Baku Law Journal indd



Yüklə 5,19 Mb.
Pdf görüntüsü
səhifə11/18
tarix01.09.2018
ölçüsü5,19 Mb.
#66697
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

18

Bakы 


HUQUQ

 

Jurnalы



il tarixli 339 saylı və 7 oktyabr 2009-cu il tarixli 162 saylı 

fərmanları ilə təsdiq edilmiş qaydalarda faizlərin ayda 

bir dəfə ödənilməsi nəzərdə tutulur.

Lakin  bu,  heç  də  o  demək  deyil  ki,  hər  hansı  borc 

alan məhkəməyə müraciət edərək ondan faizlərin ayda 

bir dəfə tutulmasına qarşı etiraz edə bilməz. Bilər. Və bu 

halda  məhkəmə  borc  alanın  xeyrinə  qərar  verməlidir. 

Biz, hətta hesab edirik ki, borc alanın müraciət etmədiyi 

hallarda da məhkəmələr kredit müqaviləsinin faizlərin 

ödənilməsi  dövrünə  dair  müddəasını  MM-yə  uyğun 

qiymətləndirməli  və  hər  hansı  məhkəmə  mübahisəsi 

zamanı  ödənilməli  olan  məbləği  bunun  əsasında 

hesablamalıdırlar.

Faizdяn faizin юdяnilmяsinin 

namяlum mцmkцnlцyц

Təcrübədə  belə  fikir  formalaşıb  ki,  guya  vaxtında 

ödənilməyən  kredit  faizinə  faizin  hesablanması 

mümkün  deyil.  Bu  fikri  MM-nin  və  “Banklar 

haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə 

əsaslandırmağa çalışırlar.

Belə ki, MM-nin 445.7-ci maddəsində deyilir: “Bor-

clu  pul  məbləğinin  ödənilməsini  gecikdirdikdə,  əgər 

kreditor  digər  əsaslardan  çıxış  edərək  daha  böyük 

məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 

beş  faiz  ödəməyə  borcludur.  Faizdən  faiz  ödənilməsi 

yolverilməzdir”.  Qeyd  etmək  lazımdır  ki,  MM-nin 

“Öhdəliklərin  icra  edilməməsi”  adlanan  22-ci  fəslində 

yerləşən 445-ci maddə “Borclunun icranı gecikdirməsi” 

adlanır  və  buradakı  “faiz”  qanun  üzrə  dəbbə  pulu 

mənasını  daşıyır.  Həmin  maddədə  məhz  dəbbə 

faizindən faizin ödənilməsi qadağan edilmişdir.

Kredit  müqaviləsi  üzrə  “faiz”  isə  əvəzli  əqdin 

dəyə  rini  təşkil  edir.  Deməli,  həmin  faizin  vaxtında 

ödənilməməsi  MM-nin  445.7-ci  maddəsinə  uyğun 

olaraq  borclunun  pul  məbləğinin  ödənilməsini 

gecikdirməsidir və kredit müqaviləsində başqa şərt (o 

cümlədən  faiz  dərəcəsinə  dair)  nəzərdə  tutulmayıbsa, 

gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməlidir.

“Banklar  haqqında”  Azərbaycan  Respublikasının 

Qanununun  36.6-cı  maddəsində  isə  belə  müddəa 

mövcuddur: “Kredit üzrə faizlər bankla müştəri arasında 

bağlanmış  müqavilə  şərtlərinə  uyğun  hesablanır  və 

ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə 

verilməli  olan  digər  ödənişlər  yalnız  borcun  olduğu 

günlər  üçün  borc  qalığı  məbləğinə  hesablanır”.  Bizi 

əsasən ikinci cümlə maraqlandırır.

Həmin  cümlə  bütövlükdə  qüsurludur.  Əvvəla, 

oradakı “dərəcələri” sözü artıqdır, çünki dərəcə deyil, 

faizlər ödənilir. Daha sonra, məlum deyil ki, borcun qalıq 

məbləğinə  faizlərdən  savayı  hansı  “digər  ödənişlər” 

hesablanır. Nəhayət, aydın deyil ki, cümlədəki “yalnız” 

sözü  ancaq  “borcun  olduğu  günlər”  ifadəsinə  aiddir, 

yoxsa  həmçinin  “borc  qalığı  məbləğinə”  ifadəsinə  də 

şamil edilir. Lap tutaq ki, sonuncu ehtimal düzgündür və 

faizlər yalnız borcun qalıq məbləğinə hesablanmalıdır. 

Borcun  yalnız  kreditin  əsas  məbləği  olması  harada 

təsbit edilib? Heç yerdə. Əksinə, sağlam məntiqə görə 

kreditin əsas məbləği ilə bərabər ödənilməli olan faizlər 

də borclunun borcudur. Deməli, faizə də faiz hesablana 

bilər.


Beləliklə, faizdən faizin ödənilməsinin yasaq olduğu 

haqda fikir yanlışdır.



Mцqavilяyя vaxtыndan яvvяl xitam 

verilmяsi: tяrcцmя qцsurlarы vя problemlяr 

Müddətli  kredit  müqaviləsinə  vaxtından  əvvəl  xi-

tam verilməsinə dair MM-nin müddəaları xüsusi maraq 

kəsb edir. MM-nin 743-cü maddəsinə əsasən əgər borc 

alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, 

bu  isə  borcun  qaytarılması  tələbi  üçün  təhlükə  yara-

darsa,  borc  verən  borcun  dərhal  qaytarılmasını  tələb 

edə  bilər.  Əlbəttə,  borc  alanın  maliyyə  vəziyyətinin 

pisləşməsi və o cümlədən hansı dərəcədə pisləşməsinin 

qiymətləndirilməsi subyektiv məqamdır. Buna görə də 

bu  məsələni,  bir  qayda  olaraq,  daha  güclü  tərəf  olan 

kreditorun  mülahizəsinə  buraxmaq  düzgün  olmazdı. 

Qabaqcıl  xarici  ölkələrin  məhkəmələri  borc  alanın 

maliyyə  vəziyyətini  adətən  kredit  müqaviləsində 

təsbit  edilmiş  meyarlar  əsasında  qiymətləndirirlər. 

Hesab edirik ki, bizim məhkəmələr də məsələyə bu cür 

yanaşmalıdırlar.

Müddətli kredit müqaviləsinə borc alan tərəfindən 

vaxtından  əvvəl  xitam  verilməsi  MM-nin  744-cü 

maddəsində  təsbit  edilmişdir.  Bu  maddənin  MM-nin 

ən  anlaşılmaz  maddələrindən  biridir.  Onun  mənasını 

yalnız  AMQ-nin  analoji  müddəalarının  (§489)  təhlili 

nəticəsində başa düşmək mümkündür.

Həmin  maddəyə  görə  borc  alan  faiz  dərəcəsi 

dəyişən  kredit  müqaviləsini  ləğvetmə  haqqında  üç 

aylıq  xəbərdarlıq  müddətini  gözləməklə  istənilən 

vaxt  ləğv  edə  bilər.  Borc  alan  müəyyən  müddət  üçün 

sabit  faizlərin  şərtləşdirildiyi  kredit  müqaviləsini  isə 

aşağıdakı  hallarda  tamamilə  və  ya  qismən  ləğv  edə 

bilər:


1) “Faizlərlə bağlılığa borcun qaytarılması üçün mü-

əy yənləşdirilmiş  müddət  çatanadək  xitam  verildikdə 

və faiz dərəcəsi haqqında heç bir yeni razılaşma qəbul 

edilmədikdə – ləğvetmə haqqında bir aylıq xəbərdarlıq 

müddətini gözləməklə, ən tezi faizlərlə bağlılığa xitam 

verilən günün sonunda qüvvəyə minməklə”;

2)  “Faiz  dərəcəsinin  il  də  daxil  olmaqla  müəyyən 

zaman hissələri üçün razılaşdırılması şərtləşdirildikdə 

–  ləğvetmə  haqqında  bir  aylıq  xəbərdarlıq  müddətini 

gözləməklə, 

müvafiq 

olaraq 


yalnız 

faizlərlə 

bağlılığa  xitam  verilən  günün  sonunda  qüvvəyə 

minməklə”;Buradakı  məna  “il  də  daxil  olmaqla” 

ifadəsinə  görə  aydın  deyil.  Əslində  “bir  ilədək  olan” 

ifadəsi yazılmalı idi.

3) “Borc fiziki şəxsə verildikdə–ləğvetmə haqqında 

üç aylıq xəbərdarlıq müddətini gözləməklə, lakin borc 

alındıqdan sonra doqquzuncu ayın axırından tez olma-



Yüklə 5,19 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə