Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə21/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

 

47

1808 – ci ildə Harford Cons başda olmaqla Ingiltərə nümayəndə 



heyəti Tehrana gəldi və 1809 – cu ilin martında Ingiltərə ilə Iran arasında 

müqavilə imzalandı. Müqaviləyə görə Iran Ingiltərəyə düşmən olan 

ölkələrlə, o cümlədən Fransa və Rusiya ilə bütün əlaqələri kəsməli, 

Ingiltərə isə  şaha ildə 120 min funt sterlinq (200 min tümən) yardım 

etməyi, rusiya ilə müharibə üçün silah və  hərbi təlimatçılar verməyi 

öhdəsinə götürmüşdü. 

Bu zaman hərbi əməliyyatlar davam edirdi. 1808 – ci il oktyabrın 

sonunda ruslar Naxçıvanı tutdu. Lakin Irəvan yaxınlığında uğursuzluğa 

düçar olduqdan sonra Naxçıvanı da tərk edərək geri çəkildilər. Bundan 

sonra Qudoviç istefaya göndərilərək onun yerinə general Tormasov baş 

komandan təyin olundu. 

1809 – cu il avqustun ortalarında Abbas Mirzə Arazı keçərək 

Gəncə xanlığı  ərazisində olan Ağbulağa yaxınlaşdı. Lakin Gəncəni geri 

ala bilməyib Irəvana çəkildi. Sentyabr ayında Lənkaranı tutsa da Qars 

padşahlığı vasitəsilə Gürcüstana hücum istənilən nəticəni vermədi.  

1810 – cu ilin aprelində  Əsgəranda sülh danışıqları başlansa da 

Talış xanılığı üstündə  kəskin fikir ayrılığı olduğuna görə danışıqlar heç 

bir nəticə vermədi. Həmin ilin avqustunda Türkiyə ilə Iran arasında hərbi 

ittifaqın yaranması, rusların işğal etdiyi ərazilərdə müqavimət 

hərəkatlarının güclənməsi Abbas Mirzənin qoşunlarının imkanlarını 

artırırdı. 

Rusların işğal etdiyi ərazilərdə yüksələn xalq hərəkatları Iran və 

Türkiyə dövlətlərini özlərinin təbii mütəfiqləri sayırdılar.  Şəkili Səlim 

xan yerli bəylərə yazırdı: " Allahın rəhmi ilə… müzəffər Fars ordusu bir 

yandan və ildırımsaçan Türkiyə qoşunları o biri yandan oraya (Şəkiyə – 

Red.) varacaq və yağı  cəsədlərindən ehram qurulacaqdır" bu məktubu 

alan bəylər 500 – ə qədər döyüşçü toplayıb ruslara qarşı güclü müqavimət 

göstərdilər. 

1810 – 1811 – ci illərdə keçmiş Gəncə xanlığı ərazisində yaşayan 

ayrumlar rus zülümünə qarşı  çıxış etdilər. 1400 ayrum ailəsi rus 

zülümündən yaxa qurtarmaq üçün Gəncəbasardan köçərək Dərələyəz 

yaylağına getdilər. Burada onlar Cavad xanın Irana getmiş  oğlu Uğurlu 

xanla görüşüb onun himayəsi altında Irəvan xanlığı ərazisində yerləşdilər. 

Bu zaman Səlim xanla yanaşı Qarabağ hakimi Mehdiqulu xan

Şirvan hakimi Mustafa xan və Quba hakimi Şeyxəli xan da Rusiyaya 

qarşı idilər. 1810 – cu ilin avqustunda xalqın köməyinə arxalanan Şeyxəli 

xan rus qoşunlarını Gilgil çayı üzərindəki döyüşdə əzdi və onlara köməyə 

gələn general Repinin qoşunlarını da geri oturtdu. Rus generalı  Şeyxəli 

xanı tutub gətirən və öldürən adama 1500 çervon mükafat veriləcəyini 

elan etsə də əhali öz qəhrəman oğlunu mərdliklə müdafiə edirdi. Şirvanlı 

Mustfa xan da Quba üsyançılarına yaxından kömək göstərirdi. Lakin 



 

48

Abba Mirzənin üsyançılara kömək edə bilməməsi oktyabrın 4-ü və 25 - 



də baş verən qanlı döyüşlərdə üsyançıların məğlubiyyəti ilə nəticələndi. 

1812 – ci ilin yayında Napoleonun Rusiyaya hücumu Abbas 

Mirzənin Qafqazda fəal hərbi  əməliyyatları  bərpa etməsinə  səbəb oldu. 

Iyun ayında onun qoşunları Qarabağ  ərazisinə daxil olaraq Şahbulağı 

tutdular. Bundan sonra Gəncə, Şəki xanlığı istiqamətində də hücumlarını 

genişləndirdilər. Lakin bir qədər sonra geri çəkilməyə  məcbur oldular. 

1813 – cü il yanvarın 1 – də Lənkəran ruslar tərəfindən işğal olundu.  

1812 – ci il də ruslar Napoleonu məğlub etmələrinə baxmayaraq iki 

cəbhədə müharibə aparmağa imkanları yox idi. Onlar bəzi uğurlar 

qazanmalarına baxmayaraq tezliklə sülh müqaviləsi bağlanmasında 

maraqlı idilər. Iran da öz qüvvələrini bərpa etmək üçün Ingiltərənin 

vasitəçiliyi ilə sülh danışıqlarına başlamağa razı oldu. 1813 – cü il 

oktyabrın 12 – də Qarabağın Gülüstan kəndində Zeyvə çayı yaxınlığında 

11 maddədən ibarət müqavilə bağlandı.(50) Bu müqaviləni Iran tərəfdən 

şahın vəkili Mirzə Əbdülhəsən xan Şirazi, Rusiya tərəfindən isə Qafqazın 

yeni baş komandanı Ratişev imzaladılar. Gülüstan müqaviləsinin 

şərtlərinə görə Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki xanlıqları 

Rusiyanın tərkibinə qatılırdı. Iran şərqi Gürcüstan, Qazax və  Şəmşəddil 

sultanlıqlarına, həmçinin Dağıstana olan iddialarından  əl çəkdiyini 

bildirdi. Xəzər dənizində donanma saxlamaq hüququ yalnız Rusiyaya 

verildi. Rus tacirləri daxili kömrük vergisindən azad edildilər. Lakin  

Iravan və Naxçıvan xanlıqları şahın hakimiyyəti altında qaldı. 

Fransız tarixçisi Jan Junior yazır: " Çarla Fətəli  şahın 

müharibəsinin birinci on ili dövründə  hərdən iranlılar, hərdən də çar 

qoşunları qalib  gəlirdi və o zaman 1812 – ci ilin baharında, müharibənin 

sonuncu dövründə Fətəli şah münasib şərtlərlə çarla sülh bağlaya bilərdi

amma bunu etmədi.  Əgər o bunu etsəydi Gürcüstandan başqa heç yeri 

əldən verməzdi və Araz çayının  şimalındakı digər Iran vilayətləri onun 

əlində həmişəlik qalardı." 

Fransa tədqiqatçısı Henri Brou yazmışdır ki, Ingiltərə Fransanın 

Rusiyaya həmlə etdiyini bilməsinə baxmayaraq, bu hadisəni Fətəli  şaha 

çatdırmadı ki, bir hazırlıq görə bilsin.Sülh bağlamaq tələbi Fıətəli şahdan 

deyil, çar komandanı  tərəfindən edildi və o, Ingilislərin vasitəçiliyi ilə 

Fətəli  şahdan sülh bağlamağı  tələb etdi. Əgər bu doğrudursa, çar 

komandanı Fətəli şahdan sülh istəyirdisə, sülhün şərtləri Fətəli şah üçün 

münasib olmalı idi; amma bilirik ki,Gülüstan müqaviləsində öz əksini 

tapmış bu şərtlər Irəvan və Naxçıvandan başqa  Araz çayının  şimalında 

yerləşən bütün Iran ərazisi Fətəli şahın əlindən alınıb çara verildi. 

Henri Brouna görə ingilislər bu əraziləri ruslara rüşvət verdilər ki, 

onlar Hindistanı işğal etmək fikrindən daşınsınlar.(51) 

Fikrimizcə Gülüstan müqaviləsini  sovet tarixşünaslığında 

Azərbaycanın Rusiya və Iran tərəfindən iki yerə bölünməsinin başlanğıcı 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə