Азярбайъан милли елмляр академийасы



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə16/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   12   13   14   15   16   17   18   19   ...   40

Könül  Nəhmətova   
 
 
48 
Ģair haqqında məlumat olduğu halda, Müctəhidzadə təkcə I cilddə
*
 
yetmiĢ səkkiz Ģairin barəsində məlumat verir.  Verilən məlumat-
ların diqiqliyinə görə də Müctəhidzadə Nəvvabı xeyli qabaqlamıĢ-
dır. Məsələn, Vidadi haqqında danıĢarkən, Nəvvab onun ġuĢanın 
Baharlı kəndində anadan olduğunu söyləyir. Halbuki Vidadi, Qa-
zaxda  doğulmuĢ,  sonralar  Qarabağa  köçmüĢdür.  Müctəhidzadə 
onun haqqında dəqiq və  dolğun məlumat vermiĢ, Vaqiflə  dostlu-
ğundan və həyatının baĢqa cəhətlərindən geniĢ danıĢmıĢdır. Nəv-
vab  öz  təzkirəsində  Ģairlərin  fiziki  və  mənəvi  xüsusiyyətlərindən 
danıĢdığı halda, Müctəhidzadə bu kimi cəhətlərə çox da fikir ver-
məmiĢ, əsasən onların təhsil və savad dərəcələrindən, sənətkarlıq 
xüsusiyyətlərindən bəhs etmiĢdir. Hər iki əsərdə özünə yer tapan 
ortaq Ģeir nümunələri çox azdır və onların sayı iki və ya üçü keç-
mir. Hətta bu nümunələrin özündə də variant müxtəlifliyinə təsa-
düf etmək mümkündür. Bütün bunlar onu göstərir ki, Müctəhidza-
də uzun illər ərzində axtarıĢlar apararaq orijinal bir əsər yaratmıĢ-
dır və ağır zəhmətin bəhrəsi olan bu əsər heç vəchlə Nəvvab təzki-
rəsinin tərcüməsi hesab oluna bilməz [89. 64]. 
Azərbaycan  dilində  yazılan  «Riyazül-aĢiqin»  təzkirəsi  də 
XIX əsr milli-məhəlli təzkirələr üçün xarakterik olan bir formada 
– iki hissədə yazılmıĢdır. Birinci  hissədə təzkirə yazılarkən artıq 
dünyasını  dəyiĢmiĢ  Ģairlər  haqqında,  ikinci  hissədə  isə  müəllifin 
müasiri və həyatda olan ədiblər haqqında olan məlumatlar, onların 
əsərlərindən nümunələr verilmiĢdir. Əsərin müqəddiməsindən mə-
lum olur ki, təzkirə Ġskəndər bəy Rüstəmbəyovun sifariĢi ilə yazıl-
mıĢdır. Əsər hicri qəməri 1325-ci ildə müəllif tərəfindən sona çat-
dırılmıĢdır.  Bu  barədə  müəllif  müqəddimədə  məlumat  verərək 
yazmıĢdır: «Qərəz, Ģu təmənnamın surəti mirati-zəmirimdə cilvə-
gər idi. Tainki hicrətin min üç yüz iyirmi beĢində bir gün cənabi-
səckar Ġskəndər bəy Rüstəmbəyov ki, cümleyi-əyani-vilayətdən və 
                                                           
*
 Təzkirənin müqəddiməsində yazırdı. «Riyazül-aĢiqin»  iki mövqeyə və bir 
bağçaya məqsun olundu». Bu ifadədən anlaĢılır ki, təzkirə iki cild Ģəklində 
planlaĢdırılmıĢdır. 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
49 
darayi-zəkavətü- mərifət idi və iqlimu daniĢü qiyasətdə vaqiəh Ġs-
kəndərü-zəmanü zülmati-Qarabağ içrə abən cəddi Ğün  abi-həyat 
mənbəyi-cudü  ehsan  idilər  hüzuruna  müĢəvvəf  olub  ayineyi-qəl-
bimdə  müsəvvər  olan  müddəanı  niĢan  verib  və  Ģəraiti-bəndəliyi 
yerinə yetirdim». 
Göründüyü kimi, Müctəhidzadənin Türkiyədə təhsil alması 
və  əsərin  Ġstanbulda  nəĢri  onun  qrammatik  prinsiplərinə  təsirsiz 
qalmamıĢdır. 
Təzkirədə  Ģairlərin  sıralanması  onların  vəfat  tarixləri  üzrə 
olsa da, bu qaydaya hər zaman əməl olunmamıĢdır. Bu cür düzü-
lüĢ əsas etibarilə 1255-ci ildən sonraya aiddir. Təzkirələrdə bu uy-
ğunsuzluğun səbəbi isə Ģairlərin bioqrafiyasında ölüm tarixlərinin 
göstərilməsi ilə bağlı olur [89 .60]. 
«Riyazül-aĢiqin»  təzkirəsinin  ən  yadda  qalan  cəhəti  isə 
Azərbaycan təzkirə ənənəçiliyində ilk dəfə olaraq Ģairlərin avtoq-
raflarının verilməsidir. 
Əkrəm Bağırov bu təzkirəni Nəvvab təzkirəsi ilə müqayisə 
edərək üstünlüyü növbə ilə gah Nəvvaba, gah da Müctəhidzadəyə 
verərək yazır: «Lakin hər iki halda «Riyazül-aĢiqin» təzkirəsi XIX 
əsr  Azərbaycan  ədəbi  mühitini,  onun  inkiĢaf  rəngarəngliyini  öy-
rənmək baxımından ilk mənbə kimi olduqca maraqlı bir əsərdir» 
[92. 5]. 
XIX əsr  təzkirəçilərindən  Qarabağinin  təzkirəsində də,  əsa-
sən,  Qarabağda  yaĢamıĢ  Ģairlərdən  bəhs  edilmiĢdir.  O,  Vaqif  və 
Vidadinin  həyatına  aid  bütün  mənbələrdən  daha  artıq  məlumat 
vermiĢdir. Qarabaği Sarı AĢıqdan ilk dəfə danıĢan təzkirəçidir. La-
kin o, heç bir Ģairin əsərini Ģərh etməmiĢdir [10. 6]. 
Orta  əsrlər  və  XIX  əsr  Azərbaycan    təzkirələrini  nəzərdən 
keçirdikdən sonra belə bir nəticəyə  gəlirik ki, XIX əsrdə  təzkirə-
çilik orta əsr ənənəçiliyindən və Ģərq kontekstindən ayrılaraq milli 
məhəlli xarakter qazanmaqla yanaĢı Ģairlərin Ģəxsiyyəti və əsərlə-
rinin  sənətkarlıq  xüsusiyyətləri  üzərindəki  görüĢlərini  mümkün 
qədər  əhatəli  çatdırması  ilə  müasir  ədəbiyyatĢünaslıq  elminə  bir 
addım daha yaxınlaĢmıĢdır. 


Könül  Nəhmətova   
 
 
50 
Yekun olaraq deyə bilərik ki, Azərbaycan təzkirəçiliyi tarixi 
üç inkiĢaf mərhələsindən keçmiĢdir. Birinci mərhələdə (XV-XVI) 
Herat  təzkirəçilik  məktəbinin  təsiri  altında  formalaĢmıĢ,  ikinci 
mərhələdə  (XVII-XVIII)  fars  təzkirəçilik  ənənəsinə  uymuĢ, 
üçüncü mərhələdə (XIX-XX) milli-məhəlli xarakter kəsb etmiĢdir.  
 
1.3. Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» 
təzkirəsinin quruluşu və təsnifatı… 
 
XX əsrin əvvəllərində Azərbaycanda təzkirəçilik ənənəsi öz 
əski əhəmiyyətini itirməkdə idisə də, bu dövrdə yenə təzkirə tipli 
əsərlər  görünməkdədir.   
Ġbrahim  Tahir  Musayevin  «Riyazül-aĢiqin»  əsəri  1918-ci 
ildə  Rzaquluxan  Hidayətin  «Məstəül-fusəha»  əsərinin  fars 
dilindən  tərcüməsidir.  Ġ.T.Musayev  bu  təzkirəni  TaĢ  Qarabağ 
nahiyəsi  maarif  Ģöbəsi  müdiri  Əli  Abbas  Müznibin  təhriki  ilə 
tərcümə etmiĢ olduğunu əsərin müqəddiməsində qeyd edir: «ĠĢbu 
təzkirə «Riyazül-arifin» namilə müsəmma olub ƏmirüĢĢüəra Bəqi 
və  Hidayət  təxəllüsülə  məĢhur  olan  Ədibi-möhtərəm  və  ustadi-
əzəm  Rzaquluxani-mərhumun  asari-ədibanələrindəndir.  Bu 
təzkirənin  fars  dilində  yazılan  cümlə  təzkirələrə  təvəffüqü  və 
sevgili vətənimiz Azərbaycan övladının ondan istifadə edəcəkləri 
məvhuz olduğundan naĢir, Qarabağ nahiyəsi maarif Ģöbəsi müdiri 
Əlabbas  Müznib  Əfəndinin  əmri-tənbihi  üzrə  fars  dilindən  türk 
dilinə tərcümə etdim» [64.3]. Müəllif əsərin sadə türk dilində ya-
zılmamasının səbəbi kimi ədəbi dilimizin formalaĢmamasını gös-
tərərək  yazırdı:  «Əvvəla,  tərcümənin  sırf  türk  dilində  yazılması 
tərcümənin qiyməti – ədəbiyyəsini ixlal edəcəyi gizlədiləcək həqi-
qətlərdən  deyildir.  Zira  ki,  dilimizdə  istemal  olunan  kəlmələrin 
dörddə üç kəlməsi ərəb və ya fars kəlmələri olduğu və lisanımızın 
həman  dillər  sayəsində  zənginləĢdiyi  bir  halda  bənim  kimi  qaç 
bisavadın tənĢit  xatirəsi üçün tərcüməyi sırf türk dilində  yazmaq 
əsəbi təzifdən baĢqa bir iĢə  yaramaz və bisavad olanlar da oxur, 
yazar, öyrənər» [64.3]. Göründüyü kimi, müəllif özü də təmiz türk 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə