Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə11/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

 

26

etmək yox, əvvəllər mərkəzləşmiş  dövlətin hakimiyyəti altında olmuş, 



lakin sonradan xanlıqlara parçalanmış  əraziləri yenidən mərkəzləşmiş 

hakimiyyətə tabe  etməkdən ibarət idi. 

Mərkəzləşmiş dövlət parçalandıqdan sonra Azərbaycan  ərazisində 

19 xanlıq əmələ gəlmişdir. Bunlar aşağıdakılardır: 

Xoy (XVIII əsrin ortaları – sonları), Maku (XVIII əsrin ortaları – 

1922), Qaradağ (XVIII əsrin 40 – cı illəri – XIX əsrin əvvəlləri), Təbriz  

(XVIII  əsrin 40 – cı illəri – 80 – ci illər), Marağa (XVIII əsrin 40 – cı 

illəri  – XIX əsrin 20 – ci illəri)), Ərdəbil  (XVIII əsrin 40 – cı illəri  – 

XIX  əsrin  əvvəlləri), Sərab (XVIII əsrin 40 – cı illəri  – XIX əsri 

əvvəlləri), Gəncə (XVIII əsrin 40 –cı illəri – 1804 – cü il), Qarabağ 

(XVIII əsrin 40 –cı illəri  – 1822 – ci il), Şəki (XVIII əsrin 40 –cı illəri  – 

1819 – cu il), Şamaxı (XVIII əsrin 40 – cı illəri  – 1820 – ci il),Quba 

(XVIII  əsrin 40 –cı illəri  – 1806 – cı il), Dərbənd (XVIII əsrin 40 –cı 

illəri  – 1806 – cı il), Bakı (XVIII əsrin 40 –cı illəri  –  1806 – cı il), 

Cavad (XVIII əsrin 40 – cı illəri  – 1768 – ci il), Salyan (XVIII əsrin 40 –

cı illəri  – 1757 – ci il), Talış (XVIII əsrin 40 –cı illəri  – 1820 – ci il), 

Naxçıvan (XVIII əsrin 40 – cı illəri  – 1828 – ci il), Irəvan (XVIII əsrin 

40 –cı illəri  – 1827 – ci il)  

 

 

Xanlıqlardan başqa müstəqil Qutqaşen, Qəbələ, Ərəş, Ilisu, Qazax 



– Şəmsəddin Sultanlıqları və Qarabağ xanlığının ərazisində beş məliklik 

var idi. Mərkəzləşmiş dövlətin parçalanması  nəticəsində yaranmış 

xanlıqların mənşəyinin və  məqsədlərinin obyektiv tədqiqi hazırki elmi 

ədəbiyyatda mövcud olan bir sıra yanlışlıqların aradan qaldırılmasına 

kömək göstərə bilər.  



 

27

Azərbaycan xanlıqlarını Ağa Məhəmməd Şah Qacara münasibətinə 



görə üç qrupa bölmək olar. Birinci qrupa onun tərəfini saxlayanlar: 

gəncəli Cavad xan, şəkili Məhəmmədhəsən xan və qubalı  Şeyxəli xan 

daxil idi. Ikinci qrupu Ağa Məhəmməd şaha düşmən münasibət bəsləyən 

Qarabağ, Şamaxı və Talış xanlıqları təmsil edirdi. 

Bakı xanı Hüsenqulu xan isə Ağa Məhəmməd şahın tərəfdarları ilə 

düşmənləri arasında tərəddüd edirdi. Xanlıqların bu cür qruplaşması 

təsadüfü olmayıb xanların siyasi məqsədlərini ifadə edirdi. Gəncəli Cavad 

xan Ağa Məhəmməd  şahın köməyilə Ibrahim xanın təzyiqindən xilas 

olacağına və  Gəncə xanlığının  əraziləri olmuş    Qarabağ, Qazax – 

Şəmsəddin və Borçalı ərazilərinin geri qaytaracağına ümid edirdi. Şeyxəli 

xan isə  Şirvanda hakimiyyətə nail olacağına ümid bəsləyirdi. Bakı 

xanının mövqeyi isə  Şeyxəli xanın onun torpaqlarına qarşı iddiası ilə 

bağlı idi. 

Ağa Məhəmməd Qacar 1795 – ci ildə Naxçıvan xanlığını, həmin 

ildə 35 günlük mühasirədən sonra Irəvan qalasını tutdu. Buna qədər 

Naxçıvan və Irəvan xanlıqları müxtəlif ara müharibələr meydanına 

çevrilmişdi. Qarabağ, Xoy xanlıqları  və Gürcüstan Naxçıvanı öz təsir 

dairəsinə salmaq uğrunda mübarizə aparırdı. Irəvan xanlığına qarşı Kartli 

Kaxetiya çarı II Irakli böyük təhlükə yaradırdı  və  hətta 1780 – ci ildə 

Hüseynəli xan II Irakliyə ildə 3000 tümən bac verməyə razı olmuşdu. 

1789 – cu ildə  Bəyazid paşası Irəvana hücum etmişdi. 1790 – cı ildə 

Irəvan və Naxçıvan qüvvələri Xoy xanlığına hücum etmiş, daha sonra isə 

Xoy və Naxçıvan qüvvələri Irəvanı tutub 1790 – cı ilin avqustuna kimi 

orada qalmışdılar. Ağa Məhəmməd Qacarın bu ərazini tutması ilə bu cür 

ara müharibələrinə bir müddət son qoyuldu. 

Lakin xanlıqların Qacara münasibəti sabit olmayıb, hadisələrin 

gedişində köklü dəyişikliyə  məruz qalmışdır. Özünün  müstəqilliyni 

qoruyub saxlamaq naminə Irana düşmən olan xarici dövlətlərin yardımına 

bel bağlayan bəzi xanlar və ya onların varisləri, sonradan işğalçı rus 

qoşunlarına qarşı mübarizədə Iranın mütəfiqinə çevrildilər. Bu proseslə  

yaxından tanış olmaq üçün Azərbaycanda ən güclü xanlıqlardan biri olan 

Quba xanlığının apardığı siyasətə qısa bir nəzər salmaq vacibdir.    

Cənubda mərkəzləşmiş dövlətin bərpası prosesi ilə yanaşı, şimalda 

da xanlıqları bir mərkəzdə birləşdirilməsi prosesi gedirdi ki,  Qubalı 

Fətəli xan ilk vaxtlar bu işdə təşəbbüsü ələ almışdı.       

  

Azərbaycan tarixinin öyrənilməmiş  səhifələrindən biri də  Quba 



ətrafında Azərbaycanda mərkələşmiş dövlətin yaranması  cəhdləridir. Bu 

problemin obyektiv tətdiqi  əvvəlki illərdə olduğu kimi bu gün də çox 

zəruri və aktualdır. 

XVIII əsrin əvvəllərində Səfəvi hakimiyyətinin zəifləməsi ilə digər 

ərazilərdə olduğu kimi, Qubada da üsyan başlamışdı. Üsyana Qubanın 

Müşkür mahalının Dədəli kəndindən olan Hacı Davud başçılıq edirdi. 




 

28

Onun məqsədi  Şəki,  Şirvan  və Qubada Şah hakimiyyətini ləğv edib, 



Şirvan dövlətini bərpa etmək idi. 

Rusiya ilə Türkiyə arasında 1724 - cü ildə bağlanmış Istambul 

müqaviləsinə görə Quba əyaləti Rusiyanın tərkibinə daxil edilmiş, 

Hüseynəli xan ora hakim təyin olunmuşdu. 1735 - ci il Gəncə müqaviləsi 

ilə həmin torpaqlar Irana qaytarılmışdı. Bundan az  sonra Hüseynəli xan 

XVIII yüzilliyin 40 - cı illərində müstəqil Quba xanlığını yaratdığını elan 

etmişdi. Onun hüdudları Azərbaycanın  şimal – şərqi, Dərbənd xanlığı, 

Kürün aşağı axarında olan  torpaqları,  Şəki,  Şamaxı, Bakı xanlıqlarını 

əhatə edirdi. Mərkəzi Quba şəhəri idi.  

Quba xanlığı öz müstəqilliyini elan etdikdən sonra ərazilərini 

genişləndirməyə başladı və Quba xanının qoşunları 1757- ci ildə Salyanı 

tutdu.  


Hüseynəli xanın oğlu Fətəli xanın dövründə (1758 - 1789) 

Azərbaycan  ərazisinin Quba xanlığının  ətrafında birləşdirilməsi siyasəti  

həyata keçirilmişdi. 

 Əvvəlcə, Samur çayının sağ sahilindəki torpaqlar–Müşkür, 

Niyazabad,  Şabran və başqa  ərazilər, sonra isə 1759–cu ildə  Dərbənd 

xanlığı, 1767–ci ildə Bakı xanlığı, 1768–ci ildə  Şamaxı  və Cavad 

xanlıqları Quba xanlığına tabe edildi. Cavad xanlığının tutulması ilə 

Muğan ərazisi Quba xanlığına birləşdirildi.  

Quba xanlığının mərkəzləşmiş dövlət kimi güclənməsi ona ərazi 

cəhətdən yaxın olan Qarabağ,  Şəki, Gəncə xanlıqlarını  və Dağıstan 

hakimlərini narahat etməyə bilməzdi. Onlar Fətəli xanın hakimiyyəti 

altına düşmək istəmir, ona qarşı müxtəlif planlar hazırlayırdılar. 

1774 - cü ildə Xudat yaxınlığındakı Gavduşan çölündə Qarabağ, 

Şəki xanlıqları  və Dağıstan hakimlərinin birləşmiş qüvvələri ilə Quba 

xanlığı arasında böyük döyüş oldu. Birləşmiş qüvvələr Qubanı  və 

Şamaxını tutdular. Bu zaman Fətəli xan Salyana çəkildiyindən Dərbəndin 

müdafiəsinə həyat yoldaşı Tuti Bikə rəhbərlik edirdi. 

Belə bir çətin vəziyyətdən çıxmaq üçün Fətəli xan diplomatik 

gedişlər edərək rus qoşunları ilə Quba xanlığı üzərinə hücuma keçmiş 

qüvvələr arasında mövcud olan düşmənçilikdən məharətlə istifadə etdi. 

Bu zaman rus qoşunları general I. F. de Medemin komandanlığı ilə  

akademik S. M. Qmelini öldürmüş Qaytak ismisini (Dağıstan 

hakimlərindən biri) cəzalandırmaq üçün Dağıstanın cənubuna hücuma 

keçmişdir. Belə bir məqamdan istifadə edərək 1775 - ci ilin mart ayında 

Fətəli xan Qubanı azad etdi. O, yaxşı başa düşürdü ki, Azərbaycanda 

mərkəzləşmiş dövlət yaradılmasına mərkəzləşmiş hakimiyyəti bərpa 

etməyə çalışan Qacarlar imkan verməyəcəklər. Buna görə  də öz 

müstəqilliyni qorumaq üçün ona güclü mütəfiq lazım idi və bu da ona 

ərazi cəhətdən yaxın olan Rusiya ola bilərdi. Fətəli xan Rusiyanın şimali 

Qafqaz və Azərbaycanda işğalçı  məqsədlərini yaxşı bilirdi və müxtəlif 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə