan  gün  hökumət  təslim  olacaq.  Cəmaət  də  təşvişə  düşmüş,  bir 

çoxları  buradan  getmək  istəyirlər.  hökumət  gərək  camaata  təskinlik  versin.  hökumət  vaxtilə  demişdi  ki, 

Azərbaycana  gələn  düşmən  ancaq  meyitimiz  üzərindən  keçə  bilər.  Bu  sözləri  yenə  təkrar  etsin.  Siyasətin  və 

vəziyyətimizin nə yolda olmasını cəmaətə bəyan eyləsin. Cəmaət başına bir çarə qılsın. Əgər hökumət bir tədbir 

görmək  istəmirsə,  o  vaxt  cəmaət  özü-özünə  bir  tədbir  görsün.  hökumətin  borcu  idi  ki,  böylə  ağır  vaxtda  özü 

əhvali-hazirədən məlumat verə idi və sorğuya da ehtiyac qalmaya idi. Madam ki, sorğusuz demədi, ona görə biz 

sorğu  verməyə  məcburuq.  Bir  həftə  içərisində  xalqın  arasında  olan  təşvişi  bərtərəf  etmək  üçün  hökumət  nə 

yapdığını, nə tədbir gördüyünü söyləsin". 



Sədr - Hökumət tərəfindən cavab olmadığı üçün sual qalar gələn iclasa. 

Mustafa Mahmudov (yerindən) - Sual hökumətə bildirilmişdirmi? 

Sədr  -  Xeyr!  Xəbər  verilməyibdir.  Növbədən  xaric  söz  verilir  Əliheydər  Qarayevə.  Həbsxanada  aclıq  elan 

etmiş məhbuslar haqqında bəyanat verəcəkdir. 



Sədr - Söz Əhməd Cövdətindir. 

Əhməd  Cövdət  -  Əfəndilər!  O  məsələ  ki,  burada  müxtəsərcə  söylənildi  və  fraksiya  tərəfindən  oxudum. 

haman  bu  məsələnin  nə  qədər  mühüm  olduğu  məlumdur.  Lakin,  son  vaxtlar,  bir  ayın  içərisində  flotun  bir 

hissəsinin  "Dobrovol"  ordusuna  verilməsini  söylədilər.  İndi  isə  məlum  olur  ki,  hamısını  verirlər.  Əvvəl  bu 

kürsüdən  söyləmiş  ki,  ingilis  hökuməti  şimaldan  gələn  qüvvə  üçün  xətt  çəkmişdir.  Gərək  dobrovol  ordusu 

Petrovskidən  bu  tərəfə  keçməsin.  Hərçəndi  bu  xüsusda  xəritə  və  qeyri  kağızlar  da  gəlmişdi.  Fəqət,  dobrovol 

ordusu o xəttə riayət etmədi. Bu gün də yeni bir xəritə gəlmiş və göstərirlər ki, parlamandadır. Demək bu da bir 

şey  deyildir.  Bu  gün  Petrovski,  sabah  Dərbənd,  o  biri  gün  Yalama,  o  biri  gün  Bakıda  olacaqdır.  Bu  düşmən 

tərəfindən  edilən  təkliflər  məlumdur.  Dağıstan  içərisində  indiyə  qədər  Dərbənddə  3-4  yüz  əsgər  olduğu  halda 

indi 4-5 minə qədər artmış. Və bizim xüsusda 

[938 - 939] 

hərb yanında fəaliyyətə keçmişdir. Bunlar göstərir ki, 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   286   287   288   289   290   291   292   293   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə