Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети


Qadın üst kostyumlarının keyfiyyətinə qoyulan tələblər



Yüklə 479,17 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix12.10.2018
ölçüsü479,17 Kb.
#73801
1   2   3   4   5   6   7   8   9   ...   14

19 

3.Qadın üst kostyumlarının keyfiyyətinə qoyulan tələblər 

 

 



 

Geyimlərin  keyfiyyəti  istehlakcılar  tərəfindən  onlara  qoyulan  müxtəlif 

tələbləri  təmin  etməsi  dərəcəsi  ilə  təyin  edilir.  İstehlak  prosesində  geyimlər 

insanların  müxtəlif  material  və  qeyri-material  tələblərini  ödəyir.  Material 

tələblərin mahiyyəti geyim tərəfindən insan orqanizminin normal həyat fəaliyyəti 

üçün şəraitin təmin olunmasıdır. Bu tələblər bilavasitə geyimin əsas funksiyası ilə 

baglıdır    və  utilitar  tələblərə  adlanır.  Geyri-material  tələblər  insanların  estetik 

idealları və görüsləri ilə şərtləşir ki, bu da onları əhatə edən mövcud sosial-ictimai 

mühitdə formalaşır. 

 

Qadın  geyimlərinin  keyfiyyətinə  qoyulan  kompleks  tələblər,  onların 



təyinatından, istismar şəraitindən və bir cox başqa amillərdən asılıdır. Təyinatdan 

asılı  olaraq  geyimin  əsas  funksiyası  meəyyən  edilir.  Belə  ki,  ziyafət  geyimləri 

ücün estetik xassə, gündəlik geyimlər ücün isə gigyenik xassələr daha vacibdir. 

 

Qoyulan  bütün  tələbləri  ödəmək  üçün  geyimlər  kompleks  istehsal 



xassələrinə malik olmalıdır. 

 

Beləliklə  qadın  geyimlərinin  keyfiyyətinə  qoyulan  istehlak  tələblərinə 



aşağıdakı qruplara bölmək olar: erqonomik, estetik və etibarlılıq tələbləri. 

 

Geyimlərin onlara qoyulan tələbləri təmin  etmə dərəcəsi bir cox amillərdən 



asılıdır ki, onları da aşağıdaki kimi sistemləşdirmək olar: 

  Geyimlərin materiallarının xassələri, hansı ki, onların lif tərkibi, strukturu, 

koloristik tərtibatı və s. ilə şərtləşir; 

  Geyimlərin model və konustruksiyası; 

  Geyimlərə  müxtəlif  əlavə  xassələrin  verilməsi  üçün  onların  emal 

olunması. 



Erqonomik  tələblər-    insanlar  üçün  optimal  əmək  şəraitinin    yaradılması, 

onların  gücünün,  sağlamlıgının,  is  qabiliyyətinin  qorunması  daha  cox  “insan-

geyim-mühit” sisteminin keyfiyyətindən asılıdır. Bu  sistemin elementlərin nəzərə 

almaqla  geyimlərin  qiymətləndirilməsi  zamanı  antropometrik,  gigyenik 

vəpsixofizioloji tələblər mühüm əhəmiyyət kəsb edir. 



20 

 

Antropometrik tələblər-  geyimlərin insanların ölçü standartlarında verilən 

anrtopometrik  göstəricilərinə  uyğunluğudur.  Butələblərin  mahiyyəti  ondadır  ki, 

geyimlər  həm  statik  həm  də  dinamik  halda  insanın  forma  və  ölçülərinə 

uyğungəlməlidir.  Onlar  tənəffüs,  qan  dövranı,  müxtəlif,  hərəkətlərin  yerinə 

yetirilməsi, yorğunluğun aradan götürülməsi üçün lazımı şəraiti təmin edilməlidir. 

Geyimin  konustruksiyası  onun  istismarı  zamanı  rahatlığı  təmin  etməlidir: 

məmulat asan geyinilməsi, bağlanmalı və soyunulmalıdır.  

 

Geyimin  insan  bədəninin  formaa  və  ölçülərinə  statik  uyğunluğu  məmulatın 

konustruksiyalaşdırılmasıprosesində təmin edilir. Geyimlərin ölçü xarakteristikası 

tipik  fiqurların  ölçü  əlamətlərindən  asılı  olaraq  müəyyən  edilir.  Geyimin 

formasının  insan  bədəninin  formasına  daha  dəqiq  uyğunluğuna,  geyimin 

konstruksiyasının  hazırlanması  zamanı  fiqura  oturma  göstəricisinin  nəzərə 

alınması ilə nail olmaq olar. Geyimin ölçü və formasının fiqurun ölçü və forması 

ilə uyğunsuzluğu zamanı məmulatda balansın pozulması baş verir. 

 

Geyimin  forma  və ölçülərinin  fiqura dinamik  uyğunluğu  məmulatın bədənə 



sərbəst oturması üçün yol verilən əlavələrin hesabına təmin rdilir. 

 

Gigyenik tələblər -  geyimalti iqlimə qoyulan tələblərdən və geyimin insanın 



özünü  yaxşı  hiss  etməsini  və  yaxşı  iş  qabiliyyətinə  malık  olmasını  təmin  eən 

tələblərdən  ibarətdir.  gigiyenik  tələbləri  təmin  etmək  üçün  geyimlər  aşagıdakı 

funksiyaları yerinə yetirilməlidir:  

 İnsan bədənini xoşagəlməz xarici amillərin təsirindən qorumalıdır: soyuğun 

və istinin, atmosfer çöküntülərinin,günəş radiasiyasının,  küləyin mexanıkı 

zədələrin, zərərli istehsal amillərini təsirindən vəs.; 

 Insanın  həyata  fəaliyyəti  üçün  normal  şərait  yaratmalıdır:  orqanizminin 

istilik  vəziyyəti,  dərinin  tənəfüsünü,  qan  dövranını,  maddələr  mübailəsi 

məhsullarını vaxtaşırı kənarlaşmasını təmin etmək və s. 

  

Geyimlərin  gigiyenik  xassələri    əsasən  onların    hazırlandığı  materialların 



qalınlığından  və  keçiricilik  xassələrindən  asılıdır.  Bir  qayda  olaraq  təbii 

materiallardan hazırlanan məmulatların gigiyenik xassələri daha yüksək olur. 




21 

 

Psixofizioloji  tələblər  –  geyimlərin  insanla  onların  psixoloji,  fizioloji  və 

psixofizioloji  xüsusiyyətlərin  nəzərə  almaqla  qarşılıqlı  təsirinə  əsaslanır. 

Geyimlərin  psixoloji    tələblərə  uyğunluğu  ekstetikliyində  aşkara  şıxır,  onların 

fiqura  yaxşı  oturmasında, komfort şəraitinin  yaratmasında,  insanın  iş qabliyyətini, 

əhval-ruhiyyəsini  yüksəltməklə  özünü  göstərir.  Əgər  geyim  insan  orqanizminin 

fəaliyyət xüsusiyyətlərinə, onun hislərinə, verdişlərinə uyğun gələrsə psixofizioloji 

tələblər yerinə yetirilmiş olar. 

 

Fizioloji tələblərin təmin olunması üçün geyimlərin kütləsi, onların qabalığı 



və insan bədəni ilə geyimin qatları arasındakı sürtünmə mühüm rol oynayır. 

 

Geyimlərin  kütləsi  materialın  kütləsində,material  qatlarının  sayından, 



məmulatın  ölçü  xarakteristikasındanasılıdır.  Ağır  geyimdə  insan  tez  yorulur, 

hərəkət  çətinləşir,  enerji  itkisi  artır.  Xüsusilə  qış  aylarında  istifadə  olunan  üst 

geyimləri bəzən  insan bədəninin  ümumi çəkişinin 8-10%-ə qədərini təşkil edir ki, 

bu da çox böyük rəqəmdir. 

 

Geyimlərin kütləsinin azaldılması yüngül əsas materialların,həmçinin yüngül 



və yumşaq aralıq materiallarının tətbiqi ilə nail olmaq olar. 

 

Estetik tələblər –  geyim insanın xarıcı görünüşünü formalaşdırır, buna görə 

də geyimlərə qoyulan tələblər kompleksində estetik tələblər xüsusi yer tutur. 

 

 Geyimlərə  qiyulan  estetik  tələblər,  onların  insanların  və  cəmiyyətin  estetik  



ideallarla  ifadə  olunan  mənəvi  tələblərinə  uyğunluğunda  özünü  göstərir.  Bu  isə 

üslub və moda istiqamətinin dəyişməsi ilə daim mürəkkəbləşən prosesdir.  

 

Real  məmulatın  estetik  qiymətləndirilməsi,  onun  insanın  gözəllik  haqqında 



ideal və təsəvvürləri ilə müqayisəsidir. “Gözəllik” anlayışı insan şüurunda bir sıra 

amillərin  təsiri  altında  yaranır:  cəmiyyətin  həyat  səviyyəsi,  əmək  şəraiti, 

mədəniyyətin və istehsalın səviyyəsi, iqlim şəraiti, milli xüsusiyyətlər və s. Bundan 

başqa estetik idealın formalaşmasına insanın fərdi xüsusiyyətləri – yaşı, həyat tərzi, 

məşğuliyyəti,  yaşayış  yeri  və  s.  təsir  edir.  Hər  bir  insanın  gözəllik  haqqında  öz 

fikirləri  vardır  və  buna  uyğun  olaraq  da  o,  öz  evini  bəzəyir,  bu  və  ya  digər 

incəsənət  əsrinə  üstünlük  verir  və  həmçinin  geyim  qarderobunu  formalaşdırır. 

Gözəllik  haqqında  ictimai  fikir  isə  bir  çox  amillərdən,  o  cümlədən  ilk  növbədə 




Yüklə 479,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə