Азярбайъан милли елмляр академийасы


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə17/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   13   14   15   16   17   18   19   20   ...   40

Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
51 
dilində  əsər  yazacaq  bir  qüdrətdə  olmadığını  etiraf  etmiĢ  və  o 
səbəbdən də tapdanmıĢ bir cığırla addımlamıĢdır. «Riyazül-arifin» 
əsəri  ədəbi  mühitə  heç  bir  təsir  göstərə  bilməmiĢ  və  əlyazması 
Ģəklində qalmıĢdır.     
Təzkirədə Ģairlər haqqında verilən məlumatlar çox qısadır – 
cəmi  2-6 misradan ibarətdir. ġairlərin çoxu din xadimləri – sufi-
irfani  sahədə qələm  çalmıĢ adamlardır.  Bu  da  təəccüblü  deyildir, 
çünki  əsərin  əsasında  Rzaquluxan  Hidayətin  «Məcməül-fusəha» 
əsəri durur və bu əsərdə baĢlıca yeri ərəb və fars dillərində əsərlər 
yaratmıĢ din adamları tutur. 
Azərbaycan ədəbiyyatı və mədəniyyətini öz doğma kökünə 
arxalanıb,  bütöv halda öyrənmək baxımından adı F.Köçərli kimi 
ədəbiyyatĢünaslarla  yanaĢı  çəkilən  Məhəmmədəli  Tərbiyətin
*
 
                                                           

 
M.Tərbiyət XIX əsr yüzillikdə yaĢamıĢ Azərbaycan alimlərindən Mirzə 
Sadığın  oğludur.  Onun  soykökü  tarixçi  və  ədəbiyyatĢünas  Mirzə 
Mehdixana  çatır.  M.Tərbiyət  1875-ci  ildə  Təbrizdə  anadan  olmuĢdur. 
O, ibtidai təhsilini bu Ģəhərdə almıĢdır. Nücum və riyaziyyat elmlərini 
dərindən 
öyrənən 
Mirzə 
Məhəmmədəli 
Təbrizin 
adlı-sanlı 
həkimlərindən  olan  Mirzə  Nəsrullaxanın  və  1896-cı  ildən  bəri  neçə  il 
Təbrizdə  yaĢayan  doktor  Məhəmmədxan  Kufinin  yanında  Avropa  və 
ġərqin tibb elmindən dərs alaraq, bu iki alimin tövsiyəsi ilə fransız  və 
ingilis  dillərini  təkbaĢına  öyrənmiĢdir.  Tərbiyət  1894-1903-cü  illər 
arasında  müəllim  fəaliyyəti  ilə  məĢğul  olmuĢdu.    Tərbiyət  XIX  əsrdə 
Təbrizdə  açılan  Avropa  tipli  dərmanxananın  yaradıcılarındandır.  O, 
Mirzə  Məhəmmədəli  Seyid  Məhəmməd  ġəbüstəri,  Seyid  Hüseynxan 
Ədalət və b. ilə birlikdə 1896-cı ildə Təbrizdə yeni üsulla idarə olunan 
ilk  kitabxananın  əsasını  qoymuĢdur.  Tərbiyət  daha  çox  ədəbiyyat  və 
incəsənətdən  bəhs  edən  «Gəncineyi-Fünun»  jurnalını  1320  (1902)  -  ci 
ildə  Təbrizdə  nəĢr  etmiĢdir.  1903-cü  il  bu  jurnal  bağlanmıĢdı.  Jurnal 
bağlandıqdan sonra M.Tərbiyət Qafqaza səyahət etmiĢ, sonra Ġstanbula 
gedərək  1903-cü ilin sonlarınadək bu  Ģəhərin  kitabxanalarında  mütaliə 
etmiĢdir.  Sonra  Mirzə  Suriyaya,  Livana  gedən  M.Tərbiyət 
Ġskəndəriyyə,Qahirə, DəməĢq və  Beyrut Ģəhərlərinin elmi  birliklərində 
öz üzərində çalıĢmıĢdır. Misirdən Ġstanbula və Qafqaz yolu ilə Təbrizə 
qayıdan M.Tərbiyət 1905-ci ildə təbrizli bir qızla ailə qurmuĢdur.  
M.Tərbiyət 1905-1912-ci illərdəki fəaliyyəti və yaradıcılığı bu illərdə 
Azərbaycan  və  Ġranda,  Ġstanbul,  Tiflis,  Qahirə  və  Berlində  ictimai-ədəbi 


Könül  Nəhmətova   
 
 
52 
(1875-1940) elmi yaradıcılığı, xüsusilə, «DaniĢməndani–Azərbay-
can» təzkirəsinin klassik ədəbiyyatĢünaslığın ən yaxĢı ənənələrini 
davam etdirməsinə görə «klassik elmlə əsrimizin bilikləri arasında 
keçid nöqtəsi olan bir körpü kimi» qiymətləndirilmiĢdir [88.3].  
Məhəmmədəli  Tərbiyətin  «DaniĢməndani-Azərbaycan» 
əsəri Yaxın və Orta ġərq təzkirəçilik ənənəsinin davamı kimi gö-
rünsə  də,  bir  sıra  tədqiqat  metodlarına  görə  müasir  ədəbiyyatĢü-
naslığa  özündən  əvvəlki  təzkirələrdən  daha  çox  yaxınlaĢmıĢdır. 
«DaniĢməndani-Azərbaycan»  əsərinin  yaranması  elə  bir  tarixi 
dövrə təsadüf edir ki, artıq bu zaman Azərbaycan ədəbiyyatĢünas-
lığında Firidun bəy Köçərli, Abdulla Sur, ġeyx Əhməd Hüseynza-
də,  Yusif  Vəzir  Çəmənzəminli  öz  tarixi  xidmətlərini  göstərmiĢ, 
Əmin  Abid,  Salman  Mümtaz,  Əlabbas  Müznib,  Mikayıl  Rəfili, 
Məmməd Arif, Cəfər Xəndan, Məmməd Cəfər, Bəkir Çobanzadə, 
Əli  Nazim  ədəbiyyat  tariximizin  yarımçıq  səhifələrini  yazırdılar. 
                                                                                                                            
fəaliyyətdə olan Azərbaycanın bir çox ziyalılarının fəaliyyət və yaradıcılığı 
ilə  bağlı  olmuĢdur.  Ədibin  1908-1911-ci  illərdəki  yaradıcılığında 
publisistika və jurnalistik fəaliyyəti də baĢlıca yer tutmuĢdur. 
Ġran  Milli  Məclisinin  2-ci  çağırıĢında  M.Tərbiyət  Təbrizdən 
nümayəndə  seçilmiĢdir.  Məclis  bağlandıqdan  sonra  Tərbiyət  Təbriz-Bakı 
yolu  ilə  Avstriya,  Fransa  və  Ġngiltərəyə  səfər  etmiĢdir.  1908-ci  il  payızın 
sonlarında  Ġstanbula  qayıdan  ədib  bu  Ģəhərdə  yerləĢən  «Səadət» 
əncüməsinin  iĢlərində  yazıçı  Mirzə  Ələkbərxan  Dehxuda  və  baĢqaları  ilə 
birlikdə  iĢtirak  etmiĢdir.  Birinci  Dünya  Mübaribəsinin  sonunadək  o, 
Türkiyədə yaĢamıĢdır. Tərbiyət  öz yurduna elə bir Ģəraitdə qayıtdı ki, artıq 
Təbrizdə  «Təcəddüd»  (Yenilik)  qəzeti,  «Azadistan»  və  «Molla  nəsrəddin» 
jurnalı  öz  fəaliyyətini  dayandırmıĢdı.  O,  1921-1923-cü  illər  ərəfəsində 
Cənubi  Azərbaycanın  maarif  rəisi  vəzifəsində  çalıĢır.  1922-ci  ildən 
baĢlayaraq  «Gəncineyi-Maarif»  jurnalını  Təbrizdə  nəĢr  etdirməyə  baĢlayır. 
1927-1930-cu illərdə isə o, Təbriz bələdiyyə idarəsinin rəisi iĢləmiĢdir. Ġran 
Milli  məclisinin  8-ci  çağırıĢında  Azərbaycandan  nümayəndə  seçilən 
M.Tərbiyət  ömrünün  son  illərində  Tehranda  yaĢamıĢdır.  Ġstedadlı  alim 
Məclis  nümayəndəsi  olarkən  günlərinin  çoxunu  Sipəhsalar  və  Məclis 
kitabxanalarının  təkmilləĢdirilməsinə,  «DaniĢməndani-Azərbaycan»  və 
baĢqa  əsərlərini  yazmağa  həsr  etmiĢdir.  Alovlu  vətənpərvər,  demokrat 
maarifçi M.Tərbiyət 1940-cı ildə Tehranda vəfat etmiĢdir. 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
53 
Bu dövrdə Azərbaycan ədəbiyyatĢünaslığı xeyli müvəffəqiyyətlər 
qazanmıĢdır. «DaniĢməndani-Azərbaycan» əsəri də təzkirə səpki-
sində  yazılmasına  baxmayaraq  elmiliyinə  və  dolğunluğuna  görə 
uğurlu əsərlər sırasına daxildir. 20-30-cu illərin ədəbiyyat tarixçili-
yi  üçün  Ģərti  olaraq  iki  məktəbin  («türkoloji»  və  «azərbaycanĢü-
naslıq»)  mövcudluğu  qəbul  olunur
*
.  Məhəmmədəli  Tərbiyəti  də 
ikinci nəslin nümayəndələrinin sırasına aid edirik. Tərbiyətin azər-
baycançılıq ideyası ilə silahlanması isə, əlbəttə ki, onun  yaĢadığı 
ictimai-tarixi Ģəraitin nəticəsi idi.  
Ġsmayıl  ġəms  və  Qafar  Kəndli  M.Tərbiyətin  yaradıcılığını 
belə  qiymətləndirirlər:  «M.Tərbiyətin  Azərbaycan  mədəniyyətinə 
etdiyi böyük xidmətlərdən biri də odur ki, o, F.Köçərlinin qarĢısı-
na çıxan əsas maneəni öz yaradıcılığı ilə aradan qaldıraraq, Azər-
baycan  ədəbiyyatı  tarixindəki  bir  çox  boĢluğu  doldura bilmiĢdir» 
[88.10]. 
1935-ci  ildə  Tehranda  çap  olunan  «DaniĢməndani–Azər-
baycan»  təzkirəsinin  I  cildi  414  səhifədir.  Məhəmməd  Naxçıva-
ninin  1941-ci  ildə  «ġəfəq»  jurnalında  nəĢr  etdirdiyi  «Mirzə  Mə-
həmmədəli  xan  Təbrizi»  adlı  məqaləsində  qeyd  etdiyinə  görə, 
«DaniĢməndani–Azərbaycan»ın  II  cildinin  əlyazmasını  müəllifin 
ailəsi saxlayır.  Lakin əldə olan birinci cild bitkin bir təzkirə olsa 
da, burada müəllifin müasiri olan alim və ədiblərə yer verilmədi-
yindən ehtimal edə bilərik ki, Tərbiyət onların haqqındakı bilgilə-
rini  ikinci  cilddə  ümumiləĢdirmiĢdir.  Çünki  Tərbiyətin  yaĢadığı 
dövr elmin hər sahəsində yüksəliĢlər, tədqiqatlar dövrü kimi tarixə 
daxil  olduğundan  görkəmli elm,  sənət  xadimləri  ilə  yadda qalan-
dır. Tərbiyətin elmi-ədəbi əlaqələri geniĢ olduğundan ġimali Azər-
baycanın və  bir  çox elm  adamlarını  yaxından  tanımıĢdır.  Firdov-
sinin 1000 illiyini qeyd edərkən yubiley mərasimində Tərbiyət də 
var  idi.  Ədib  keçmiĢ  Sovet  Ġttifaqında  olarkən  ölkənin  mədəni 
                                                           
*
 Nazif Qəhrəmanlı ədəbiyyatĢünaslardan M.Rəfili, M.Arif, C.Xəndan, 
M.Cəfər və b.-nın türkoloji məktəbin, Ə.Abid, H.Zeynallı, B.Çobanzadə, 
Ə.Nazim və b.-nı azərbaycanĢünaslıq məktəbinin nümayəndələri hesab edir. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə