AzTarix Metodik+ Layout 1



Yüklə 3,74 Kb.
Pdf görüntüsü
səhifə5/34
tarix14.03.2018
ölçüsü3,74 Kb.
#31403
1   2   3   4   5   6   7   8   9   ...   34

15
«Mozaika». 4 ədəd poçt kartoçkası (ayrı-ayrı rəngli şəkillər) bir neçə hissəyə
bölünür. Kartoçkaların sayı və hissələr qrupların sayına və kiçik qrupun nüma -
yəndələrinin sayına görə planlaşdırılır. Bütün hissələr qarışdırılaraq bir qaba qoyulur.
Bundan sonra hər şagird kartoçkanın bir hissəsini çıxarır. Bir kartoçkanın hissələrini
çıxaran şagirdlər qrupda birləşirlər.
Sosiometrik metod. Qrupların sayına görə bir neçə iştirakçı çağırılır (məsələn,
4–5 nəfər). Hər iştirakçı özünə bir nəfər qrup yoldaşı seçir. Öz növbəsində hər təzə
çıxan şagird öz qrupuna bir nəfər seçir (daha uğurlu qrup sayıla bilər).
«Mahnı axtarışında». Şagirdlərə hamıya tanış olan 4–5 mahnının adları yazılmış
kiçik vərəqlər paylanılır (hər vərəqdə 1 mahnı). Hər kəs öz mahnısını dodaqlarını aç-
madan astadan oxuyur (zümzümə edir) və otaqda gəzişib həmin mahnını oxuyan
digərlərini axtarır. Eyniadlı mahnı düşən şagirdlər bir qrupun iştirakçısı olur.
2. Şagirdlər üçün qrup işinin qaydaları
Təşkilati aspektlər:
• Qrup üzvlərinin vəzifələrini bölmək;
• Qrup liderini müəyyən etmək;

Vaxtdan səmərəli istifadə etmək.
Davranış aspektləri:
• Qrup işi zamanı fəal olmaq;
• Götürülmüş öhdəliyi yerinə yetirmək və öz davranışına görə məsuliy yət daşımaq;
• Bir-birilərini diqqətlə dinləmək;
• Birgə işləmək, əməkdaşlıq etmək, bir-birilərinə kömək etmək, dəstək ver mək;

Kollektiv surətdə qrupun öz məqsədlərinə uğurla nail olmasına kömək etmək;
• Öz nöqteyi-nəzərini söyləmək;
• Bir-birilərinin ideyalarına hörmətlə yanaşmaq;
• Öz fikirlərini, ideyalarını biliklə (faktlarla) təsdiq etmək;
• Xoş münasibətlər mühitinin yaradılmasına kömək etmək, şəxsi tənqidə, neqa-
tiv şərhlərə və təhqirlərə yol verməmək;
• Münaqişəyə yol verməmək, sözün müsbət mənasında, rəqabət apar maq;

Problemin həlli zamanı kompromis yollar axtarmaq;
• Kənar söhbətlərə yol verməmək, müəllimin verdiyi mövzu üzrə danış maq;

İş zamanı səs salmamaq, intizama riayət etmək;

Qrup işi qaydalarına tabe olmaq.
İş vərəqlərinin hazırlanması
İş vərəqi kiçik qruplarla fəal təlim zamanı şagirdlərin tədqiqat işini təşkil edən
mühüm vasitələrdən biridir. İş vərəqindən istifadənin müsbət təsiri  aşağıdakılardan
ibarətdir:

Rəngarənglik şagirdlərin fəallaşmasına gətirib çıxarır, bununla da təli min əlavə
motivasiyası yaranmış olur;
 Çap üçün deyil


• Tədqiqat proseslərində kiçik qrupların fəaliyyətinin dürüst təşkilinə kömək edir;
• Müəllimin giriş sözü və təlimat üçün ayırmalı olacağı vaxta qənaət edilir;
• Şagirdlər işlərin nəticələrini müxtəlif formalarla təqdim etməyi öyrə nir lər.
İş vərəqinin hazırlanması zamanı nələri nəzərə almaq lazımdır?

Tapşırığın həcmini (sualların sayını və tapşırığın icra vaxtını);
• Sualların növü və mürəkkəblik səviyyəsini;
• Tərtib qaydalarını.
İş vərəqinə dair tələblər
1. Kiçik qruplar qarşısında qoyulan problem və onun həllinin nəticələri tapşırıq -
larda əks etdirilməlidir;
2. Tapşırıqların məzmunu dərsin məqsədlərinə və uşaqların inkişaf sə viy yəsinə
uyğun olmalıdır;
3. Qoyulmuş məqsəd və sual konkret, aydın olmalıdır;
4. Məzmun və tərtibat cəlbedici olmalıdır.
İş vərəqinin hazırlanması üzrə məsləhətlər
1. Dərsin məqsədi:
• Dərsin mövzusuna və məzmununa uyğun olmalıdır;
• Formalaşdırılmalı olan bilik, bacarıq və vərdişləri əks etdirməlidir (mə sələn,
məntiqi və ya tənqidi təfəkkürü, yaradıcılıq qabiliyyətlərini, müstəqil işləmək
bacarığını, elmi-tədqiqat bacarıqlarını, estetik qavramanı və s.).
2. Tapşırığın dürüst ifadə edilməsi:

Dərsin məqsədlərinə uyğun olmalı və qarşıya qoyulmuş tədqiqat işinin həllinə
yönəldilməlidir (təfəkkür növü üzrə, informasiya mənbəyi üzrə, nə ti cə lərin
təqdimat forması üzrə və s.);

Şagirdin yaşına, bilik səviyyəsinə və intellektinə, bacarıq və maraqlarına uy ğun
olmalıdır;
• Dövlət proqramına və milli dəyərlərə əsaslanmalıdır;
• Şagirdlərin bugünkü real həyatı və təcrübəsi ilə əlaqədar olmalıdır;
• Maraqlı, cazibəli olmalı; tətbiq etmək, «kəşf etmək» arzusunu şövq lən dir mə lidir;

Müxtəliftipli olmalıdır (bir iş vərəqində məntiqi, tənqidi və yaradıcı təfəkkürün,
digər bacarıq və vərdişlərin inkişafına yönəldilmiş müxtəlif tap şı rıqlar ola bilər).
3. Müxtəlif informasiya mənbələrindən istifadə etmək:

çap;
• əyani;

maddi;
• elektron.
16
 Çap üçün deyil


4. Nəticələrin təqdimat formalarını düşünüb tapmaq; bunlar konkret və rənga -
rəng olmalıdır, məsələn:
• təsvirlər, əsərlər, esselər;
• sxemlər, cədvəllər;
• illüstrasiyalar, kitablar, qəzetlər;
• modellər, rəmzlər;
• layihələr;
• səhnələşdirmələr;
• faktlar və nümunələr kataloqu;
• nəğmələr, musiqilər;
• referatlar;
• krossvordlar, rebuslar, bağlamalar və s.
5. İş vərəqinin tərtibi göstərilən kimi olmalıdır:
• səliqəli;
• yığcam (tapşırıq dəqiq verilməlidir);
• estetik;

əyani;
• rəsmi məlumatları (tarixi, sinif, qrup iştirakçılarının siyahısı və s.)
əks etdirən. 
ИШ ВЯРЯГЛЯРИНДЯН НЦМУНЯЛЯР 
İş vərəqləri hazırlanarkən ona seçilmiş şəkillər
mövzu ilə bağlı olmalıdır. 
17
«ГЫЗ ГАЛАСЫ»
Ы груп
 Çap üçün deyil


Yüklə 3,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə