Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə24/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

 

53

general Mədətovla dostluq edən Qirbayedov ömrünün son iki ilində 30 – dan 



artıq erməni ilə yaxın təmasda olmuş, müsəlman  əhaliyə qarşı müxtəlif 

planlar hazırlamışdı.  

Bəzi rus diplomatları "Türkmənçay" müqaviləsindən sonra Irandan 

müharibə  xərclərinin alınmasını prioritet məsələ hesab etsələr də, 

Qirbayedov  onlardan fərqli olaraq ermənilərin işğal olunmuş Azərbaycan 

torpaqlarında yerləşdirilməsini daha vacib hesab edirdi. Erməniləri Iranla 

həmsərhəd əyalətlərə köçürülməklə Rusiya bu ərazilərdə özünə etibarlı canlı 

dayaqlar yaratmaq və etibar etmədiyi müsəlman  əhalisinin yaşadığı 

Naxçıvan, Irəvan və Qarabağda etnik vəziyyəti kökündən dəyişmək istəyirdi. 

1828 – ci ildə çar qoşunları  Təbrizi işğal etdikdən sonra məhz 

Qirboyedovun təşəbbüsü ilə "Tutulmuş  əyalətin idarə edilməsi haqqında 

əsasnamə" tərtib edilmişdir. 

A. S. Qirboyedov təkcə cənubi Qafqazda və Iranda deyil, Yaxın və Orta 

şərqdə Rusiyanın mövqelərinin möhkəmlətmək üçün dəridən qabıqdan 

çıxırdı. Onun tərtib etdiyi "Təlimat layihəsi" də bu məqsədlərə xidmət edirdi. 

A. S. Qirboyedov Cənubi Qafqazın zəngin yeraltı  və yerüstü sərvətlərini 

Rusiya müstəmləkiçilərinin malı etmək məqsədilə 1827 – ci ildə Tiflisdə 

Rusiya – Zaqafqaziya kompaniyası yaradılması haqqında  təkliflər vermiş və 

bu işə Rusiyanın tanınmış  iş adamlarını, sahibkarları  cəlb etmişdir. 

Gələcəkdə tanınmış gürcü və erməni iş adamlarının da bura cəlb olunması 

nəzərdə tutulmuşdur. Bu layihədə yerli müsəlman iş adamlarının nəzərə 

alınmaması onun həmin əhaliyə qarşı düşmən mövqeyindən irəli gəlirdi.  

Rusiya Iranla Türkiyə arasında olan ziddiyyətləri qızışdıraraq bundan öz 

mənafeyi üçün istifadə etməyə çalışır,  iki müsəlman dövləti bir – birinə 

qarşı qoymaqla hər ikisini zəiflətmək və  işğalçı niyyətlərini reallaşdırmaq 

istəyirdi. Bu təcavüzkar siyasətin də  həyata keçirilməsinin  əsas 

ideoloqlarında biri A. S. Qirboyedov idi. 1828 – ci ilin yazında başlamış 

Rusiya – Türkiyə müharibəsində çar ordusunun qələbəsini təmin etmək  

üçün "Türkmənçay" müqaviləsinin  şərtlərinin yerinə yetirilməsi mühüm 

əhəmiyyət kəsb edirdi. Bu zaman Iran ərazisində olan 25 minlik rus 

ordusudan Türkiyəyə qarşı istifadə etmək üçün A. S. Qirboyedov öz 

fəaliyyətini daha da genişləndirirdi. 

Rusiyanın  əksinə olaraq Ingiltərə isə Iranla Türkiyə arasında 

ziddiyyətlərin aradan qaldırılmasına çalışır və bu dövlətlərin gücündən 

Rusiyaya qarşı istifadə etməyi planlaşdırırdı.  

Tükmənçay sazişi bağlandıqdan sonra  I Nikolayın göstərişi ilə Senat 

1828 – ci il aprelin 25 - də Tehranda "səlahiyyətli nazir", Təbrizdə baş 

konsulluq açılması barədə qərar verdi. Elə həmin vaxt A. S. Qirboyedovun  

Irana səlahiyyətli səfir təyin edilməsi çarın və Rusiyanın yüksək diplomatik 

dairələrinin bu şəxsə necə yüksək etimad göstərdiklərinin sübut edir. O, 

özündən  əvvəl və özündən sonra Iranda səfir olmuş bütün rus 

diplomatlarından yeli əhaliyə düşmən münasibəti və ermənipərəsliyi ilə 




 

54

fərqlənmişdi.  Lakin rus və sovet tarixşünaslığında, həmçinin müasir rus 



tarixşünaslığında akademik M. Neçkinanın  belə bir yanlış fikri müdafiə 

olunur ki, guya A. S. Qirboyedov dekabristlərin tərəfdarı olduğu üçün çar 

onu Peterburqdan uzaqlaşdırmaq üçün bu vəzifəyə  təyin etmişdir. Lakin 

faktlar bu fikirləri təkzib edir. Onun Irana səfir təyin edilməsinin əsas səbəbi 

çara sədqətlə qulluq etməsi və işğalçılıq siyasətinin həyata keçirilməsində bir 

diplomat kimi canfəşanlıq göstərməsi idi. 

A. S. Qirboyedova öz ölkəsində  müsbət yanaşılması həm bir  diplomat 

kimi çar Rusiyası hüdudlarının genişləndirilməsi prosesindəki rolu, həm də 

yazıçı olması ilə əlaqədardır. Indinin özündə də çox az rus ziyalısı tapılar ki, 

Rusiyanın tarixən yeritdiyi işğaçı siyasətə mənfi münasibət bəsləsin. Deməli 

Qirboyedova Rusiya vətəndaşlarının gözü ilə deyil, işğala məruz qalmış, 

təcavüz nəticəsində faciələrə düçar olmuş xalqların gözü ilə baxmaq daha 

düzgün olardı. 

Səfir təyin olunan kimi A. S. Qirboyedov  səlahiyyətlərindən sui – 

istifadə etmək, özünü mütləq hakimi kimi aparmağa başlamışdı ki, bu da 

onun  və köməkçilərinin faciəsi ilə nəticələnmişdi.  "Səlahiyyətli nazir" təyin 

olunan kimi o, 40 nəfərlə əvvəl Təbrizə Azərbaycan hakimi Abbas Mirzənin 

sarayına, daha sonra isə Tehrana yollandı. Onun bilavasitə göstərişilə "böyük 

elçiliyin əməkdaşları" Türkmənçay müqaviləsinin 13 və 15 - ci maddələrinə 

istinad edərək xristian əsrləri qurtarmaq, erməniləri yubanmadan  işğal 

olunmuş Azərbaycan torpaqlarına köçürmək  bəhanəsilə Iran vətəndaşlarının 

daxili işlərinə qarışır, istədikləri evə girərək vəhşiliklər edirdilər. Qəzvin 

şəhərində ruslar bir seyidin evinə soxularaq, onun islam dinini qəbul etmiş 

milliyyətcə alman olan kəbinli arvadını zorla özləri ilə aparmaq istəmişlər. 

Qadının kəskin etirazından və  əhalinin qəzəbindən çəkinərək sonradan onu 

öz evinə buraxmağa məcbur olmuşlar. 

A. S. Qirboyedov ermənipərəst siyasət yeritməklə yerli müsəlman  

əhaliyə  həm maddi, həm də  mənəvi zərbələr vurmuşdur.  Orta Şərqdə çox 

zəngin kitabxana sayılan,  Şah Ismayılın oğlu  Şah Təhmasibin və xüsusilə 

nəvəsi Şah Abbasın qayğısı ilə qədim dövrün bütün qiymətli əlyazmalarının 

toplandığı  Ərdəbil Darülirşad ("Haqq evi"), Şeyx Səfiəddin kitabxanası 

Qribayedovun  başçılığı ilə qarət edilərək, üzünü çıxarmaq bəhanəsi ilə 

Rusiyaya göndərilmişdir. Burada toplanmış  əlyazmaların bir hissəsi 

parqament üzərində, digərləri kağız üzərində münatür boya sənətinin inciləri 

olan  şəkillərlə  bəzənmiş  nadir sənət  əsərləri idi. Tiflisdə Abbasqulu Ağa 

Bakıxanov çox böyük dəyəri olan 166 əlyazmanın ilk kataloqunu 

hazırladıqdan sonra bu sənət inciləri Peterburqa göndərilmiş və indi də orada 

saxlanılmaqdadır. Bundan başqa qənimət kimi Peterburqa göndərilən əşyalar 

içərisində Abbas Mirzənin taxtı, Iranlı ustaların  əli ilə tökülmüş 7 top və 

Abbas Mirzənin döyüş şücaətlərini təsvir edən iki rəngkarlıq əsəri də var idi.  

1829 – cu il yanvarın 12- də Tehrana yetişən A. S. Qirboyedov və 

köməkçiləri burada da özlərini ləyaqətsiz aparmış, diplomatik normaları 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə