Baku Law Journal indd



Yüklə 5,19 Mb.
Pdf görüntüsü
səhifə12/18
tarix01.09.2018
ölçüsü5,19 Mb.
#66697
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

19

  

  №1  |  ИЙУН 



2012

yaraq qüvvəyə minməklə; əgər borc torpağa sahibliklə 

bağlı  hüquqla  təmin  edilmişdirsə  və  ya  tamamilə  və 

ya başlıca olaraq sənətkarlıq şəklində və ya peşəkarlıq 

qaydasında  müstəqil  fəaliyyətin  həyata  keçirilməsi 

üçün  nəzərdə  tutulmuşdursa”;Bu  müddəanın  mənası 

tamamilə  aydın  deyil.  AMQ-nin  müvafiq  müddəası 

ilə  müqayisə  nəticəsində  belə  qənaətə  gəlmək  olar 

ki,  müddəa  belə  yazılmalı  idi:  “Fiziki  şəxsə  torpaq 

sahəsinin  girovu  ilə  təmin  edilməmiş  borc  verilibsə  –

borc alındıqdan sonra doqquzuncu ayın sonundan tez 

olmayaraq və ləğvetmə haqqında üç aylıq xəbərdarlıq 

müddətini  gözləməklə;  borc  tamamilə  və  ya  əsasən 

sənətkarlıq  şəklində  və  ya  peşəkarlıq  qaydasında 

müstəqil  fəaliyyətin  həyata  keçirilməsi  üçün 

verilmişdirsə, bu qayda tətbiq olunmur”.

4) “Hər bir halda borc alındıqdan on il sonra ləğvetmə 

haqqında altı aylıq xəbərdarlıq müddətini gözləməklə. 

Əgər borc alındıqdan sonra onun qaytarılması müddəti 

və  ya  faiz  dərəcəsi  yenidən  şərtləşdirilirsə,  həmin 

razılaşmanın  bağlanma  anı  ödəniş  müddətini  əvəz 

edir”.Buradakı son ifadənin mənası aydın deyil. AMQ-

nin analoji müddəasının təhlili nəticəsində bu qənaətə 

gəlmək  olar  ki,  qanunverici  bunu  demək  istəyib: 

“Həmin  razılaşmanın  bağlanma  anı  borcun  alınması 

anını əvəz edir”.

MM-nin  744.4-cü  maddəsinə  əsasən  borc  alanın 

qeyd  edilən  ləğvetmə  hüquqları  müqavilə  ilə 

məhdudlaşdırıla  və  ya  mürəkkəbləşdirilə  bilməz. 

“Bu  müddəa  Azərbaycan  Respublikası,  onun  dövlət 

orqanları və ya bələdiyyələr üçün borc müqavilələrinə 

tətbiq  edilmir”.  Buradan  aydın  deyil  ki,  dövlət  və 

bələdiyyələr  burada  borc  verən  və  ya  borc  alan 

qismində  nəzərdə  tutulub.  Yenə  də  AMQ-nə  (§489) 

müraciət  edərək  müəyyənləşdirmək  olar  ki,  on-

lar  borc  alan  qismində  nəzərdə  tutulublar.  Eyni  za-

manda  burada  dövlətlə  yanaşı,  onun  orqanlarının 

xatırlanmasını  düzgün  hesab  etmirik.  Çünki  MM-nin 

43.3-cü  maddəsinə  əsasən  Azərbaycan  Respublikası 

mülki  hüquq  münasibətlərində  eynilə  digər  hüqu-

qi  şəxslər  kimi  iştirak  edir.  Bu  hallarda  Azərbaycan 

Respublikasının  səlahiyyətlərini  onun  hüquqi  şəxslər 

olmayan orqanları həyata keçirirlər.

Maraqlısı  həm  də  odur  ki,  MM-nin  744-cü 

maddəsində  müddətli  kredit  müqaviləsinə  borc  alan 

tərəfindən  vaxtından  əvvəl  verilməsi  halları  və  onlar 

üçün müəyyən edilən xəbərdarlıq müddətləri impera-

tiv şəkildə təsbit edilmişdir. Niyə axı müqavilədə borc 

alanın  xeyrinə  bu  hallar  və  müddətlər  daha  sərfəli 

şəkildə nəzərdə tutula bilməz?..



Kreditin qaytarыlmamasы: 

kollektor agentlik  lяrinin fяaliyyяti 

tяnzimlяnmяlidirmi?

Kredit  müqaviləsinin  bağlanması  zamanı  kredi-

toru  narahat  edən  ən  vacib  məsələ  verdiyi  pulun 

qaytarılmaması  ehtimalıdır.  İqtisadçılar  buna  kredit 

riski deyirlər. Bu riskin idarə edilməsi üçün kreditorlar 

adətən  öhdəliklərin  icrasının  təminedilməsi  üsullarını 

təşkil  edən  əqdlər  (girov/ipoteka,  qarantiya,  zamin-

lik  və  s.)  bağlayırlar.  Lakin  təbii  ki,  bununla  kredit 

riski tamamilə aradan qalxmır. Hər bir halda kreditin 

qaytarılması  üçün  ən  azı  həmin  təminat  üsullarından 

da yararlanmaq asan məsələ deyil.

Buna  görə  də  kreditorlar,  xüsusən  iri  kreditor-

lar,  məsələn,  kredit  təşkilatları  problemli  kreditlərin 

qaytarılması  üçün  adətən  bu  fəaliyyətlə  peşəkar 

şəkildə  məşğul  olan  şəxslərin  xidmətlərindən  istifadə 

edirlər. Bu fəaliyyətə adətən kollektor fəaliyyəti, həmin 

şəxslərə isə kollektor agentliyi(amma təbii ki, fərqli ad 

da  ola  bilər,  əsas  mahiyyətdir

1

)  deyilir.Bu  fəaliyyətlə 



hüquq xidmətləri göstərən şirkətlər də məşğul olurlar. 

Hüquqi cəhətdən onlar kreditorla bağladıqları tapşırıq 

müqaviləsi  əsasında  faktiki  olaraq  vasitəçi  qismində 

fəaliyyət  göstərirlər.  Təbii  ki,  bu  fəaliyyətin  həyata 

keçirilməsi üçün hər hansı lisenziya (icazə) tələb olun-

mur.


Bununla  belə,  son  zamanlar  Azərbaycanda  bu 

fəaliyyətin  xüsusi  tənzimlənməsinə  ehtiyac  olduğu 

haqda  fikirlər  səslənir.  Hətta  deyirlər  ki,  bu  fəaliyyət 

lisenziyalaşdırılmalıdır. Mərkəzi Bankın bəzi rəsmiləri 

bu fəaliyyəti tənzimləməyə hazır olduqlarını da bəyan 

ediblər.


Lakin  bu  fəaliyyətin  niyə  tənzimlənməli  və 

lisenziyalaşdırılmalı olduğunu heç kəs söyləmir.Çünki 

əslində buna heç bir ehtiyac yoxdur. Bu, adi təmsilçilikdir. 

Azərbaycanda, hətta məhkəmə instansiyalarının çoxun-

da hansısa tərəfin təmsil edilməsi üçün lisenziya və ya 

icazə tələb edilmir. Borcun qaytarılmasını tələb etmək 

üçün xüsusi tənzimləmə və lisenziya nəyə lazımdır ki? 

Lazım deyil.

Xaricdə  kollektor  agentliklərinin  fəaliyyətinin 

bir  növü,  həmçinin  problemli  borcun  kreditordan 

alınmasından ibarətdir. Başqa sözlə, kollektor agentliyi 

özü kreditora çevrilir. Azərbaycanda bu fəaliyyət hələlik 

mövcud deyil. Lakin hətta bu fəaliyyətin tənzimlənməsi 

və  ya  icazəli  olması  məqsədəuyğun  de yil.  Hətta 

əvvəlki kreditor kredit təşkilatı olsa belə. Çünki kredit 

təşkilatının  problemli  kreditinin  alınması  kollektor 

agentliyinin kredit təşkilatına çevrilməsi demək deyil. 

Burada  əsas  meyar  ondan  ibarətdir  ki,  bank  sistemi-

nin  sabit  fəaliyyəti  üçün  heç  bir  sistem  xarakterli  risk 

yaranmır. Həm də ki, kollektor agentlikləri yalnız kredit 

təşkilatlarına xidmət göstərmirlər. Məsələn, bu xidmətə 

Bu yaxınlarda Azərbaycanda bir kollektor agentliyi dövlət qeydiyyatına alınandan sonra mətbuatda məlumat yayıldı ki, bu, ilk milli kollektor agentliyidir. Ola 



bilər ki, adına görə bu doğrudan da belədir. Amma mahiyyətcə bu fəaliyyətlə məşğul olan şirkətlər ölkəmizdə çoxdan mövcuddur.


Yüklə 5,19 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə