Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə13/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   9   10   11   12   13   14   15   16   ...   81

43
PLANERDƏN REAKTIV TƏYYARƏYƏ QƏDƏR
üzrə  rəhbəri,  podpolkovnik  pilot  Zavitkovski  vermişdi.  Yazdım  və 
əvvəlcədən hazırladığım mətnlə öz bildiyim kimi uçurdum, amma o 
bir də lazım olmadı.
1964-cü  ildə,  zabit  rütbəsini  almağımdan  öncə  şaxtalı  günlərdə 
uçurduq.  Uşaqlardan  biri  ayaqlarını  qızdırmaq  istəyib,  mühərriki 
işə düşən təyyarənin arxasında oturub. Ayaqqabısını çıxarıb, ayağını 
forsunkaya
31
  tərəf uzadıb, mühərrikdən gələn istidən həzz alırdı. Çox 
isti olan anda ayağını aşağı salıb, təəccüblə ayağındakı corabın yalnız 
topuqdan  yuxarı  qaldığını  görür.  Ayağın  pəncəsində  olan  hissə  isə 
ərimişdi, oğlanın ləqəbi isə “corab“ olmuşdu. 
Rütbənin alınması yaxınlaşdıqca, səlahiyyətləri olmayan xidmətlər 
tərəfindən “himayə”miz artırdı. Əsl əhvalı, baxışları öyrənmək məqsədi 
ilə qrupa daxil olmaq cəhdləri göstərilirdi. Yazışmalar, şəxsi danışıqlar 
yoxlanılırdı.  Bundan  artıq  bezmişdik.  Pilotların  evində  (pilotların 
uçuşdan sonra dincəldiyi və növbəti tapşırıqlara hazırlaşdığı yer) yeni 
daxil  olmuş,  dediyinə  görə,  pilotlara  yardım  etmək  istəyən  piyada 
qoşunu  zabiti  peyda  oldu.  Leytenantları  müzakirələrə  cəlb  etməyə 
çalışırdı.  İstirahət  zalında  çoxlu  qəhvə  içir,  qəzetlər  oxuyurdu.  İki 
zarafatcıl pilot çay içərkən pıçıldamağa başladılar. Zabitin onlara qulaq 
as dığına fikir verdilər. Bu, fürsət idi. “Leşek, bax, bu təchizatçılar əsl 
xəsisdirlər. Bayır şaxtadır, bunlar isə çay üçün “İ“ mayesini verməkdən 
imtina etdilər. Amma mən görmüşdüm ki, varlarıdır“, – biri o birinə 
dedi. “İ“ mayesi şaxtalar zamanı texniklər tərəfindən yanacağa əlavə 
olunan xüsusi maye idi. Bu maye yanacaq filtrində buz kristallarının 
çökməsinin  qarşısını  alırdı,  bununla  da  bədbəxt  hadisədən 
sığortalayırdı. Uçuşlar haqqında danışanda, həmin zabit ərzaqçı zabiti 
danlayıb bir də belə ciddi pozuntu baş verdikdə, hərbi rəhbərliy bu 
haqda  məlumat  verəcəyini  demişdi.  Zalda  hamı  gülməyə  başladı. 
Deyəsən, səhv iş gördüyünü anladı. Zalı tərk etdi. Tezliklə öz istəyi 
ilə “İ“ mayesi ilə problemlərin yaşanmadığı hissəyə qayıtmışdı. 
1964-cü  ilin  mart  ayına  qədər  yalnız  Miqin  pilotajını  deyil, 
həmçinin  havada  vuruşmaq,  yerdə  olan  hədəflərə  bort  silahı  və 
bombalarla  effektiv  hücum  etməyi  də  öyrənmişdim.  Bir  sözlə,  III 
sinif qırıcı təyyarə pilotu ixtisasını almışdım. Zabit rütbəsinə təyin 
olunana  qədər  lider  idim.  Poruçikin  iki  ulduzu,  MTN  nazirindən 
üstündə yazısı olan kortik
32
, mükafat olaraq 2000 zl
33
  məbləğində 
31
 Forsunka – buxar qazanların olduğuna, mühərrikin silindrinə və s. maye və ya toz 
halında yanacaq vermək üçün cihaz
32
 Kortik – dəniz və hava donanması komandirlərinin gödək qılıncı 
33
 Zlotı – Polşanın pul vahidi


44
IKINCI HISSƏ
əmanət kitabçası, içində iki ədyal, əlavə forma və alt paltarı olan 
çamadan, həmçinin arzuladığım – uçan qartal şəklində olan hərbi 
pilot nişanını almışdım. Beləliklə, uşaqlıq arzum həyata keçdi.
Zabit rütbəsini alma mərasiminə anam bacım Teresa ilə birgə 
gəlmişdi.  Ailə  ənənəsinə  uyğun  olaraq,  anama  sevinc  hissi  ilə 
həyatda ilk qazandığım pulları – zabit maaşını vermişdim. Artıq 
böyük, müstəqil həyata addım atırdım. Həmin vaxtda artıq böyük 
təcrübəsi  olan  bacarıqlı  pilot,  böyük  qardaşım  Vladıslavın  yolu    ilə 
gedirdim. O  Polşada birinci olaraq əvvəlcə dörd, sonra isə yeddi Miq-
17  hərbi  təyyarəsindən  ibarət  olan  və  uçan  xalça  adlandırılan  pilotaj 
qrupunu yaradıb, ona başçılıq edirdi. 
Pilot  xidmətinə  Poznanda,  Kjeşinı  hava  limanında,  ölkənin  Hava 
Müdafiəsinin  62-ci  qırıcı  aviasiya  alayında  davam  edirdim.  İki  il 
ərzində öz bacarıqlarımı Miq-17 təyyarəsində, mayor Stanislav Maikin 
eskadrasında  təkmilləşdirirdim.  İki  ildən  sonra  pilotajı  mükəmməl 
bilirdim və I sinif qırıcı təyyarə pilotu səlahiyyətlərini əldə etmişdim. 
Fəxr  və  sevinc  hissimi  aerodromda  gecə  və  gündüz  hərbi  növbələri 
azaldırdı. 
Məni  yeni    sınaqlar  gözləyirdi.  Onlardan  birincisi  evlilik  idi. 
1965-ci  ilin  payız  fəslində  Emiliya  ilə  ailə  qurmuşdum.  Rəhbərlik 
və  dostlarım  o  zamankı  adətə  görə,  aviasiya  toy  mərasimi  təşkil 
etmişdilər. Mərasimdən bir həftə öncə Katovitsedəki prixodda, kilsədə 
evləndiyimizi  az  insan  bilirdi.  Toyumuz  uçuş  tərzində  Poznanın 
ratuşasında  və  Kjeşinadakı  zabitlər  klubunda  təşkil  edilmişdi. 
Emiliyaya 14 yaşım olarkən vurulmuşdum; Voluvdakı məktəb adından 
tez-tez çıxış edirdi. Yoğun, gözəl hörükləri var idi, böyüdükcə isə daha 
da gözəlləşirdi. Qismət elə gətirdi ki, müharibədən sonra, bazarın qərb 
hissəsinin bərpa olunmasından sonra anam və Emiliyanın valideynləri 
bir-birilərinin  yaxınlığında  mənzil  almışdılar.  Mənzillərimizi  yalnız 
bir divar ayırırdı. Mənim üçünsə cəsarətsizlik divarı da var idi. Onu 
aşmaq üçün mənə bir il lazım oldu. Bir may günündə Kamen Şlonski 
hava  limanından  Kjeşinaya  qayıdırdıq.  Yol  Voluv  tərəfdən  keçirdi. 
Həmin  gün  Emiliya  yazılı  attestasiya  imtahanını  verirdi.  Onu  bir  az 
ruhlandırmaq üçün stratosferə daxil oldum və liseyin damında endim. 
Bilmirəm, bunun ona köməyi oldu, yoxsa yox, amma effektli alınmışdı. 
Öz  qrupumu  tapmaqda  problem  yaşamadım.  Səmada  dostlarım 
üç  kondensasiya  zolağını  çəkirdilər.  Aviamanqanın  rəhbəri  mənim 
bir  müddətlik  yoxluğuma  fikir  vermədi.  Emiliya  dərhal  “effekt”in 
müəllifinin  kim  olduğunu  başa  düşdü.  Onun  mənim  “hərəkət”imə 
dair tənqidi, ola biləcək xidməti nəticələrdən yüz dəfə ağrılı idi. Ona 
söz verdim ki, artıq heç vaxt belə etməyəcəyəm...


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə