Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

PANİKA POZUNTUSU
112
– Neqativ fikir üçün bir sübutun olub-olmadığını araşdırmaq, 
– Bir qənaətə qəlməzdən əvvəl ehtimalları nəzərdən keçirmək, 
– Başqalarının fikrini öyrənmək. 
Siz məktəbə gedərkən yolda bir panika tutması keçirəcəyiniz-
dən əmin ola bilərsiniz və bu səbəblə ola bilər ki, o yoldan keçmək 
istəməyəsiniz. Bu mərhələləri sizin vəziyyətinizə tətbiq edək: 
Məktəbə getdiyiniz yolda panika tutması olacağınıza dair fikri sü-
but edən nədir? (hansı sübuta əsasən siz fikirləşirsiniz ki, məktəbə 
getdiyiniz yolda panika tutması keçirəcəksiniz)
Bu düşüncə doğrudurmu? 
Bu düşüncəniz sizin qorxmağınızla əlaqədar ola bilərmi? 
Beyniniz sizinlə bir oyun oynamış ola bilərmi? 
Bəzi ekoloji faktorların rolu ola bilərmi? 
O yoldan dəfələrlə keçdiniz, lakin hər keçəndə panika tutması baş 
vermədi. Bunu ağlınıza gətirin. Bu vəziyyət barədə həyat yoldaşınıza 
və ya bir dostunuza danışdınızmı? 
Hər hansı bir əlamətin bilavasitə panika tutması ilə əlaqədar 
olub-olmadığına dair digər ehtimalları da nəzərdən keçirin. Məsələn, 
tərlədiyinizdə və ya hərarətinizin artdığını hiss etdiyinizdə otaq isti 
idimi, məşq etmişdinizmi, virus mənşəli bir xəstəliyiniz vardımı, buna 
bənzər ehtimallar. 
Bir hadisə və ya vəziyyət haqqında bir nəticə və ya qənaətə gəlməz-
dən əvvəl o mövzuda məlumatlı olan bir ailə üzvünüzün, dostunuzun 
və ya həmkarınızın fikrini öyrənmək yaxşı olar. Bəlkə onlar məsələyə 
fərqli bir nöqtədən baxıb fərqli bir fikir yürüdəcəklər.
Neqativ fikirləri müsbət fikirlərlə əvəz etmək 
– Bu gün toxunacağımız üçüncü mövzu mənfi fıkırlərin pozitiv fi-
kirlərlə necə əvəz edilməsi ilə bağlıdır. Neqativ düşünmə forması vər-
diş halına keçə biləcəyinə görə onu qısa bir müddətdə dəyişdirmək 
asan deyil. Burada başlanğıc addım kimi bunu edə bilərik: Barış bəy, 
vahimə yaradan mənfi fikirlərin yerinə özünüzə müsbət və cəsarətve-
rici şeylər kimi nə söyləyə bilərsiniz? “
– Mən bunun öhdəsindən gələ bilərəm, özümü yaxşı hiss edirəm 


113
və ya fikirlərimə nəzarət edə bilərəm, bunlara bənzər cümlələr ola 
bilər. 
– Yaxşı. Siz bu və ona bənzər şeylər dedikcə sanki beyninizi yeni 
düşüncələrlə, müsbət fikirlərlə proqramlaşdırırsınız. Bu mərhələdə 
ruhlandırıcı cümlələr əhəmiyyət daşıyır. Bunlar müsbət fikirlər və 
şərhlərdir. Belə ruhlandırıcı cümlələri müxtəlif şəkillərdə bütün günü 
özünüzə deyə bilərsiniz. İstifadə olunan ən məşhur ruhlandırıcı cüm-
lə budur: “Hər mənada gündən–günə daha da yaxşılaşıram”. Belə sadə 
ruhlandırıcı cümləni təkrarladıqca həm fiziki, həm psixi cəhətdən 
özünüzü daha yaxşı hiss edəcəksiniz. Bəzi müsbət cümlə nümunələri: 
“Özümü yaxşı hiss edirəm”. 
“Daha da yaxşı olmaq üçün kifayət qədər gücüm var”. 
“Özümü güclü və pozitiv hiss edirəm”.
“Özümü sevirəm”.
“Fikir və davranışlarım mənim nəzarətim altındadır”. 
Bu cür müsbət fikirlərin sizdə yaratığı təsirə həmişəlik olmalıdır. 
Bunun üçün isə onları tez-tez təkrarlamaq lazımdır. 
Bu mərhələ ilə evdə belə bir şey edə bilərsiniz: 
– Sonuncu dəfə nə vaxt narahat olmusunuz, o anı fikirləşin və o 
zamankı neqativ fikirlərinizi xatırlamağa çalışın. Yadınıza düşən mənfi 
düşüncələri yazın. 
– Bu düşüncələrlə mübarizə aparmaq üçün özünüzə nə deyə bilə-
cəyinizi araşdırın. Neqativ fikirlərlə bağlı bir sübutunuzun olub-olma-
dığına baxın. 
– Neqativ fikirlərin gücünün və mənfi təsirinin azalıb-azalmadığı-
nı yoxlayın. 
– İndi diqqətinizi müsbət düşüncə nümunələrinə yönəldin. Özü-
nüzə hansı müsbət və cəsarətverici cümlələr deyərdiniz? Bunları da 
müəyyənləşdirib qeyd edin. 
Barış bəy, burada izah etdiklərim ümumi bir yanaşmadır. Siz pani-
ka tutmasının qarşısını almaq üçün də bu yoldan istifadə edə bilərsi-
niz. Özünüz haqqında bu kimi cümlələr qura bilərsiniz: 
“Nəfəs alıb-verməyim tezləşib və ürəyim sürətlə döyünür, lakin 
nəhayətdə qaydasına düşəcək”. 
NEQATİV FİKİRLƏŞMƏ TƏRZİNİZİ DƏYİŞDİRİN


PANİKA POZUNTUSU
114
“Başımın gicəlləndiyini və bir narahatlığın olduğunu bilirəm. Bun-
lar qanımda adrenalinin miqdarının yüksək olması ilə əlaqədardır, ya-
vaş-yavaş keçəcək”.
Həkim danışığına bir az fasilə verəndə Zeynəb xanım dedi: 
– Barış bəy məntiqi düşünən və başqalarına məsləhət verən bir 
adamdır. Amma özünə gəlincə bunu edə bilmir.
Həkim üzünü Zeynəb xanıma tutub: 
– Bir çox adamlar bildikləri şeyin tətbiqi məsələsinə gələndə çə-
tinlik çəkərlər. Bir var hər hansı hadisənin içində olasan, bir də var o 
hadisəni kənardan müşahidə edəsən, bunlar fərqli şeylərdir. Ola bilər 
ki, Barış bəy də belə fikirləşir. Belə halda da Barış bəyin edə biləcəyi 
şeylər var.
Həkim üzünü Barış bəyə tutub dedi: 
– Sizinlə oxşar vəziyyətdə olan və bu məsələdə sizdən kömək 
istəyən bir adama nə deyə bilərsiniz? Bu fikirlər sizin vəziyyətinizdə 
sizə yol göstərə bilər. Bir başqa variant, etibar etdiyiniz və fərqli bir 
dünyagörüşü olan bir tanışınızla söhbət etməkdir. Fikirlərinizi birlik-
də müzakirə edərkən o, neqativ fikirlərinizi sizə göstərəcək, məsələyə 
fərqli bir nöqtədən baxmağınıza kömək edəcək. Tək olanda da buna 
bənzər bir üsulu tətbiq edə bilərsiniz: Fərqli mövqeyi olan və etibar 
etdiyiniz bir adam təsəvvür edin. Sizin yerinizdə o adam olsaydı, 
görəsən bu vəziyyətə necə qiymət verərdi? Hansı müsbət və cəsarət-
verici fikirlər irəli sürərdi? Bu cür məşqlər sayəsində tədricən sizdə 
hadisələrə fərqli gözdən baxmaq vərdişi yarana bilər.
***
Barış bəy və Zeynəb xanım həkimin yanından çıxanda yüngüllük 
hiss edirdilər. Zeynəb xanım: 
Nə deyirsən, birlikdə çay içək? – deyə soruşdu. 
Barış bəy öz-özünə dedi: “Yəqin bir sözü var. Ümumiyyətlə, bir 
şey barədə danışmaq istəyəndə həmişə belə davranır. Evdə də danışa 
bilərdilər, amma eyib etməz”. 
– Yaxşı olar, – dedi. 
Oturanda Zeynəb xanım danışmağa başladı:
– Barış, əzizim, bilirsən, nə fikirləşirəm? Yaxşı ki, bu həkimə gəl-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə