AzTarix Metodik+ Layout 1



Yüklə 3,74 Kb.
Pdf görüntüsü
səhifə2/34
tarix14.03.2018
ölçüsü3,74 Kb.
#31403
1   2   3   4   5   6   7   8   9   ...   34

Mətnlərin sonunda müxtəlif formada sualların verilməsi şagirdlərin əldə etdikləri
biliklərin möhkəm lən dirilməsinə və onların nə üçün lazım olduğunu, hansı şəraitdə
onlardan istifadə edə biləcəyini göstərməyə xidmət edir. Mənbələr və sənədlərdən
tapşırıq vermək şagirdlərdə tarixi məlumatların təhlili vərdişlərini inkişaf etdirir.
Şagirdlərin yaradıcı, praktiki tətbiqetmə tapşırıqlarını yoxladıqdan sonra fərdi
qiymətləndirmə aparılır. 
Metodik vəsaitdə göstərildiyi kimi, suallardan istifadə edərək ref lek siya dərsin
yekunlaşdırılması ilə həyata keçirilir. Yekunlaşdırıcı ümumiləş dir mələr yığcam, aydın
və sadə olmalıdır.
Ev tapşırıqları şagirdin təfəkkürünü, yaradıcı qabiliyyətini inkişaf etdir mə yə yö -
nəl dilməlidir. Metodik vəsaitdə mövzularla bağlı olaraq riyaziyyat, coğrafiya, ədə -
biyyat, təsviri incəsənət fənləri ilə inteqrasiya izlənir.
Şagirdlərin müstəqil yaradıcılıq qabiliyyətlərinin formalaşmasında, inkişa fında
İnternet materiallarından və müxtəlif mənbələrdən istifadə edilməsi mühüm əhə miy -
yət daşıyır.
Vəsaitdə qrup tapşırıqları ilə bərabər, kollektiv iş (suallar) də yer ləşdi ril -
mişdir. Müəllimlər, yeri düşdükcə, şagirdlərin biliyini möhkəm lən dir mək üçün,
qalan vaxt ərzində şagirdləri yaradıcı işə cəlb etmək üçün onlardan istifadə
edə bilər.
Vəsaitin sonunda verilmiş xronoloji hadisələr və illüstrasiyalar yaradıcı
mətnlərin hazırlanmasında köməkçi vasitə ola bilər.
TARİX FƏNNİ ÜZRƏ TƏLİMİN PLANLAŞDIRILMASI
İllik planlaşdırmanın aparılması müəllimin qarşısında duran əsas vəzifədir. Plan -
laşdırma əsas məqsədləri müəyyənləşdirmək və onlara nail olmaq üçün müəl lim lərin
fəaliyyətini istiqamətləndirir. İllik planlaşdırmada tədris vahidlərinin xronoloji ar dı -
cıllıqla tədris ediləcəyi göstərilir. Eyni zamanda hər fəslə ayrılacaq vaxt əks etdirilir. 
Təlimin planlaşdırılması aşağıdakı ardıcıllıqla aparılmalıdır:
1. Öyrədiləcək tədris vahidlərini  məzmun standartlarına əsasən müəyyən etmək;
2. Tədris vahidlərinin ardıcıllıq prinsiplərini müəyyənləşdirmək (xronoloji, mən -
tiqi, sadədən mürəkkəbə ardıcıllığı nəzərdə tutulur);
3. Hər tədris vahidi üçün tədris planına uyğun  vaxt bölgüsü apararkən həmin
fənn üzrə illik dərs saatlarının ümumi miqdarını, tədris vahidinin əhəmiyyətliliyini
və mü rəkkəbliyini nəzərə almaq.
İllik planlaşdırma aparılarkən müəllim  aşağıdakı sənədlərə istinad etməlidir:   
1. Azərbaycan Respublikası  Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş məzmun
standartları;
2. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qiymət -
lən dirmə  standartları;
6
 Çap üçün deyil


3. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş tədris planı;
4. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dərslik
komp lekti.
Təqvim planı tərtib edilərkən dərs ilinin  həftələri, tədris ilində baş verəcək
mühüm hadisələr (tarixi günlər), tədris vahidlərinin və onlara daxil olan mövzuların
adı müəyyən edilir. Hər tədris vahidi və mövzu vasitəsilə reallaşdırılacaq məzmun
stan dartları (alt-standartlar) seçilir, istifadə olunacaq mənbələr (resurslar) müəyyən
edilir, hər mövzu üçün ayrılmış vaxt qeyd olunur.
Nümunəvi illik planlaşdırma əsasında müəllim fərdi olaraq gündəlik  və ya
həftəlik planlaşdırma tərtib edir.
İNTERAKTİV İŞ FORMALARI
Cütlük şəklində iş. İşin bu forması zamanı şagirdlər cüt-cüt işləyirlər ki:
1. Hər hansı bir tapşırığın, qərarın, problemin yerinə yetirilməsində bir-birilərinə
kömək etsinlər;
2. Öz işlərinin (sinif və ya ev tapşırıqları) nəticələri barədə fikir mübadiləsi aparsınlar;
3. Qarşılıqlı qiymətləndirmə, qarşılıqlı yoxlama keçirsinlər.
Bu hallarda zəruridir ki, şagirdlərin müxtəlif nöqteyi-nəzərlərinin müqayisəsi və
əlaqələndirilməsi, onların bir-birinə qarşılıqlı köməyi (güclü cütlük zəif şagird) tələb
olunur. Cütlük şəklində iş şagirdlərin bir-birilərinin baxışlarını daha yaxşı başa düş -
məsinə, əməkdaşlıq etməsinə, bir-biriləri qarşısında öz məsuliyyətlərini dərk etməsinə
imkan yaradır.
Qrup şəklində iş. Bu, qrupda (3–6 nəfərdən ibarət) bir neçə şagirdin hansısa prob -
 lemin həllinə yönəldilmiş birgə, uzlaşdırılmış fəaliyyətidir. Təlimin qrup forması fəal
təlim şəraitindəki işin əsas formalarından biridir. Qrup şəklində təlim «müəllim-şa -
gird» dialoqundan imtina edilməsini və «müəllim-qrup-şagird» üçlüyünün qarşılıqlı
mü nasibətlərinə keçməyi nəzərdə tutur. Qrup işinin gedişində şagirdlərin birgə fəaliy -
yə ti nəinki əməkdaşlıq və müxtəlif problemləri bir yerdə həll etməyi öyrədir, həm də:

hər bir şagirdin idrak prosesinə cəlb edilməsini təmin edir;
• hər bir uşağa öz fikrini söyləmək və başqalarını dinləmək imkanı verir;

şagirdlərə problemin həllində müxtəlif baxışların, yanaşma və metodların
mövcudluğunu göstərir;
• öz imkanlarını və qrupun digər üzvlərinin imkanlarını dərk etməsi və qiymət -
lən dirməsi üçün əlverişli şərait yaradır.
7
Sıra
№-si
Reallaşdırılacaq
standartlar
Tədris
vahidi
Mövzu
İnteqrasiya Resurslar
Saat
Tarix
 Çap üçün deyil


Bu da öz növbəsində, hər bir şagirdin təlim prosesində öz bacarığını nümayiş et -
dir məsi, özünə inamın artması, özünü tam dəyərli şəxsiyyət kimi dərk etməsi, prob -
le  min həlli üçün vacib olan fərdin və qrupun qarşılıqlı surətdə bir-birini tamamlaması
prinsipini mənimsəməsi hesabına hər bir uşağın müstəqil şəxsiyyət kimi inkişafını
təmin edir. Qrupda iş, eyni zamanda biliyi sərbəst əldə etmək bacarıqlarının inkişaf
etməsi üçün şərait yaradır.
Qrup şəklində təlimin müxtəlif formaları mövcuddur. Bir halda, sinif tərkibcə
kiçik və çevik qruplara bölünür və onların hər biri təlim materialına müxtəlif metod-
larla yiyələnir. İkinci halda, qruplar eyni bir problemi müxtəlif materiallar əsasında
öyrənir, onu müxtəlif mövqedən qiymətləndirirlər. Bundan əlavə, qrup işinin təşki li -
nin 3 variantını fərqləndirmək olar:
1. Bütün qruplar müxtəlif təlim materialı əsasında tapşırılmış mövzu üzərində
işləyirlər;
2. Əgər material mühüm əhəmiyyət kəsb edirsə və ya qruplarda bölüşdürülmək
üçün kifayət qədər böyük deyilsə, onda bütün qruplar ondan eyni vaxtda bəhrələnirlər;
3. Qruplar ardıcıl surətdə bir-birilərini əvəzləməklə eyni bir material əsasında
işləyirlər.
FƏAL DƏRSİN ÜMUMİ QURULUŞU
Dərsin 1-ci mərhələsi: Motivasiya, problemin qoyulması
Hər bir tədqiqatı başlamaq üçün problemi müəyyənləşdirmək lazımdır. Əsl prob-
lem həmişə çoxsaylı fərziyyələr, ehtimallar doğurur və bunları yoxlamaq üçün, ilk
növbədə, tədqiqat sualı formalaşdırılmalıdır. Məhz tədqiqat sualı yeni biliklərin
kəşfinə aparan bələdçi, «yolgöstərən ulduz» rolunu oynayır. Fəal təlimin 1-ci mexa -
nizminə əsasən məhz problemin olması idrak fəallığının yaranmasının başlıca addımı
olur («Azərbaycan ərazisində Alt Paleolit dövrü»).
Bəs nə üçün biz dərsin bu mərhələsini motivasiya adlandırırıq? Psixoloji amil ki mi
motivasiya hər hansı fəaliyyətin mexanizmini işə salan sövqedici qüvvədir. Motiva -
si ya qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı fəal dərsdə təfəkkür pro -
sesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran amil kimi çıxış edir.
Bu prosesin ən mühüm nailiyyətlərindən biri düşünmənin sərbəstliyi və müstə -
qil li yidir: uşaq öz fikrini «Zənnimcə...», «Mənə belə gəlir ki,...», «Mən belə hesab
edirəm ki,...» sözlərindən istifadə etməklə ifadə edir.
Məsələn: Azərbaycan ərazisində Alt Paleolit dövrü
Motivasiya: Alt Paleolitə aid illüstrasiyalar qoyulur
Müəllim: – Bu illüstrasiyalar haqqında nə deyə bilərsiniz?
Şagirdlər: Sərbəst düşünür, müstəqil olaraq öz fikirlərini irəli sürürlər.
– Mənə elə gəlir ki, ibtidai insanlar çay daşlarının nə qədər möhkəm olduğunu
görmüş və ilkin əmək alətlərini çay daşlarından hazırlamışlar.
– Zənnimcə, çay daşları dəvəgözü və çaxmaqdaşı kəsici alət kimi asan
parçalandığı üçün ondan istifadə etmişlər.
8
 Çap üçün deyil


Yüklə 3,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə