Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə18/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

 

41

Yuxarıda göstərilən mövcud  problemin həlli üçün I və II Rusiya – 



Iran müharibələrinin tarixinin yenidən, obyektiv şəkildə tədqiqinə ehtiyac 

var. Bu müharibələrə münasibətdə    əvvəllər olduğu kimi müasir dövrdə 

də Rusiya ilə yanaşı Iranın da işğalçı adlandırılması fikrimizcə düzgün 

deyildir. Abbas Mirzənin qoşunları ruslardan fərqli olaraq Azərbaycan 

ərazilərini düşməndən müdafiə etmək, Cavad xanın itiqamını almaq və 

işğal olunmuş torpaqları, o cümlədən Gəncəni işğaldan azad etmək olsa 

da bunun hələ  də  dərsliklərdə öz əksini tapmaması  təəssüf doğurmaya 

bilməz. II Rus – Iran müharibəsi zamanı  şimali Azərbaycanda 

"Ümummüsəlman üsyanı"nın baş verməsi və Iran qoşunlarının tərkibində 

Şirvan xanı Mustafa xan, Gəncə xanı Cavad xanın oğlu Uğurlu xan, Şəki 

xanı Səlim xanın oğlanları Hüseyn xan və Hacı xan, Talış xanı Mir Həsən 

xan, onun qardaşı Sarı Aslan, Irəvan xanı Hüseyn xan və digər xanların 

qoşunlarının ruslara qarşı  qəhrəmanlıqla vuruşması    məhz bu yürüşün 

işğalçı deyil, xilaskar mahiyyətini ortaya qoyur ki, bundan da geniş oxucu 

kütləsi xəbərsizdir. Bəs müharibənin əsil səbəbkarı kim olmuşdur? 

Rus qoşunları  Gəncəni işğal etdikdən sonra digər xanlıqların 

ərazilərini də  işğal etməyə başladı ki, bu da Iranı narahat etməyə 

bilməzdi. Buna görə  də Iran Rusiyadan 1804 – cü ilin mayında öz 

qoşunlarını  işğal etdiyi ərazilərdən çıxarmağı  tələb etdi. Rusiyanın bu 

tələbi rədd etməsi 1804 – cü ilin iyunun 10 - da iki dövlət arasında 

diplomatik münasibətlərin kəsilməsinə  və I Rus – Iran müharibəsinin 

başlamasına səbəb oldu. 

Fətəli  şah hələ  Gəncə  təhlükədə olarkən Cavad xanın köməyinə 



göndərmək üçün güclü silahlı bir orduya malik olmadığına görə çarəsiz 

qalıb ətrafdan kömək istədi. Fətəli şahın ordusu 7 aydan sonra Tehrandan 

Rusiya qoşunları ilə vuruşmaq üçün Azərbaycana tərəf yola düşdü. Bu 

orduya cəsur sərkərdə, o zaman cəmi 15 yaşı olan şahzadə Abbas Mirzə 

rəhbərlik edirdi.  

Sovet tarixşünaslığında saxtakarlıq o həddə çatmışdır ki, o zaman 

yazılmış tarix kitablarında müharibə dövründə rus qoşunlarının yerli 

əhalidən ərzaqı pul ilə, Iran qoşunlarının isə zorla aldığı haqqında fikirlər 

özünə yer tapmışdır. Bu kitablarda hətta işğalçı rus ordusunun xilaskar, 

Iran ordusunu isə işğalçı kimi qələmə verməkdən belə çəkinməmişlər. Bu 

saxtakarlığı hazırda yeni nəşr olunmuş  bəzi kitablardakı obyektiv 

faktlarla ifşa etmək mümkündür. Jan Juniorun "Unudulmuş qəhrəmanlar" 

kitabında Mustafa Miyanəçinin 10 minlik qoşununun hətta aclıqdan 

korluq çəkdiyi vaxt da yerli əhalidən  ərazaqı zorla alınmasının  əleyhinə 

olması qeyd olunmuşdur. Kitabda bu məsələ barədə belə yazılmışdır: " 

Mustafa xan əhalidən  ərzaq və yemi zorla ala bilmirdi. Çünki onun 

keçdiyi məntəqələrdə hamı Iran təbəəsi idi və o öz həmvətənlərinin 

mülkünü müsadirə edə bilmirdi. Əgər bu işə təşəbbüs etsəydi, siyasi səhv 

edərdi, ona görə ki, yerli əhalini öz əleyhinə qaldırardı... Iran ordusunda 



 

42

nizam – intizamın mövcud olduğunun sübutlarından biri  budur ki, 



Mustafa xan 10 min ac əsgəri kəndin qırağında saxladı  və onlar kənd 

əhalisinin buğdasına toxunmadılar." (46) 

1804 – cü ilin iyununda Abbas Mirzənin qoşunları Irəvan xanlığı 

ərazisinin şərqində cəmləşdirmişdi. Irəvan qalası yaxınlığındakı döyüşdə 

onun qoşunları rusları  məğlub etdikdən sonra onlar geri çəkilməyə 

məcbur oldular. 

Gəncə xanlığı  işğal olunduqdan sonra rusların Qarabağ xanlığına 

təzyiqi güclənmişdi.  

Qarabağ xanlığı XVIII əsrin 40 - cı illərində yaranmış və 1822- ci 

ilə qədər mövcud olmuşdur. Səfəvilər dövründə  isə bu ərazilər Gəncə – 

Qarabağ bəylərbəyinə daxil olmuşdur ki, buna da Qacarlar nəslindən olan 

Ziyadoğlular rəhbərlik etmişlər.  Ərazisi Araz və Kür çayları arasındakı 

torpaqlar idi. Şəki, Gəncə, Irəvan, Naxçıvan, Qaradağ, Cavad, Şamaxı 

xanlıqları ilə sərhədləri vardı. Mərkəzi Bayat qalası, Şuşa şəhəri (1750 – 

ci il) idi. Xanları - Pənahəli (1748 – 1763), Ibrahim Xəlil (1763 – 1806), 

Mehdiqulu (1806 – 1822) olmuşdu. 

Qarabağ xanı Ibrahim xan Qacara qarşı ruslarla yanaşı 

Osmanlılarla da əlaqə yaratmağa çalışırdı. O, Sultan III Səlimin (1789 – 

1807) böyük vəzirlərindən birinə yazırdı:"...qızlbaşdan Ağa Məhəmməd 

xan ortaya çıxıb, Iran mülkünə daxil olan Iraq məmləkətini və fars 

şəhərlərini  ələ keçiribdir. Onun indiki istəyi budur ki, Azərbaycan 

diyarına gedib, Araz çayını keçərək,  əvvəlcədən mənim, sonra Irəvan 

xanı Məhəmməd xanın, daha sonra isə Gürcüstan üzərinə hücum edib öz 

niyyətini bu yolla həyata keçirsin. Indən belə  məsləhət  şövkəti 

əfəndinizindir. Sizdən rica budur ki, bizləri qoruyub, bizə kömək və 

inayətinizi əsirgəməyəsiniz. " (47)   

Qarabağ xanı bu cür manevrlərlə öz müstəqilliyini qoruyub 

saxlamağa çalışsa da Gəncə xanlığının rus qoşunları tərəfindən işğalı və 

general Sisianovun rəhbərliyi ilə yerli əhaliyə qarşı törədilmiş  dəhşətli 

cinayətlər onu təcili olaraq Rusiya ilə Kürəkçay müqaviləsi bağlamağa 

məcbur etdi. 

1805 – ci ilin yazında Gəncə yaxınlığında düşərgə salmış Sisianov 

mayor Lisaneviçi Ibrahim xanın yanına göndərib ondan Rusiyanın 

təbəliyinə keçməyi tələb etdi. Gəncədə və Car – Balakəndə rusların etdiyi 

ağılasığmaz vəhşiliklər Qarabağ xanını  bərk qorxutmuş  və ruslarla 

ehtiyatlı davranmasına səbəb olmuşdu. Tarixçi Əhməd bəy Cavanşir 

yazır: "Bu zaman Qarabağ əyanları bir – birinə düşmən olan iki hissəyə 

bölünmüşdülər. Bu dəstələrdən biri rusların Zaqafqaziya işlərinə 

qarışmasını gözləyərək heç bir vəclə Irana tabe olmaq istəmir, digəri 

isə… Iran hökümdarını  hər vasitə ilə razı salmağa çalışırdı.  Şuşa  şəhəri 

iranlılar üçün Zaqafqaziyanın açarı, ruslar üçün isə Iranın qapısı hesab 

edilirdi."(48) 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə