Baku Law Journal indd



Yüklə 5,19 Mb.
Pdf görüntüsü
səhifə8/18
tarix01.09.2018
ölçüsü5,19 Mb.
#66697
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

13

  

  №1  |  ИЙУН 



2012

növbədə təminat kimi maliyyə qarantiyalarının tətbiqi 

tənzimlənməlidir,  yəni  razılaşmanı  pozmuş  şəxs 

(razılaşma ilə) müəyyən edilmiş cərimə/kompensasiya 

ödəməlidir.

Müqavilə  azadlığı  prinsipinin  mövcudluğuna  bax-

mayaraq,  hazırda  Azərbaycan  hüququnda  yuxarıda 

qeyd  edilən  məsələlərin  realizasiyası  mümkünsüz 

hesab  edilir.  Qeyd  edildiyi  kimi,  səhmlər  üzərində 

sərəncam  hüququnun  məhdudlaşdırılması  haqqında 

razılaşma  qüvvədə  olan  qanunvericiliklə  ziddiyyətdə 

ola  bilər.  İdarəetmə  orqanlarının  formalaşdırılması 

haqqında  razılaşmalar  korporativ  qanunvericiliyə 

zidd  olsa,  mübahisəyə  çevrilə  bilər.  Gəlirlərin  xüsu-

si  qaydada  bölünməsi  haqqında  (fərqli  dividendlər) 

müqavilə şərtləri, həmçinin imperativ normalara zidd 

olduğu halda mübahisələndirilə bilər və maraqlı şəxslər 

öz  müqavilə  hüquqlarının  qorunmasında  çətinlik 

çəkəcəklər.

”Çıxılmaz 

vəziyyətlərin” 

(deadlock) 

həlli 

Azərbaycan  hüququ  ilə  tənzimlənmir,  lakin  müasir 



biznes  mühitində  belə  hadisələr  tez-tez  baş  verir.  Bu, 

əsasən, idarəetmə orqanlarının səsvermə proseslərində, 

səhmlərin  və  əmlakın  alqı-satqı  prosesində  baş  verən 

mənfi  hallardan  biridir.  Xarici  təcrübədə  bu  halların 

aradan qaldırılması üçün mediasiya prosedurlarından 

istifadə  olunur,  həmçinin  səhmlərin  məcburi  geri 

alınması mexanizmi geniş tətbiq olunur.

Müəyyən  edilmiş  qaydada  səsvermə  haqqında 

razılaşma  zənnimcə,  hazırkı  Azərbaycan  hüququnda 

istifadə oluna bilər. Bu növ razılaşmanın mahiyyəti on-

dan ibarətdir ki, bir necə səhmdar ümumi yığıncaqda 

(müəyyən  edilmiş)  razılaşdırılmış  qaydada  səsvermə 

öhdəliyi götürür. Lakin bu razılaşmanın pozulmasının 

nəticələri sual doğurur. Belə ki, qanunda razılaşmanın 

pozulması  səbəbindən  ümumi  yığıncağın  qərarının 

ləğv edilməsi nəzərdə tutulmayıb. 

Dəymiş  zərərlərin  yaranmasının  səbəblərini  və 

ölçülərini,  həmçinin  müqavilənin  şərtlərinə  riayət 

edilməməsi  və  nəticədə  yaranmış  zərərlər  arasındakı 

səbəbiyyət  əlaqəsini  sübut  etmək  çətin  olacaq. 

Müqavilədə  yüksək  cərimənin  müəyyən  edilməsi 

də  problemi  həll  etmir,  belə  ki,  Mülki  Məcəllənin  467 

maddəsi  məhkəmələrə  dəbbə  pulunun  (cərimənin) 

azaldılma hüququnu verir.

Bu  səbəbləri  nəzərə  alaraq,  daha  uğurlu  alternativ 

bank zəmanəti ola bilər. Bu halda ödəniş səbəbləri kimi 

razılaşmada  müəyyən  edilmiş  öhdəliklərin  pozulması 

haqqında  sənədlərin  təqdim  edilməsi  mümkündür. 

Bank  zəmanətinin  istifadə  mümkünlüyü  və  stabil-

liyi  onun  müstəqilliyidir,  yəni  bank  qarantiyası  əsas 

öhdəliyin taleyindən asılı deyil. 

Artıq  qeyd  edildiyi  kimi,  Azərbaycan  hüququnun 

sadalanan  məhdudiyyətlərindən  qaçmaq  üçün  xa-

rici  hüququn  tətbiqi  alternativ  kimi  qəbul  edilə  bilər. 

Lakin  bu  məsələyə  birmənalı  yanaşmaq  çətindir.  Belə 

ki,  yerli  şirkət  Azərbaycan  hüququnun  subyekti  kimi 

çıxış edir və onun hüquq statusu ilə əlaqəli məsələlər 

Azərbaycan  hüququ  ilə  tənzimlənir.  Güman  edilir  ki, 

yerli  cəmiyyətin  statusunu  tənzimləyən  səhmdarlar 

müqaviləsinə  xarici  hüququn  tətbiq  edilməsi  onun 

etibarsızlığına səbəb ola bilər.

Fərz edilir ki, mübahisə yarandığı halda, məhkəmə 

Mülki  Məcəllənin  98.7  maddəsinə  istinad  edərək 

səhmdar  razılaşmanın  qanunvericiliyə  zidd  olan 

şərtlərini  etibarsız  hesab  edə  bilər.  Lakin  ilk  növbədə 

cəmiyyətin  iştirakçısı  kimi  səhmdarın  hüquqları 

(səhmdar-cəmiyyət əlaqəli münasibətlər) və səhmlərin 

mülkiyyətçisi  kimi  (hüquqi-əmlak,  öhdəlik  hüququ 

münasibətləri), səlahiyyətlərini fərqləndirmək lazımdır. 

Belə  ki,  hüquqi  şəxsin  orqanlarının  fəaliyyəti  onun 

hüquqi  vəziyyətinin  (statusunun)  elementidir,  an-

caq  cəmiyyətin  iştirakçılarına  məxsus  olan  səhmlər 

üzərində  sərəncam  hüququnu  cəmiyyətin  (hüquqi 

şəxsin)  statusu  ilə  əlaqələndirmək  düzgün  olmaz.  Bu 

məsələyə  müqavilə  azadlığı  prinsipi  prizmasından 

yanaşmaq lazımdır.

Sonda  qeyd  etmək  lazımdır  ki,  müqavilə  azadlığı 

mülki hüququn vacib prinsiplərindən biridir, bu prin-

sip qanunvericilikdə nəzərdə tutulmayan müqavilələrin 

bağlanmasına  imkan  yaradır.  Azərbaycan  hüququn-

da  səhmdar  müqaviləsinin  bağlanmasına  heç  bir 

qadağa  yoxdur  və  səhmdar  cəmiyyətlərdə  bir 

çox  münasibətlərin  iştirakçılar  arasında  müxtəlif 

razılaşmalarla  tənzimləndiyini  nəzərə  alaraq,  belə  bir 

qadağanın  olması  məntiqli  sayılmazdı.  Mülki  Məcəllə 

və  cəmiyyətin  təsis  sənədlərinin  səhmdarların  hüquq 

və  vəzifələrini  nizamlayan  alətlər  olmasına  baxma-

yaraq,  qanunda  nizamnamə  səhmdarların  hüquq  və 

vəzifələrini  nizamlayan  yeganə  vasitə  olmalı  deyil. 

Bu  səbəbdən  səhmdar  razılaşmasının  qanunverilici-

yin  məcburi  tələblərinə  zidd  olmasını  iddia  etmək 

əsassızdır.

İstənilən şəxs ona məxsus olan mülki hüquqları öz 

iradəsinə və maraqlarına uyğun istifadə edir. Subyek-

tiv  hüquqları  razılaşma  ilə  müəyyən  edilmiş  formada 

istifadə etmək öhdəlikləri məhz hüquqdan öz iradəsinə 

və maraqlarına uyğun istifadə etmənin nümunəsidir.

Aydındır  ki,  qanunla  müəyyən  edilmiş  hüquqlar 

səhmdar  razılaşma  ilə  ləğv  edilmir,  tərəflər  yalnız 

müqavilə  azadlığı  prinsipi  və  tərəflərin  bərabərlik 

prinsipindən  irəli  gələrək  öz  hüquqlarını  müəyyən 

şərtlərlə  məhdudlaşdırırlar.  Razılaşmanın  pozulması 

nəticəsində şərtləri pozan şəxsə qarşı yalnız müqavilə-

hüquqi məsuliyyət tətbiq edilə bilər.

Qanun  tərəfindən  qoyulan  tələblərlə  yanaşı,  əlavə 

şərtlərin müəyyən edilməsi səbəbindən (hansılar ki qa-

nunun  tələblərini  tərəflər  üçün  dəyişə  bilər)  səhmdar 

razılaşmanın  etibarsız  hesab  edilməsi  ədalətli  görün-

mür.  Zənnimcə,  əgər  öhdəlik  (səhmdar  razılaşması 

çərçivəsində)  onun  icrası  zamanı  heç  bir  qanun  po-

zuntusu ilə nəticələnmirsə, onu etibarsız  hesab etmək 

üçün əsas yoxdur. Ümid edirəm ki, bizim hüquq yaxın 

gələcəkdə  bu  xeyirli  institutdan  istifadə  imkanlarını 

genişləndirəcək.




Yüklə 5,19 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə