Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə23/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

 

51

qızılbaşlara rəhbərlik edərək Səfəvi  kimi qüdrətli bir dövlətin  əsasını 



qoymuş  I Şah Ismayılla müqayisə etmək olar. Hər bir azərbaycanlı I Şah 

Ismayılla fəxr etdiyi kimi, vətəni yadelli işğalçılardan azad etmək 

uğrunda qəhrəmanlıqla vuruşmuş Abbas Mirzə kimi şəxsiyyətlərlə  də 

fəxr etməli, bu şəxsiyyətləri xatırlayarkən qürur hissi duymalıdır. 

Nasir Nəcminin "Abbas Mirzə" (yaxud "Qacar sülaləsinin 

qəhrəman, vətənərvər oğlu və onun başçılıq etdiyi Iran - Rusiya 

müharibələri", (Tehran hicri 1326-cı il, miladi 1910) kitabının 1993 – cü 

ildə    azərbaycan dilinə  tərcümə olunmuşdur. Kitabın  əvvəlində deyilir: 

"Nasir Nəcmi tarixi sənədləri diqqətlə öyrənmək nəticəsində çar 

Rusiyasının, eləcə  də Ingiltərə  və Fransanın Yaxın və Orta Şərqdə XIX 

əsrin  əvvəllərində apardıqları  işğalçı siyasətinin başlıca cəhətlərini 

oxucuya çatdırır. Qafqazda çarın göstərişlərini yerinə yetirərək 

Azərbaycan xanlıqlarını bir – birinin ardınca istila və Rusiyaya ilhaq edən 

generalların – Sisianovun (milliyyətcə gürcüdür), Qudoviçin, 

Yermolovun, Mədətovun (ermənidir), Paskeviçin apardığı  işğalçı  və 

soyğunçu müharibələr kitabda geniş əksini tapır. Kitabın  əsas məziyyəti 

ondadır ki, Abbas Mirzə istər birinci (1804 – 1813), istərsə ikinci (1826 – 

1828) Rus – Iran müharibələrində öz doğma torpaqlarını amansız 

düşməndən cəsarətlə müdafiə etməsini, yeni tipli nizami ordu yarada 

bilmək bacarığını inandırıcı  dəlillərlə göstərir...  Əsər heç şübhəsiz, XIX 

əsrin  əvvəllərində Zaqafqaziyada baş verən siyasi, hərbi hadisələri daha 

düzgün anlamaqda oxucularımıza kömək göstərəcəkdir."  

Kitabda Abbas Mirzənin qəhrəmanlığı haqqında müəllif yazır: 

"Iran  əsgərləri ölkəyə tarixi şan – şöhrət qazandıran görünməmiş 

qəhrəmanlıq, cəsarət göstərmiş, bu müddət  ərzində,Qacar sülaləsinin 

qoxmaz, igid oğlu Abbas Mirzənin başçılığı altında bütün çətinliklərə 

dözərək, çarın gündən – günə artan qoşunlarına qarşı müqavimət 

göstərmiş, hətta bu müharibələrdəki bəzi döyüşlərdə heyrətləndirici 

naliyyətlər əldə etmiş və düşmən qüvvələrinə güclü zərbələr endirmişlər. 

Abbas Mirzə  vətənin istiqlaliyyətini və bütövlüyünü hədələmək 

məqsədilə aparılan döyüşlərdə 

tərifəlayiq qəhrəmanlıqlar 

göstərmişdir"(53)  

Jan Juniorun 2004 – cü ildə Azərbaycan dilində  nəşr olunmuş  

"Unudulmuş  qəhrəmanlar" kitabı XIX əsrin  əvvələrində Iran və  cənubi 

Qafqazda baş vermiş hadisələrin obyektiv öyrənilməsində mühüm 

əhəmiyyətə malikdir. Iran Islam Respublikasının Azərbaycan 

Respublikasındakı sabiq səfiri  Əhəd Qəzayi  kitaba yazdığı ön sözdə 

Abbas Mirzə haqqında demişdir: "Böyük ruh gücünə malik olan bir 

qoşun toplamış və bu qoşuna rəhbərlik edən qədim Təbrizin becərdiyi və 

Azərbaycanın qeyrətli oğlu Abbas Mirzə idi. Abbas Mirzə Iranın vəliəhdi 

olmaqla yanaşı  həm də döyüşə  rəhbərlik edirdi… Istər Abbas Mirzə

istərsə onun başqa sərkərdələrinin qəhrəmanlıqları tarixin səhifələrində 



 

52

həkk olunmuşdur və insan bunları oxuduqca qızılbaşları,  Şah Ismayılı 



xatirələrdə canlandırır və görür ki, bu torpağın necə oğulları varmış". 

Abbas Mirzə  ağıllı, cəsarətli sərkərdə olmaqla yanaşı, həm də 

dövrünün qabaqcıl ziyalılarından idi. O, fransız dilini gözəl bildiyindən 

dünyanın müxtəlif ərazilərində, o cümlədən Avropada baş verən hadisələr 

haqqında dərin biliyə malik idi. Onun elmi, mədəni, iqtisadi və  hərbi  

sahələrdə apardığı islahatlar Iranın inkişafına yaxından kömək etmişdir. 

Irana ilk mətbəəni gətirən də o olmuşdu. Abbas Mirzə Avropa dillərindən 

fars dilinə kitab tərcümə edən birinci şəxsdir. O ilk dəfə olaraq Jan – Jak 

Rusonun Fransa inqilabında mühüm rolu olmuş "Kontra – sosial" əsərini 

fransız dilindən tərcümə etmişdir. Fətəli  şahın mətbəədə yalnız dini 

kitablar çap edilməsi ilə bağlı gösərişi olmasına baxmayaraq, onun səyi 

ilə bir neçə tarixi kitab da çap olunmuşdur. Abbas Mirzə həmçinin fransız 

mənbələri  əsasında Rusiyanın tarix və coğrafiyasını da dərindən 

öyrənmişdi. O, I Pyoturun dövründən XIX əsrin  əvvəllərinə kimi 

Rusiyanın daxili və xarici siyasətini bütün incəliklərinə  qədər öyrənmiş 

və təhlillər aparmışdı ki, bu da sonrakı çətin proseslərdən baş çıxarmaqda 

ona yaxından köməklik etmişdi.  

Abbas Mirzənin Fransanın Irandakı  səfiri Joberə dedikləri fikirlər 

onun dövrünün qabaqcıl ziyalısı olmasını bir daha sübut edir. O demişdi: 

"Böyük Pyotr Rusiyada hakimiyyət taxtından düşüb sənət öyrənmək üçün 

Avropaya getdi. Mən də  əgər bacarsaydım səltənət taxtından düşər və 

Avropaya gedərdim ki, orada yeni elmləri və sənətkarlığı öyrənəm, Irana 

qayıdam və öyrəndiklərimi burada tətbiq edəm. Lakin atam mənə elə bir 

vəzifə tapşırıb ki, onu tərk edə bilmərəm və öhdəmə qoyulan iş başa 

çatanacan gərək burada qalam. Lakin mən öz əvəzimə elm və  sənət 

öyrənmək üçün başqalarını Avropaya göndərəcəyəm." (54) 

Jober Abbas Mirzə haqqında Parisdə  çıxan "Klub" qəzetində bir 

neçə məqalə dərc etdirərək onu oxuculara dövrünün qabaqcıl şəxsiyyəti kimi 

təqdim etmiş, onun müsbət cəhətləri ilə yanaşı, çatışmazlıqlarını da 

göstərmişdi. 

XIX əsrin əvvəllərində baş vermiş I və II Rus – Iran müharibələri 

zamanı Rusiyanın işğalçı siyasətinin həyata keçirilməsində ordu ilə yanaşı 

diplomatlar da yaxından iştirak etmişlər ki, bunlardan da biri A. S. 

Qirboyedov idi. O, "Türkmənçay" müqaviləsinin hazırlanmasında, 

təsdiqində  və  həyata keçirilməsində  mühüm rol oynamışdır. Tanınmış rus 

yazıçısı  və diplomatı olan bu şəxs cənubi Qafqazın Rusiya tərəfindən 

işğalında, etmənilərin Azərbaycan  ərazisinə köçürülməsində  aparıcı rol 

oynamaqla yerli müsəlman  əhalisinin nifrətini qazanmış    və  nəticədə öz 

cinayətkar əməllərinin  qurbanı olmuşdur. 

Qribayedov 1828 – ci ilin avqustunda  özünün yol xatirələrində 

"bədbəxt həmvətənlərinin, yəni ermənilərin yolunda başını qoymağa hazır 

olduğunu" yazmışdı. Tiflisdəki mənzili erməni bazarında yerləşən, erməni 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə