Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə14/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

 

33

saxlamaq meylinizi gördüm. Bu sözləri sidq – ürəklə yazıldığını  qəbul 



edərək Sizin şəxsi rifahınız üçün qəlbən sevinir və yenilməz qalacaq bu 

rifahınız münasibətilə Sizi təbrik edirəm. Zira Sizi və sizin xalqı... 

lütfükar rus imperatoru öz himayəsinə götürür. Sizin etimadınızın 

qarşılıqlı keçəcəyinə  təbəəliyinizin Gürcüstanla əlaqəli bütün işlərində 

şahid olacaqsınız. Gürcüstanda, eləcə  də  sərhəd qoşunları ilə bağlı  hər 

hansı bir məsələ Sizin rəyinizlə, yalnız Sizin icazəniz... alınandan sonra 

qəti və qanuni qaydada yoluna qoyulacaqdır. Çünki əlahəzrət 

hökümdarım məndən bunu tələb edir. Lakin Sizin şərafətli etimadınızın... 

ən gözəl zəmanəti  o olardı ki, xahişimizi nəzərə alaraq yüksək mənsəbli 

böyük oğlunuz Uğurlu ağanı əmanət kimi Tiflisə göndərəydiz. O, burada 

ləyaqətinə və mənsəbinə müvafiq etiram və hörmət sahibi olacaqdır. Bu 

təmənnam yerinə yetirilsə, onu Gəncə ilə Gürcüstan arasında heç bir ayrı 

– seçkiliyin olmayacağı barədə xeyirxah vədinizin  əməli timsalı kimi 

qəbul edəcəyəm. Bundan əlavə, Sizin ucalığınıza bəslədiyim dostcasına 

münasibətimin kiçik rəmzi kimi mehriban Gürgün bəylə  hər biri on 

arşınlıq məxmər və atlas hədiyyə göndərir və həmişə qulluğunuzda hazır 

olduğumu bildirirəm." 

Şamxorda yazılmış 29 noyabr 1803 – cü il tarixli ikinci məktubda 

birinci məktubdakı diplomatik etiket qaydalarına uyğun işlədilmiş xoş 

sözlər yoxdur. Bunun əvəzinə ultimatum və hədələrlə dolu ciümlələr var 

ki, bu da rus qoşununu əsil məqsədlərinin işğalçılıq olduğunu sübut edir. 

Məktubda deyilir: "Gəncə torpağına qədəm basıb bu gəlişimin səbəblərini 

Sizə bildirirəm. Birincisi və başlıcası: Gəncə  və onun ətrafı  şahzadə 

Tamaranın hakimiyyəti dövründə Gürcüstana mənsub idi, sonra 

Gürcüstan çarlarının zəifliyi üzündən ondan ayrılıb. Ümumrusiya 

imperiyası isə indi Gürcüstanı özünün hər  şeyə qabil himayəsi altına 

aldığından onun parçalanmasına biganə qala bilməz. Allahın gücü və 

qüdrəti sayəsində yaranmış rus imperiyası heç vəclə Gürcüstanın 

ayrılmaz bir parçası olan Gəncəni yadların əlində qoymaz. 

Ikincisi: Gürcüstana gələrkən yazdığım məktubuma (həmin 

məktubda oğlunuzu  əmanət kimi verməyi təklif etmişdim) yolladığınız 

cavabda yazırsınız ki, Iran padşahından ehtiyat edirsiniz. Lakin 

unudursunuz ki, altı il bundan əvvəl Siz Rusiyanın tabeliyindəydiniz və 

Gəncə qalasında şöhrətli Ümumrusiya ordusu dururdu. 

Üçüncüsü: Adamlarınızın qarət etdikləri Tiflis tacirləri Sizin uca 

həşəmətiniz tərəfindən razı salınmamışdır. 

Həmin üç səbəbə görə də mən öz ordumla gəlmişəm ki, şəhərinizi 

Avropa adəti üzrə tutum. Basqına, insan qanı tökməyə başlamazdan əvvəl 

etiqadıma və məzhəbimə görə təklif etməliyəm ki, şəhəri dava – dalaşsız 

təhvil verəsiniz. Sizdən ikicə söz tələb edirəm. Birin seçin: "hə", yaxud 

"yox". Yəni təslim olursuz, ya yox? Yəqin məlumdur ki, belə pis havada 

ordu götürüb buralara gəlmişiksə, deməli, innən belə heç bir müqavilə 




 

34

bağlanıla bilməz. Buna görə  də Sizin təslim olmağınızı qabaqcadan 



müəyyən etmişəm və yalnız onda mənim lütfükar padşahımın sonsuz 

şəfqət və mərhəmətini görəcəksiz. 

Yox, imtina etsəniz, bəxtinizdən küsün. Vaxtilə Izmayıl, Varşava 

və bir çox digər  şəhərlərin aqibəti belə olmuşdu. Sabah günortayadək 

cavab almasam, od – alov yağacaq. Gəncəyə  qılınc və atəş  gətirmişəm. 

Onda görəcəksiniz ki, sözümün üstündə necə dura bilirəm." 

 

Sisianovun  məktubuna cavab olaraq Cavad xan 1803 – cü il 29 



noyabrda ona aşağıdakı  məktubu göndərmişdir: "Məktubunu aldım. 

Yazırsan ki, şahzadə Tamaranın dövründə  Gəncə Gürcüstandan asılı 

olmuşdur… Bu rəvayətə heç kim inanmaz. Lakin əcdadlarımız 

Abbasqulu xan və başqaları Gürcüstanı idarə edirdilər.  Əgər 

inanmırsansa, yerli qocalardan soruş. Hələ indiyədək Gürcüstanda onun 

məscid və dükanları qalır, bir çox gürcüdə  əmrləri mühafizə edilir. 

Iraklinin və atamızın dövründə  Gəncə  və Gürcüstanın sərhədləri 

dəqiqləşdirilib. Bununla belə, əgər desəm ki, ata – babalarım Gürcüstanda 

vali olublar, heç kim buna yaxşı baxmaz və heç kəs də Gürcüstanı mənə 

qaytarmaz. 

 Bir 

də yazırsan ki, altı il bundan əvvəl Gəncə qalasını rus 



padşahına vermisən. Bu doğrudur. Onda sizin padşah mənə  fərman 

göndərmişdi və mən onun təklifini qəbul etdim. Əgər indi belə bir fərman 

varsa, mənə göstər. Palşahın iradəsini bilsəm, götür – qoy edərəm. 

 Bir 


də yazırsan ki, guya əvvəllər mən Gürcüstan tabeliyində 

olmuşam. Padşahın fərmanı indi də əlimdədir. Bax, gör, orada mən necə 

adlanıram: Gəncə  bəylərbəyi, yaxud Gürcüstan vassalı? Buradan aydın 

olur ki, sözlərin tam yalandır. 

 Bundan 

başqa, Gəncəni sənin padşahına  verəndə Iran şahı 

Xorasanda idi və əlim ona çatmadığı üçün mən də böyük müstəbid kimi 

rus padşahına tabe olmağı lazım bildim. Indi isə Allaha şükür, Iran şahı 

yaxınlıqdadır, onun göndərdiyi baş komandan artıq burdadır. Əsgərlər də 

gəlirlər… 

 Müharibə etmək niyyətindəsənsə, mən hazır!  Əgər öz toplarınla 

öyünürsənsə, mənimkilər ondan heç də geri qalmır, sizdə top lüləsinin 

uzunluğu bir arşındırsa, bizdə 3 – 4 arşındır, uğur isə allahın  əlindədir. 

Haradan bilirsən ki, döyüşçüləriniz Iran əsgərlərindən qoçaqdırlar? Siz 

yalnız öz savaşınızı görmüsüz, iranlıların hünərindən isə  xəbərsizsiz. 

Mənə müharibəyə hazır olmağı  təklif edirsən? Sən  Şəmşəddilə girən 

gündən müharibəyə hazıram. Savaşmaq istəyirsənsə, savaşaq. 

Hədələyirsən ki, təklifini qəbul etməsəm, bəlaya düçar olaram. Əslində 

bədbəxtlik səni Peterburqdan izləyə – izləyə bura çəkib gətirib. Bunu 

zaman, bir də savaş göstərəcək". 

 Cavad 

xanın cavabından bir gün sonra, yəni 30 noyabr 1803 – cü il 



tarixdə Sisianov  işğal etdiyi Şamxor  ərazisindən Gəncə ermənilərinə 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə