Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə19/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

 

43

Şah onun yanında olan Ibrahim xanın oğlu  Əbülfət xanı atasına 



yardım etmək üçün beşminlik qoşunla Qarabağa göndərdi. 

1805 – ci ilin yazında Sisianov  Ibrahim xana məktub yazaraq 

Rusiya və ya Iran dövlətlərindən hansına tərəf olduğunu açıq bildirməyi 

tələb etdi. Yaşı  səksəni haqlamış Ibrahim xan rusların Gəncədə 

törətdikləri vəhşilikləri bir daha gözünün qabağına gətirərək 1805 – ci il 

mayın 14 – də oğlanları Məmmədhəsən ağa, Mehdiqulu ağa, Xanlar ağa 

və digər əyanlarla Gəncənin yaxınlığında Kürəkçay sahillərində yerləşən 

Sisianovun düşərgəsinə  gəldi. O, kürəkəni  Şəki hakimi Səlim xanı da 

bura dəvət etdi və onlar 11 maddədən ibarət "Andlı öhdəlik" adlanan 

"Kürəkçay müqaviləsi"nə imza atdılar. 

 Bu  müqavilənin 1 – ci maddəsinə  görə Qarabağ xanı Rusiya 

çarının vassalı olmağına razılıq verir və 4 – cü maddəyə görə müstəqil 

xarici siyasət hüququndan çarın xeyrinə imtina edirdi. Bundan başqa 8 – 

ci maddəyə görə çar xəzinəsinə ildə 8000 çervon bac verməyi öhdəsinə 

götürürdü. Qarabağ xanı "Kürəkçay müqaviləsi"nə məcburiyyət üzündən, 

rus qoşunlarının törətdikləri vəhşiliklərindən ehtiyat edərək imza atsa da 

bu məsələnin müasir dövrdə izahında hələ  də  səhvlərə yol verilməsi 

təəssüf  və təəccüb doğurur. 

Son vaxtlar Azərbaycan Respublikasının bəzi tele – kanallarında 

Azərbaycan tarixinin XVIII – XIX əsrlər dövrünə aid verilən verlişlərdə 

bəzi məsələlər ya bilərəkdən, ya də bilməməzlikdən qarışdırılır və əhaliyə 

qeyri – obyektiv məlumatlar verilir. Məsələn,  Azərbaycan xanlıqlarının 

tarixi və Kürəkçay müqaviləsi ilə bağlı 17 aprel 2005 – ci il tarixdə 

"Speys" tele – kanalı vasitəsilə nümayiş etdirilmiş verilişdə aşağıdakı bir 

sıra ciddi səhvlərə yol verilmişdir : 

1.

 



Azərbaycan tarixinin XVIII əsrin ortaları - XIX əsrin  əvvəlləri 

dövrünə  həmin dövrün və ondan əvvəlki dövrləri obyektiv təhlil 

etməklə deyil, bu günün siyasi proseslərindən doğan subyektiv 

baxışlardan yanaşılması bir sıra səhv tezislərin meydana 

gəlməsinə səbəb olmuşdur; 

2.

 

Gəncə xanlığı ilə Qarabağ xanlığı arasında ziddiyyətlərin 

səbəblərinin açılmaması sonrakı  şərhlərdə dolaşıqlığa gətirib 

çıxarmışdı. Qarabağ xanlarının fəaliyyətinə müsbət yanaşıldığı 

halda xalqın qəhəraman oğlu Cavad xanla eyni nəsildən olan, 

Gəncə xanlığının itirilmiş torpaqlarını ona qaytarmaq və 

mərkəzləşmiş dövləti bərpa etmək məqsədilə şimali Azərbaycana 

qoşun yeridən Ağa Məhəmməd Qacara yadelli kimi düşmən 

münasibəti bəslənməsi başa düşülən deyil. Fikrimizcə bu cür 

mövqe  Azərbaycan xalqının bütöv tarixinə hər hansı bir xanlığın 

mənafeyi baxımından yanaşan bəzi XVIII – XIX əsr  

tarixçilərinin mövqeyindən heç nə ilə fərqlənmir. Çox güman ki, 




 

44

bu cür fikir irəli sürən  şəxslər elə  həmin tarixçilərin  əsərlərinə 



tənqidi yanaşmadan, onların təsiri ilə bu cür fikirlər irəli sürürlər; 

3.

 

Azərbaycanın rus, erməni və fars işğalçılarının döyüş meydanına 

çevrildiyi fikrini irəli sürərkən, səhv olaraq Ağa Məhəmməd şah 

Qacarı, Abbas Mirzəni və digər Azərbaycan xalqının qəhrəman 

oğullarına sovet dövründə vurulmuş "fars işğalçısı" damğasını 

olduğu kimi təkrar edilməsi də fikirimizcə bu cür səhv 

yanaşmanın nəticəsidir; 

4.

 

Azərbaycan xanlarına fərqli münasibət bəslənməsi və burada 

"ögey" "doğmalığın" açıq aydın özünü büruzə verməsi fikrimizcə 

səhvdir. Bu cür münasibətin hətta hazırda Azərbaycan 

cəmiyyətində milli birliyə mane olan regionçuluq, yerlibazlığ 

hissələrindən də yarandığını etimal etmək olar; 



5.

 

 Kürəkçay müqaviləsinin bağlanmasının əsas səbəbi kimi Rus – 

Gəncə müharibəsində rus qoşunlarının törətdikləri vəhşiliklərin 

deyil, Ibrahim  xanın Rusiyaya meyl göstərməsinin olduğunu 

qeyd etmək  kökündən səhvdir;  

6.

 

Ibrahim xanın oğlu Əbülfət xanın  Qacarlar hakimiyyətinə meyl 

göstərməsinin və onların yanında olmasının onun anasının 

erməni olması ilə izah edilməsi fikrimizcə o vaxt gedən 

proseslərə hazırki siyasi proseslərin təsiri ilə  bəsit yanaşmanın  

məhsulu kimi qəbul olunmalıdır; 



7.

 

Verliş boyu aparıcının sürətli, tələsə - tələsə danışması, dolaşıq 

cümlələr işlətməsi, hadisələr barədə çox zaman düzgün izahlar 

verməməsi, hadisələrə münasibət bildirərkən "mənə görə", 

"bizim fikrimizcə" sözlərindən istifadə etməməsi və öz fikirlərini 

həqiqət kimi təqdim etməsi fikrimizcə  səhvdir və bu da 

tamaşıçılar arasında mövzu ilə bağlı anlaşılmazlıq yaradır və s. 

Bu nöqsanları  tənqid edən ayrıca məqalənin (49) çap olunması 

fikrimizcə müsbdət haldır və  gələcəkdə bu cür səhvlərin aradan 

qaldırılmasına yaxından kömək göstərə bilər.  

1805 – ci ilin iyununda Abbas Mirzə on min əsgər ilə Qarabağ 

üzərinə  hərəkətə başladı. Cəbrayıl yaxınlığında Lisaneviçin rus 

qoşunlarını darmadağın etdi. Onlar iki qola ayrılaraq  Şuşanın 

yaxınlığındakı  Ağoğlan,  Əsgəran və  Şahbulaq qalalarını tutdular. 

Sisianovun qoşunları Tiflisdən hərəkətə başlayarkən Abba Mirzə  də öz 

qoşununu Tiflis üzərinə yolladı. Zəyəm yaxınlığındakı döyüşlərdə itiki 

verən qoşunlar Qazax sultanlığına geri çəkildilər. Abbas Mirzə onun 

yanında olan gürcü çarının oğlu Aleksandr vasitəsilə qazaxlılardan onunla 

birlikdə Tiflisə yürüş etməyi tələb etdi. Lakin onlar rusların qorxusundan 

bu tələbə müsbət cavab vermədilər və bununla da Iran qoşunlarının Tiflis 

üzərinə yürüşü Zəyəm və Qazax döyüşləri ilə pozuldu. Abbas Mirzənin 

qoşunları Dilican dərəsi istiqamətində geri çəkildi. 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə