Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети



Yüklə 479,17 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix12.10.2018
ölçüsü479,17 Kb.
#73801
1   ...   6   7   8   9   10   11   12   13   14

31 

dövrün  zövqünü  özündə  əks  etdirir.  Ona  görə  də  məişət  əşyalarını  və  geyimlərin 

xarici formasının kökünü dəyişməsini təyin edir. 

Üslub  cəmiyyətin  maddi-iqtisadi  şəraitini  özündə  cəmləşdirir.  Üslub  eyni 

zamanda  cəmiyyətin  bədii  mədəniyyətinin,  vəziyyətini  həmin  xalqın  adət  və 

ənənələrinin xüsusiyyətini və inkişaf dərəcəsini də müəyyən edir. 

Üst  geyimlərinin  modasının  dəyişilməsinə  müxtəlif  amillər  təsir  göstərə 

bilər.  Bu  zaman  uşaq  geyimlərinə  olan  perspektiv  tələbat  da  nəzərə  alınmışdır. 

Geniş  yayılmış  modaya  uşaq  geyimlərinin  hazırlandığı  materialın  qiyməti  və 

yararlığı da təsir göstərir. 

Üst geyimlərinin yayılmış bu və ya digər formasına ideoloji amillər də təsir 

edir. Müxtəlif ölkələrin özlərinə məxsus modaları vardır. Bu və ya digər səbəbdən 

moda  bir  ölkədən  digər  ölkəyə  keçir.  Moda  düzgün  istiqamətləndirildikdə  kütlə 

tərəfindən  yaxşı  qəbul  edilir  və  geniş  yayılır.bir  sıra  hallarda  modanın 

dəyişilməsini  psixoloji  amillərlə  də  izah  etmək  olar.  moda  özü  də  müəyyən 

istiqamətdə  məqsədə  uyğun  inkişaf  etdirilməlidir.  Belə  ki,  tikili  malların  formada 

və  ya  ayrı-ayrı  hissələrinin  ölçülərinin  dəyişilməsi  də  müəyyən  hədd  daxilində 

olmalıdır.  Belə olduqda  mjda  hamı tərəfindən qəbul edilir  və  istehlakçını bəzəyir. 

Uşaq  geyimləri  üçün  qəbul  edilmiş  moda  insanların  səhhətini,  əmək  fəaliyyətini, 

istirahətini, rahatlığını və digər cəhətlər üçün yararlı, əlverişli olmalıdır. 

Üst geyimlərinə verilən estetik tələblər və onların xassələri hər şeydən əvvəl, 

bu  paltarın  təyinatına  və  istismar  şəraitinə  təmamilə  uyğun  olmalıdır.  Uşaq 

geyimlərinin forması həm də istehlakçının sənətinə də uyğun olmalıdır. 

Üst geyimlərinin estetik xassələri yalnız modadan deyil, onların hazırlandığı 

materialın  xassələrindən,  konstruksiyasından,  məmulatın  texnoloji  emalından  və 

digər  amillərdən  asılıdır.  Göstərdiyiniz  bütün  bütün  amilləri  nəzərə  almadan 

müasir  tələbə  uyğun  gözəl,  yaraşıqlı,  yaralı  zövqü  və  tələbi  ödəyən,  istehlakçıları 

bəzəyən uşaq geyimlərini yaratmaq olmaz. 

Üst  geyimlərinə  verilən  gigyenik  tələblər  insanların  həyat  fəaliyyəti  üçün 

olduqca  zəruridir.  Üst  geyimlərinin  gigiyenik  olması  istehlakçıların  normal  həyat 

fəaliyyətini  təmin  edir.  Belə  ki,  paltarın  gigyenik  xassələrinin  yüksək  olması 



32 

istehlakşının  bədənində  daimi  temperaturun  saxlanması  üçün  şərait  yaradır, 

orqanizmi mühafizə edir və müxtəlif iqlim şəraitində əmək qabiliyyətini saxlamağa 

şərait  yaradır.  Üst  geyimlərinə  verilən  tələblər  insan  orqanizmini  fizioloji 

xüsusiyyətləri ilə sıx sürətdə bağlıdır. 

Göstərilən  tələblərin  vacibliyinə  və  uşaq  geyimlərinin  təyinatına  gəldikdə 

aydın  olur  ki,  bütün  paltar  üçün  gigiyenik  tələblər  eyni  ola  bilməz.  İstehlakçılar 

olduqca  müxtəlif  iqlim  şəraitində  yaşayır  və  işləyirlər.  Respublika  ərazisi  soyuq, 

mülayim, isti və xüsusi iqlim zonalarına bölünür. Üst geyimlərinə verilən gigiyenik 

tələblər iqlim zonasından asılı olaraq dəyişir. Sdoyuq iqlim zonası üçün olan tikili 

mallar  birinci  növbədə  bədəni  soyuqdan  mühafizə  etməli,  yaxçı  isti  saxlamaq 

xassəsinə  malik  olmalı,  bədənin  əksər  hissəsini  örtməli,  bədənə  kip  oturmalı, 

yüngül olmalı, müxtəlif təsirlərə qarşı əks dayanan olmalıdır. 

Üst  geyimlərinin  gigiyenik  xassələri  qiymətləndirildikdə  məmulatın  rəngini 

də  nəzərə  almaq  zəruridir.  Paltarın  rəngini  günəş  şüasının  udulması  və  əks 

etdirilməsinin  də  böyük  əhəmiyyəti  vardır.  Məlumdur  ki,  ağ  rəngli  əşyalar  günəş 

şüasını demək olar ki, təmamilə əks etdirirlər. 98% qara rəngli əşyalar isə təmamilə 

udurlar. 99,5% qırmızı rəngli əşyalar isə istilik şüalarını yaxşı əks etdirirlər, tutqun 

rəngli materiallar isə gec çirklənirlər. 

Istehlakçının  normal  həyat  fəaliyyəti  üçün  uşaq  geyimlərinin  yumşaqlığının 

və  şəkisinin  də  əhəmiyyəti  vardır.  Paltarların  çəkisi  onun  materialının  şəkisindən 

və paltarın ölçüsündən asılıdır. 

Üst  geyimlərinin  çirklənmə  və  elektrikləşmə  dərəcəsi  birinci  növbədə  onun 

materialının  təbiəti  ilə  sıx  sürətdə  əlaqədardır.  Bir  qayda  olaraq  süni  və  sintetik 

liflərdən  hazırlanan  paltarlar  daha  çox  elektrikləşdirmə  xassəsinə  malik  olurlar. 

Elektrikləşmə paltarın çirklənməsinə də böyük təsir göstərir. 

Yuxarıda göstərdiyimiz tələblərə yanaşı uşaq geyimlərinə verilən ən mühüm 

tələblərdən biri də onlara verilən istismar müddəti və ya xidmət müddətidir. 

 

 

 



 


33 

5. Geyimlərin ekspertiza xüsusiyyərləri 

 

Bildiyimiz  kimi,  xalq  istehlak  xassələri  içərisində  estetik  xassələrin  xüsusi 

payı  vardır.  Hətta  elə  növ  məmulatlar  da  vardır  ki,  onların  estetik  xassəsi  ilə 

funksional  səviyyəsinin  qiymətləndirilməsində  estetik  xassələrin  daha  dəqiq  təhlil 

edilməsi  çox  vacibdir.  Odur  ki,  məmulatın  bədii-konstruksiya  ekspertizasının 

keçirilməsi  son  dövrlərdə  texniki  estetikanın  əsas  problemlərdən  biri  olmaqla 

kompleks  proses  sayılır  və  malların  yaralıq  ölçüsünün  ictimai  faydalılığı  və 

bütövlükdə  əşya  mühitinin  formalaşması  dəyərlərinin  əsasını  təşkil  edir.  Təsadüfi 

deyildir  ki,  son  vaxtlar  bədii  layihələndirmədə  xüsusi  qiymətləndirilmə,  yəni 

istehlak xassələrin ekspert qiymətləndirilməsi növü formalaşmasıdır. 

Istehlak  əşyalarının  estetik  xassələrinin  qiymətləndirilməsi  zamanı  tətbiq 

ediləcək  metodların  işlənib  hazırlanmasında  praktikada  hökm  sürən  əşyaların 

gözəllik ideyalı, ictimai-faydalılığı, bədii yararlılığı üzrə toplanmış təcrübələr əsas 

kimi  qəbul  edilir.  Bütövlükdə  sənaye  sənaye  mallarının  estetik  xassələrinin 

strukrurasının aşağıdakı 1 saylı şəkildən görmək olar. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil



 1.Malların estetik xassələrinin struktur elementləri 

Estetik xassələr 

İnformasiya 

təsirliyi 

Formasının 

səmərəliliyi 

Kompozisiya 

bütövlüyü 

Istehsalının 

müasirliyi 

D

aha


 ye

ni



şm

ə 



vi

yy

əs



O

ri



ji

na

ll



ığı

 

Ü



sl

ub 


uyğunl

uğu


 

M

oda



ya

 uyğunl


uğu

 

 



F

unks


iona

l-

kons



tr

uks


iya

 



m

ər

əl



il

iyi


 

M

əqs



əd

əm

üv



af

iql


ik

 

M



əna



ğı



doğr

ul

uğu



 

H

əc



m

i-

sa



h

ə 

st



rukt

ur

as



ını



ğc

am



ğı

 



T

ekt


oni

ka



ğı

 



P

la

st



ikl

ik

 



Q

ra

fi



el

em



ent

ri



ni

n

 s



əl

iq

əl



il

iyi


 v

ə 



ka

rl

ığı



 

R

əng 



kol

or

it



li

yi

 



S

ət

hi



ni

ar



ayı

şl

andı



lm

as



ını

v



ə 

öt

ür



ül

m

əs



ini



li

q

əl



il

iyi


 

B

ir



şdi


ri

lm

ə 



ye

rl

ər



ini

n

 t



əm

iz

li



yi

 

Y



um

rul




lm

ış

 qı



ra

ql

ar



ın

 

d



əqi

ql

iyi



 

F

ir



m



ar

əl

ər



ini

n



gös

ri



ci

ri



n

in 



Yüklə 479,17 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə