Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə12/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

 

29

diplomatik manevrlər etməklə Qubanın müstəqilliyini qorumağa çalışırdı. 



Fətəli  xan öz məqsədinə çatmaq üçün Rusiya ilə Iran arasında olan 

ziddiyyətlərdən  də istifadə edirdi. 

Fətəli xan 1775 - ci ilin yazında Dərbənd hakimi Mirzəbəy Bayat 

(Fərhadbəyli) başda olmaqla rus sarayına elçilər göndərərək Quba 

xanlığının müstəqilliyini saxlamaq şərti ilə Rusiyanın himayəsi altına 

keçməsi təklifini irəli sürdü. Elçilər iyulun 6 – da Moskvaya gedib Fətəli 

xanın məktubunu  rus çarisasına təqdim etdilər. Fətəli xan Quba 

xanlığının statusunu Gürcüstan və Krımla eyniləşdirməyə çalışırdı. Lakin 

II Yekaterina Quba xanlığının müstəqilliyni qəbul etməkdən imtina etdi. 

1782 - ci ildə Quba xanlığı ilə Rusiya arasında ticarət müqaviləsi 

imzalandı. Fətəli xan 1780 - 1781- cü illərdə Qarabağ xanlığını da öz 

hakimiyyəti altına salmaq uğrunda mübarizəyə başladı, lakin həmin 

əraziləri tuta bilmədi. Bundan sonra Fətəli xan  cənub istiqamətində yürüş 

etdi və 1784 - cü ilin avqustunda Ərdəbil və Meşkin  ərazilərini tutdu. 

Bundan sonra Quba xanlığının güclənməsi artıq Rusiyanı da narahat 

etməyə başladı. Çar Rusiyası  Fətəli xandan  tutduğu yeni əraziləri tərk 

etməyi tələb etdi. Bu tələb yerinə yetirildi. 

1787- ci ilin yanvarında  Fətəli xan ona qarşı  çıxan Ibrahim xana 

qalib gəldi. Lakin Qarabağ xanlığının  ərazisinə girib irəliləyə bilmədi. 

Bundan sonra ikinci dəfə eyni şərtlərlə Rusiyaının himayəsinə keçmək 

üçün müraciət etdi. Rusiya Türkiyə ilə müharibə apardığından (1787- 

1791) bu dəfə də təklifi qəbul etmədi. Həmin il Fətəli xanla Gürcü çarı II 

Irakli  arasında cənub istiqamətində yürüş etmək haqqında 1788 - ci ildə 

əldə edilmiş razılığın həyata keçməsinə  Fətəli xanın 1789 - cu ildə  qəfil 

ölümü imkan vermədi.  

Abasqulu Ağa Bakıxanov onun ölümü haqqında yazır: "...Bütün 

istiqlal və ehtişam vasitəsinə malik olan Fətəli xan Azərbaycan və bəlkə 

də, bütün Iran işlərini nizama qoymaq xəyali ilə Gürcüstan valisi Irakli 

xanla görüşüb məsləhətləşmək binasını qoydu... Fətəli xan cah və cəlalla 

Nuxu  şəhərinə getdi. Bir neçə gün qonaqlıq və  şadlıqla keçirib Gəncəyə 

yola düşdü. Cavad xan ibn Şahverdi xan Ziyadoğlu Qacar ölkənin bütün 

əyanı ilə bərabər Kür çayının kənarında onu pişvaz edib qalanın qapılarını 

üzünə açdı. Fətəli xan da Cavad xanın  əlindən çıxmış  Şəmsəddinli 

mahalını Gürcüstan valisindən alıb ona qaytardı. 

Xülası, yüksək mərtəbəli iki vali Şəmkir yaxınlığında bir–birilə 

görüşdülər... Geri qayıtdığı zaman Fətəli xan şiddətli bir qızdırmaya 

tutuldu. Xəstəliyi gündən – günə  şiddətləndi. Buna görə sürətlə  Şirvana, 

buradan da Bakıya, bacısının yanına getdi. Hicri 1203 (1789)- cü ilin mart 

ayının 22- də,  53 yaşında vəfat etdi." (41) 

Ehtimal olunur ki, Fətəli xan Gəncədə onun şərəfinə verilmiş 

ziyafətlərin birində gec təsir edən zəhərlə zəhərləmişdir.  



 

30

Fətəli xanın ölmü ilə  vəziyyət dəyişdi, Quba xanlığının tərkibinə 



daxil edilmiş xanlıqlar ondan ayrılmağa başladılar.Fətəli xandan sonra 

hakimiyyətə  gələn oğlu  Əhməd xanın qısa xanlıq dövründə yalnız 

Dərbənd xanlığı onun tabeliyində qalmaqda idi. Dərbənd xanlığı 1796 - cı 

ildə ruslar tərəfindən işğal edildikdən sonra  xanlıq Fətəli xanın qızı 

Pəricahan Bikə tərəfindən idarə olunmuşdur. 

 1791 – ci ildən Qubada hakimiyyətə  gəlmiş  Şeyxəli xan əvvəlki 

siyasəti kökündən dəyişərək Ağa Məhəmməd  şah Qacarla dostluq 

əlaqələri yaratmış, onun müttəfiqinə çevrilmişdi.  

Rus qoşunları 1806-cı ildə Quba xanlığını  işğal edib, xanlığı  ləğv 

etdi. Lakin buna baxmayaraq, Qubalı Şeyxəli xan uzun müddət işğalçılara 

qarşı mübarizəni qətiyyətlə davam etdirdi. 

Quba xanlığının tarixinin bu qısa təhlili göstərir ki, Iranda bərpa 

olunmuş  mərkəzləşmiş hakimiyyətə  əvvəllər öz şəxsi xanlıq mənafeyinə 

görə münasibəti müsbət olmayan xanların əksəriyyəti rus  təhlükəsini hiss 

etdikcə  və çar qoşunlarının vəhşiliklərini gördükcə son pənah yeri kimi 

yenə də Iranı görür və ondan kömək umurdular.  

Qacarın Qarabağ  və Tiflis üzərinə hücumu uzun zaman elmi 

ədəbiyyatda yadelli işğalçının hücumu kimi qiymətləndirilmiş,  Səməd 

Vurğunun "Vaqif" dramı ilə bu fikir daha da möhkəmləndirilmişdir. 

Təəccüblüsü budur ki, bütün bu kitab və məqalələr kommunist rejiminin 

tələblərinə uyğun,  kommunist partiyasının göstərişlərinə  əsasən 

yazılmasına baxmayaraq müasir dövrdə həmin səhvlər təkrarlanmaqdadır. 

Bəs nəyə görə tarixi ədəbiyyatda Qacarın mərkəzləşmiş dövlətin 

bərpası üçün etdiyi yürüşlərin  əsil mahiyyəti gizlədilmiş  və bu gün də 

tarixi həqiqət bərpa olunmur? Bu hücumun  Iranın Azərbaycana qarşı 

təcavüzü kimi təqdim olunması müasir dövrdə iki dövlət arasında 

münasibətlərin inkişafına mənfi təsir göstərir.  

Sual oluna bilər ki, doğrudan da Qacarın məqsədi Azərbaycana 

qarşı  təcavüz  idisə bu hücum  nəyə görə bütün xanlıqlara qarşı deyil, 

yalnız bir neçə xanlığa qarşı çevrilmişdi. Məsələnin mahiyyəti ilə 

yaxından tanış olduqda bunun səbəbəlrini üzə  çıxarmaq mümkündür. 

Bunun  əsas səbəbi xanlıqların bir hissəsi Qacarı özünə müttəfiq hesab 

edirdisə, digərləri isə müstəqil siyasət yeridərək Qacarın mərkəzləşmiş 

hakimiyyətinə tabe olmaq istəmir, əlacsızlıqdan Rusiya ilə yaxınlaşmağa 

üstünlük verirdilər. Qarabağ xanlığına qarşı hücumun mahiyyətində isə 

mərkəzləşmiş dövləti bərpa etmək,  əvvəllər Gəncə xanlığının 

tabeçiliyndə    olmuş torpaqlarda  Cavad Xan Ziyadoğlu Qacarın 

hüquqlarının bərpası dururdu.  

Rusiya ilə Gəncə xanlığı arasında baş vermiş müharibə I Rus – Iran 

müharibəsi  ərəfəsi cənub Qafqazda baş vermiş  ən qanlı  hərbi  əməliyyat 

hesab olunur. Iki erməni təxribatçısının məlumatına  əsasən general - 

mayor Lazarev Sisyanova yazırdı: " … Gəncə erməniləri rus ordusunun 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə