Azsayli xalqlarin folkloru



Yüklə 365,57 Kb.

səhifə1/53
tarix11.03.2018
ölçüsü365,57 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   53


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
FOLKLOR İNSTİTUTU 
____________________________________________
 
 
 
 
 
 
AZSAYLI XALQLARIN 
FOLKLORU 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2014 


 
 

 Layihənin rəhbəri:      AMEA-nın müxbir üzvü,  
   fəlsəfə elmləri doktoru  
   Muxtar KAZIMOĞLU (İMANOV) 
 
Tərtib edən və  
ön sözün müəllifi:       filologiya elmləri üzrə fəlsəfə doktoru  
   Mətanət YAQUBQIZI 
 
Redaktor:  
    
   filologiya elmləri üzrə fəlsəfə doktoru,  
                  
    
   dosent Rza XƏLİLOV 
 
Rəyçilər: AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi,  
    sənətşünaslıq elmləri üzrə fəlsəfə doktoru, albanşünas 
    Bəxtiyar Adil oğlu Şahverdiyev; 
 
   Filologiya elmləri üzrə fəlsəfə doktoru  
                Asiyyat Kamil qızı TİNAYEVA, milliyyəti avar; 
 
  AMEA Coğrafiya İnstitutunun Hidrologiya və su 
                ehtiyatları şöbəsinin aparıcı elmi işçisi, coğrafiya  
 
  üzrə fəlsəfə doktoru Cuma Həzrət oğlu  
 
  MƏMMƏDOV, milliyyəti saxur
 
 
Mətnlərin tərcüməsi üçün məsul şəxslər: 
1.  Udi  dilinin  tərcüməsinə  məsul  şəxs  Qəbələ  rayonunun  Nic 
qəsəbəsinin 3 saylı orta məktəbinin müəllimi Sevil Atayeva 
2.  Avar  dilinin  tərcüməsinə  məsul  şəxs  AMEA  Nəsimi  adına 
Dilçilik İnstitutunun elmi əməkdaşı Cəmilə Keysərovskaya 
3.  Saxur  dilinin  tərcüməsinə  məsul  şəxs  Zaqatala  rayonunun  Mina 
Nəzirova adına orta məktəbinin baş müəllimi Oktay Camalov 
4.  İngiloy  dilinin  tərcüməsinə  məsul  şəxs  Zaqatala  rayonunun 
Əliabad icra nümayəndəliyinin baş mühasibi Əlican Əlicanov  
 
folklorinstitutu.com 
X
  
4603000000  
Qrifli nəşr
  
     N-098-2014  
 
© Folklor İnstitutu, 2014 


 
 

QAFQAZ ALBANİYASININ ƏSKİ QAFQAZDİLLİ 
SAKİNLƏRİNDƏN ÇİLB (AVAR), ÇİQB (SAXUR), GEL 
(İNGİLOY) VƏ UDİNLƏR BARƏDƏ BƏZİ QEYDLƏR 
 
Strabonun  yazdığına  görə,  Qafqaz  Albaniyasında  26  soy  və 
xalq  yaşamaqda  idi  ki,  bunlardan  albanlar,  massagetlər,  qarqarlar, 
saklar,  kəngərlər,  çullar,  beçeneqlər  (oğuzlar),  kumanlar,  kerqillər, 
suvarlar,  bulqarlar,  hunlar,  xəzərlər,  dondarlar,  labanlar  (lpinlər), 
qaytaqlar  və  s.  türk  soy  və  boyları  idilər  və  ölkə  əhalisinin  böyük 
əksəriyyətini təşkil edirdilər. Eyni zamanda dağlıq bölgələrdə, əski 
Andiya  və  Mazamua  ərazisində  udinlər,  ciqblər,  silvlər  (çilblər), 
herlər,  qatlar  (xınalıqlılar  və  buduqlar),  leqlər  (ləzgilər  və  laklar), 
boxlar (ubıxlar), gellər və digər qafqazdilli tayfalar da yaşayırdılar. 
Bu  xalqlar  azsaylı  idilər  və  ölkənin  siyasi,  iqtisadi  və  mədəni 
həyatında önəmli bir rola sahib deyildilər. Onların nəsilləri bu gün 
də  Dağıstanda  və  Azərbaycanın  şimaldakı  dağlıq  ərazilərində 
yaşamaqdadırlar. 
Bunlardan  ən  çoxsaylısı  avarlardır  ki,  Onların  bir  qismi 
Dağıstanda,  bir  qismi  isə  Azərbaycanda,  əsasən  Balakən  və 
Zaqatala  rayonlarında  məskundurlar.  Hazırda  Dağıstanın  ən 
çoxsaylı xalqı hesab olunurlar. Azərbaycanın isə sayca altıncı etnik 
qrupudur.  Dilləri  İber-Qafqaz  dillərinin  Nax-Dağıstan  qrupuna 
daxildir. Antropoloji cəhətdən subavropoid irqinin kafkasion tipinə 
aiddirlər,  kəllə  quruluşlarına,  saç  və  gözlərinin  rənginə  görə 
avropoid irqinin Aralıq dənizi qrupunun kaspi (oğuz) tipinə aid olan 
Azərbaycan  türklərindən  fərqlənirlər.  Ümumi  saylarının  500-600 
min civarında olduğu bildirilir. “Avar” adı onlara kənardan verilmiş 
addır. Özlərini “tsolb” adlandırırlar. Tarixi mənbələr də onları məhz 
bu  adla,  daha  doğrusu,  bir  qədər  təhrif  edilmiş  “çilb”  və  ya 
“silv”şəklində,  qədim  Albaniyanın  xalqlarından  biri  kimi  qeydə 
almışdır. 
Kənardan verilən “avar” adına görə onları çox zaman VI-VIII 
əsrlədə  mövcud  olan  və  Şərqi  Avropanın  böyük  bir  hissəsini 
hakimiyyəti  altına  alan  Böyük  Türk-Avar  Xaqanlığını  quran  avar 
türkləri  ilə  qarışdırırlar.  Həqiqət  isə  bundan  ibarətdir  ki,  tsolb-
avarların  türk  avarlarla  heç  bir  etnik  və  dil  qohumluğu  yoxdur. 


 
 

Görünür,  tsolblar  (çilblər,  silvlər)  bir  zamanlar  Avropanın  bir  çox 
xalqları kimi Avar Xaqanlığının təbəələri olmuş və ya da əsgər kimi 
türk-avar  ordusunda  xidmət  etmiş  və  bu  üzdən  “avar”  adı  yanlış 
olaraq onlara da şamil edilmişdir. 
Avarların bir-birini anlamayacaq dərəcədə iki fərqli dialektdə 
danışdıqları  qəbul  edilsə  də,  əslində  bunlar  qohum  dillər  olmasına 
rəğmən,  fərqli  iki  dildir.  Məsələ  isə  ondadır  ki,  XX  əsrin  30-cu 
illərində Stalinin birbaşa göstərişi ilə “andiyalı” və ya “andok” kimi 
tanınan  tamam  başqa  bir  Dağıstan  xalqının  etnik  kimliyi  inkar 
edilməyə  və  həmin  dövrdən  etibarən  bu  xalq  avar  kimi  qələmə 
verilməyə başlanmışdır. Sözügedən xalqın adı Dağıstanda axan iki 
Göysu  adlı  çaydan  birinin  adında  əbədiləşmişdir  –  Andiyskoye 
Koysu.  Maraqlıdır  ki,  bu  çaylardan  biri  andiyalıların  (andokların) 
adı  ilə  qoşa  çəkilsə  də,  ikinci  eyniadlı  hidronimdə  avarların  adı 
əbədiləşmişdir – Avarskoye Koysu. 
E.ə.  IX-VII  əsrlərə  aid  Aşşur  mənbələrində  Dağıstanın  adı  an-
diyalıların  adından  törəmə  olan  “Andiya”  kimi  çəkilməkdə  və  onun 
Manna  dövlətinin  əyaləylətindən  biri  olduğu  qeyd  edilməkdədir. 
Həmin  əyalətlə  qonşu  olan  başqa  bir  Manna  əyaləti  isə  “Durdukka” 
adlanmaqdadır  ki,  bu  da  durdzuk  adının  Aşşur  dilindəki  təhrifindən 
başqa bir şey deyil. Avarlar bu günə qədər onlarla qonşuluqda yaşayan 
çeçenləri “durdzuk” deyə adlandırırlar. Yeri gəlmişkən, qeyd edək ki, 
eyni mənbələrdə qonşuluqda yerləşən digər bir Manna vilayətinin adı 
“Mazamua”  kimi  çəkilir  ki,  bu  toponimlə  Mazımçay  hidronimi 
arasındakı eyniliyi görməmək mümkün deyil. 
Azərbaycanda məskun olan avarlarla qonşuluqda digər azsaylı 
qafqazdilli  xalqlar  da  yaşayırlar  ki,  bunlardan  saxurların  və 
ingiloyların adını xüsusi çəkmək lazımdır.  
Saxurlar  Azərbaycanın  Qax,  Zaqatala  və  Balakən  rayonla-
rında, eləcə də Dağıstanın Şəki-Zaqatala bölgəsiylə həmsərhəd olan 
Rutul  rayonunda  yaşayırlar.  İber-Qafqaz  dillərinin  Dağıstan 
qolunun  cənub-şərq  qrupuna  aid  olan  saxur  dilində,  eləcə  də 
Azərbaycan  türkcəsində  danışırlar.  “Saxur”  adı  bu  xalqın  əsl  adı 
deyil və  yaşadıqları ən böyük kəndin  adından qaynaqlanır. Sayları 
30 mindən bir qədər  çox olan saxurlar özlərinə  “yixv” deyirlər ki, 
tarixi mənbələr onları məhz bu adla, daha dəqiq desək, həmin adın 


: antologiyalar
antologiyalar -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu ­­­­­­­­­­­
antologiyalar -> Microsoft Word Antol-18-Seki
antologiyalar -> Azərbaycan miLLİ elmlər akademiyasifolklor institutu
antologiyalar -> Azərbaycan nağillari
antologiyalar -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012
antologiyalar -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012
antologiyalar -> Microsoft Word Qarabag-folklor-da-tarixdir-9
antologiyalar -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə