Azsayli xalqlarin folkloru



Yüklə 365,57 Kb.
Pdf görüntüsü
səhifə20/53
tarix11.03.2018
ölçüsü365,57 Kb.
#31153
1   ...   16   17   18   19   20   21   22   23   ...   53

 
 
66 
Qaraməlik  atı  çəkib  apardı  arxa.  Atı  əməlli-başlı  təmizlədi. 
Keçəpalanı düşürüb tərtəmiz yudu.  
Tubul pəhləvan xeyli onu gözlədi. Atı səliqəyə salıb Qaraməlik 
yenə də gəldi Tubulun yanına. Dedi: 
-
 
Sağ  ol,  qardaş!  Allah  balalarını  saxlasın!  Mən  sənin  kimi 
bir  kasıbı  dar  vəziyyətdən  çıxarmaq  üçün  bu  formaya  düşmüşəm. 
Yanımda  darğa  vergi  vermək  üçün  bir  imkansızı  döyürdü.  Darğa 
onu döydükcə kasıb zarıldayır, ona yalvarırdı. Dözmədim. Darğaya 
bir  ağac  çəkdim.  Darğa  o  dünyalıq  oldu.  O  gündən  vətənimdən 
didərgin  düşdüm.  Axırda  oldum  bandit,  yolkəsən,  quldur.  Bu  gün 
özümdən  zəhləm  gedir.  İstəyirəm,  mən  də  bu  gündən  hardasa  bir 
təmiz adla yurd salıb adam kimi yaşayım. Adın nədir? 
-
 
Adım Tubuldur. 
-
 
Tubul pəhləvan. Eşitmişəm. Mən də deyirəm, balta nə üçün 
ağırdı?  Gedirəm,  Pəhləvan  qardaş,  adam  kimi  dolanmağa  yol 
tapsam, bir gün üzü ağ gələcəyəm səni görməyə. Bir daha məni üzü 
qara  görməyəcəksən  –  deyib  atı  məhmizlədi.  O  getdi,  Tubul  da 
baltasını  belinə  atıb  gəldi  Suyenbasqala.  Yarımçıq  qoyduğu  ağacı 
kəsib yıxdı. 
Bu  hadisədən  illər  keçdi.  Tubul  pəhləvan  bir  də  Qaraməliyə 
rast gəlmədi.  
Deyilənlərə  görə,  o,  gedib  uzaq  bir  diyarda  yurd  saldı.  İllər 
keçdikcə orada başqa adamlar da yurd saldı. Bura 20-30 ailəli bir 
oba oldu. Adını Məlikoba qoydular. Qaraməlik burada halal adam 
kimi yaşayırdı.  
Günlərin  bir  günü  soraqlaşıb  Tubulun  evini  tapdı.  Onu 
Tubulun qardaşı oğlu Osman pəhləvan qarşıladı. Artıq iki-üç il idi 
ki,  Tubul  pəhləvan  dünyasını  dəyişmişdi.  Osman  pəhləvanla  duz-
çörək kəsdilər. Kömrədə qalxıb Tubulun qəbrini ziyarət etdilər. 
 


 
 
67 
NAĞILLAR 
 
Bülbüli nağıl 
(Exlətepi: 8; Taranedi: 4) 
 
Sa  kərə  sa  alverçinen  cələyexun  bülbülə  biqi  koyane  eçere. 
Şotaynak  qızıli  kletka  ha
qi  iz  boş  laxane  te  bülbülə.  Bülbülə 
beğseynaksa amdare laxe. Alverçin kala bağçane bake. Alverçin kala 
bağçane  bake.  Alverçin  bağçinaxun  cürbəcür  vardurxoxun  qəşəng 
adesene.  Bağçin  bıyex  masi  mərmərəxun  düzesi  vuğ  fantanla 
basseyne  bake.  Alverçinen  əmirbene  ki,  bülbüli  kletkina  basseyni 
toğol  xojina  suruk  beqatun,  hər  biyəsinal  hari  tequşa 
tamaşanebe.Bülbülen  isə  həmişə  beykef  məğure  məğpe,  içal  dim 
beykefe  bake.  Alverçinen  quşe  muza  avabakala  sa  amdara  bəğəbi, 
şoto xahiş bene ki, bülbüli beykef baksuni məninəqan bəğəbi. 
Quşe muza avabakala amdaren şoto pine: 
– 
Ay  ağa,  bülbülen  iz  vətəneynak,  iz  doğma  meseynak  saal 
azadluğeynake qubarbsa. Şotin metərə məğə: 
– 
Bez vətənə kəsib bakaz, əxil gala padcağ mabakaz. 
Alverçinen aneksa ki, bulbul giba-giyin bisane.Kletkina qaypi 
quşa tərebsa qavuna. Alverçi saal quşurxoy muza avabakala amdar 
ekurxoy loxol lasi bülbüli bacanexun tatunsa. Bülbül purpi buruğoy 
belxun  covaneki,  qooruğaxunal  covaneki,  çəyləgi  boş  oskalepi, 
orayinaxun  xene  ugi,  gelene  purpi,  male  purpi,  xodin  koğoşa  papi 
ostaar səsen məgepi: 
– 
Ay vətən! Hun he qəşəngnu! 
Bülbülen  bureqi  muq  məğur  məğpsa,  me  cikəxun  te  cikəne 
purpi, me xodaxun te xodane purpi. 
Alverçinenal pine: 
– 
Məhətəl mandala əşe, zu koto qızıli kletkin boş, vardurxoy 
qatez efe, ukestez, uğestez, kotaynak isə xodin koğoşe xoşel eysa. 
Quşurxoy muza avabakala amdaren pine: 
– 
Ay  ağa,  məhətəl  ma  manda.  Hər  suntay  iz  vətən,  iz  bavay 
koj mucane. Bülbül miya azade. Azadluğal hər sa şeyaxun şaate.  
 
 
 


 
 
68 
 
Bülbülün nağılı (S: 8; Tr: 4) 
 
Bir tacir meşədən bir dənə bülbülü tutub gətirdi evə. Və onun 
üçün  qızıl  qəfəs  düzəltdi.  Bülbülü  o  qızıl  qəfəsin  içinə  saldı.  Onun 
üçün bir adam tapdı ki, o adam o bülbülə baxsın. Tacirin həyətində 
hovuz  da  vardı.  Axşamçağı  o,  bülbül  olan  qəfəsi  hovuzun  yanında 
asır, özü də istirahət eləyirdi, baxırdı bülbülə. Ancaq bir gün bu tacir 
gördü ki, bu bulbul bikefdi. Nəsə, özü də narahat oldu, fikirləşdi ki, 
nə təhər öyrənim ki, bu nəyə görə qəmlidi. Gəlib bir quş dilini bilən 
bir  adamı  tapır.  Gətirir  onu,  tacir  soruşur  ki,  bu  bülbül  nəyə  görə 
qəmlidi. Deyir: 
– Ay ağa, o öz vətəni üçün, öz yurdu üçün darıxır. Ona görə 
qəmlidi. 
O  da  görür  ki,  bu,  günbəgün  pisləşir.  Ona  görə  də  qəfəsin 
qapısını  açıb  onu  buraxır.  Onlar  da  atlara  minib  bunun  dalınca 
gedirlər,  görək  bu  hara  gedir.  Görürlər  ki,  bu  dağı  uçub  meşəyə 
girdi, öz meşəsinə. Meşədə çimir, sonra da su içir və gedir ağacın 
üstündə oturur və başlayır oxumağa. Tacir deyir: 
–  Necə  olur  ki,  mən  onu  bu  qədər  gül-çiçəyin  içində 
saxlamışam, qızıl qəfəs düzəltmişəm, ona yemək vermişəm, nə olur, 
orada qəm çəkir. Necə olur ki, bu bir boş ağacın oyuğunda oturub 
oxuyur. Quş dili bilən deyir: 
– Ona hər şeydən qabaq vətəndi. Ona görə də orada bikef idi, 
burda  isə  onun  üçün  xoşdu,  burda  oturub  gözəl-gözəl  mahnılar 
oxuyur. 
 
Padşax sal naxırci 
(Exlətepi: 7; Taranedi: 5)
 
 
Sağo buney sağo tenoy, sa padşax xoy.Sa ği şotin gele avabal 
sa  amdara  nexe”tay  beğa  dünyəne  kə  təzə  xavarxono!”  Gele 
avabakala  amdaren  nexe.  “Mani  ölkine  naxirçi  yəşəyişebsasa 
manuki vi yurdu qonçux bakale.” Mo ibay padşaxen hikal nex tene. 
Sa xaş cuvaki toxunşa pəmci gele avabakalaxu xavara haksa. Hate 
çuğabane  haksa.  Padşaxen  fikirensa  yakane  çeysa.  Naxirci  kelene 
taysa  male  taysa  yəşəinş  bakala  kalane  hari  ceysa.  Naxircina  aki 


Yüklə 365,57 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə