Bəxtiyar tuncay


xarışıx (-lar) sif. – qarışıq: Xarışıx nemə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə133/149
tarix14.12.2017
ölçüsü5,01 Kb.
#15632
1   ...   129   130   131   132   133   134   135   136   ...   149

 
271 
xarışıx (-lar) sif. – qarışıq: Xarışıx nemə. Qarışıq şey. 
xarışıl ~ (-dı, -maslar, xarışılıyırlar, -ğan, -ğannı, -ğanlar, -ğanlardan, -mağan, 
-maxlar, -maxları) fel. – qarışılmaq: Ten da tensiz xarışılıyırlar da birləniyirlər. 
Maddi  və  qeyri-maddi  olanlar  qarışıb  bir  tam  olurlar.  Aruv  zülal,  xarışılmağan. 
Qarışılmamış təmiz zülal. 
xarışlıx  ism.  qarışıqlıq,  qatmaqarışıqlıq:  Xarşılıx  ya  oğraş.  Qarışıqlıq  və  ya 
qarşıdurma. 
xarıştır (-ma, -dım, -dınq, -dı, -ıyırmen, -ıyırlar, -ğay, -ğan, -ıp, -max, -maxı) 
fel.  –  qarışdırmaq:
 
Zera  Tenqri  bulğattı  ya  xatıştırdı  tenni  da  alçaxına  dağı 
artıx hörmət berdi (1 Коr. 12: 24). Çünki Tanrı bulandırdı ya qarışdırdı və aşağı 
tutulan üzvü daha çox hörmətə çatdırdı. 
xarıştıruçı  //  xarışturuçı  (-lar)  ism.  –  qarışdırıcı,  ara  qarışdıran:  Xarşı 
Tenqrigə ya xarıştıruçı. Tanrıya qarşı olan və ya ara qarışdıran (şeytan). 
xarkibiklən  ~ fel. – qar kimi olmaq, qara çevrilmək: Yığqanına Köktəgininq  
xanlarnı üsnə anınq xarkibiklənsər Salmonda (üstlərinə alarnınq) aruvlanğay 
başxış (Məz. 67/68: 15). 
Külli-ixtiyar padşahları elə dağıtdı ki,  
Elə bil Salmon dağına göydən qar tökülür.  
Xarlıbeq  x.  ism.  –  alban  şəxs  adlarından  biri:  Nalbant  Qarlibeq.  Nalbənd 
Qarlıbəy. 
xarlıx Bax: nexadarlıx 
xarmala ~ (-ma, -nqız, -dı, -dılar, -mas, -maslar, xarmalıyırmen, -caq, -max, -
maxtır, -maxnınq) fel. – toxunmaq, əl vurmaq, əlləşdirmək: Zera yovuxlanmıyırsız 
yovux tağqa ki, xarmalama bolğaysiz ki, ot bilə küyər edi da körünməs edi da 
xaranqğulux  bilə  (İbr.  12:  18-19).  Siz  toxunula  bilən,  odla  yanan  bir  şeyə, 
qaranlığa,  zülmətə,  qasırğaya,  şeypur  gurultusuna  və  kəlam  söyləyən  səsə 
yaxınlaşmadınız. 
xarmalamax – f. ism. – toxunma, əl vurma, əlləşdirmə, lamisə: 
-Xaysılardırlar beş  cınsları Bıladonınq? 
-İlk rəng da biçişdir, xaysı ki köz bilə korüniyir. Ekinçi avazdır, xaysı ki xulax 
bilə    işitilir.  Üçünnçi  səsidir,  xaysı  ki,  ...  burun  bilə  xoxulanır.  Dörtünçi 
tahimdir,  
xaysı  ki  yeməxlix  bilə,  ...  ağız  bilə  xoşlanır,  ...  tahimlənir.  Beşinçi  ağır  da 
yenqil,  isi  da  sovux,  xaysı  ki  xarmalamax  bilə  anqlanır.  Bu  beş  seziklik 
bilədirlər  barça  sezilgənli  etilgənlərninq    tanımaxlıxları  (tanamaxlxları) 
(Qriqori Hamamanın “Alban dilinin qrammatikası”nın XVl əsrdə Avedik tərəfindən 
redaktə edilmiş hissəsindən). 
-Platonun beş cinsi hamsılardır?  
-Birincisi  göz  ilə  görünən  rəng  və  formadr.  İkinci  səsdir  ki,  qulaqla  eşidilir. 
Üçüncüsü  iydir  ki,  ...  burunla  duyulur.  Dördüncüsü  yemək  zamanı  ...  ağızla  hiss 
edilən daddır. Beşincisi ağır-yüngül, isti-soyuqdur ki, lamisə üzvü ilə sezilir. Bu beş 
hisslə qavranıla bilən hər şey qavranılır. 
xarman Bax: harman 
xarnı Bax: xar (-ın) 
xarnılğan Bax: xandır ~ (-ğan) 


 
272 
xars  s.  t.  –  çəpik  çalınarkən  çıxarılan  səs:  Xars  urunquz,  barça  gurkçılar, 
çaxırınqız  Tenqrigə  sövüngən  avaz  bilə  //  Çap  urunquz,  barça  dinsizlar, 
çaxırınqız Tenqrigə avaz bilə sövünçlüknünq (Məz. 4/47: 2) Çəpik vurun, bütün 
bütpərəstlər, sevinclə Tanrıya səslənin. 
xarsız (-lar) sif. napak qəlbli, xəbis: Ne üçün sözlədinq, bir xarsız kibik? Nə 
üçün napək qəlblilər (xəbislər) kimi danışdın? 
xarşa  Bax: xaşı 
xarşilik Bax: xarşılıx 
xarşı (-sen, -dır, -dırlar, -ğa, -da, -ma, -nqa, -na, -nı, -nda, -sına, -lar, -larnınq, -
larğa, -larıma, -larına) zrf. – qarşı, əks: Kirgəngə salıy edilər buta alarnı ayaxları 
tibinə,  sındırıp  butaxlarnı  ağaçtan,  xarşı  aldılar  Eyəmizgə  da  sonqra  astılar 
anı  ağaç  üsnə.  Girişdə  (Yerusəlimin  girəcəyində)  onlar  (yəhudilər)  qarşıdakı 
ağacların  budaqlarını  qıraraq,  onun  ayaqları  altına  atıb,  Rəbbimizi  qarşıladılar, 
sonra isə ağacdan asdılar. Ki bolmağay xarşı bolmaxlıx tendə anda, yoxsa ki alar 
kendiləri  biri  birin  baxqaylar  gövdələr  ya  sezikliklər  (1Коr.  12:  25).  Çünki 
gövdədə  qarşıdurma  olmasın,  əksinə,  onlar  -  bədən  və  duyğu  üzvləri  bir-birini 
qayğısına  qalsınlar.  Evet  Biy  küçsüz  etər  xarşı  boluçıların  (turuçıların) 
kendininq  // Yoxsa  Biy  küçsüzlətir  xarşı  bolğannı  anqar  (1Pad. 2: 10). Amma 
Rəbb ona qarşı çıxanları zəiflədər. Ağızlarından igit oğlanlarnınq, töştəgilərninq 
toxtağay  alğış  //  Ağzından  oğlanlarnınq,  yaşlarnınq,  emçəktəgilərninq 
toxtattınq alğışnı (Məz. 8: 3).  
Körpələrin və çağaların səsi ilə  
Yağılarına qarşı qala qurdun.  
Yoxsa  anqar  xarşını,  xaçan  ki  kördilər  ki,  inanılıptır  manqa  avedaran 
sünətsizliktən,  neçik  Bedrosqa  sünətliktən.  (Qal.  2:  7).  Amma  əksinə,  onlar 
gördülər  ki,  Pyotra  sünnətlilər  arasında  olan  kimi,  mənə  də  sünnətsizlər  arasında 
İncili təbliğ etmək həvalə olunub. 
xarşıayaxlı (-larnınq) Bax: xarşılıayaxlı 
xarşıla ~ (-ma, xarşılıyım, xarşılıyıx, -mağın, -dılar, -r, xarşılıyırmen, -ğaysen, 
-max,  -maxqa,  -maxı,  -p)  fel.  –  qarşı  çıxmaq,  qarşı  durmaq:  Hali  xarşılıyım  da 
turğuzıyım  bunu  barça  alnınqa  seninq  //  Xaytıp  azarlıyım  da  xoyıyım  bunı 
barça alnınqa seninq (Məz. 49/50: 21). İndi qarşı çıxır və ifşa edirəm, eləcə də ifşa 
edərərk bütün bunları Sənin gözlərin önündə sərəcəyəm. 
xarşılı sif. - əks, zidd 
xarşılıayaxlı (-lar, -larğa) ism. və sif. – qarşı ayaqlı, antipod. Bir-birilərinə tam 
qarşı məntəqələrdə yaşayanlar. Qədim filosoflar arasında yayğın olan bir fikrə görə, 
yer kürə şəklində olduğundan onun müxtəlif tərəflərində yaşayan “antipodlar” biri-
birilərinə ayaqlarını çevirmiş haldadırlar. Albanlar da bu fikirdən çıxış edərək latın 
mənşəli “antipod” kəlməsini öz dillərinə məhz bu cür tərcümə etmişlər. Doğrudur, 
hələ çox qədim zamanlarda Lukretsi, Plutarx və Plini kimi filosoflar bu fikrə qarşı 
çıxmışlar. Alban filosofları da bu məsələdə yekdil fikrə gələ bilməmiş və daim bir-
biri  ilə  mübahisə  etmişlər.  Lukretsi,  Pliniy  və  Plutarxın  fikri  ilə  razı  olan  IX  əsr 
alban  (Azərbaycan)  filosofu  və  hökmdarı  Qriqori  Hamama  (Kirkor  Amam) 
“xarşılıayaxlı”ları (antipodları) cinlərlə birlikdə xəyali varlıqlar kateqoriyasına daxil 
edir:  Uçünçi  aytılır  eutiun  ki,  atıdır  da  barlıxı  işkillidir  neçik  cinlər  da 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə