Baku Law Journal indd



Yüklə 5,19 Mb.
Pdf görüntüsü
səhifə15/18
tarix01.09.2018
ölçüsü5,19 Mb.
#66697
1   ...   10   11   12   13   14   15   16   17   18

24

keçirməsi üçün yetərli maliyyə vəsaiti olmur. Belə olan hal-

larda lizinq verən bir və ya bir neçə kreditordan əlavə vəsait 

(icarəyə verilən əmlakın dəyərinin 80%-dək məbləğdə) cəlb 

edərək lizinq obyektini əldə edir və onu icarəyə verir. Bu 

zaman icarə obyekti və lizinq ödənişləri ssudanın təminatı 

kimi çıxış edir. Bu hal Azərbaycan Respublikasının Mülki 

Məcəlləsində  (m.  748-4.2)  aşağıdakı  formada  öz  əksini 

tapmışdır:

“Lizinq verən pul vəsaitinin cəlb edilməsi məqsədi ilə 

girov kimi lizinq müqaviləsinin şərtləri üzrə alınacaq lizin-

qin obyektini istifadə edə bilər”.



Azяrbaycanda lizinq

Azərbaycanda ilk lizinq şirkəti 1993-cü ildə yara dıl-

mışdır.  Hal-hazırda  bu  şirkətlərin  sayı  20-dən  artıqdır. 

Respublikada lizinqlə həm ixtisaslaşdırılmış və məhz bu 

məqsədlər  üçün  yaradılmış  xüsusi  lizinq  şirkətləri,  həm 

də  banklar  qanunvericiliyin  onlara  verdiyi  səlahiyyətlər 

çərçivəsində məşğul olurlar. 2004-cü ildə Azərbaycan Li-

zinq Şirkətləri Assosiasiyası yaradılmışdır.  Assosiasiyanın 

əsas  məqsədi  lizinq  bazarı  iştirakçılarının  maraqlarının 

müdafiəsidir. Qurum, həmçinin lizinq verənlər üçün daha 

münbit  şəraitin  yaradılması  məqsədilə  onlarla  dövlət 

qurumları  arasında  vasitəçi  rolunu  oynayır.  Son  dövrlər 

Assosiasiya  bu  sektorun  daha  da  təkmilləşdirilməsi 

məqsədilə müxtəlifyönlü təkliflər paketi (vergi, qanunveri-

cilik  və  s.)  hazırlayaraq  dövlət  orqanları  qarşısında  çıxış 

edir.


Lizinq  haqqında  ilk  qanunvericilik  aktı  29  noyabr 

1994-cü  il  tarixli  “Lizinq  xidməti  haqqında” Azərbaycan 

Respublikasının  Qanunu  olmuşdur.  Bu  qanun  MDB 

məkanında  lizinq  sahəsində  ilk  normativ  hüquqi  akt 

olmuşdur.  Maliyyələşdirmənin  yeni  növü  və  bazar 

üçün  yad  olmasına  baxmayaraq,  bu  sənədin  qəbulu 

mütərəqqi  hal  sayılmalıdır.  Qanun  5  fəsil,  16  maddədən 

ibarət  olmaqla,  özündə  bu  sahənin  tənzimlənməsi  üçün 

lazım  olan  minimum  əsas  tələbləri,  o  cümlədən  lizinq 

xidmətinin formalarını, lizinq müqaviləsinin məzmununu 

və  xitamı  qaydalarını,  lizinq  müqaviləsi  subyektlərinin 

hüquq  və  vəzifələrini  əks  etdirmişdi.  2000-ci  ildə 

Azərbaycan  Respublikasının  yeni  Mülki  Məcəlləsinin 

qəbulu  və  bu  məcəllədə  lizinqə  xüsusi  fəsil  ayrılması 

iləbu  maliyyələşdirmə  növünün  hüquqi  tənziminə  əlavə 

nəfəs  verildi.  2003-cü  ildə  “Lizinq  xidməti  haqqında” 

Azərbaycan Respublikasının Qanunu qüvvədən düşmüş 

hesab olundu və ölkədə bu növü tənzimləyən yeganə nor-

mativ hüquqi akt Mülki Məcəllə oldu. 17 iyun 2003-cü il 

tarixli qanunla məcəllənin lizinqə aid 38-ci fəslinə bir çox 

əlavə və dəyişikliklər olundu.

Məcəllə, lizinq müqaviləsinə bu anlayış verilir: “Lizinq 

müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə 

ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və 

digər  şərtlərlə  (lizinq  alana  əmlakı  satın  almaq  hüququ-

nun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə 

verməyə  borcludur.  Lizinq  alan  müəyyənləşdirilmiş 

dövriliklə  muzd  ödəməyə  borcludur.”  Bununla  yanaşı, 

məcəllə lizinq verəni müqavilədə nəzərdə tutulan əmlakı 

hazırlamaq və ya əldə etmək öhdəliyi ilə yüklü edir. Qa-

nun  lizinq  müqaviləsi  üçün  yazılı  formanı  mütləq  edib. 

Məcəllənin  748-ci  maddəsinə  görə  lizinq  müqaviləsində 

tərəflərin  müəyyən  etdiyi  digər  şərtlərdən  başqa, 

aşağıdakılar mütləq göstərilməlidir:

- Lizinq müqaviləsinin adında lizinqin forması;

- Lizinq obyektinin dəqiq təsviri;

- Lizinq obyekti üzrə verilən hüquqların həcmi;

- Lizinq obyektinin verilmə yeri və qaydası;

- Lizinq müqaviləsinin müddəti;

- Lizinq obyektinin balans uçotunun qaydası;

- Lizinq obyektinin saxlanması və təmiri qaydası;

- Lizinq müqaviləsi əsasında lizinq verənin göstə rə cə  yi 

əlavə xidmətlərin siyahısı;

- Lizinq ödənişinin ümumi məbləği və lizinq verənin 

mükafatının məbləği;

- Hesablaşma qaydasını əks etdirən lizinq ödə niş lərinin 

qrafiki. Lizinq müqaviləsi vaxtından əvvəl icra edildikdə 

lizinq ödənişlərinin hesablanması qaydası;

-  Əgər  müqavilə  ilə  ayrı  hal  nəzərdə  tutulmayıbsa, 

tərəflərin  lizinq  obyektini  lizinq  müqaviləsi  ilə  bağlı 

risklərdən sığorta etməsi vəzifələri.

Qanunverici,  həmçinin  lizinq  müqaviləsində  tərəflərə 

öhdəliklərinin  mübahisəsiz  və  aşkar  pozuntular  sayılan 

və  lizinq  müqaviləsinin  ləğvinə  səbəb  olan  halları 

müəyyənləşdirməyi,  tərəflər  arasında  hesablaşma  və  li-

zinq obyektinin geri götürülməsi proseduru hökmən qeyd 

etməyi göstərir.

Maliyyələşdirmənin nisbətən yeni növü olmasına bax-

mayaraq,  lizinq  istehsalın,  yerli  industriyanın  dirçəlməsi 

üçün ən sərfəli vasitə sayıla bilər. Bank kreditindən fərqli 

olaraq, bu münasibətlərdə lizinq verən əlavə təminat tələb 

etmir. Müqaviləpredmeti özü lizinq verənin mülkiyyətində 

qalmaqla, girov rolunu oynayır. Azərbaycan Respublikası 

Vergi  Məcəlləsininin  13.2.14-cü  maddəsinə  görə 

maliyyə  lizinqi  əməliyyatı  maliyyə  xidməti  sayılır  və 

elə  həmin  məcəllənin  164-cü  maddəsinə  əsasən  maliyyə 

xidmətlərinin  göstərilməsi  ƏDV-dən  azad  edilmişdir. 

Lakin lizinq məqsədləri üçün idxal olunan malın ƏDV-yə 

cəlb  olunması  bu  halda  lizinq  obyektinin  maya  dəyərini 

artırmış  olur  (məsələn:  idxal  zamanı  hesablanmış  əlavə 

18%, maliyyə li zinqi xidməti ƏDV-dən azad olunduğuna 

görə əvəzləşdirilə bilmir və malın maya dəyərinin üstünə 

gəlir) və bu da öz növbəsində lizinq ödənişlərinin artmasına 

gətirib çıxardır.

Lizinqin digər üstünlüklərinə aşağıdakıları aid etmək 

olar:


Lizinq alan üçün malın istehsalçısının və tədarükçünün 

tapılması,  malın  idxal  edilməsi,  bütün  gömrük  və  vergi 

rüsumlarının ödənilməsi ilə tam xidmətin göstərilməsi;

Lizinq  ödənişləri  üçün  bank  krediti  ödənişlərindən 

fərqli  olaraq  daha  sərbəst  və  “üzən”  qrafikin  tətbiq 

edilməsi.

Bundan  əlavə,  lizinq  fəaliyyətinin  lisenziyalaşdırılan 

fəaliyyət növü olmaması da əlavə üstünlük hesab oluna 

bilər.

Bakы 


HUQUQ

 

Jurnalы




Yüklə 5,19 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə