Baku Law Journal indd



Yüklə 5,19 Mb.
Pdf görüntüsü
səhifə13/18
tarix01.09.2018
ölçüsü5,19 Mb.
#66697
1   ...   10   11   12   13   14   15   16   17   18

20

Bakы 


HUQUQ

 

Jurnalы



ehtiyacı  olanlar  sırasında  mobil  operatorlar  və  digər 

şirkətlər də var.



Иstehlakчыlarыn hцquqlarы vя Mяrkяzi 

Bankыn sяlahiyyяtlяrini aшmasы

MM  kredit  müqaviləsinin  bütün  əhəmiyyətli 

şərtlərini,  tərəflərin  hüquq  və  vəzifələrini  ətraflı 

tənzimləmir.  Bu  boşluğu  müəyyən  mənada  “Bank 

olmayan  kredit  təşkilatları  haqqında”  Azərbaycan 

Respublikasının Qanunu və Mərkəzi Bankının norma-

tiv xarakterli aktları doldurur. Lakin birinci qanundur-

sa,  Mərkəzi  Bankın  normativ  xarakterli  aktları  qanun 

deyil, hüquqi qüvvəsinə görə onlar, hətta mərkəzi icra 

hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi 

aktlardan aşağıdır (“Normativ hüquqi aktlar haqqında” 

Azərbaycan Respublikasının Konstitusiya Qanununun 

4.4-cü maddəsi).

Ümumiyyətlə,  Mərkəzi  Bankın  mülki  hüquq 

normaları müəyyən etmək səlahiyyəti yoxdur. Mərkəzi 

Bank  bank  nəzarətini  kredit  təşkilatları  üzərində 

həyata keçirir və yalnız onlar üçün prudensial norma-

lar müəyyən edə bilər. Onun kredit təşkilatlarının cari 

fəaliyyətinə,  o  cümlədən  müştərilərlə  bağladığı  kredit 

müqavilələrinə  qarışmağa  və  beləliklə,  digər  fiziki  və 

hüquqi şəxslər üçün hüquq normaları müəyyən etməyə 

səlahiyyəti yoxdur. Bank qanunvericiliyi publik hüquq 

sahəsi,  mülki  qanunvericilik  isə  özəl  hüquq  sahəsidir. 

Bunları qarışdırmaq olmaz

2

.

Hazırda isə biz bunun əksini görürük. Mərkəzi Bank 



hətta  kredit  bazarının  istehlakçılarının  da  hüquqlarını 

müdafiə  etmək  baxımdan  hüquq  normaları  müəyyən 

edib.  Bu  normalara  doğrudan  da  ehtiyac  var,  çünki 

daha güclü tərəf olan kredit təşkilatları istehlakçıların 

hüquqlarını ciddi şəkildə pozurlar. Amma həmin nor-

malar  qanunla  müəyyən  edilməlidir.  Mərkəzi  Bank 

özü də bankdır, bank sisteminin tərkib hissəsidir, buna 

görə də özü-özü üçün qaydalar müəyyən edə bilməz. 

Bu  kontekstdə  həm  MM-də  kredit  müqaviləsinin 

tənzimlənməsinin  genişləndirilməsi,  həm  də  kredit 

bazarının  istehlakçılarının  müdafiəsinə  yönələn 

müddəaların  aidiyyatı  qanunda  təsbiti  olduqca  vacib-

dir.

Иslam bankчыlыьыnыn qanuni mцmkцnlцyц 

vя faktiki qeyri-mцmkцnlцyц

İstehlakçıların hüquqlarının qorunması baxımından 

İslam bankçılığı sahəsində də qanunvericiliyin inkişafı 

zəruridir.  İslam  bankçılığı  prinsiplərinə  (əsas  prinsip 

kreditin  faizsiz  olmasıdır)  söykənən  kreditləşdirmə 

Qərb  ölkələrində  olduğu  təqdirdə  bizdə  yoxdur.  Ona 

görə yox ki, tələbat yoxdur. Ona görə ki, adekvat qanun-

vericilik bazası mövcud deyil.

Əlbəttə,  qanunla  qadağan  edilməyən  hər 

hansı  fəaliyyəti  həyata  keçirmək  olar.  Lakin  digər 

tərəfdən,  bank  fəaliyyətinin  böyük  əhəmiyyəti  və 

lisenziyalaşdırılan fəaliyyət növü olması mülki hüquq 

normaları ilə yanaşı, bank qanunvericiliyi müstəvisində 

də tənzimləmə tələb edir. Buna görə də həm MM-də, həm 

də  “Banklar  haqqında”  Azərbaycan  Respublikasının 

Qanununda  müvafiq  müddəalar  olmalıdır.  Müqayisə 

üçün qeyd edək ki, Qazaxıstan və Qırğızıstan artıq bu 

addımı atıblar.

Beləliklə,  Azərbaycanda  geniş  tətbiq  edilən  kredit 

müqaviləsi  üzrə  qanunvericilik  problemləri  az  deyil 

və  bu  problemlər  olduqca  ciddidir.  İlk  növbədə  MM-

nin  kredit  müqaviləsinə  dair  mövcud  müddəaları 

təkmilləşdirilməlidir. 

Əks 


halda, 

məhkəmələr 

onları  təfsir  edərkən  AMQ-yə  müraciət  etməyə 

məhkumdurlar.  Daha  sonra,  bank  qanunvericiliyi,  o 

cümlədən  Mərkəzi  Bankın  normativ  xarakterli  aktları 

xeyli təkmilləşdirilməlidir.

Yeri gəlmişkən, kredit fəaliyyəti sahəsində Mərkəzi Bankın normativ xarakterli aktlarında bilavasitə Mərkəzi Bankın səlahiyyətinə aid olan məsələlərin özü 



sistemsiz, qüsurlu və bəsit şəkildə tənzimlənmişdir. Məsələn, hətta “bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu”, “aidiyyəti şəxslər” və kredit 

fəaliyyətinin normal şəkildə həyata keçirilməsi üçün zəruri olan digər adi anlayışlar belə amorf və anlaşılmaz şəkildə təsbit edilmişdir. “Banklarda kreditlərin 

verilməsi Qaydaları” isə ümumiyyətlə Mərkəzi Bankın ən zəif normativ xarakterli aktıdır.



21

  

  №1  |  ИЙУН 



2012


İnkişaf edən dunya iqtisadiyyatı, maliyyə resusrslarının 

daha  effektiv  istifadə  edilməsi  zərurəti  yeni  maliyyə 

alətlərinin  yaranması  və  tətbiq  edilməsini  gündəmə 

gətirmişdi.  Bu  baxımdan  biznesin  nisbətən  yeni  forması 

sayılan lizinq daha münasib şərtləri ilə sahibkarlığın sürətli 

inkişafına təkan vermiş oldu.

Lizinq üçün vahid beynəlxalq anlayış yoxdur.  Bu da 

ilk  novbədə  lizinq  münasibətlərinin  çoxşaxəliyindən, 

məsələyə  müxtəlif  ölkələrin  qanunvericiliyinin  və  vergi 

sisteminin fərqli yanaşmalarından irəli gəlir. İAS-17 – liz-

inq  üçün  beynəlxalq  mühasibat  standartlarında  lizinqə 

belə  anlayış  verilir:  “Əmlakdan  istifadə  hüququnu 

razılaşdırılmış  müddətə  ödəniş  və  ya  dövri  ödənişlər 

əvəzində lizinq verənin lizinq alana verməsini nəzərdə tu-

tan razılaşma”. Avropa Lizinq Şirkətləri Assosiasiyalarının 

Federasiyası  –  Leaseurope  isə  lizinqi  belə  təqdim  edir  – 

“Lizinq  –  icarəyə  verən  tərəfindən  mülkiyyət  hüququnu 

özündə  saxlamaq  şərtilə,  zavodların,  sənaye  mallarının, 

avadanlıqların,  daşınmaz  əmlakın  icarəçiyə  istehsalat 

məqsədilə  istifadəsinə  verilməsini  nəzərdə  tutan  icarə 

müqaviləsidir.”  Zənnimcə,  lizinqə  ən  sadə  və  dolğun 

anlayış  29  noyabr  1994-cü  il  tarixdə  qəbul  olunmuş  və 

09  avqust  2003-cü  il  tarixdə  qüvvədən  düşmüş  “Lizinq 

xidməti  haqqında”  Azərbaycan  Respublikasının  Qanu-

nunda verilmişdi – “lizinq – istehlakçının sifarişi əsasında 

əmlakı satın almaqla onu istehlakçıya orta və uzun müddətə 

icarəyə vermək məqsədilə həyata keçirilən xidmət növü”.

“Lizinq”  termini  (ingilis  dilindən  “lease”  –  kirayə, 

icarə,  əmlakın  müvəqqəti  istifadəyə  verilməsi  və  ya 

götürülməsi) iqtisadi leksikona ilk dəfə 1877-ci ildə  “Bell” 

telefon  kompaniyasının  öz  telefonlarını  müştərilərinə 

icarəyə verməsi haqqında qərar qəbul etdiyi andan daxil 

edilmişdir.  Lakin  lizinqi  əsas  sahibkarlıq  fəaliyyəti  kimi 

həyata  keçirən  ilk  şirkət  1952-ci  ildə  San-Fransiskoda 

yaradılan “United States Leasing Corporation” olmuşdur.

Vaxt keçdikcə bu biznes inkişaf edir və artıq 80-ci illərdə 

ABŞ-da digər sahələrlə yanaşı, aviasiya texnikasının lizin-

qi də geniş yayılmağa başlayır. Avropada bu biznesin ilk 

rəsmi “nümayəndə”ləri 1960-cı ildə İngiltərədə qeydiyyata 

alınmış  “Mercantile  Leasing  Corporation”və  1962-ci  ildə 

Düsseldorfda yaradılmış “Deutsche lising GMbH” şirkətləri 

olmuşdur.Vaxt  keçdikcə  lizinq  şirkətləri  “maliyyə-lizinq 

cəmiyyətləri” adlanmağa başladı; onlar artıq istehsalçılara 

öz  mallarının  realizasiyası  üçün  yeni  yollar  tapmaqda 

komək  edir,  həmçinin  əqdlər  və  onlarla  bağlı  riskləri 

maliyyələşdirirdilər.  Hal-hazırda  dünya  li zinq  bazarının 

əsas  hissəsi  ABŞ-Qərbi  Avropa-Yaponiya  “üçbucağında” 

cəmlənmişdir. Qərbi Avropada lizinqlə, əsasən, bankların 

törəmə cəmiyyətləri olan ixtisaslaşdırılmış lizinq şirkətləri 

məşğul olur.

SSRİ-də  lizinq  tam  olmasa  da,  müəyyən  çərçivələrdə 

istifadə olunurdu. Buna SSRİ Dəniz Donanması Nazirliyi 

tərəfindən  gəmilərin  ekipajsız  icarəsini  misal  göstərmək 

olar.  Bu  sahədə  ilk  qanunvericilik  aktı  kimi  16  fevral  

1990-cı  il  tarıxli  “SSRİ  və  ittifaq  respublikalarının  icarə 

haqqında qanunvericiliyinin əsasları”nı və lizinqin müha-

sibat  uçotunda  əks  olunması  qaydalarını  özündə  ehtiva 

edən SSRİ Dövlət Bankının 16 fevral 1990-cı il tarixli 270 

nömrəli  “Mühasibat  uçotu  hesablarının  planı  haqqında” 

məktubunu misal göstərmək olar.

1972-ci ildə Avropa Lizinq Şirkətləri Assosiasiyalarının 

Federasiyası  –  Leaseurope  yaradıldı.  2006-cı  ildən  isə  bu 

təşkilat  Avropada  həm  lizinq,  həm  də  avtomobil  nəq-

liyyatının icarəsi industriyasını özündə birləşdirmişdir. Hal-

hazırda Leaseurope-nin 33 ölkədən olan 45 üzvü vardır.

Lizinqin forma vя nюvlяri 

Lizinqin  operativ  və  maliyyə  lizinqi  növləri  fərqlən-

dirilir.

Operativ  lizinq  əmlakın  onun  istismar  müddətindən 

daha az müddətə bir neçə dəfəyədək lizinqə verilməsini 

nəzərdə tutur. Bu tip lizinq müqaviləsi qısamüddətli (3-5 

ilədək)  olması  və  icarə  vaxtı  əmlakın  tam  amortizasiya 

olunmaması  ilə  xarakterizə  olunur.  Müddətin  sonunda 

əmlak yeni lizinq müqaviləsinin  obyekti olur və ya icarəyə 

verənə (lizinq verənə) qaytarılır. Operativ lizinqə, əsasən 

tikinti texnikaları (məsələn: ekskavator, qaldırıcı kranlar), 

nəqliyyat vasitələri və s. verilir. 

Maliyyə  lizinqi  müqavilənin  daha  uzun  müddətliliyi 

(adətən 5 ildən 10 ilədək) və lizinq obyektinin tam və ya 

böyük  hissəsinin  amortizasiyası  ilə  xarakterizə  olunur. 

Maliyyə  lizinqi  müqaviləsinin  müddəti  bitdikdə,  lizinq 

alan  lizinq  obyektini  qaytara,  müqaviləni  uzada  və  ya 

yenisini  bağlaya,  həmçinin  lizinq  obyektini  qalıq  dəyəri 



Tural Piriyev

Kapital Bank ASC-nin

Hцquq Departamentinin direktoru

Lizinq: anlayышы, tarixi 

vя inkiшaf yollarы

“Zənginlik heç də əmlaka mülkiyyət 

huququ ilə sahiblik yox, ondan istifadədir”

Aristotel “Ritorika”

22

Bakы 



HUQUQ

 

Jurnalы




Yüklə 5,19 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə