“Azərbaycanda xarici sərmayəli bankların bank sektorunda rolu”



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix14.09.2018
ölçüsü0,96 Mb.
#68451
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

35 

 

 



 

yeni korporativ idarəetmə standartlarının tətbiqinə başlanılmışdır. Bank sisteminin 

nəzarət  arxitekturası,  əsas  biznes  prosesləri  və  sistemdə  vəzifə  və  səlahiyyətlərin 

iyerarxiyasını  müəyyən  edən  xüsusi  metodologiya  hazırlanmışdır.  Risk-əsaslı 

nəzarətin  yeni  biznes  prosesləri  və  alətlərinin  yaradılmasını  nəzərdə  tutan 

normativ-hüquqi  bazanın  formalaşdırılması  istiqamətində  fəaliyyət  davam 

etdirilmişdir. 

Mərkəzi Bank tərəfindən «Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının 

qorunması»  layihəsi  çərçivəsində  hazırlanmış  «Bank  xidmətləri  istehlakçılarının 

hüquqlarının  müdafiəsinin  gücləndirilməsi  Proqramı»  üzrə  işlər  2014-cü  ildə 

davam etdirilmişdir. Proqramın reallaşdırılması üzrə Dünya Bankı ilə əməkdaşlıq 

edilir. 


Proqram  çərçivəsində  «Banklarda  və  bank  olmayan  kredit  təşkilatlarında 

maliyyə  xidmətləri  istehlakçılarının  müraciətlərinə  baxılmasına  dair  Metodoloji 

Rəhbərlik»  hazırlanmışdır.  Metodoloji  Rəhbərlikdə  kredit  təşkilatlarında 

istehlakçılarla  iş  üzrə  tamamilə  yeni  tələblər  müəyyən  edilmişdir.  Metodoloji 

Rəhbərliyin  tətbiqi  faktiki  olaraq  məhkəmələrdən  kənar  arbitraj  institutunun 

formalaşmasına və bu istiqamətdə yeni mərhələnin başlanmasına təkan verəcəkdir.  

2014-cü  ildən  Dünya  Bankı  və  Beynəlxalq  Valyuta  Fondu  tərəfindən 

Azərbaycanda  Maliyyə  Sektorunun  Qiymətləndirilməsi  Proqramının  (MSQP) 

həyata  keçirməsinə  hazırlıq  tədbirləri  davam  etdirilmişdir.  Belə  ki,  funksional 

sahələrin özünüqiymətləndirməsi və uyğunsuzluqların diaqnostikası əsasında tərtib 

olunmuş  Tədbirlər  Planı  üzrə  bir  sıra  tədbirlər  həyata  keçirilmişdir.  Bu  tədbirlər 

bank  nəzarəti,  pul  və  maliyyə  siyasətinin  şəffaflığı,  habelə  ödəniş  sistemini  əhatə 

etmişdir.  İl  ərzində  Tədbirlər  Planının  icrası  üzrə  hesabatlıq  da  təmin  edilmişdir. 

Proqrama  hazırlıq  çərçivəsində  digər  dövlət  orqanları  və  beynəlxalq  təşkilatlarla 

koordinasiya da diqqətdə saxlanılmışdır.  

Mərkəzi  Bankın  maliyyə  bazarındakı  əməliyyatları  milli  valyuta-manatın 

məzənnəsinin  sabitliyinin  sterilizasiyasına  yönəldilmişdir.  Əvvəlki  illərdə  buna 

nail  olmaq  mümkün  olsa  da,  2015-ci  ildə  neftin  dünya  bazarında  qiymətinin 

dəfələrlə  aşağı  düşməsi  manatın  məzənnəsinin  qorunub  saxlanmasında  xeyli 



36 

 

 



 

çətinliklər  yaratmışdır.  İlk  vaxtlar  Mərkəzi  Bank  öz  ehtiyatları  hesabına  manatın 

kursunu saxlamağa çalışsa da, bu mümkün olmadı və 2015-ci ilin fevral və dekabr 

aylarında  iki  dəfə  manatın  devalvasiyası  baş  vermişdir.  Beləliklə  manat  iki 

dəfəyədək ucuzlaşmışdır. 

Bunun  təsirindən  tezliklə  bazarda  ciddi  ajiotaj  yaranmış,  qiymətlər 

bahalaşmış, əhali arasında çaşqınlıq başlamış və bəzi regionlarda hüquq-mühafizə 

orqanları  əməkdaşları  ilə  qarşıdurmalar  yaranmışdır.  Ölkə  Prezidenti  vəziyyəti 

nəzarət  altına  almaqla  az  təminatlı  ailələrin  yaşayış  şəraitini  yaxşılaşdırmaq 

məqsədilə  təqaüd  və  əmək  haqlarının  artırılması,  müavinət  və  xüsusi  təqaüdlərin 

məbləğinin  artırılması  haqqında  çoxsaylı  sərəncamlar  imzalamışdır.  Vəziyyəti 

sabitləşməyə doğru gedir. 

Hesabat ilində Mərkəzi Bank ölkədə banklararası bazarın inkişafı və ölkənin 

bank sektorunda xarici kapitalın artırılması istiqamətində də fəal iş aparmaqdadır. 

Banklar  tərəfindən  banklararası  pul  bazarında  əqdlər  (müqavilələr)  bağlanarkən, 

«Blunberq»  beynəlxalq  informasiya-ticarət  sisteminin  müvafiq  funksional 

imkanlarından  geniş  istifadə  edilməyə  başlanılmışdır.  Pul  resursları  bazarının 

canlandırılması  məqsədilə  Mərkəzi  Bankın  bilavasitə  iştirakı  ilə  2010-cu  ildə 

yaradılmış Mütəşəkkil Banklararası Kredit bazarının seqmenti olan Təminatlı Pul 

bazarında əməliyyatların həcmi xeyli artmışdır. 

Xarici  kapitalın  Azərbaycanın  bank  sektorunda  xüsusi  çəkisinin  artmasının 

bir səbəbi də Mərkəzi Bankın kommersiya banklarının nizamnamə kapitalına qarşı 

tələbinin  artması,  digər  səbəbi  isə  bank  sisteminin  inkişaf  sürəti  ilə  əlaqədardır. 

Bəzi  banklar  tamamilə  xarici  kapitaldan  ibarət  olsa  da,  digərlərində  bu  müəyyən 

hissəni təşkil edir. Həmin banklar aşağıdakılardan ibarətdir: 

Cədvəlin məlumatlarından göründüyü kimi Azərbaycanda fəaliyyət göstərən 

kommersiya banklarının yarısından çoxunda xarici kapital iştirak edir. İştirak payı 

müxtəlif banklarda müxtəlif olsa da, vacib şərt onların iştirakında məhdudiyyətin 

olmamasıdır. 

Azərbaycan  bank  sistemində  xarici  kapitalın  xüsusi  çəkisi  artmaqda  davam 

edir.  Bunun  əsas  səbəblərindən  biri  kimi  Mərkəzi  Bankın  nizamnamə  kapitalına 



37 

 

 



 

qarşı tələbinin artması, digər səbəbi isə bank sisteminin inkişaf sürəti ilə bağlıdır. 

Bəzi  banklar  tamamilə  xarici  kapitaldan  ibarət  olsa  da,  digərlərində  müəyyən 

hissəni təşkil edirlər. Həmin bankların siyahısını diqqətinizə çatdırırıq. 

Cədvəl 2 

Bankların adı 

İştirakçı banklar 

Kapitalda % 

AccessBank 

Qara Dəniz Ticarət və İnkişaf Bankı 

20% 

 

Avropa Yenidənqurma və İnkişaf Bankı 



20% 

 

Beynəlxalq Maliyyə Koopersiyası 



20% 

 

KfW – Kreditanstalt fur Wiederdufbau 



20% 

 

Access Microfinance Holding AG 



16,53% 

 

LFS Financial Systems GmbH 



3,47% 

AGBank 


Beynəlxalq Maliyyə Korporasiyası 

17,50% 


 

Kazimir Partners 

10% 

Amrahbank  



Beynəlxalq İnvestisiya Bankı 

49% 


Azər-Türk Bank 

Ziraat Bank (Türkiyə) 

46% 

 

Ziraat Bank İnternational AG 



(Almaniya)

 

4% 



Bank Respublika 

DEG İnvestisiya Şirkəti 

16,70% 

 

Sparkassen İnternational Development Trust



 

8,30% 


Bank Technique 

Beaufort İnvestissements 

75% 

Dəmir Bank 



Avropa Yenidənqurma və İnkişaf Bankı 

25%+1 səhm 

 

Hollandiya İnkişaf Maliyyə Şirkəti 



10% 

Nikoil Bank 

Nikoil QSC 

42,62% 


Unibank 

Avropa Yenidənqurma və İnkişaf Bankı 

12,15% 

 

Almaniya İnvestisiya Şirkəti 



6,68% 

Bank VTB Azərbaycan 

Bank VTB Rusiya 

51% 


Yapı Kredi Bank Azərbaycan

 

Yapı və Kredi Bank A.Ş. 



99,80% 

 

YK Yatırım Menkul Değerler A.Ş. 



0,10% 

 

YK Lease A.Ş. 



0,10% 

 

Mərkəzi Bank hesabat ilində də xarici əlaqələrin və beynəlxalq əməkdaşlığın 



inkişafı  istiqamətində  fəaliyyətini  uğurla  davam  etdirmişdir.  Hesabat  ilində 

beynəlxalq  maliyyə-kredit  təşkilatları  və  inkişaf  agentlikləri  ilə  strateji  dialoq  və 

əməkdaşlıq  əlaqələri  möhkəmləndirilmiş,  ikitərəfli  əlaqələr  inkişaf  etdirilməklə 

mövcud  layihələrin  həyata  keçirilməsi  davam  etdirilmiş,  yeni  layihələrin 

reallaşdırılmasına başlanmışdır. İl ərzində Mərkəzi Bank rəhbərliyinin razılığı ilə, 

xarici bankların yüksək ixtisaslı mütəxəssisləri ilə birgə seminarlar keçirilmişdir. 

Dünya  Bankı  (DB)  ilə  maliyyə  xidmətləri  istehlakçılarının  hüquqlarının 

müdafiəsi  və  əhalinin  maliyyə  savadlılığının  artırılması,  əməliyyat  riskləri  üzrə 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə