Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə15/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

 

35

müraciət qəbul etdi. Müraciətdə deyilirdi: "Qalib Ümumrusiya ordusu ilə 



Gəncə torpağına daxil olarkən, hamınızı lütfükar rus hökümdarının 

adından  əmin edirəm ki, Ümumrusiya taxt – tacının müdafiəsi üçün 

qalxan hər kəs özünün və əmlakının təhlükəsizliyinə tam təminat alacaq, 

müsəlmanların soyğunçuluğundan, hər cür təqib və  sıxışdırmalardan 

canınız qurtaracaq, sizə Gürcüstanın hər hansı bir guşəsində rus 

dövlətinin sakini kimi asudə yaşamaq hüquq veriləcəkdir". 

 Bu 

müraciətdən sonra Sisianov Cavad xana daha beş, 9, 11, 26, 28 



və 29 dekabr 1803 – cü il tarixli məktublar ünvanlanmışdı  və hər növbəti 

məktubda yekəxanalıq, hədə – qorxu, diplomatik qaydalara uyğun 

olmayan təhqiramiz fikirlər daha kəskin şəkildə irəli sürülürdü. 

9 dekabr 1803 – cü il tarixli məktubda deyilirdi: "Həşəmətli 

Ümumrusiya ordusunun generalı, Gürcüstan, Həştərxan və Qafqazın baş 

komandanı, Xəzər donanmasının rəisi, bir çox ordenləri olan knyaz 

Sisyanov, Avropa adəti üzrə Siz zati – alidən, Gəncə xanı Cavad xandan 

bir daha soruşur: qalanı rus ordusu rəisinin ixtiyarına təslim edirsiniz, ya 

yox? Cavab sabah səhər tezdən təcili gəlməlidir və qasid öz əmin – 

amanlığı naminə əlində ağ yaylıq tutmalıdır". 

Bu məktubdan iki gün sonra, yəni 11 dekabrda  göndərilmiş 

məktubda Gəncənin təslim edilməsi tələbi daha sərt qoyulmuşdu: "Knyaz 

Sisianov əlahəzrət Cavad xana bildirir ki, onun məktubunu alıb, ona heç 

bir qeyd – şərt qoymur, lakin səmimi – qəlbdən məsləhət görür, sabah 

lütfükar padşahın təntənəli günüdür və zati – ali həmin gün şəhərin 

açarını öz oğlu Hüseynqulu ağa ilə mütləq göndərsin. Şəhərin rus ordusu 

rəisinə  təslim edilməsi  əlaməti kimi Hüseynqulu ağa  əmanət 

saxlanmalıdır. Onda Cavad xan Gəncəli mərhəmətli padşahımızın 

xoşbəxtlik və firavanlıq səltənətinə düşəcəkdir. Yox, əgər bu tələb sabah 

naharadək yerinə yetirilməsə, savaş qızışacaq. Bunu görmək nə qədər ağır 

da olsa, rus ordusunun rəisi ulu Allaha and içir ki, qan su yerinə 

axacaqdır." 

26 dekabr1803 – cü il tarixli məktubda deyilir: " Zati – ali Cavab 

xan Gəncəlidən aldığım məktubda o, qazaxlı Məhmədi çaydan bəri taya 

keçməyini xahiş edir. Qazaxda nə çoxdu Məhməd. Ona məhz hansı 

Məhmədin lazım olması bilinmir. Bununla belə, rus ordusu generalının 

ona olan tələbi məlumdur. Məktubun içində həmin tələbə cavab hökmən 

olmalıydı. Dünyada kim eşidib ki, rus qoşunu qalaya gəlsin, lakin onu ələ 

keçirmədən çıxıb getsin? Təslim olanları bağışlayıram. Lovğaları isə 

qanlarına qəltan edəcəyəm. Allah göstərəcək ki, Gəncə kimin əlində 

qalacaq". 

28 dekbr 1803 – cü il tarixli məktub: "… Mən öz etiqadıma görə 

Asiya məğrurluğuna nifrət edirəm. Sel kimi axacaq insan qanı vicdanımı 

ağrıtmasın deyə, Sizə  təkidlə bildirirəm: Avropa adətləri mühasirədə 

olanları barışmağa çağırmağa imkan verir. Müəyyən vaxt ayrılır ki, onlar 



 

36

ağıllarını başlarına yığsınlar, qasidlər şərtləri tərəflərə yetirirlər. Onlar ya 



qəbul, ya da rədd olunur. Həmin vaxt keçəndən sonra ya savaş başlanır, 

ya da müəyyən şərtlərlə şəhər təslim edilir. Biz dörd qalanı belə almışıq. 

Allah görür ki, qan – qadaya mənmi baisəm, yoxsa sən? Bu məktubuma 

elə bu gün cavab verilməlidir". 

Hədə ilə dolu bu məktuba Cavad xan həmin gün aşağıdakı cavabı 

vermişdi: "Nə hədlə belə danışırsan, mən ki, sənə tabe deyiləm. "Elə bu 

gün cavab ver!" Bu, nə deməkdir? Heç nökərlə  də belə  rəftar etməzlər, 

həddini bil. Məktubu haçan istəsəm, onda yollayaram. Bu bir! O ki, qaldı 

şəhərin təhvil verilməsinə, xam xəyaldan  əl çək, Gəncəyə yalız 

meyidimin üstündən keçə bilərsən. Bildin? Mən öləndən sonra. Özgə cür 

yox!" 

Cavab məktubundan sonra Sisianovun Cavad xana sonuncu, 29 



dekabr 1803 – cü il tarixli məktubu unvanlamışdı: "Qalanı xoşluqla 

vermək meylinizin olmadığını görüb axırıncı  dəfə  təslim  şərtlərini Sizə 

göndərməyi özümə borc bilirəm… Məktubuma təcili cavab istəməyim isə 

heç də o demək deyildir ki, mən düşmənimi nökər, qul hesab edirəm. Bu, 

ona görədir ki, insanlar arasındakı qarşılıqlı hörmətə riayət olunmalıdır: 

yəni mən Sizin məktubunuza həmin gün cavab verirəmsə,  əvəzində Siz 

də belə  hərəkət etməlisiniz. Buna görə  də ümidvaram ki… sabah 

günortadan qabaq məktubumun cavabını ala biləcəyəm." 

Məktubda daha sonra təslim şərtləri irəli sürülür: "Gəncə şəhərinin 

təslimi aşağıdakı maddəlrə görə qəbul edilə bilər: 

1.Cavad xan Gəncəli tabeliyindəki bütün əhali ilə birgə Ümumrusiya 

padşahının təbəəliyinə and içir; 

2. Qala tamamilə  təmizlənir və ora rus qoşununun topları, hərbi sursatı 

yerləşdirilir; 

3. Cavad xan Gəncəli Rusiya imperiyasının tabeliyində olaraq əvvəlki 

ixtiyarla öz ərazisini idarə edir və Rusiyaya ildə 20 min manat xərac 

verir. Bu maddələri imzalayan zaman 1804 – cü ildə həmin məbləği təcili 

ödəyir; 


4. Qaladakı və Şəmşəddil yolundakı ordunu ərzaqla təmin edir; 

5.  Şəmşəddilin və onun əyalətinin  əhalisini sıxışdırmaq olmaz, çünki 

onlar artıq Gürcüstan hökümətinin idarəsinə keçirlər;  

Yuxarıdakılara sədaqətlə əməl etmək üçün Cavad xan Gəncəli öz oğlu 

Hüseynqulu ağanı Gürcüstanın baş idarəedicisinin yanında həmişəlik 

qalmaq üçün əmanət verir". 

Bu cür təhqiramiz  şərtləri vətənpərvər və igid Cavad xanın qəbul 

etməsi mümkün deyildi. Ona görə də o, rusların bu şərtlərini rədd edərək, 

öz doğma torpağını yadelli işğalçılardan müdafiəyə hazırlaşmağa başladı. 

1804 - cü il yanvar ayının 3- ü, orucluq bayramı günü qəhrəman Gəncə 

əhalisi öz igid sərkərdələri Cavad xanın başçılığı ilə, təkbaşına rus 

imperiyasının işğalçı ordusuna qarşı mübarizəyə başladı. Digər xanlar 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə