Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə35/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   31   32   33   34   35   36   37   38   ...   41

128
ruhən deyil, cismən diriləcəklər. Dini ayinlər haqqında pravos-
lav təlimini rədd edirlər. Orucluğa gəldikdə isə molokanların 
fikrincə, oruc müəyyən vaxt müddətində deyil, insanın özü-
nü günahkar olduğunu və nəfsinin ağlına üstün gəldiyini hiss 
etdikdə tutulmalıdır. Onlar qidalanmada donuz əti və pulcuqsuz 
balıqdan başqa hər şeydən istifadə edirlər. Molokanların ibadə ti 
Bibliyanın, əsasən də Zəburun məş hur  hissələrinin qiraətindən 
və nəğmə kimi oxunmasından iba rət dir.  Keşiş adətən ön cərgədə 
əyləşib Bibliyadan kəlamlar oxu yur, dinləyicilər isə onu uzada-
uzada təkrarlayaraq nəğmə şək  lində ifa edirlər. 
Molokanlara görə, həqiqi xaç suyuna salınma Həzrət İsanın 
təlimini səmimi  şəkildə  qəbul etməkdir. Onlar bəzi təriqətlər 
kimi elmi inkar etmir, əksinə çox əhəmiyyət verirlər. Ancaq 
onlara görə, elm insanı təkbaşına xoşbəxt etməz. Bunun üçün 
Tanrı ilə  əlaqənin olması lazımdır. Dini icma arasında həyat 
yoldaşı yaşayarkən ailə quran qadın və kişiyə pis baxılır.
1
Molokanlarda insanlardan və  təbiətdən müstəqil mütləq 
Tanrı  məfhumu vardır.  İcmada dözümlülük və  ağıl etiqadın 
əsasında yer almaqla bərabər  şəxsi nöqsanı  həll etməyin və 
qabiliyyətin ortaya çıxarılmasının yolu olaraq çalışmaq ən üs-
tün əxlaqi kateqoriya olaraq mənimsənir.
2
 
Molokanlarda toplu şəkildə  həyata keçirilən ibadətlər və 
camaat liderləri tərəfindən İncildən oxunan parçalar dini icma-
nın həyatında mühüm əhəmiyyət daşıyır.
3
Molokanlara tətbiq olunan təzyiq və sürgünlər bu dini ic-
manın etiqadını mühafizə etmə  məsələsində daha da müba-
riz etmişdir. Belə ki, molokanların kəndli sinfinə aid hərə kat-
la rındən yeni bir etnik kimlik yaranmışdır. Yəni, sinfi olaraq 
meydana gələn bir hərəkat konfliktlər, uzaqlaşdırmalar və ta-
1
 
 И.А. Малахова, О современных молоканах, s. 13-28. 
2
 
  Therese Adams Muaranaka, The Russian Molokan Colony at Guadalupe, Baja 
California: Continuity and Change in a Sectrarian Community, s. 39. 
3
 
  Roman Lunkin & Anton Prokofyev, “Molokans and Dukhobors: Living Sourc-
es of Russian Protestantism”, s. 86. 


129
Azərbaycanda tolerantlıq ənənəsi
ma milə  fərqliləşən dini etiqadın yaratdığı ideoloji əsaslar ilə 
etnik kimliyə çevrilmişdir. 
Molokanizm qapalı kimlik modelini yaratmışdır. Hər nə 
qədər Xristianlıq içərisində meydana gəlsə də, molokanizm bir 
etnik-dini, yəni Xristianlığın etnik dinə çevrilmiş şəklini təmsil 
edir. Bu baxımdan istəyən hər kəs xristian ola bilər, ancaq xris-
tian olmasına rəğmən molokan ola bilməz. Molokanlar özlərini 
ortaq bir soydan meydana gələn icma kimi qəbul edirlər. 
Nəticədə molokanların pravoslav kilsəsindən ayrılmaların-
da həm dini, həm də iqtisadi səbəblər rol oynamışdır. Əslində 
molokanlarda dini və iqtisadi sahələr çox əlaqəli  şəkildədir. 
Ağır vergilər, kollektiv kəndlərin dağıdılması  və s. hadisələr 
iqtisadi ayrılmanın, Rus pravoslav kilsəsindəki rituallar və 
Xristian qardaşlığı prinsipinə uyğun yaşadılan camaat sistemi-
nin dağıdılması dini səbəbləri təşkil edir. Məhz molokanlarda 
aqrar sahədə, taxılçılıq və heyvandarlıqla məşğul olma bir növ 
camaat uğrunda işləmə ibadət kimi qiymətləndirilir. 
Çar Rusiyası molokanlara qarşı sərt tədbirlərə əl atırdı. Yu-
xarıda qeyd etdiyimiz kimi, saqqallarını, bığlarını qırxır, onla-
rı hərbi xidmətə getməyə məcbur edirdilər. Etiqadlarına zidd 
olan bu işgəncələrə boyun əyməyərək onlar müxtəlif yerlərə, o 
cümlədən Azərbaycana köçürüldülər. 
XVIII  əsrdə meydana gələn molokanizm, eyni zamanda 
Qərbdə yaranan protestantlıqla da az da olsa, əlaqələri vardır. 
Belə ki, XVIII əsr artıq Rusiyanın qərbləşmə prosesinə başladığı 
dövrdür. Bu proses rus kəndlisinə də öz təsirini göstəriridi. Bu 
mənada Çar Rusiyası müqəddəsləşdirən pravoslav kilsəsi ilə rus 
kəndlisi arasında uçurum genişlənirdi. Bu səbəblə də molokanlar 
iqtisadi və dini dünya görüşlərinin fərqliliklərinə istinad edərək 
Rus pravoslav kilsəsinə və çar üsul-idarəsinə qarşı çıxdılar. 
Molokanlar başqa protestant cərəyanlarının təsirinə düş-
mə yiblər, daha mötədildirlər və yeni təriqətlərin ardıcılları ilə 
müqayisədə öz təlimlərinin təbliğatına az meyillidirlər. Hal-


130
buki müasir dövrdə baptizmə  məzmun və mahiyyətcə yaxın 
olmaları  səbəbilə molokan gəncləri bu təriqətə daxil olmağa 
meyllidirlər. Bu meyilin arxasında da baptistlərin varlı və dün-
ya miqyasında geniş əlaqələrə malik olmaları durur. 
Molokanlar işləməyi ibadət olaraq görürlər. Onlar müştə rək 
işləməyi və bütün icmanın bu istiqamətdə hərəkət etmələrini 
dini əmr sayırlar. 
Məşhur rus yazıçısı Lev Tolstoy molokanların saf və təmiz 
olduqlarını deyərək onlara kitablarından aldığı müəlliflik qo-
norarından köməklik göstərirdi. 
Molokanlar sürgün olunmalarını  yəhudilərin sürgününə 
bənzədərək bunun Tanrının istəyi və iradəsi kimi qəbul edirlər. 
Hətta, bu sürgünlə bağlı molokanların folkloru da yaranmış-
dır. Məhz pravoslav kilsəsindən ayrılmalarını da Həzrət İsanın 
yaşantısı ilə bir tutaraq izah edirlər. 
Azərbaycan molokanları
Azərbaycanda molokanlar, əsasən Bakı, Sumqayıt, Şamaxı, 
İsmayıllı, Gədəbəy və Qubada yaşayırlar.  İlk molokan icma-
ları Azərbaycanda XVIII əsrin ortalarında meydana gəlmişdir. 
Onları ölkəmizə Rusiyadan kafirliyə  və pravoslav kilsəsinin 
əleyhinə çıxdıqlarına görə sürgün etmişlər.
Ümumiyyətlə, molokanların Azərbaycan ərazisinə ilk köçü 
1832-ci ilə təsadüf edir. Tarixi mənbələrə görə, onlar Rusiyadan 
Qarabağın Qızılqışlaq yaşayış  məntəqəsinə “kilsə  və pravos-
lav etiqadına zidd getdiklərinə görə” sürgün olunublar. 26 kişi 
və 30 qadından ibarət ilk dəstədən sonra növbəti illərdə mo-
lokanların Zaqafqaziya axını artır. Molokanların köçürüldüyü 
ərazilər sırasına müsəlmanların üstünlük təşkil etdiyi Borçalı 
və İrəvan bölgələri də daxil idi. Onlar özlərinin zəhmətsevərliyi 
və düzgünlükləri ilə tez bir zamanda yerli sakinlərin rəğbətini 
qazanırlar. Məsələn, Don torpaqlarından sürgün olunmuş mo-


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə