Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə20/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

 

45

Bu zaman Rus qoşunlarına qarşı müqavimət göstərən  Şirvan xanı 



Mustafa xanın  Lahıc yaxınlığındakı Fit dağına mövqe tutmuşdu. Lakin 

qüvələr nisbəti qeyri – bərabər olduğundan və  kənardan kömək 

gəlmədiyinə görə o, 1805 – ci il dekabrın 27 – də saziş imzalamağa 

məcbur oldu. "Kürəkçay müqaviləsi"nin bəndləri bu sazişdə  də  təkrar 

olunur. 

Şirvan xanlığı tutulduqdan sonra ruslar Bakı üzərinə yeridilər. 1806 

– cı il avqustun 15 – də Bakı şəhəri dənizdən çox güclü top atəşinə məruz 

qaldı. Bundan sonra ruslar quruya desant çıxarsalar da Bakı  əhalisinin 

qəhramanlıqla müdafiə olunması  və Qubalı  Şeyxəli xanın köməyə 

gəlməsi Zaslavskinin başçılığı ilə rus qoşunlarını Sarı (Sara) adasına geri 

çəkilməyə məcbur etdi. 

1806 – cı ilin yanvarında Sisianovun dəstəsi  Şamaxıdakı işləri başa 

vuraraq Bakıya yürüş etdi. Zaslavskinin komandan olduğu rus donanması 

üzvləri də sahilə  çıxaraq ona qoşuldu. O, Bakının təslim edilməsi 

haqqında müqavilənin şərtlərini Hüseynqulu xana göndərdi. Müqavilənin 

şərtləri çox ağır idi. Bu sənədə görə Bakının bütün gəliri Rusiya 

xəzinəsinə verilməli, şəhər rusların idarəsi altına keçməli və qalada 1000 

– nə yaxın rus əsgəri və topları yerləşdirilməsi nəzərdə tutulurdu. 

Hüseynqulu xan Sisianova bu şərtləri qəbul edəcəyini bildirdi. Qala 

açarlarının Sisianova təhvil verilməsi fevralın 8 – nə  təyin olundu. 

Mərasimdə xanın xalası  oğlu Ibrahim bəy tapançadan atəş açaraq 

Sisianovu qətlə yetirdi. Bundan sonra rus qoşunları quruda hərbi 

əməliyyatdan çəkinərək, qorxu içərisində    gəmilərə doluşub su yolu ilə 

geri çəkildilər.  

1806- cı ilin iyun ayında general – feldmarşal I. V. Qudoviç 

Qafqaza baş komandan göndərildikdən sonra Rusiya – Iran müharibəsi 

yeni mərhələyə  qədəm qoydu. Həmin il iyunun 22 – də  Dərbənd ruslar 

tərəfindən işğal olundu. 

1806 – cı ilin yazında Abbas Mirzə 20 minlik qoşunla yenidən 

Qarabağ ərazisinə hücuma keçərək Şuşa qalasına yaxınlaşdı.  

Bu zaman Qarabağ xanlığının özünün əsgəri qüvvəsinin zəif olması, 

rusların burada yalnız bir batalyon və bir neçə yüz atlı saxlaması,  daxili 

çəkişmənin güclənməsi Abbas Mirzənin  şanslarını artırırdı. Kürəkçay 

müqaviləsinə görə Ibrahim xanın varisi elan olunmuş  Məmmədhəsən 

ağanın ölümü və onun yerinə Mehdiqulu ağanın (şair Xurşud Banı 

Natavanın atası) irəli sürilməsi daxili çəkişmələri gücləndirdi. 

Məmmədhəsən ağanın oğlu polkovnik Cəfərqulu ağa atasının yerinə varis 

olmaq istədiyindən əmsi Mehdiqulu ağanın varisliyini qəbul etimir və öz 

tərəfdarları ilə pozuculuq işlərini gücləndirirdi. Xanın digər oğlu Əbülfət  

bəy  isə Abbas Mirzə ilə birlikdə ruslara qarşı vuruşmaqda idi. Belə bir 

vəziyyətdə Ibrahim xanın qardaşı  oğlu Mirzə  Əli bəy rusların Gəncədə 

girov saxladığı oğlu Behbud bəy və qardaşı oğlu Feyzi bəylə  gizli əlaqə 




 

46

yaradaraq onlarla birlikdə Abbas Mirzənin yanına qaçdılar. Tarixçi M. 



Xəzani bundan sonra bu prosesin gücləndiyini qeyd edərək yazırdı: 

"Qarabağın şöylə ümdə bəyləri dəxi Qızılbaşa gedirdilər". 

Belə  gərgin vəziyyətdə Ibrahim xan Cavad xanın qatili, xalq 

arasında "dəli mayor" adını qazanmış Lisaneviçdən ehtiyat edirdi. 

Ibrahim xanın öz ailəsini Xanbağındakı evindən  Şuşa qalasının iki 

verstliyinə göçürməsini Miraxur adlı bir gürcü və xanın digər düşmənləri 

Lisaneviçə xanın xəyanəti kimi çatdırdılar. "Dəli mayor" 200 rus əsgəri 

ilə qaladan çıxıb xanın evinə hücum etdi və təxminən 17 nəfəri yatdıqları 

yerdə qətlə yetirdilər. Qətlə yetirənlər arasında Ibrahim xanın özü, Tubu 

bəyim – şəkili Hüseyn xanın qızı, Hərəmi xan, Səltənət bəyim, 

Abbasqulu ağa – Fərzəni xan, Hacı Hüseynəli bəy Kəbirli, Mirzə 

Haqverdi Kəbirli, Qərvəndli Hümmət bəy Cavanşir, onun oğlu Həsənağa 

Gülməli bəy Sarıcalı Cavanşir, Mirzətağı Afşar,  Əlipənah – pişxidmət, 

Hacı Həsən Əcəm oğlu Kəbirli, onun iki oğlu, Şellidən iki nəfər, iki nəfər 

Şuşalı var idi.  Rus qoşunları hətta kiçik yaşlı uşaqlara da rəhm etmədilər.  

Xanın nəslindən olan kiçik yaşlı  Nəcibə  və 13 yaşlı  oğlan uşağı da 

qəddarlıqla qətlə yetirildi. Xanın övrəti və qızını yaralı vəziyyətə qalaya 

gətirsələr də  həyatlarını xilas etmək mümkün olmadı. Xanın evindəki 

əşyalar ruslar tərəfindən qarət olundu. 

Faciə baş verən zaman  Mehdiqulu xan öz yaxınları ilə qalada idi 

və hadisədən sonra xəbər tutdu. Onu sakitləşdirmək üçün Lisaneviç 

əhalini divanxananın qarşısına yığıb  xanlığın idarəsini ona tapşırdı. 

Qətldən 15 gün keçməmiş general Nebolsin öz qoşunu ilə  Əsgərana 

yaxınlaşdı və Mehdiqulu xan da öz dəstəsilə ona qoşuldu. Iyulun 15 – də 

Honaşen yaxınlığındakı yeddi saatlıq döyüşdə Abbas Mirzə rusların otuza 

qədər əsgər və zabitini məhv etdikdən sonra geri çəkilməyə məcbur oldu.  

Xanlığa iddialı olan Cəfərqulu ağanın bütün səylərinə baxmayaraq   

13 sentyabr 1806 – cı il taixili fərman ilə Mehdiqulu ağa Qarabağ xanı 

elan olundu. Bundan sonra o, qardaşı Xancan bəylə birlikdə Abbas 

Mirzənin yanına pənah apardılar. 

1806 – cı il sentyabrın 5 – də general Bulqakovun komandanlığı ilə 

rus qoşunu yenidən Bakı üzərinə hücuma keçdi. O, yerli əhaliyə 

toxunmayacağını bildirmiş  və sözünə  təminat məqsədilə  oğlunu Bakıya 

göndərmişdi. Lakin şəhər  əhalisi onun sözlərinə inanmayaraq dağlara 

çəkilmiş, xan isə əvvəl Qubaya, oradan da Irana pənah aparmışdı. 1806 – 

cı il oktyabrın 3 – də Bakı ruslar tərəfindən işğal olundu və Bakı xanlığı 

ləğv olundu. Bundan bir qədər sonra isə Quba xanlığı  işğal olundu və 

Şeyxəli xan dağlara çəkildi. 

Bakı  və Quba xanlığının işğalından sonra rus qoşunları  Şəkidəki 

üsyanı yatırmağa göndərildi. Oktyabrın 22 – də  Səlim xanın silahlı 

qüvvələri məğlub oldu və Şəki xanı da Irana pənah apardı. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə