“Azərbaycanda xarici sərmayəli bankların bank sektorunda rolu”



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix14.09.2018
ölçüsü0,96 Mb.
#68451
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

32 

 

 



 

qabiliyyətli olub-olmamasından xəbərsiz, borc vəsaitlərirnə olan tələb və təklif isə 

bir-biri  ilə  üst-üstə  düşmür.  Kommersiya  bankları  isə  müştərilərin  bu  sadalanan 

problemlərlə üzləşməməsinə imkan yaratmış olurlar. 

Depozit  funksiyası  –  tədiyə  vasitələrinin  yaranması  bank  müştərilərinin 

kreditləşməsinin depozit funksiyası ilə sıx şəkildə bağlıdır. Depozit iki yolla ortaya 

çıxa bilər: müştərinin banka nağd şəkildə pul vəsaitləri daxil etdiyi zaman, eləcə də 

bank kreditləşməsi zamanı. 

Bu əməliyyatlar ölkənin pul kütləsinin həcminə müxtəlif yolla təsir edə bilər. 

Əgər  müştəri  öz  pul  vəsaitlərini  banka  tələbolunanadək  qoymuşdursa,  o  zaman 

pullar  nağd  puldan,  nağdsız  pula  çevrilirlər.  Bu  zaman  təsərrüfatdakı  ümumi 

məbləğ  dəyişməmiş  qalır.  Əgər  pullar  depozitə  daxil  olursa,  bu  zaman  tədavüldə 

pulun ümumi məbləği dəyişmiş, yəni artmış olur. Bu prosesin əksi isə müştərinin 

öz  hesabından  pul  vəsaitlərini  geri  aldığı  və  kreditin  bağlanması  üçün  pulların 

depozitdən silinməsi zamanı baş verir. Kommersiya banklarının depozitləri və pul 

kütləsinin  artırıb-azaltmaq  qabiliyyətini  ölkənin  mərkəzi  bankı  kreditin 

dinamikasını  istiqamətləndirmək  məqsədilə  istifadə  edir.  Bunun  üçün  Mərkəzi 

Bank  özünün  pul-kredit  siyasəti  alətlərindən  olan  məcburi  ehtiyat  normalarından 

istifadə edir. 

Beləliklə,  bu  funksiya  bankın  çeklər,  plastik  kartlar  və  elektron  pulların 

köməyilə  bank  depozitləri  formasında  kredit  pulların  yaranması  üzrə  bankların 

xüsusi funksiyasıdır. 

Kommersiya  bankları  əvvəla,  pulun  bir  növdən  (banknot)  başqasına 

(depozit)  keçməsilə  öz  müştərilərindən  nağd  pullar  qəbul  edərək  depozitlər 

yaradırlar. 

İkincisi,  bank  depozitləri  müştərilərdən  qiymətli  kağız,  xarici  valyuta  və 

qızıl qəbul etməsi nəticəsində bank kreditləri verməklə yaradır. Bu halda pulun əks 

hərəkəti baş verir, yəni nağdsız formadan nağd formaya keçir

-  pul  ödəmələri  və  hesablaşma  funksiyası  –  mülkiyyətin  dövlətə  məxsus 

olduğu inzibati-amirlik sistemində müştərilər arasında hesablaşmalar vahid dövlət 

bankı tərəfindən həyata keçirilirdi. 



33 

 

 



 

Uyğun  olaraq  hesablaşma  formaları  da,  ödəmə  ardıcıllığı  da,  tərəflərin 

cavabdehlik tədbirləri də bütün hesabların vahid bankda cəmləşməsi istiqamətində 

aparılırdı. Belə sistemdə ödəmələrin həyata keçirilməsinin təminatçısı dövlətin özü 

idi, dövlət bütün mümkün olan riskləri öz üzərinə götürürdü. 

Kommersiya  banklarının  sərbəst  fəaliyyət  göstərdiyi  bazar  iqtisadiyyatı 

şəraitində  müştərilər  arasında  hesablaşmalar  ayrı-ayrı  banklar  tərəfindən  həyata 

keçirilir və bu sahədəki risklər də artmaqla bankların məsuliyyətini daha da artırır. 

İnkişaf  etmiş  ölkələrdə  hüquqi  şəxslər  arasındakı  hesablaşmaların  əsas 

hissəsi nağdsız formada həyata keçirilir. Burada kommersiya bankları təşkilatçı və 

vasitəçi  kimi  çıxış  edir.  Bu  banklar  müştərilərin  tapşırığına  əsasən  ödəmələri 

həyata keçirir, hesablara pul qəbul edir və müştərilərin bütün pul daxilolmalarının 

və köçürmələrinin uçotunu aparırlar. 

-  qiymətli  kağızları  buraxılışı  və  yerləşdirilməsi  funksiyası  –  kommersiya 

banklarının  ilkin  və ikinci  bazarda  həyata  keçirdiyi  əməliyyatlarla  əlaqələndirilir. 

Sözsüz  ki,  bu  banklar  kredit  sistemini  tamamlayır  və  onunla  birgə  fəaliyyət 

göstərir.  Hələlik  ölkədə  qiymətli  kağızlar  bazarının  zəif  inkişafı  ilə  əlaqədar, 

maliyyə resurslarının əsas cəlbedilmə üsulu əmanətlər hesab olunur. 

-  bankların  məsləhət  (konsultasiya)  xidməti  funksiyası  –  onların  öz 

müştərilərinin işlərini sabit, səmərəli və gəlirli aparılmasında maraqlı olmasından 

irəli  gəlir.  Bununla  əlaqədar  banklar  müştərilərinin  kredit  qabiliyyətinin 

qaldırılması,  onların  hesablaşmalarının  optimallaşması,  vergi  planlaşdırmaları, 

hesablaşmaların təşkili və s. məsələlər üzrə məsləhətlər vermə ilə məşğul olurlar. 

Yuxarıda  qeyd  olunan  funksiyalardan  başqa,  kommersiya  bankları 

müştərilərə digər maliyyə xidmətləri də göstərirlər. Belə ki, banklar korporasiyalar 

və  ayrı-ayrı  şəxslər  üçün  etibarnamə  əsasında  mülkiyyətin  bankın  idarəçiliyinə 

keçməsi  ilə  bağlı,  müştəri  üçün  qiymətli  kağızların  alınması,  daşınmaz  əmlakın 

idarə  olunması,  istiqraz  buraxılışı  üzrə  təminatlı  funksiyalar  və  s.  kimi  müxtəlif 

növ əməliyyatlar yerinə yetirirlər. 

 

 



 


34 

 

 



 

2.2. Bankların kapitallaşma səviyyəsi və sahibkarlığın inkişafına onun təsiri 

 

Bank  sektorunun  inkişafında  onların  kapitallaşma  səviyyəsi  böyük  rol 



oynayır. Hesabat ilində bank sektorunun kapital bazasının möhkəmlənməsi davam 

etmiş, sistemin kapital adekvatlığı göstəriciləri məqbul səviyyədə olmuşdur. 

2013-cü ildə bankların məcmu kapitalı 32,7% və ya 844,3 mln.manat artaraq 

3426,5 mln.manata çatmışdır. Birinci dərəcəli kapital il ərzində 33,2% yüksəlmiş, 

onun  məcmu  kapitalda  xüsusi  çəkisi  79,3%  təşkil  etmişdir.  Məcmu  kapitalın 

artımının  əsas  mənbəyini  –  76%-ni  nizamnamə  kapitalı  təşkil  etmişdir.  Belə  ki, 

nizamnamə  kapitalı  639,2  mln.manat  və  ya  23,2%  artmışdır.  Bank  sisteminin 

məcmu  kapital  adekvatlığı  yüksək  səviyyədə  olmuş  (18,1%)  və  Mərkəzi  Bankın 

müəyyən  etdiyi  minimal  normanı  (12%)  və  beynəlxalq  təcrübədə  qəbul  olunmuş 

minimal  səviyyəni  (8%)  xeyli  üstələmişdir.  Eyni  zamanda  1-  dərəcəli  kapitalın 

adekvatlığı da normadan çox olmuşdur (14,1%). 

Bank  sektorunun  fəaliyyətinin  maliyyə  nəticələri  ümumilikdə  qənaətbəxş 

olmuşdur.  Bank  sektorunun  maliyyə  dayanıqlığının  daha  da  gücləndirilməsi 

məqsədilə  banklara  «məsuliyyətli,  borc  vermə»  prinsiplərinə  müvafiq  olaraq 

kreditlərin  verilməsi  sahəsində  işlərin  intensivləşdirilməsi  və  bu  sahədə  nəzarətin 

artırılması tapşırılmışdır. 

Eyni  zamanda  bank  xidməti  istehlakçılarına  rəqabətli  seçim  imkanının 

yaradılması  məqsədilə  2014-cü  ilin  əvvəlindən  faktiki  illik  faiz  dərəcələrinin 

(FİFD)  tətbiqinə  başlanmışdır.  Maliyyə  vasitəçiliyinin səmərəliliyinin və  maliyyə 

dərinliyinin  yüksəldilməsi  məqsədilə  məcmu  kapitalın  minimum  məbləğinə  dair 

kapital  tələbinə  uyğunlaşmaq  üçün  verilən  müddət  1  yanvar  2015-ci  ilədək 

uzadılmışdır. 2013-cü ilin sonunda sistemin aktivlərinin və əhalinin əmanətlərinin 

95%-dən çoxuna malik bankların kapitalı 50 mln.manata çatdırılmışdır. 

Banklarda  risklərin  idarə  edilməsi  sisteminin  səmərəliliyinə  qarşı  tələblər 

artırılmışdır.  O  cümlədən,  beynəlxalq  təşkilatlarla  birlikdə  əməliyyat  riskinin 

tənzimlənməsi çərçivəsinin yaradılması istiqamətində tədbirlər görülmüşdür. Bank 

sektorunda idarəetmə və hesabatlıq sisteminin səmərəliliyinin artırılması məqsədilə 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə