Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə40/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   33   34   35   36   37   38   39   40   41

147
Azərbaycanda tolerantlıq ənənəsi
nəzəriyyəyə real həyatı daha yaxşı əks etdirmək imkanı verir. 
Məhz bu nöqteyi-nəzərlə qeyri-səlis məntiqi yanaşma müasir 
dünyada fərqliliklərin vəhdətinin, eləcə  də müxtəlif inanc və 
mədəniyyət mənsublarının birgəyaşayışının təmin olunma-
sında, binar sistemlə izahı  çətin olan dini məsələlərin ictimai 
problemlər doğurmasının qarşısının alınmasında təsirli ola 
bilər. Bir insanı dost və ya düşmən şəklində xarakterizə edən 
binar məntiqin  əksinə ona yaxın dost, uzaq dost, tanış  və s. 
şəklində fərqli dəyərlər də yükləyən qeyri-səlis məntiq anlayışı 
başqaları ilə münasibətlərin qurulmasında, tolerantlıq və mul-
tikulturalizm prinsiplərinin yayılmasında böyük əhəmiyyət 
kəsb edir. 
 Formal  məntiq nəzəriyyəsinin İslam düşüncə 
tarixindəki yeri
İslam aləmində sistematik məntiq araşdırmaları  məşhur 
yunan  filosofu Aristotelin əsərlərinin  ərəb dilinə  tərcümə 
edilməsi ilə başlamışdır. Bu tərcümə fəaliyyətlərinin yüksələn 
xətt üzrə inkişaf edərək X əsrdə zirvə nöqtəyə çatmasında və 
beləliklə  də, yunan düşüncəsinin islamlaşdırılması baxımın-
dan əsas vasitə olaraq istifadə edilməsində bir neçə faktor bö-
yük rol oynamışdır: 
1.  İslam dininin yayıldığı bölgələrdəki Xristian, Yəhudi, 
eləcə də digər din mənsubları öz inanclarını əsasən yunanlar-
dan aldıqları məntiqi təfəkkür ilə müdafiə edirdilər. Buna görə 
də müsəlmanlar öz dini arqumentlərini  əsaslandırmaq üçün 
Aristotel məntiqinin öyrənilməsi zərurəti ilə qarşılaşmışdırlar. 
Digər tərəfdən sözügedən dövrdə  Cəfər  əl-Mənsur kimi Ab-
basi xəlifələrinin elmi tədqiqatlara verdiyi xüsusi dəstək tibb, 
fəlsəfə  və  məntiq  əsərlərinin  ərəb dilinə  tərcüməsində böyük 
rol oynamışdır. 


148
2. Müsəlmanlar üçün əsas və dəyişməz qaynaq mahiyyəti 
daşıyan Qurani-Kərimdə doğru biliklərə yiyələnmə, təd qiq 
etmə, araşdırma, ibrət alma, təfəkkür və idraketmə  məfhum-
la rının vurğulandığı  və müsəlmanların bu tərz fəaliyyətlərə 
şövq edildiyi bir çox ayə mövcuddur. Eyni şəkildə  Həzrət 
Məhəmmədin hədislərində də əqli mühakimənin xoş qarşılan-
dığına dair ifadələrin mövcud olması müsəlmanları məntiq el-
mini öyrənməyə ruhlandırmışdır. 
3. Müsəlmanların Aristotel məntiqini öyrənib inkişaf et dir-
məyə sövq edən bir digər amil isə dini və etiqadi məsə lə lə rin 
aydınlaşdırılması ilə yanaşı, məntiqi mühakiməni həyatın bü-
tün sahələrinə tətbiq etmə ehtiyacı olmuşdur.
1
 
Bütün bunlarla yanaşı, müsəlman dilçi və kəlam alim lə rin-
dən bir qismi aşağıdakı səbəblərə görə məntiq araşdırmalarına 
etiraz etmişdir:
1. İslam düşüncəsini xarici təsirlərdən qoruma təşəbbüsü;
2. Dini elmlərin ikinci plana atılacağı qorxusu; 
3. Məntiq elminin İslam aləminə giriş yollarının, eləcə də 
məfhum və mövzularının ilk baxışda  İslama yad faktor kimi 
dəyərləndirilməsi;
4. Bəzi məntiq prinsiplərinin ənənəvi kəlam metodları ilə 
ziddiyyət təşkil etməsi;
5. Elmi fəaliyyətin məntiq metodları ilə əsaslandırılmasının 
zəruri olmadığı anlayışı;
6. Məntiqin insan təfəkkürünün hüdudlarını daraltması 
düşüncəsi;
7. Doqmatik düşüncə və digər emosional təmayüllər.
2
Qeyd edilən təmayüllərə baxmayaraq, Fərabi və  İbn Sina 
başda olmaqla müsəlman filosofların intellektual fəaliyyətləri, 
eyni zamanda əşari alimlərindən Əbu Həmid əl-Qəzalinin İbn 
1
 
 İbrahim Emiroğlu, Ana hatlarıyla klasik mantık, Bursa, 1999, s. 47-50, İbrahim 
Emiroğlu, “Mantık”, DİA, c. 28, s. 20. 
2
 
 İbrahim Emiroğlu, Ana hatlarıyla klasik mantık, Bursa, 1999, s. 51-52. 


149
Azərbaycanda tolerantlıq ənənəsi
Teymiyyə tərəfindən kəskin tənqid atəşinə tutulan elmi-sxolas-
tik və ideoloji yanaşması  nəticəsində  İslam alimləri Aristotel 
məntiqinə dini elmlərin öyrənilməsində açar rolu yüklənmişdir. 
Məntiqi müstəqil bir elm kimi qəbul edib-etməməsindən asılı 
olmayaraq klassik dövr müsəlman mütəfəkkirləri öz fikirlərini 
formal məntiqin prinsipləri fonunda izah etməyə çalışmışdırlar. 
 Formal  məntiq ilə izahı mübahisə doğuran 
dini mövzulara nümunələr
Bərzəx: lüğəvi mənada “iki şey arasındakı maneə” anla-
mını verən bu termin kəlam və  təsəvvüf leksikonunda fərqli 
çalarlarla öz əksini tapmışdır. Buna baxmayaraq, ümumilikdə 
dini termin olaraq ölümdən sonra yenidən dirilişə qədərki ara 
mərhələni, dünya və axirət arasındakı aləmi və qəbir həyatını 
ifadə etmək üçün istifadə olunur. 
İslam dininin etiqadi və hüquqi məsələləri üçün əsas qay-
naq təşkil edən Qurani-Kərimdə “bərzəx” kəlməsi üç yerdə 
işlədilmişdir: 
1. «Birinin suyu çox şirin, digərininki isə olduqca şor (acı) 
olan iki dənizi qovuşduran, aralarında (bir-birinə qarışma-
maq üçün) maneə və keçilməz sədd qoyan Odur!”
1
2. “(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-
birinə qovuşmaq üçün açıb buraxdı). Amma onların arasında 
maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən 
edilmiş həddi aşmazlar)”.
2
3. «Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı 
zaman o belə deyər: “Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! 
Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir 
iş görüm! (Yaxud, bu günə qədər tərk etdiyim imana qayıdıb sa-
leh bir əməl edim!) Xeyr, bu onun dediyi boş (faydasız) bir söz-
1
 
Furqan 25/53.
2
 
Rəhman 55/19-20.


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə