Азярбайъан милли елмляр академийасы


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə25/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   21   22   23   24   25   26   27   28   ...   40

Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
75 
Mehriban, nemətlər verən Allah fəzlindən, 
QurtarmıĢdır camaat Fəzlun əlindən. 
Gətirirlər Fəzlunu budur zülmün sonu, 
Sanki çıxarmıĢlar torpaq altından onu» [88, s368]. 
 
M. Tərbiyət  alimin əsərlərinə xüsusi diqqət vermiĢ, yazdığı 
bütün  əsərlərin siyahısını əhatə etməyə  çalıĢmıĢdır. O,  qeyd  edir 
ki, Xətib Təbrizi Ġbn Hacibin «Kafiyə» əsərinə də Ģərh yazmıĢdır. 
Lakin Malik Mahmudov bu fikri qəbul etməyərək bunun «sadəcə 
dolaĢıqlıq nəticəsində» doğulduğunu söyləyir [53. 174]. Təzkirədə 
Xətib Təbrizi ilə bağlı maraq doğuran məsələlərdən biri də alimin 
adının  necə  verilməsidir.  Məlumdur  ki,  ərəb  ədəbiyyatĢünaslı-
ğında Xətibi ərəbləĢdirmək meylləri olmuĢ və alimin ərəb ġeyban 
qəbiləsinə  mənsub  edilməsi  iddiaları  meydana  gəlmiĢdir.  Yaqut 
Həməviyə  görə,  Xətib Təbrizinin tam  adı Əbu  Zəkəriyya  Yəhya 
ibn  Əli  ibn  Məhəmməd  ibn  əl-Həsən  ibn  Muhəmməd  ibn  Musa 
ibn  Bistan  əl-ġeybanidir.  Ġbn  Xəlliqan  isə  onun  adını  bir  qədər 
qısa Ģəkildə – əbu Zəkəriyyat Yəhya ibn Əli ibn Muhəmməd ibn 
əl-Həsən ibn Bistan əl-ġeybani kimi qeyd edir. Lakin Azərbaycan 
aliminə  tarixi  nöqteyi-nəzərdən  Yaqutdan  daha  yaxın  olan  Əbu 
Sə’d  Muhəmməd  əs-Səmani  (1114-1166)  və  Əbu  Bərəkat  əl-
Ənvari  (1119-1181)  alimin  ləqəbini  Xətib  Təbrizi  kimi  qeyd 
etmiĢlər. Orta əsrlərdə alimlərin öz əsərlərinin əvvəlində adlarının 
tam Ģəkildə qeyd  olunması adət  Ģəklini  almıĢdı.  Xətib Təbrizi  də 
bütün müqəddimələrində adını «əbu Zəkəriyya Yəhya ibn Əli ət-
Təbrizi» kimi qeyd etmiĢdir. Onun müasiri Əli əl-Baxəzri və əs-
Səmani də alimin adını belə göstərmiĢlər [60. 22]. M.Tərbiyət də 
Xətib  Təbrizinin  tərcümeyi-halını  yazarkən  «Dumyətül-qəsr», 
«Ənsabüs-Səmani»,  «Nushətül-əlba»,  «Möcəmül-udəba»,  «Müf-
tahül-cinan»,  «Vəfəyatül-ə’yan»,  «ġəzərətüz-zəhəb»,  «Riyazül-
üləma»,  «Rövzətül-cənnə»  və  «Ġktifa’ul-qunu  bina  huvə  mətbu» 
əsərlərinə istina etmiĢdirsə də, ad məsələsinə gəlincə ən doğrusunu 
– alimin öz imzasını qəbul etmiĢdir: Xətib  Əbu Zəkəriyya Yəhya 
ibn Əli Təbrizi. Bu isə bir daha onu sübut edir ki, müəllif mənbə-


Könül  Nəhmətova   
 
 
76 
lərlə və alimin öz əsərləri ilə yaxından tanıĢ olmuĢdur. Məqalənin 
sonunda verilmiĢ qeydlər də tədqiqatçının Xətib Təbrizi yaradıcılı-
ğı ilə dərindən maraqlanmasından, bu sahədə geniĢ mütaliə sahibi 
olmasından xəbər verir: «Xətibin bütün əsərləri dünya kitabxana-
larında əlyazması Ģəklində vardır. Onlardan bəzisi çap edilmiĢdir. 
Xətibin Həmasə Ģeirlərinə Ģərhi də çap edilmiĢdir. Bu əsər
*
 əlli il 
ərzində dörd dəfə Avropada, Hindistanda və Misirdə çap edilmiĢ-
dir. Əsərin çap nüsxələrindən ən yaxĢısı alman G.B.Fraytaqın latın 
dilinə tərcüməsi və müfəssəl  mündəricatı ilə dörd cilddə  Bon Ģə-
hərində çap etdirdiyi nüsxədir. Xətibin «Müəlləqati-əĢr» (On asıl-
mıĢ  əsər)  və  «Təhzib  islahil-məntiq»  əsərləri  də  çap  edilmiĢdir 
[88, s.369]. 
Azərbaycan  dilində  Xətib  Təbrizi  haqqında  ilk  dəfə  məlu-
mat  verən  Həmid  Araslı  olmuĢdur.  O,  1943-cü  ildə  nəĢr  olunan 
«Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi» kitabında verdiyi məlu-
matlarda məhz Məhəmmədəli Tərbiyətə əsaslanmıĢdır [3. 26-28]. 
M.Mahmudov  M.Tərbiyətin  Azərbaycan  alimi  X.Təbrizi 
haqqındakı  məqaləsini  müvəffəqiyyətli  elmi  addım  kimi  qiymət-
ləndirərək  həm  də  onu  qeyd  edir  ki,  məhz  onun  məlumatı  sayə-
sində Azərbaycanda Xətib Təbrizini öyrənməyə yeni böyük meyl 
yaranmıĢdır [53. 174]. 
«DaniĢməndani-Azərbaycan»  təzkirəsində  verilən  ictimai-
bədii  təfəkkür  tariximizin  görkəmli  nümayəndələrindən  biri  də 
Qətran  Təbrizidir.  O,  təkcə  Azərbaycanda  deyil,  bütün  Yaxın 
ġərqdə görkəmli bir sənətkar kimi tanınmıĢ, hələ öz sağlığında bö-
yük uğurlar qazanmıĢdır. Bir çox tədqiqatçıların çoxu onun haq-
qında  qiymətli  məlumatlar  vermiĢlər.  M.Tərbiyət  də  Qətranın 
Azərbaycanın məĢhur Ģairlərindən, Təbrizin Ģirindilli, fəsahətli söz 
ustalarından olduğunu yazırdı. Qeyd edirdi ki, əsli ġahabaddan ol-
muĢdur. Müəllif Ģairin on iki min beytdən ibarət divanını gördüyü-
nü  söyləyərək,  onun  əhatə  etdiyi  mövzular  haqqında  da  yazırdı: 
                                                           
*
 Xətib Təbrizi Əbu Təmmamın həmasə Ģeirlər məcmuəsinə üç Ģərh 
yazmıĢdır: böyük, orta və kiçik Ģərh. 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
77 
«Bu  divanda  h.q.V  (XI)  əsrdə  olan  hökmdarların,  vəzirlərin  və 
əmirlərin  əhvalatı  Əbu  Mənsur  Vəhsudan,  Əbu  Nəsr  Məmlan, 
Əbül Müzəffər Fəzlun və Əbülhəsən LəĢkəri haqqında mədhlər və 
onlara o zamanda bəslənilən münasibətlər, eləcə də onlardan qalan 
əsərlər  haqqında  məlumat  verilir.  Həkim  Qətran  Ģeirlərinin  bəzi-
sində Əbülhəsən Gərgər hökmdarı və Əbu Mənsuru «Gərgərlilərin 
çırağı»  və  «Gürzən,  Gərgər  əhalisinin  pənahı»  adları  ilə 
adlandırmıĢdır» [88. 66]. 
M.Tərbiyət  Qətranın  «Təfasir»  əsəri  haqqında  məlumat 
vermiĢ  və  onun  XI  əsrin  məĢhur  Ģəxsiyyətlərindən  olan  Nasir 
Xosrovla  Təbrizdə  görüĢdüyünü  jə  qeyd  etmiĢdir.  Müəllif 
«Təfasir»  haqqında  yazırdı:  «Bu  fars  dilinin  ilk  izahlı  lüğət 
kitabıdır. Sözlər misallarla verilmiĢdir. Fars dili lüğətinə aid olan 
Əsədinin «MüstəĢhədat» (Məslətçilər), Əbu Həfs Sə’din «Risalə» 
və Ələddinin «Zubdətül-luğə» (Ən yaxĢı lüğət) əsərlərinin üçü də 
Həkim Qətranın «Təfasir» (Təfsirlər) əsərindən sonra yazılmıĢdır» 
[88. 67]. 
Qulamhüseyn Beqdelinin yazdığına görə, Qətranın müasiri 
olan Əsədi Tusi (-1072) «Lüğatəl-fars» əsərinin müqəddiməsində 
Ģairin adını çəkmiĢ, onun haqqında fikir söyləmiĢdir [17. 5]. 
M.Tərbiyət «Həft iqlim» təzkirəsinin müəllifi Əmin Əhməd 
Raziyə və eyni zamanda Siracəddin Əlixan  Arzuya istinad edərək 
Qətranın  bədii  yaradıcılığına  daxil  olan  dörd  məsnəvi  haqqında 
xəbər  vermiĢdir  ki,  onlardan  biri  də  «Qövsnamə»dir.  Məlum 
olduğu  kimi,  Qətranın  «Qövsnamə»  adlı  bir  məsnəvisi  olması 
haqqında  ilk  məlumatı  DövlətĢah  Səmərqəndi  vermiĢdir. 
DövlətĢaha  görə,  Qətran  bu  əsərini  Sultan  Səncər  (1118-1158) 
zamanı  Bəlx  Ģəhərində  vali  olan  Əmir  Məhəmməd  ibn  Qumaca 
ithaf 
etmiĢdir.  DövlətĢahdan  sonra  gələn  təzkirəçilərin, 
tədqiqatçıların  bir  çoxu  bu  fikri  təkrar  etmiĢlər.  Lakin  bu  fikir 
tarixi  həqiqətlə  uyğun  deyildir.  Çünki  XI əsrdə  yaĢayan  təbrizli 
Qətranın  (1012-1088)  əsərləri  ilə  XII əsrin  ortalarında  padĢahlıq 
edən Sultan Səncər və onun təyin etdiyi Bəlx  valisi arasında heç 
bir rabitə ola bilməzdi [17.6]. M.Tərbiyət  isə baĢqa bir Qətran adlı 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə