Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə54/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   50   51   52   53   54   55   56   57   ...   78
Flora-Namazova-Dissertasiya

Gülyaz. Səbəbi odur ki, sən mələk libası geymiş bir şeytan kimi mənim qəlbimə girdin.

Tofiq. İnsanlar xoşbəxt günlərini öz hesablarına yazırlar, bəd­bəxtlik qapını kəsdikdə isə, günahı başqalarında görürlər.

Gülyaz. Get! Gülyazların bədbəxtliyi ondadır ki, onlar sənin kimilərinin şirin dilindəki zəhəri çox gec dərk edirlər! [24, s.34].

İ.Əfəndiyevin dram əsərlərinin dilində antiteza xüsusi cümlə modelləri ilə üzə çıxır və bu cümlələr daha çox müharibə mühitini əks etdirir:



Zeniş əmi. Eh, doktor...Onların yaşında olanda, mən heç bilməzdim dünyanın altındayam, ya üstündə... [149, c.2, s.12].

Cəfərin replikalarına diqqət edək: “Müharibədi də, adam ölür də, dirilir də”; “Adam var, qorxur, adam var, cürətlənir”; “Müharibədi də, mühasirəyə də düşərsən, mühasirəyə də salarsan”... [24, s.38].

Antonim qoşa söz şəklində işlədilir:

Şəfəq. Biz həyatın isti-soyuğunu görmüşük [53, c.2, s.277];

Zara (birdən dəyişir) – Salam…biz sənin xanımınla yenə də ölüm-dirim vuruşuna girmişik [46, s.176].

Antonimlər bəzən dialoqun hissələri arasında, bəzən də eyni cümlənin tərkibində işlənir. Məs.:



Ballı. Sən otur yerində. Böyük olan yerdə kiçik danışmaz! [53, c.2, s.281];

Sədəf (gülümsəyir). Nə olar, yanıb-yanıb axır bir gün sönəcək ki... [53, c.2, s.272];

Xurşidbanu – Dünyada qəribə təzadlar olur, əlahəzrət, şeir-sənət nəcib fikirlərin tərcümanı olduğu halda, bəzən qəddar hökmdarlar da onu sevir [46, s.33];

Uğur. Nə olar, beş il sən asanını görmüsən, başqaları çətinini [53, c.2, s.284];

Doktor – Əvvəl şirin dil, sonra zəhər! Əvvəl mələk, sonra cəllad! [46, s.180];

Siz dəli də ola bilərdiniz! Ancaq allaha şükür ki, siz heylə olmamısınız. Tamamilə ağlı başında qalmısınız! [46, s.182];

Nargilə. Birdən qarşıma saçları ağarmış qədd-qamətli bir zabit çıxır.

Nəzakət. O, müharibəyə gedəndə iyirmi üç yaşında saçları qapqara bir oğlan idi [49, c.2, s.307];

Rəngarəng təzadlarla dramaturq replikalarda stimul yaradır:



Mila – Deyirəm yaman acı konyakdı. Bunu necə içirsiniz?

Davud – Hər acılıqda bir şirinlik var…[46, s.184].

Antonim sözlər dramaturgiya dilində zidd fikirlərin müqayisəsi məqamında isti­fadə olunur:



Fərəc. Demək, o sənin üçün doğmadır, amma o biriləri ögey? [49, c.2, s.306];

Nəzakət. Gündüzlər işləyirdim…gecələr isə…dünya gözümdə qaralırdı [49, c.2, s.305];

Nargilə. Mən gözümü açandan bəri həmişə pis adam üçün zəhmət çəkmişəm. İndi isə… dünyada hamıdan çox istədiyim, hamıdan yaxşı sandığım bir adam üçün zəhmət çəkmək istəyirəm [49, c.2, s.314];

Nargilə. Cəhənnəmdə çox olmuşam, indi də cənnətə köçmək istəyirəm [49, c.2, s.315];

Həsənzadə. O hələ həyatın isti-soyuğunu görməmişdi… [49, c.2, s.341];

Nəzakət. Mənə elə gəlirdi ki, əgər bu adam məni tərk edərsə, əlim yerdən, göydən üzülər! [49, c.2, s.342];

Həsənzadə. Bəzən ən ağıllı adamlar belə, ən axmaq sözlər danışa bilirlər… [49, c.2, s.333].

Enantiosemiya hadisəsi də məna ilə bağlı olub, eyni sözün pis və yaxşı mənada işlənməsidir. Məs.:



Samir – Anam da istəyir toyumuz tez olsun. Ancaq sənin atan tərslik eləyir. Deyir “qızım institutu qurtarmamış ərə gedə bilməz”. Yaman kişidir.

Nərgiz – Ey, atama yaman demə! [46, s.166];

Həsənzadə. Eybi yoxdur, yaxşı hazırlaşıb gələn il girərsiniz.

Nargilə. Yaman da girərəm [49, c.2, s.298].

“Yaman” sözü digər bir personajın nitqində “yaxşı” mənasında işlənmişdir:

Mila – Sevgililər yenə özlərini yaman xəlvətə veriblər [46, s.170].

İnsan xarakter­lərinin qarşılaşdırılmasında, təzadlar, əksliklər yaratmaq­da, süjetdəki düyünlərin açılmasında, surətlərin bütövlük­də hərtərəfli tərzdə oxucuya təqdimində və s. hallarda yazıçının əlində bu leksik vahidlər əvəzolunmaz bir vasitəyə çevrilir... Elə bir əsər tapmaq çətindir ki, onda əksliklər, qarşılaş­dırmalar, xaraktercə, keyfiyyətcə zidd insan surətləri, hadisələr olmasın. Ədibin əsərlərində antonimlərin işlən­məsində iki xüsusiyyət nəzərə çarpır:



1. Müəyyən obyektlərin qarşılaşdırılması məqamında;

2. Eyni obyektə və ya subyektə (şəxsə) mənsub psixoloji halın təsvirində. Bu qanunauyğun bir haldır. Çünki insana məxsus psixoloji vəziyyət müəyyən şəraitdən asılı olaraq kəskin, gözlənilməz, təzadlı bir şəkildə dəyişə bilir” [138, s.59].

Obraz və personajların nitqindəki antonimlər müəyyən üslubi məqamlarda işlədilir: hal-vəziyyətin təsviri zamanı işlənir, onları təşkil edən sözlər mətn içərisində antonimləşir; hadisələrin cərəyan etdiyi zaman məkanlar və bu məkanlarla bağlı keyfiyyətlər; obyektlərin, fərdlərin əlamət və ya keyfiy­yətlərinin müəyyənləş­dirilməsində qarşılaşdırılır; ictimai münasibətlər açılıb göstərilir.

Tabu və evfemizmlər də dramların məna incəliklərini səciyyələndirir. “Evfemizm” termini yunan mənşəli “euphemismos” sözündəndir. Hərfi mənası “yaxşı danışıram”, “mədəni danışıram” deməkdir. Anlayışın əsas əlamətlərinin həm geniş, həm də dar mənada işlənməsi ilə əlaqədardır. Geniş mənada işlənən evfemizm qadağan, yasaq olunmuş, tabu xarakterli söz və ifadələrin qadağan olunmamış söz və ifadələrlə işlədilməsindən ibarətdir. Dar mənada evfemizm qaba, kobud, namünasib, qeyri-məqbul, xoşagəlməz əhvali-ruhiyyənin qarşısını alan söz və ifadələrin əvəzinə daha yumşaq, incələşdirilmiş, yüngülləşdirilmiş ifadələrin işlədilməsindən ibarətdir” [139, s.286].

İlyas Əfəndiyevin dramlarındakı obraz və personajların hər biri müxtəlif əhvali-ruhiyyəyə, sevinc və kədərə, təmkinə, yüksək həyəcana malik, bir sözlə, təsir və reaksiya yaratmaqda seçilən insanlardır. Əlbəttə, onlar söz və ifadələrdən istifadə edir. Dil vahidlərinin yaratdıqları təsir və reaksiyalar rəngarəngdir və dram dilində evfemizmin yaranmasına gətirib çıxarır. Məs.: dünyasını dəyişdi. Obrazın biri birbaşa “öldü” deyir, digəri “gorbagor oldu” işlədir, bir başqası isə nəzakəti, etikanı gözləyir və “vəfat etdi” deyir və s.

“Arvad” sözünün evfemistik variantları dramlarda belə əks olunur: həyat yoldaşı, ayal, zənən, külfət və s. Məsələn: Xosrov Atayev. Siz kimsiniz, bacı? Zabitə. Ağasəlimin külfətiyəm [54, c.2, s.62].

Etikanı gözləmək xatirinə “mənim ərim” deyil, “uşaqların atası” və s. işlədilir. Pesonajların nitqində xoşagəlməz sözlər müxtəlif söz və ifadələrlə əvəzlənir. Məs.: “sərxoş” əvəzinə “lülqənbər”.





    1. Yüklə 1,58 Mb.

      Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə