Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə39/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   33   34   35   36   37   38   39   40   41

141
Azərbaycanda tolerantlıq ənənəsi
Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi Heydər Əliyev 
İvanovka kolxozunun sədri Nikolay Nikitinlə birgə kənd sakinlərilə görüşür
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 
və xanımı Mehriban Əliyeva İvanovka kəndində


142
İvanovka kəndinin müasir vəziyyəti
 Molokanlar Dua evində


LÜTFİ ZADƏ MƏNTİQİ 
AZƏRBAYCAN TOLERANTLIQ 
MODELİNİN FƏLSƏFİ ƏSASI KİMİ


144
Elmin ƏLİYEV
1
Giriş
Azərbaycan düşüncə tarixinə  nəzər salsaq, dünya elm və 
mədəniyyət xəzinəsinə töhfə vermiş, hətta yeni sistem/paradiq-
ma inşa edərək bəşəri təxəyyülün hüdudlarını genişləndirmiş 
onlarla mütəfəkkirin adını  çəkə bilərik. Aristotelin düşüncə 
sistemi  əsasında formalaşdırılmış  məşşai fəlsəfənin inkişafın-
da əvəzsiz rolu olan Bəhmənyar İbn Mərzuban (XI əsr), işra-
qilik adlı yeni fəlsəfi  cərəyanın qurucusu sayılan Sührəverdi 
(XII  əsr), vəhdəti-vücud konsepsiyasının banilərindən hesab 
edilən Eynəlqüzat Miyanəçi (XII əsr), Osmanlı elm həyatında 
dərin izlər qoyan Məhəmməd ibn Əli  əl-Qarabaği (XVI əsr), 
Anadoluda riyaziyyat, astronomiya və coğrafiya elmlərinin 
qurucularından sayılan Fəthullah Şirvani (XV əsr), məntiq və 
tibbdə  məşhurlaşmış  Əfzələddin Xunəci (XIII əsr), tanınmış 
kəlam və  fiqh alimi Müqəddəs  Ərdəbili (XVI əsr) məhz belə 
şəxsiyyətlərdəndir.
2
 
Sıralarını daha da genişləndirə biləcəyimiz bu dahi in-
san lar tarixin müxtəlif mərhələrində ya mövcud düşüncə sis-
tem lərini təkminləşdirmiş, ya da yeni bir sistemin qurulma-
sında yaxından iştirak etmişdir.  Əlbəttə, klassik İslam sivili-
zasiyasının məhək daşlarından sayılan bu elm xadimlərinin 
düşüncə dünyalarını bir neçə  səhifədə tam təfsilatı ilə  təhlil 
etmək mümkün deyil. Sadəcə onu qeyd etməklə kifayətlənirik 
ki, bu şəxsiyyətlərin ortaya çıxmasında Azərbaycan xalqının 
elm və təfəkkürə olan rəğbəti, habelə fərqli inanc və düşüncə 
tərzlərinə qarşı qərəzsiz yanaşması böyük rol oynamışdır. Bu-
1
 
 Ankara Universitetinin doktorantı.
2
 
  Elmin Əliyev, “Azərbaycanda irfan mütəfəkkirləri”, Azərbaycan və Əhli-beyt 
irsi, Bakı, 2013, s.130-131. 


145
Azərbaycanda tolerantlıq ənənəsi
radakı  əsas məqsədimizə  gəldikdə isə ilk növbədə XXI əsrin 
elm və texnologiya həyatında yeni iz açmış Azərbaycan alimi 
Lütfi  Ələsgərzadənin məntiq nəzəriyyəsinə  əsasən bəzi dini 
məsələlərin izahının, beləliklə də, Azərbaycan xalqına məxsus 
tolerantlıq və multikulturalizm düşüncəsinin bu məntiq nə-
zə riyyəsi ilə  əsaslandırılmasının mümkün olub-olmadığına 
diqqət yönəltməkdən ibarətdir. 
Fəlsəfə düşüncə tarixinin heç bir mərhələsində XX əsrdə 
olduğu qədər dərin problemlərlə üzləşməmiş  və diqqət mər-
kə zində olmamışdır. Dünyanın sözün əsl mənasında kiçil-
mə sini  ifadə edən qloballaşma, sürətlə inkişaf edən elm və 
tex nologiya daha qarışıq mədəniyyət və  həyat tərzlərinin or-
taya çıxmasına səbəb olmuşdur. Bu isə öz növbəsində yeni 
fəl səfi problemləri və bu problemlər qarşısında formalaşdırı-
lan düşüncə sistemlərini bərabərində  gətirmişdir. Qeyri-səlis 
məntiq nəzəriyyəsini biz bu nöqteyi-nəzərlə ələ alaraq, müasir 
fəlsəfi problemlərin tələbi ilə bir qaçış yolu olaraq ortaya çıxan 
bu yeni nəzəriyyənin köhnə problemlərin həllinə hansı ölçüdə 
kömək edə biləcəyini araşdıracağıq. 
 Lütfi Ələsgərzadə və qeyri-səlis məntiq 
nəzəriyyəsi
Lütfi Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakı-
da anadan olub. Əslən Cənubi Azərbaycandan olan atası Rəhim 
Ələsgərzadə ticarət məqsədi ilə Bakıya gələrək bir müddət son-
ra Bakı Dövlət Universitetində şərqşünaslıq ixtisası üzrə təhsil 
alır. Bakıda anadan olan Lütfi Zadə təxminən 10 il burada ya-
şayır. Sovet hakimiyyətinin 1932-ci ildə İran vətəndaşları olan 
azərbaycanlılarla bağlı  qəbul etdiyi yeni qərardan sonra isə 
ailəsi İrana geri dönmək məcburiyyətində qalır. 
Təhsilini  İranda davam etdirən Lütfi Zadə Tehrandakı 
Amerika kollecini və Tehran Universitetinin elektrotexnika 


146
fakültəsini müvəffəqiyyətlə başa vurur. 1944-cü ildə ABŞ-a 
köçən gənc alim 1946-cı ildə Massaçusets Texnologiya İnsti-
tutunda elektrotexnika ixtisası üzrə magistratura diplomuna 
yiyələnir. 1949-cu ildə Kolumbiya Universitetində doktor-
luq elmi dərəcəsi alan tədqiqatçı 1957-ci ildə professorluğa 
yüksəlir.
Qısa müddət  ərzində bir neçə fundamental tədqiqat ilə 
məşhurlaşan alim 1965-ci ildə “Information and Control” jur-
nalında qeyri-səlis çoxluqlara aid məqaləsini çap etdirir. Zaman 
keçdikcə bütün dünyada böyük rezonans doğuracaq elmdə 
yeni bir istiqamətə təkan verəcək qeyri-səlis məntiq (fuzzy lo-
gic) nəzəriyyəsi ilk vaxtlar tədqiqatçılar tərəfindən ehtiyatla
hətta istehza ilə qarşılanır. Bütün şübhələrə baxmayaraq, Lütfi 
Zadənin qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq nəzəriyyəsi 
elm xadimləri tərəfindən qəbul edilmir və son 20 ildə məişət tex-
nikalarından tutmuş mürəkkəb texnoloji proseslərin tətbiqinə 
qədər ən müxtəlif sahələrdə öz əksini tapır. Lütfi Zadə, eyni za-
manda təəssüratlar, sistemlər, sözlə işləyən kompüter, optimal 
süzgəclər kimi 6 mühüm nəzəriyyələrin müəllifidir.
1
 
Lütfi Zadə  tərəfindən sistemləşdirilən qeyri-səlis məntiq 
nəzəriyyəsinin  əsasını klassik məntiqin və riyazi təsəvvürün 
qəbul etdiyi ikili çoxluq anlayışının qeyri-səlis çoxluq ilə əvəz 
olunması  təşkil edir. Belə ki, Aristotelin binar məntiq sistemi 
ilə yürüdülən mühakiməyə görə bir şeyin ağ və ya qara olma-
sı labüddür, üçüncü ehtimal bu nəzəriyyəyə əsasən mümkün 
deyil. Digər bir ifadə ilə bir şey doğru və ya yanlış, uzun və 
ya qısa şəklində iki dəyərdən hər hansı birinə sahib olmalıdır. 
Qeyri-səlis məntiq nəzəriyyəsi isə ağ və qara, doğru və yanlış, 
uzun və qısa ilə yanaşı, onların müxtəlif çalarlarının mövcud-
luğunu da qəbul edir. Qeyd olunan dəyərlərdən hər birinin 
arasında kəsilməz dəyərlər silsiləsi vardır ki, bu da sözügedən 
1
 
 Geniş məlumat üçün bax: Möhbəddin Səməd, Dünya dahilərsiz yaşaya bilmir, 
Bakı, Azərbaycan Milli Ensiklopediyası, 2000.


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə