«bazar münasiBƏTLƏRİNİn formalaşmasinda birjalarin rolu»


Texniki təhlilin üç aksiomu



Yüklə 0,77 Mb.
səhifə8/8
tarix11.04.2018
ölçüsü0,77 Mb.
1   2   3   4   5   6   7   8

Texniki təhlilin üç aksiomu

Qiymətlərin bazardakı hərəkəti bütün informasiyanı nəzərə alırlar


Bu aksioma əsasən əmtəənin qiymətinə təsir göstərən bütün informasiya, artıq qiymətin özündə və sövdələşmələrin həcmlərində nəzərə alınmışdır və artıq, qiymətin siyasi, iqtisadi və digər amillərin təsirindən asılılığını ayrıca öyrənməyə ehtiyac yoxdur. Qiymət/həcm dinamikasının öyrənilməsində diqqəti cəmləşdirmək və bazarın daha çox ehtimal olunan inkişafı haqqında informasiya əldə etmək kifayətdir.

Qiymətlərin hərəkəti tendensiyalara (meyllərə) tabedir


Qiymətlər sadəcə olaraq təsadüfi şəkildə dəyişmirlər, bu zaman onlar bir neçə trendlərə (meyllərə) əməl edirlət, yəni qiymətlərin zaman sıralarını intervallara bölmək olar ki, onlarda qiymətlərin müxtəlif istiqamətlərdə dəyişmələri üstünlük təşkil edirlər.

Tarixi məlumatlar əsasında təhlili zamanı qiymətlərin dəyişməsinin qrafik modelinin (fiqurunun) tətbiq olunması məqsədəuyğun olardı, çünki qiymətlərin dəyişməsi bazar kütləsinin dayanıqlı psixologiyasını əks etdirirlər – oxşar hallara iştirakçılar oxşar şəkildə münasibət göstərirlər.

Lakin hərəkətin də xarakteri də təkrar olunur. Məlumdur ki, qiymət bir çox hallarda nisbətən rəvan artır, aşağı düşmə isə sıçrayışlı baş verir (bu, «uzun mövqelərin» tədricən toplanması, sonradan isə onların kütləvi bağlanması nəticəsində baş verir).

Baxmayaraq ki, bir çox texniki analitiklər belə hesab edirlər ki, texnika onlara sövdələşmələrin digər iştirakçıları ilə müqayisədə daha çox üstünlüklər verir, lakin tədqiqatçıların heç də hamısı bu nöqteyi-nəzəri bölüşdürmürlər.

Təəssüflər olsun ki, tənqidin çox hissəsi, «keçmiş» və «gələcək» haqqında danışıqlara əsaslanırlar, bu da texniki təhlildə yoxdur, texniki təhlil, «mümkün ola bilən», oxşar hallarda keçmiş məlumatlara əsaslanaraq bu və ya digər istiqamətdə hərəkətin ehtimal olunma dərəcəsinə söykənir.

Texniki təhlilin tənqidçiləri arasında fundamental təhlilə əsaslanan çoxlu uğur qazanan investorlar vardır. Məsələn, Uorren Baffet belə deyir: «Mən başa düşdüm ki, texniki təhlil işləmir, çünki qiymətlərin qrafikini „baş-ayaq“ çevirəndə eyni nəticə aldım». Piter Linç daha kəskin qiymət vermişdir: «Qiymət qrafikləri çox gözəldirlər, ancaq keçmişi  qabaqcadan görmək üçün».

Bir çox sövdələşmə iştirakçılarının məqsədi – bazarın hərəkət etdiyi istiqaməti tanınmasından ibarətdir. George Lane (İngiltərə), texniki analitik, özünün qafiyəli ifadəsi ilə məşhurdur: ingiliscə «The trend is your friend («Trend – Sizin dostunuzdur!»). Trendin tanınması üçün məhz texniki təhlil alətləri lazımdır. Həm də trenddə baş verən dəyişikliklər dərk etmək üçün nəyə isə istinad etmək də faydalıdır. Texniki təhlil bunu həll eləməyə kömək edir, lakin dəqiq proqnozu da vermir.

Texniki thlilin ünvanına deyilən tənqid, məhz qiymətin hərəkətini proqnozlaşdırmaq cəhdlərinə istinad edir, baxmayaraq ki, texniki təhlilin əsas vəzifəsi – bazardakı cari məqamda baş verən vəziyyəti adekvat qiymətləndirməkdən ibarətdir və buna görə də texniki təhlilin işləməməsi haqqında fikirlər o qədər də əsaslandırılmış deyildir.

Bütün tənqidlərə baxmayaraq, texniki təhlil adətən, ticarət sövdələşmələrinin açılış/bağlanış nöqtəsinin seçilməsi üçün alət kimi tətbiq olunur.

Texniki təhlil və effektiv bazar fərziyyəsi


Bir çox mütəxəssislərin fikrincə, qiymətlərin əvvəlki tarixə əsaslanaraq qabaqcaqan bildirilməsi imkanı əhəmiyyətli qaydada «effektiv bazar» fərziyyəsinin ədalətliliyindən asılıdır. Bu fərziyyəyə əsasən qiymətlər daxil olan informasiyanı dərhal nəzərə alırlar. İndiyədək bu fərziyyənin əsaslandırılmış olması barədə, həm də keşmiş dövrlərin qiymətlərinin təsir imkanları (hətta onların effektivlik şəraitinə yaxın olmalarına baxmayaraq) bərədə mübahisələr davam etməkdədir. Məsələn, ehtimal nəzəriyyəsi və maliyyə riyaziyyatı üzrə məşhur mütəxəssis A.Şiryayevin fikrincə: «…maliyyə bazarının daxili (həddindən artıq mürəkkəb) strukturu, görünür ki, qiymətlərin özlərinin hərəkətini qabaqcadan görməyə bir az ümid verməklə yanaşı, heç olmazsa, onların gələcək hərəkətlərinin etibarlı sərhədlərinin mümkün quruluşuna təsir göstərir» [12].

Texniki təhlilin aktuallığı


İnternet-treydinqin (on-layn ticarətin) yaranmasınadək texniki təhlillə ancaq mütəxəssislərin çox dar bir dairəsi maraqlanırdı. Hazırda texniki təhlil üzrə dərsliklər və texniki təhlilin öyrənilməsi hər kəs üçün mümkündür.

Nəticədə sövdələşmələrin bir çox iştirakçısı qiymətlər qrafikinə əməl edirlər, bununla da əlavə tələb/təklif formalaşdırırlar ki, bunlar da texniki təhlilə uyğundurlar və indikatorlar tərəfindən «qabaqcadan xəbər verilən» tendensiyasının inkişafına şərait yaradırlar.


Texniki təhlilin metodikaları


Texniki təhlil üçün ilkin informasiya kimi sövdələşmələrin aşağıdakı statistik göstəricilərindən istifadə olunur:

  • Sövdələşmələrin aparıldığı qiymət.

  • Sövdələşmələrin həcmləri və alətlərin likvidliliyi.

  • Tələb və təklif göstəriciləri.

Bunların əsasında ya texniki indikatərları hesablayırlar, ya da ki, patternləri (nümunələri, oxşarlıqları) axtarırlar.

İnformasiyanın qiymətləndirilməsi


İnformasiyanın qiymətləndirilməsi üçün müxtəlif metodlardan istifadə olunur:

  1. Tendensiyanın müəyyən olunması, trend xətlərinin və müxtəlif kanalların qurulması.

  2. Dönmə və yaxud davam etdirmə modelinin (fiqurunun) müəyyən olunması.

  3. Bir sıra aşkar olmayan informasiyanı əyani olaraq göstərən müxtəlif cür indikatorlardan (ossilyatorlar - latınca «titrəyiş, tərpənmə») istifadə olunması. Ən sadə indikator kimi sürüşkən orta sayılır ki, bunun xətti, qiymətin keçmiş ölçülərinin seçilmiş sayı arasındakı orta ölçü kimi qurulur. Stochastic fast & slow, RSI, Momentum, MACD və digər bu kimi indikatorlar geniş yayılmışlar. İndikatorlar minimum bir dəyişən ölçüyə malik olurlar ki, buların ölçülərindən asılı olaraq nəticənin xarici görünüşü dəyişə bilər. İndikatorlar həm ayrıca, həm də kompleks şəklində istifadə poluna bilirlər.

Ticarət qərarları həm hesablanan, həm də ilkin informasiyanın əsasında qəbul oluna bilərlər. Adətən bu, bu və ya digər ticarət sisteminin  qaydaları dəstində formalaşdırılır.

Beynəlxalq səviyyədə texniki analitiklərin maraqları Beynəlxalq Texniki Təhlil Federasiyası (The International Federation of Technical Analysts, IFTA) tərəfindən təqdil olunmuşdur. Bu qeyri-kommersiya təşkilatı informasiya mübadiləsinin təşkil olunması məsələləri ilə, konfrans və görüşlərin keçirilməsi ilə məşğul olur, texniki analitiklərin yerli (lokal) cəmiyyətlərinin yaradılmasına dəstək verir, həmçinin texniki analitiklərin sertifikatlaşdırılmasını həyata keçirir.




NƏTİCƏ VƏ TƏKLİFLƏR
Birjalar təkcə ticarotin təşkili ilə deyil, həm də satışin iştirakçılarına informasiya, konsaltinq və digər xidmətlər göstərməklə məşğuldur. Birjaların təsnifatı birja əmtəəsinin növü və nomenklaturası, təşkil prinsipləri, sahə və ərazi ixtisaslaşması, satışların tipi və həcmi, iştirakçıların satışlardakı iştirak formaları, birjalar iyerarxiyasındakı yeri və rolu, fəäliyyətin səciyyəsi, birja əqdlərinin üstünlük təşkil edən növü, hüquqi durum kimi çoxsaylı meyarlara əsaslanır.

Müasir dövrdə milli iqtisadiyyatların inkişafında beynəlxalq təşkilatlar özünəməxsus xüsusi rol oynayırlar. Belə ki, zəif inkişaf etmiş ölkələrdə müəssisə vç təşkilatların, birjaların maddi-texniki bazasının inkişafı, onların təzələnməsi üçün külli miqdarda valyuta tələb olunur. Məhz belə problemlərin həllində beynəlxalq təşkilatların maliyyə dəstəyinə çox böyük ehtiyac var.

Əsas problemlərdən biri də dünya bazarınk çıxmaq üçün dünya standartına uyğun əmtəə istehsal olunmasıdır. Bunun üçün isə zəif inkişaf etmiş ölkələrə yüksək texnika, texnologiya gətirməklə, istehsalı tam dəyişdirmək mümkündür. Bu iki istiqamət üzrə olmalıdır:


  1. Kəmiyyət göstəricilərinin yüksəldilməsi (daxili və xarici bazarların tələbatına uyğun);

  2. Keyfıyyət göstəricilərinin yüksəldilməsidir ki, bu da beynəlxalq standartlara cavab verməlidir;

Bu baxımdan birja satışinin inkişafında yaxın və uzaq xarici ölkələrinin təcrübələrindən istifadə etməklə, birja satışinin dövriyyəsinin xüsusi çəkisini artırmaq lazımdır.

Çünki dünya təcrübəsi göstərir ki, dünyanın inkişaf etmiş əmtəə birjaları dünya iqtisadiyyatının inkişafında aparıcı yerləri özlərindo saxlayırlar. Buna əyani misal olaraq demək olar ki, 2007 - cü ildə dünyanın aparıcı birjaları olan London, Nyu - York, Tokio birjaları xarici investisiyanın 60% - ni özündə saxlamışdır.

Beləliklə, bütün bu faktlar göstərir ki, birjalar ölkə iqtisadiyyatının inkişafında nə dərəcə mühüm, aparıcı, əhəmiyyətli rola malikdirlər.

Gələcəkdə də əmtəə birjasının rolunu yüksəltmək və mal dövriyyəsini sürətləndirmək üçün, bizim fıkrimizcə, bir sıra tədbirləri həyata keçirmək lazımdır:



  1. Strateji əhəmiyyətli məhsulların satışına nəzarət etmək üçün aşağıdakı məhsulları birja məhsulları hesab etmək zəruridir.

  2. Müəssisə və təşkilatlarm anbarlarında yığılıb qalan hazır ınəhsulların, eləcə də istehsalda istifadə olunmayan ehtiyat hissələrin və dəstləşdirici məmulatların birjada satışını təşkil etmək.

  3. Müflisləşmiş müəssisə və təşkilatların əmlakının birjada satışını təşkil etmək.

  4. Gömrük komitəsi və hüquq-mühafızə orqanları tərəfindən müsadirə olunmuş məhsulların birjada satışını təşkil etmək.

Bu gün Azərbaycanda birjanın bütün formaları fəaliyyət göstərmirlər. Onlardan bir neçəsi inkişafın ilkin mərhələsindədir, digərləri isə ümumiyyətlə, fəaliyyət göstərmirlər. Buna görə də onların formalaşması və inkişafı hazırda baş verən köklü dəyişikliklərə yaxmlaşmağa imkan verəcəkdir.

Beləliklə, müasir dövrdə birjalarsız bazar infrastrukturunu təsəvvür etmək mümkün deyildir. Bazar iqtisadiyyatına keçidlə əlaqədar, bazar münasibətlərinin formalaşması və yeni mexanizmlərin yaradılması əsas tələblərdən biridir.

Deməli, bazar infrastrukturu, bazarın müxtəlif formalarının fəaliyyəti üçün zəruri iqtisadi mühitin yaranmasına xidmət edir, son nəticə isə bütövlükdə bazar iqtisadi sisteminin normal fəaliyyət göstərməsini təmin etməkdən ibarətdir.

İnvestisiya portfelinə və yaxud konkret qiymətli kağızalara risk dərəcəsini göstərən, mövcud səhmlərin kursunun yerdə qalan fond bazarı ilə müqayisədə dayanıqlıq dərəcəsini əks etdirən, mövcud səhmin qiymətinin qalxıb-enməsi ilə bütövlükdə bazardakı qiymət dinamikası arasında münasibəti müəyyən edən göstricidən, yəni beta-əmsaldan (ingiliscə beta coefficient) istifadə olunması fondun idarəedilməsində öz yaxşı nəticələrini verir və onun effektivlik dərəcəsini artırır.

Beta, həmçinin səhmlərin bazar dəyişmələrinə nisbətən göslənilən dəyişmələrinin qiymətləndirilməsi üçün də istifadə oluna bilər.

Kompüter texnologiyalarının inkişaf etməsi təhlilin alət və metodlarının təkmilləşdirilməsinə, həmçinin hesablama texnikasının imkanlarından istifadə edən yeni metodların meydana çıxmasına əhəmiyyətli şərait yaratmışdır.



İstifadə olunan ədəbiyyat


  1. Axundov Ş.Ə., Axundov M. Ə. “Bazar İqtisadiyyatının əsasları”. Bakı-2001

  2. Kərimov A.E., Babayev A.A. “Qiymətli kağızlar bazarı”. Bakı - 2003

  3. İ. Ə. Feyzullabəyli “Beynəlxalq satış işi”. Bakı - 2001

  4. T.S.Vəliyevin, Ə.P.Babayevin və M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə “İqtisadi nəzəriyyə” (dərslik). Bakı – 2001

  5. T.S.Vəliyev “İnfrastrukturlar: mahiyyəti, təsnifatı və əhəmiyyəti”. Bakı - Elm -2000

  6. Cəbiyev R.M. “Azərbaycanda bazar infrastrukturunun formalaşması vo inkişafı”. Bakı - 2000

  7. A.Əmiraslanov. “Azərbaycan iqtisadiyyatı və bazar münasibətləri”. Zaman nəşriyyatı - 2002

  8. “Биржевая деятельность”. Учебник под ред. Грязновой A.П., Корнеевой P.B. Галанова B.A. M: Финансы и статистика - 1995

  9. Алехин Б.И. Рынок ценных бумаг “Введение в фондовые операции”. Москва - 1991

  10. Миркин Я.M. “Ценные бумаги и фондовый рынок”. Москва - 1995

  11. Столяров А. Товарная биржа- важнейший элемент саморегулирования рынка. “Рынок“, № 2, 1991

  12. Ширяев А.Н. Основы стохастической финансовой математики. Том 1-2

  13. www. kitab.ws

  14. www. Google.az

  15. www. referatfırststep.az

  16. http://www.nasdaq.com/symbol/ndaq#ixzz3WRg865Ym

  17. http://www.nasdaq.com/quotes/company-financials.aspx#ixzz3WRX3XM1d

  18. http://www.ecsocman.edu.ru/images/pubs/2006/12/25/0000298558/30-32.pdf

  19.  http://www.nasdaq.com/quotes/revenue-eps.aspx#ixzz3WRYvs025

  20. WFE Market highlights for first half-year 2011. http://www.world-exchanges.org/files/file/ stats%20and%20charts/1st%20half%20%202011%20WFE%20market%20highlights.pdf

  21. WFE Annual Statistics Report 2010, Derivatives. http://www.world-exchanges. org/statistics/annual/2010/derivatives-markets/derivatives

Резюме
Сущность биржи заключается в том, что она – особый вид рынка, где производится торговля заменимыми ценностями, причем эти ценности и плата за них не предъявляются.

Биржевая деятельность обязательно соблюдает законодательно-правового, налогового, валютного режимов, распространенных в странах их размещение. Международные товарные биржи обеспечивают обслуживание конкретного мирового товарного рынка, привлечение к биржевым операциям контрагентов из разных стран мира, свободный перераспределение прибылей, которые получают контрагенты из биржевых операций, проведение арбитражных операций, то есть спекулятивных соглашений для получения прибыли от различия котировочных цен на биржах разных стран.

Товарная биржа образованные специально для предоставления услуг субъектам хозяйствования в осуществлении ими торговых операций, является особым субъектом хозяйствования, который предоставляет услуги в составлении биржевых соглашений, выявлении спроса и предложений на товары, товарных цен, изучает, упорядочивает товарооборот и содействует связанным с ним торговым операциям.

Трансформационные превращения в экономике Азербайджана содействовали возрождению биржевой торговли и росту количества зарегистрированных бирж. Однако их количество в последнее время или сократилось или же некоторые их них бездействуют.

Несмотря на выполненную работу по формированию нормативно-правовой базы, значительная часть действующих законодательных и нормативно-правовых актов не только не удовлетворяет, а и во многих вопросах сдерживает развитие биржевой деятельности. Это, в частности, касается налогового законодательства, а также нормативных документов относительно регламентирования деятельности товарных бирж.



Resume
The essence of the exchange is that it – a special type of the market where trade in replaceable values is made, and these values and a payment for them aren't shown.
Exchange activity surely observes the legislative and legal, tax, currency modes widespread in the countries their placement. The international commodity exchanges provide service of the concrete world commodity market, attraction to operations on the stock exchange of contractors from the different countries of the world, free redistribution of profits which are got by contractors from operations on the stock exchange, carrying out arbitration operations, that is speculative agreements for receiving profit on distinction of the quoted prices at the exchanges of the different countries.
The commodity exchange formed especially for rendering of services to subjects of managing in implementation of trade operations by them, is the special subject of managing who provides services in drawing up exchange agreements, detection of demand and offers on goods, the commodity prices, studies, orders commodity turnover and promotes the related trade operations.
Transformational transformations assisted in economy of Azerbaijan to revival of exchange trade and growth of number of the registered exchanges. However their quantity or was reduced recently or some them them stay idle.
Despite the performed work on formation of standard and legal base, the considerable part acting legislative and normative legal acts not only doesn't satisfy, and and in many questions constrains development of exchange activity. It, in particular, concerns the tax law, and also normative documents concerning a regulation of activity of commodity exchanges.

ADİU-nun Magistratura Mərkəzinin «Kommersiya»

ixtisası (ixtisaslaşma: «Birja fəaliyyəti) üzrə

Aliyə Şahmarova Əjdər qızı

«Bazar münasibətlərinin formalaşmasinda birjalarin rolu»»

mövzusunda yerinə yetirdiyi magistr dissertasiya işinin


Referatı

Mövzunun aktuallığı. Birja fəaliyyəti – müəyyən bir ərazidə təşkil olunmuş və müəyyən qaydalar əsasında mütəmadi olaraq həyata keçirən topdansatış bazar olmaqla tələb və təklif əsasında malların alışı-satışı (həm indiki zamanda və həm də gələcək dövrə) prosesini reallaşdırır və dünya ticarət sistemində mühüm rol oynayır.

Bazar münasibətlərinin daim inkişafı, ictimai istehsalın sürətli artımı, əmtəə dövriyyəsinin və ticarət-iqtisadi əlaqələrin strukturunun mürəkkəbləşməsi birja fəaliyyətinin və birja növlərinin diversifikasiyasını (şaxələnməsini) şərtləndirmişdir.



Birja fəaliyyəti yerləşdikləri ərazilərdə qanunvericilik-hüquqi, vergi, valyuta rejimlərinə ciddi əməl olunmasını təmin edir və  konkret əmtəə bazarına xidmət göstərilməsini, ayrı-ayrı ölkələrdən tərəf-müqabillərin birja fəaliyyətinə cəlb olunmasını, arbitraj əməliyyatlarının həyata keçirilməsini, yəni müxtəlif ölkələrin birjalarında qiymətlərin kotirovkasında olan fərqlərdən mənfəət əldə olunması üçün sazişlər bağlanılmasını və s. bu kimi əməliyyatları özündə cəmləşdirir.

Ölkə iqtisadiyyatında elə dəyişilmə prosesləri baş verməlidir ki, bu dəyişilmələr birja fəaliyyətinin canlanmasına və birjaların sayının artmasına gətirib çıxarmalıdır. Əmtəə birjası təsərrüfat subyektlərinə xüsusi xidmətlərin göstərilməsi üçün yaradıldığından özü də xüsusi təsərrüfatçılıq subyekti olmaqla mallara olan tələb və təklifin araşdırılmasını, qiymətlərin formalaşmasını öyrənir, mal dövriyyəsini müəyyən bir qaydalar çərçivəsinə salır və onunla bağlı olan ticarət əməliyyatlarının keçirilməsinə yardımçı olur.



Buna görə də birja fəaliyyətinin işləmə mexanizminin araşdırılması və onun ölkə iqtisadiyyatı üçün əhəmiyyətliliyinin öyrənilməsi aktual bir problemdir. Buraxılış işində birja satışinin yaranması, onların inkişaf tarixi, əmtəə birjaların özünəməxsus xüsusiyyətləri, onların növləri, funksiyaları və dünya birja satışinin fəaliyyəti haqqında məsələlər göstərilmişdir.

Tədqiqatın əsas məqsədi və vəzifələri. Tədqiqatın əsas məqsədi bazar iqtisadiyyatı şəraitində birja fəaliyyətinin təşkilati, maliyyə, əməliyyat mexanizmlərinin dərindən araşdırılmasından, hazırda dünyada bu sahədə baş verən dəyişikliklərin öyrənilməsindən, birja fəaliyyətinin idarəedilməsinin xarakterik xüsusiyyətlərinin, idarəetmə metodlarının araşdırılmasından, əldə edilən nəticələr əsasında respublikada birja fəaliyyətinin canlandırılması, ölkənin kommersiya müəssisələrinin dünyanın birjaları ilə gələcək strateji əlaqələrin inkişaf istiqamətlərinin göstərilməsindən ibarətdir. Tədqiqatın vəzifələr dairəsi dissertasiya işinin strukturundan irəli gələrək araşdırılmışdır.

Tədqiqatın predmet və obyekti. Tədqiqatın obyekti kimi problemli vəziyyəti yaradan və öyrənilmə üçün seçilmiş proses və yaxud hal, hadisə, predmeti kimi isə bu obyektin hüdudlarında olanlar nəzərdə tutulur. Bu baxımdan dissertasiya işinin predmeti bütövlükdə birja işinin mahiyyəti ilə səciyyələnilir. Tədqiqat işinin obyekti kimi bütövlükdə birja fəaliyyətinin işləmə mexanizminin təkmilləşdirilməsi məsələsi nəzərdən keçirilir.

Tədqiqatın informasiya bazası və işlənməsi metodları. Tədqiqatın informasiya bazasını araşdırılan mövzu üzrə yerli və xarici müəlliflərin elmi işləri, rəsmi və biblioqrafik mənbələr təşkil edirlər. Tədqiqatın alətlər bazası kimi daha çox nəticə verə bilən elmi dərketmə, araşdırmalar və təhlil metodlarından istifadə olunmuşdur. Elmi dərketmə metodları kimi empirik tədqiqatlar metodundan (müqayisəetmə və s.), həm empirik, həm də nəzəri tədqiqat səviyyəsində istifadə olunan metodlardan (təhlil, sintez və s.), həmçinin nəzəri tədqiqat metodundan istifadə olunmuşdur. Buraxılış işində beta-əmsalın qiymətli kağızalar bazarının təhlilində istifadə olunması istiqamətləri göstərilmişdir.

Tədqiqatın elmi yeniliyi. Tədqiqat işində aparılan araşdırmalar əvvəlki ümumi yanaşmalardan özünün kompleksliliyi ilə fərqlənir, kommersiya fəaliyyəti sahəsində birja ticarətinin yerinin müəyyən olunması və bu məsələdən irəli gələn xüsusiyyətlərin dərindən araşdırılması əsasında tədqiqat metodları tətbiq edilməklə maraqlı nəticələr əldə edilmişdir.

Tədqiqiatın praktiki əhəmiyyəti. Elmi tədqiqatın nəticələri kimi əldə olunan təkliflər praktiki əhəmiyyətliliyə malikdirlər və təcrübədə istifadə oluna bilər.




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə