Baku Law Journal indd



Yüklə 5,19 Mb.
Pdf görüntüsü
səhifə18/18
tarix01.09.2018
ölçüsü5,19 Mb.
#66697
1   ...   10   11   12   13   14   15   16   17   18

29

-  161.051  olacaqdır.    Beş  ildən  sonra  şirkət 

stabil 5 faiz artım tempinə düşəcəkdir və bu 

illər (stabil inkişaf dövrünə daxil olan) üçün 

mənfəət toplandıqda təxminən 200 AZN edir.  

Diskont:  Sonra  bu  rəqəmlər  diskontla  azal-

dılır. Deyək ki, diskont dərəcəsi 15 faizdir. Bu 

faiz  bir  sıra  amillərlə  yanaşı,  risk  dərəcəsini 

göstərir.  Yuxarıda  müəyyən  edilən  bütün 

rəqəmlər  (100,  121,  133.1....  və  200)  sadəcə 

təxmini, ümid və ya ehtimal edilən rəqəmlərdir. 

Onların əldə olunub-olunmaması dəqiq dey-

ildir  -  bu  qədər  mənfəətin  əldə  olunmaması 

riski mövcuddur. Ancaq nə qədər risk vardır?  

Biz təxmin etdik ki, risk 15 faizdir.



Tənlik

6

  və  nəticə:  Beləliklə,  bütün  rəqəmlər 

15  faizə  bölünür  və  toplanır:  (100/1.15)  + 

(121/1.15)  +  (133.1/1.15)  +  (146.41/1.15)  + 

(161.051/1.15) + (200/1.15) ≈617. 

617 Şirkətin ehtimal olunan bazar qiymətidir.  Əgər 

biz  Şirkətin  mühasibat  balansına  baxsaq  güman  ki, 

orada  bu  rəqəmi  tapa  bilməyəcəyik.  Ümumiyyətlə, 

əgər müəssisə normal fəaliyyətdə olan və gəlir gətirən 

müəssisədirsə, o zaman onun bazar dəyəri mühasibat 

balansında əks olunan kapitaldan (aktivlərlə passivlərin 

arasındakı fərq) çox olacaqdır.

DCF və onun kimi digər qiymətləndirmə metodları 

müəssisə  İngilis  dilində  ifadə  edilən  going  con-

cern  -  yəni  tam  fəaliyyətdə  olan  müəssisə  -  kimi 

qiymətləndirilməsində istifadə olunur.  Ləğv etmə me-

todu isə onu ehtiva edir ki, müəssisə ləğv olunur (yəni 

artıq  fəaliyyətini  dayandırır).    Fərq  isə  adətən  böyük-

dür:  bir  qayda  olaraq,  fəaliyyətdə  olan  müəssisənin 

dəyəri daha böyükdür, nəinki ləğv olunan müəssisənin.  

Bu işdən yarana biləcək bir problemi aşağıdakı misalda 

göstərməyə çalışmışıq:

Misal  2:  Misal  1-dəki  faktları  əsas  götürərək 

fərz  edək  ki,  “ABC” ASC  yaradılarkən  onun 

nizamnamə kapitalı 1.000 AZN olur (A-70%, 

700 AZN;  B-25%,  250 AZN;  C-5%,  50 AZN).  

Fərz  edək  ki,  şirkət  planşet  kompüterlərin 

alınıb-satılması və informasiya texnologiyaları 

(“İT”)  üzrə  məsləhətlərin  verilməsi  ilə 

məşğuldur.  Planşet kompüterlər çox dəbdədir.  

İT xidmətlərindən istifadə etmək istəyənlərin 

də  sayı  artmaqdadır.Onlar  bu  kapitaldan 

və  bankdan  götürdükləri  kreditdən  istifadə 

edərək,  xeyli  miqdarda  planşet  kompüter 

alır və bir sıra savadlı İT üzrə mütəxəssis cəlb 

edirlər.    Şirkətin  balansına  baxdıqda  onun 

kapitalı, deyək ki, elə 1000 AZNolaraq qalır, 

ancaq şirkət sürətlə artdığı üçün onun bazar 

qiyməti  çox  yüksək  olur  -  misal  üçün,  5.000 

AZN.  Faiz nisbəti ilə A-nın burada payı 3.500 

(mayasından  2.800  çox),  B-nin  payı  -  1.250 

(mayasından  1000  çox),  C-nin  payı  isə  -  250 

(mayasından  200  çox).    Yəni  əgər  onlar  öz 

paylarını  bazarda  satmaq  istəsələr,  onlar  bu 

qiymətlərə sata bilərlər.

“ABC” ASC sürətlə artan bir dövrdə A digər 

səhmdarları  şəriklikdən  çıxarmaq  məqsədi 

ilə  ümumi  yığıncaq  çağırır  (bunun  üçün  tək 

onun  iştirakı  yetərlidir)  və  şirkətin  MMC-yə 

çevrilməsi  haqqında  qərar  verir.    B  və  C-yə 

isə  onların  paylarının  bazar  dəyərini  deyil, 

sadəcə  ləğv  etmə  payını  verir  -  bu  isə  bazar 

dəyərindən güman ki, qat-qat aşağı olacaqdır.  

Səbəbləri  biz  qeyd  etdik.    Burada  alınan 

inventarın  qısa  müddət  ərzində  satılması 

üçün  onun  daha  aşağı  qiymətə  verilməsi, 

şirkətin  xidmətləri  ilə  bağlı  əldə  edəcəyi 

gəlirin və bununla bağlı şirkətin qeyri-maddə 

aktivlərinin  nəzərə  alınmaması  (onlar  bazar-

da satıla bilməz) və s.

Etiraf  edək  ki,  bizim  Məhkəmənin  qərarının  bu 

hissəsini tənqid etmək fikrimiz yoxdur, ilk növbədə ona 

görə ki, Məhkəmə burada asan olmayan bir qərar qəbul 

edir.    Yəqin  azlıq  səhmdarlar  üçün  “heç  nə  olmayan 

yerdə” elə ləğv etmə payı da əhəmiyyət kəsb edir.  An-

caq hesab edirik ki, qanunverici bu məsələyə yaxından 

baxmalı və bizim qeyd etdiyimiz məsələlər kimi bir çox 

məsələləridə nəzərə almalıdır.  Elə Məhkəmə də bunu 

deyir...

  

  №1  |  ИЙУН 



2012

İllər ötdükcə qeyri-müəyyənlik artır və bu da risklərin artırılmasına gətirib çıxarır.  Ona görə biz birinci il ehtimal olunan mənfəəti 15 faiz, artıq ikinci il üçün isə 



ehtimal olunan gəliri 1.152  qədər azaldırıq, üçüncü il bu rəqəm 1.153  olur.  Ancaq sadələşdirmək məqsədi ilə biz bu faktoru hesablamada nəzərə almamışıq.


30

Bakы 


HUQUQ

 

Jurnalы



Şirkətlər  inkişaf  edərək  yeni  mərhələlərə  çıxdıqca 

korporativ  idarəetmə  standartlarına  tələblər  də  artır. 

Artıq bir çox şirkətlər nəzarət orqanlarını sadəcə kağız 

üzərində  bir  nominal  qurum  kimi  deyil,  məhz  bizne-

sin  tələblərinə  cavab  verə  bilən  tam  funksional  bir 

orqan kimi görmək istəyirlər. Hesab edirəm ki, son za-

manlar  şirkətlərdə  səhmdarlar  (iştirakçılar)  tərəfindən 

yaradılan nəzarət orqanlarının fəaliyyətləri güclənir. Bu 

tendensiya  inkişaf  etdikcə,  yəni  nominal  roldan  daha 

aktiv fəaliyyətə keçdikcə bu orqanların fəaliyyətlərinin 

düzgün tənzimlənməsi ilə bağlı suallar yaranır. Maraq 

doğuran suallardan biri nəzarət orqanı olan Direktorlar 

Şurasının üzvləri ilə münasibətlərin tənzimlənməsidır. 

Bildiyiniz  kimi,  Direktorlar  Şurası  (müşahidə  şurası) 

səhmdar  cəmiyyətin  fəaliyyəti  üzrə  ümumi  nəzarəti 

həyata  keçirir.  Direktorlar  Şurası  üzvləri  ümumi 

yığıncaq  tərəfindən  seçilir,  lakin  qanunvericilik  Di-

rektorlar  Şurası  və  cəmiyyət  arasında  münasibətlərin 

rəsmiləşdirilməsi barədə konkret tələb qoymayıb (Ümu-

mi  Yığıncağın  müvafiq  qərarından  başqa).  Nəticədə, 

bu  münasibətlərin  təbiəti  barədə  mübahisələr  davam 

edir,  hüquqşünasların  bir  qismi  bu  münasibətləri 

mülki-hüquqi  sahəyə  aid  edirlər,  digərləri  isə  əmək 

qanunvericiliyi  ilə  tənzimləndiyini  vurğulayırlar. 

Direktorlar  şurası  və  cəmiyyət  arasında  yaranan 

münasibətlərin hansı hüquq sahəsinə aid edilməsi ver-

gitutma məsələləri üçün də vacibdir. Şuranın üzvlərinin 

gəlirlərinin vergitutma məsələləri məhz hansı hüququn 

tətbiq edilməsindən asılı olacaq.

Əmək  müqaviləsi  –  işəgötürən  və  işçi  arasında 

razılaşmadır.  Bu  razılaşmaya  əsasən  işəgötürən  işçiyə 

Əmək  Məcəlləsi  və  digər  müvafiq  normalara  əsasən 

müəyyən funksiyalar  və şərait ilə şərtlənmiş iş təqdim 

edir və işçi bu razılaşma ilə müəyyən edilən funksiyaları 

şəxsən  icra  etmək  və  qüvvədə  olan  daxili  intizam 

qaydalarına riayət etmək öhdəliyini qəbul edir.

Beləliklə,  əmək  müqaviləsinin  əsas  ixtisaslaşdırıcı 

əlamətləri bunlardır: tərəflərin üzərinə düşən müəyyən 

edilmiş  öhdəliklər,  işçi  əmək  funksiyalarını  icra 

edir,  işçiyə  əmək  haqqı  ödənilir,  işçi  daxili  intizam 

qaydalarına  riayət  etməlidir,  müqavilədə  iş  yeri  və  iş 

rejimi göstərilir.

Direktorlar Şurasının  seçilməsi və səlahiyyətlərinə 

xitam  verilməsi  birtərəfli  xarakter  daşıyır,  belə  ki,  üz-

vün  seçilməsi  və  səlahiyyətlərinə  xitam  verilməsi  tam 

olaraq  Ümumi  Yığıncağın  səlahiyyətlərinə  aiddir  və 

Direktorlar Şurasının iradəsindən asılı deyil. Direktor-

lar şurası üzvlərinin mükafatlandırılma məsələsi Mülki 

Məcəllə ilə müəyyən edilməyib və Ümumi Yığıncağın 

müstəsna səlahiyyətlərinə aid olunmayıb.

Həmçinin  şuranın  üzvlərinin  seçilməsi  və  azad 

edilməsi  haqda  normaları  nəzərdən  keçirəndə  aydın 

olur  ki,  onlar  Əmək  Məcəlləsi  ilə  işçinin  işə  qəbul  və 

işdən azad edilmə prosedurlarından fərqlənir. Görünür, 

Direktorlar  Şurasının  üzvlərinə  Əmək  Məcəlləsi  ilə 

nəzərdə tutulan işdən çıxarılma proseduru tətbiq edilə 

bilməz, çünki bu münasibətlər tam fərqli normalar ilə 

tənzimlənir.  Beləliklə,  zənnimcə,  bu  münasibətlərin 

əmək qanunvericiliyi ilə tənzimlənməsi mümkün deyil 

və əmək müqaviləsi hesab etmək olmaz. Nəzərə almaq 

lazımdır ki, səhmdar cəmiyyətin icraetmə orqanı Ümu-

mi  yığıncağın  və  Direktorlar  Şurasının  qərarlarının 

icrasını  təmin  edir  və  direktorlar  şurası  icraetmə 

orqanının  qərarlarına  tabe  olmurlar,  lakin  əmək 

müqaviləsinə əsasən işçi işəgötürənin tabeliyində olur.

Direktorlar  Şurasının  səlahiyyətləri  cəmiyyətin 

gündəlik  fəaliyyətini  idarə  edən  icra  orqanın 

səlahiyyətlərini 

əvəz 

etməməlidir. 



Şuranın 

səlahiyyətlərinə aid edilən sualların çoxluğuna baxma-

yaraq, bu orqana həddindən artıq tez-tez iclas keçirməyə 

ehtiyac  olmur,  təcrübədə  bir  çox  cəmiyyətlərin  Di-

rektorlar Şurası (DŞ) ayda bir dəfədən çox (fövqəladə 

yığıncaqları  çıxmaq  şərti  ilə)  yığıncaqlar  keçirmir. 

Qanunvericilikdə  Direktorlar  Şurasının  səlahiyyətləri 

kollegial  orqan  səlahiyyətləri  kimi  göstərilib,  ayrı-

ayrı  üzvlərin  səlahiyyəti  kimi  deyil.  Beləliklə,  hər  bir 

üzvün  səlahiyyəti  müvafiq  sənədlərin  araşdırılması 

və  iclas  zamanı  səsverməsi  ilə  məhdudlaşır.  Əgər  DŞ 

üzvü  cəmiyyət  adından  müəyyən  hərəkətləri  etmək 

səlahiyyətinə  malikdirsə,  o  halda  o  şəxs  direktorlar 

şurasında üzvlüklə yanaşı, çox güman ki, həmçinin kol-

legial idarəetmə orqanın üzvüdür.

Belə nəticəyə gəlmək olar ki, DŞ üzvü funksiyalarının 

icrası üçün xüsusi xərclər və səylər tələb olunmur. Bura-

da  cəmiyyətin  daxili  intizam  qaydalarına  tabelik  və 

rəhbər şəxsin göstərişlərinin icrası barədə danışmaq ye-

rsiz görünür və beləliklə, səhmdar cəmiyyət və Direk-

torlar Şurası arasında əmək münasibətlərinin olmasını 

düşünmək üçün əsas yoxdur.

Mülki  Məcəlləyə  əsasən  Direktorlar  Şurası  (Müşa-

hidə Şurası) səhmdar cəmiyyətin idarəetmə orqanlarına 

aiddir  və  Ümumi  Yığıncağın  səlahiyyətinə  aid  olan 

Emin Kяrimov

PAШA Holding MMC, Azerbaijan

LLM. Univesity of Minnesota Law School

Шirkяtin Direktorlar Шurasыnыn 

цzvlярi ilя mцnasibяtlяr

Яmяk vя ya mцlki-hцquqi?



31

  

  №1  |  ИЙУН 



2012

məsələlər istisna olaraq, cəmiyyətin fəaliyyəti üzərində 

ümumi  rəhbərliyi  həyata  keçirir.  Beləliklə,  Direktorlar 

Şurasının  fəaliyyəti,  şura  və  cəmiyyət  arasında  olan 

münasibətlər  mülki  qanunvericiliyin  normaları  ilə 

tənzimlənir  və  bu  münasibətlər  mülkü-hüquqi  xarak-

terli münasibətlər hesab edilir.

MM-in  91.3.2.,  91.3.4.,  106-1.3.1.,  107.1.2., 

maddələrinə  əsasən  cəmiyyətin  idarəetmə  və  nəzarət 

orqanının səlahiyyətlərini əldə etməsi üçün əsas onların 

Ümumi Yığıncaq tərəfindən seçilməsidir. Beləliklə, Di-

rektorlar Şurası tərəfindən səlahiyyətlərin əldə edilməsi 

üçün  əsas  onun  ümumi  yığıncaq  tərəfindən  seçilmə 

faktıdır. Şuranın üzvlərinin vəzifədən uzaqlaşdırılması 

öz hüquqi təbiəti, hüquq münasibətlərinin tənzimlənmə 

predmeti  və  hüquqi  nəticələri  ilə  Əmək  Məcəlləsinə 

əsasən  işçinin  işdən  uzaqlaşdırılmasından  fərqlənir. 

Zənnimcə,  bu  səbəbdən  Direktorlar  Şurası  üzvünün 

öhdəliklərin  icrasından  uzaqlaşdırılması  məsələsi 

mülki  qanunvericilik  tərəfindən  tənzimlənir  və  əmək 

hüququnun tənzimləmə predmetinə aid deyil.

İdarəetmə orqanlarının fəaliyyəti ilə bağlı qərarlara 

əmək hüququ çərçivəsində deyil, cəmiyyət və idarəetmə 

səlahiyyətləri  etibar  edilmiş  şəxslər  arasında  yaranan 

korporativ münasibətlər çərçivəsində baxmaq lazımdır.

Korporativ  münasibətlərin  təbiəti  tələb  edir  ki, 

səhmdarlar  istənilən  vaxt  cəmiyyətə  zərər  vuran 

şəxsin səlahiyyətlərinə xitam verə bilsinlər. Bu müdafiə 

forması  korporativ  hüquqlar  daşıyıcılarının  səhmdar 

cəmiyyət üzərində müəyyən səlahiyyətlərə malik olan  

şəxslərə  qarşı  xüsusi  hərəkəti  hesab  edilir  və  əmək 

hüququ səthində baxılmamalıdır.

Bununla  yanaşı,  Direktorlar  Şurası  və  cəmiyyət 

arasında  olan  münasibətləri  mülki-hüquqi  müna-

sibətlərə  aid  hesab  etmək  çətindir.  Mülki-hüquqi 

müqavilə iki və ya çox şəxslərin hüquq və öhdəliklərinin 

əmələ gəlməsi, dəyişməsi və ya bitməsi haqda əqddir. 

Müqavilənın  bağlanması  üçün  iki  və  ya  çox  şəxsin 

iradələrinin  razılaşdırılması  vacibdir.  Bizim  nəzərdən 

keçirdiyimiz  məsələdə  yalnız  səhmdarların  birtərəfli 

iradəsi  baş  verir.  Beləliklə,  cəmiyyət  və  şura  üzvləri 

arasında  münasibətlər  müqavilədən  irəli  gəlmir. 

Öhdəliklər müqavilədən və həmçinin qanundan əmələ 

gələ bilər. Mülki Məcəllənin 91.3.2., 91.3.4., 91-1.2., 106-

1.3.1., 107.1.2., 107.3. maddələrindən irəli gələrək qeyd 

etmək  olar  ki,  Direktorlar  Şurasının  üzvünün  hüquq 

və  öhdəlikləri  qanunla  müəyyən  edilmiş  və  Direktor-

lar  Şurasının  səlahiyyətinə  aid  edilmiş  müddəalardan 

əmələ gəlir. Qanunvericilikdə şuranın üzvlərinə ödəniş 

məsələsi əks olunmasa da, təcrübədə ümumi yığıncaq 

Direktorlar  Şurasının  üzvlərinin  mükafatlandırılması 

haqda  qərarlar  qəbul  edir.  Əsasən,  mükafatlandırma 

məsələsi ilə əmələ gələn sualların həlli üçün iştirakçılar 

bir  çox  halda  münasibətləri  əmək  və  ya  mülki-hüquq 

qanunvericiliyi ilə tənzimləməyə çalışırlar.

Bəs  cəmiyyət  Direktorlar  Şurasının  üzvünə  yazılı 

müqavilə olmadan mükafat ödəyə bilərmi?

Sözsüz, yazılı müqavilə olduqda ödənilən mükafatı 

əsaslandırmaq və məhsulun maya dəyərinə aid etmək 

daha  asandır.  Lakin  yazılı  müqavilə  olmadıqda,  qeyd 

olunan  xərcləri  Ümumi  Yığıncağın  müvafiq  qərarı  ilə 

əsaslandırmaq mümkündür.

Beləliklə,  cəmiyyət  Direktorlar  Şurasının  üzvünə 

mükafatı  heç  bir  müqavilə  bağlamadan  ödəyə  bilər 

və ya müvafiq yazılı müqavilə bağlayır. Belə halda bu 

müqavilə  daha  çox  mülki-hüquqi  xarakter  daşıyacaq. 

Lakin  belə  müqavilənin  nə  qədər  zəruri  olması  sualı 

yaranır.  Belə  ki,  Direktorlar  Şurası  üzvünün  bütün 

səlahiyyətləri qanunvericilikdə və səhmdar cəmiyyətin 

müvafiq əsasnaməsində (Ümumi Yığıncağın qərarında) 

əks  edilir.  Nəzərə  alsaq  ki,  müqavilədə  normativ  akt-

lar  ilə  artıq  müəyyən  edilmiş  şərtlər  təkrarlanacaq,  o 

halda qanunla və müvafiq sənədlərlə müəyyən edilən 

səlahiyyətlərin  icrası  üçün  cəmiyyət  və  Direktorlar 

Şurasının  üzvləri  arasında  müqavilənin  bağlanmasına 

ehtiyac yoxdur.

Cəmiyyətin  idarəetmə  orqan  üzvlərinin  seçmək 

və  təyin  etmək  yolu  ilə  korporativ  hüquqların  icrası, 

həmçinin  onların  vəzifədən  kənarlaşdırmaq  və 

səlahiyyətlərinə  xitam  vermək  məsələsinə  aiddir. 

Beləliklə,  bu  qərarlar  əmək  hüquq  çərçivəsində  deyil, 

korporativ hüquq çərçivəsində baxılmalıdır.

Mülki  Məcəllənin  107.1.2  və  107.1.3.  maddəsində 

qeyd  edilən  “səlahiyyətlərinə  vaxtından  əvvəl  xitam 

vermək” ifadəsi Ümumi Yığıncaq tərəfindən cəmiyyətlə 

korporativ münasibətlərdə olan idarəetmə orqanlarının 

fəaliyyətinə tez reaksiya vermək üçün nəzərdə tutulub. 

Belə normanın zəruriyyəti idarəetmə və nəzarət orqan 

üzvünün spesifik statusu ilə bağlıdır.

Korporativ  münasibətlərin  təbiəti  tələb  edir  ki, 

iştirakçılar (səhmdarlar) cəmiyyətin maraqlarına zərər 

vuran şəxsin (Direktorlar Şurasının üzvü) fəaliyyətinə 

operativ  reaksiya  verərək  onların  səlahiyyətlərinə  xi-

tam  versinlər.  Bunu  nəzərə  alaraq,  Mülki  Məcəllənin 

107.1.2.  maddəsində  Ümumi  Yığıncağın  istənilən 

vaxt  idarəetmə  və  nəzarət  orqanının  üzvünü 

səlahiyyətlərindən uzaqlaşdırmaq məsələsinə korpora-

tiv hüquq çərçivəsində yanaşmaq lazımdır.




İnteqrə olunmuş qazma və quyu xidmətləri


“Bakı Hüquq Jurnalı” növbəti buraxılış üçün məqalə müraciətləri qəbulunu elan edir. Azərbaycanda 

hüquqi sahələrin idarəolunmasına yönəlmiş və cari hüquqi təhlilini əks etdirən və tövsiyələr ehti-

va edən məqalələri təqdim edə bilərsiniz. Kommersiya hüququ, o cümlədən müqavilə hüququ, 

korporativ hüquq və digər əlaqədar mövzularda olan məqalələrə üstünlük verilir. Məqalələr 30 

avqust 2012-ci ilə qədər təqdim edilə bilər. Bütün suallar və məqalə təklifl əri jurnalın baş redak-

toru Emin Kərimova – 



editor.journal@aaa.org.az

 elektron poçt ünvanına - göndərilməlidir. 

Məqalələr  elektron  versiyada  Word  fayl  formasında  təqdim  edilməlidir  və  6-7  səhifədən  çox 

olmamalıdır. “Bakı Hüquq Jurnalı”nın nəşrinə təqdim edilən məqalələr Azərbaycan mülki (kor-

porativ, vergi, müqavilə və s.) hüququnun aktual problemlərindən bəhs edən, xarici ölkələrin 

təcrübələrini  işıqlandıran  analitik  yöndə  olmalıdır.  Müəllifl ər  nəzərdə  saxlamalıdılar  ki,  “Bakı 

Hüquq  Jurnalı”  elmi  nəşrdən  çox  analitik-praktiki  dərgidir  və  nəzəri  məsələləri  işıqlandıran 

məqalələr Bizim üçün prioritet hesab edilmir. Məqalələr Azərbaycan dilində təqdim edilməlidir 



və istifadə olunan ədəbiyyat barədə məlumat və müvafi q istinadlar verilməlidir.

“BAKI HÜQUQ JURNALI”NA MƏQALƏLƏRİN

QƏBUL OLUNMASI HAQQINDA ELAN


Yüklə 5,19 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə