Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə16/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   12   13   14   15   16   17   18   19   ...   81

“Li-2” təyyarəsində şok vəziyyətində olsam da, yalandan heç nədən qorxmadığımı 
göstərirəm. Demblin 1962. Müəllifin arxivindən.
TS-8 “Şeytan” (Бес)  təyyarəsində, demək olar ki, artıq pilotam. Radzın Podlaski, 
1962. Müəllifin arxivindən.


Artıq “U-Miq-15” reaktiv təyyarəsindəyəm. Demblin, 1963. Müəllifin arxivindən.
“Boru”larda, yəni gözəl “Miq”lərdə uçuş günü. Müəllifin arxivindən.


Artıq kursant idim, liseydəki bal zamanı. O zaman Emiliya ilə birgə həyat yolumuza 
yenicə başlayırdıq. 6 yanvar 1964. Müəllifin arxivindən.


Zabit rütbəsinin qəbul edilməsi, ulduzlar hələ örtülüb. Sol tərəfdən: müəllif, poruçik 
pilot Marian Navrotski, poruçik pilot Eugeniuş Sumpor, rütbəni briqada generalı 
pilot Mixal Yakubik təqdim edir. Demblin, 22 mart 1964. Müəllifin arxivindən.
Milli Müdafiə Naziri marşal Marian Spıxalskinin hərbi məktəblərin liderləri ilə 
görüşü, 1964.


Əfsanəvi və gözəl “Miq-17”. Poznan yaxınlığındakı Kjeşinı aerodromu. Müəllifin 
arxivindən.
Səsdən sürətli “Miq-21” təyyarəsində ilk müstəqil uçuşdan sonra təbriklər. Kjeşinı 
aerodromu, 1967. Təbrik edir podpolkovnik pilot Çeslav Filonoviç, onun yanında 
podpolkovnik Yejı Barbaş. Sağ tərəfdə alayın komandiri podpolkovnik pilot Kajimej 
Krata və kapitan pilot Boleslav Çekala. Müəllifin arxivindən.


Ratuşun girişində... Hələ bütün həyatımız qabaqdadır. Poznan, 5 oktyabr, 1965. 
Müəllifin arxivindən.


Ata hərbi növbədədir, Emiliya oğlum Miruşla və üçəmlərlə (Polşa Xalq Respublikası 
zamanı yemək daşımaq üçün istifadə olunan məşhur qablar komplekti)  “növbətçi 
cütlüyü” ziyarət edir. Kjeşinı 1969. Müəllifin arxivindən.


Qardaşlar: Miroslav – mayor, 11-ci alayın komandiri və Boquslav – kapitan, 
paraşütçü, aviasiya xilasetmə mütəxəssisi. Vrotslav-Straxovitse hava limanı. 1976. 
Fotoqraf Leçek Vrublevski.
Uçuşdan öncə 11-ci alayın pilotları fikir mübadiləsi aparırlar. Sol tərəfdə: leytenant 
pilot Lex Maçkovski, müəllif, podpolkovnik pilot Meçislav Koxanovski, kapitan pilot 
Adam Vaşiçonek, kapitan pilot Yejı Şçıqel, mayor pilot Zıqmunt Hartman, leytenant 
pilot Yejı Kopeç və kapitan pilot Aleksander Çolek. Fotoqraf Leşek Vrublevski.


“Səma ilə vidalaşma”. Gecə-gündüz romantik uçuşu. Vrotslav, avqust 1976. Müəllifin 
arxivindən. 


SƏMA İLƏ VİDALAŞMA
İ
sti  yay  gecəsi.  Səmada  milyonlarla  ulduz  var.  Qırıcı  təy-
yarəmin kabinəsi tonqal kimi işıqlanır, qırmızı rənglə par-
layır.  Önümdəki  uçuş  zolağında  düzünə  sıralanmış  işıqlar  var. 
Uzaqda itən bu işıq yolunun tam ortasında durmuşam. Mühərrik 
tam gücü ilə işləyir. Maşın ulayır, vibrasiya edir, güclü mühər-
rikin təzyiqi altında titrəyir, atlanır və əyləclə bloklanmış təkər-
lərlə betonun üstündə sürüşür. Onun hər atılmasını hiss edirəm. 
Yalnız fiziki rabitə baxımından deyil, həmçinin onu bütün hiss-
lərimlə canlı vücud kimi başa düşdüyümə görə də vəhdət təşkil 
edirik.  Daha  doğrusu,  onun  ürəyimdə  olduğunu  hiss  edirəm. 
“Starta  icazə  verirəm”  –  qulaqlıqlarda  eşidirəm.  Güc  dəstəyini 
sona  qədər  çəkirəm.  Hərəkəti  yavaşıdıram.  Birdən  arxa  tərəf-
dən  təkan  olur,  səkkiz  tonluq  axın  məni  oturacağa  sıxır.  Güclü 
mühərrik əlavə olaraq hər saniyəyə bir vedrə yanacaq sərf edir. 
Forsunkadan beş metr hündürlüyündə ağ-narıncı alov qığılcım 
saçır və periskopun
39
 güzgüsündə əks olunan üzümü işıqlandı-
rır. Mühərrikin gurultusu ətrafdakı  səsləri batırır. İndiyə qədər 
hərəkətsiz olan işıqlar artıq görüşümə gəlirlər. Tələsirlər. Təyyarə 
titrəyir. İşıqlı yol daralır, işıqlandırılmış idarə otağı, anqarlar gö-
rünür. İdarəetmə dəstəyini çəkirəm, təyyarənin burnu büronun 
üzərində  qalxır,  vibrasiyalar  kəsilir,  zolağın  işıqları  korpusun 
altında itirlər. Nəzərimi idarəetmə panelində saxlayıram. Kəskin 
surətdə qara səmaya tərəf yönəlirəm. Şassi və lyuku gizlədirəm. 
Yaşıl lampalar sönür, qırmızılar isə yanırlar. Cihazlardakı əqrəb-
lər canlanır, sürət yüksəlir – 400, 500... 850 kilometr, variometr
40
 
saniyədə 120 metr yüksəldiyimi göstərir, altimetr
41
 növbəti yüz-
lərlə  metri  “çəkir”,  süni  üfüq...,  dövrələr...,  temperaturlar...,  təz-
39
 Periskop – təyyarədən və ya sualtı gəmidən baxmaq üçün optik cihaz
40
 Variometr -  bir sıra proseslərdə və s. dəyişiklikləri ölçmək və göstərmək üçün bəzi 
cihazların adı
41
 Altimetr - ucalığı təyin edən alət


50
IKINCI HISSƏ
yiq, müxtəlif rənglərdə yanan nəzarət lampaları. Bütün bu mə-
lumatları eyni vaxtda görürəm. Təyyarəni sağ tərəfə çevirirəm, 
şimal kursuna daxil edirəm. Artıq yerdən minlərlə metr hündür-
lükdəyəm və daha da yüksəyə qalxıram. Təyyarə arxasında alov 
quyruğunu  qoyaraq  sürətlə  uçur.  Bəlkə  də  kimsə  bunu  görüb, 
nəyə görə Yerdən olan bu ulduz başqa ulduzların görüşünə tələ-
sir, deyə fikirləşir. Yer növbəti siqnalları verir. Yaxalayıb “məhv” 
edəcəyim  hədəf  hələ  uzaqdadır.  Səs  maneəsini  ötüb  keçirəm. 
Sürət 1400..., 1500..., 1800 km/saat qədər artır. Aşağıda yəqin top 
gurultusuna bənzər səs eşidilir. Bəlkə kimisə oyatdım? Kompen-
sator  skafandrı  və  germetik  şlemdə  oturub,  cihazların  göstəri-
cilərinə  baxıram.  Əqrəblər  sabit  tərpənirlər.  Hündürlük  16  min 
metrdir.  Günəş  qalxır,  günün  bir  hissəsini  görürəm.  Aşağıda, 
Yerdə, işıqlar, minlərlə kiçik işıq, aralarında isə şəhərlər daha çox 
seçilir,  elə  bil  heç  hərəkət  etmirlər  və  dostcasına  göz  vururlar. 
Bu  mənim  Vətənimdir  –  Polşa.  Günəş  üfüqü  və  ən  yüksəkdəki 
buludları işıqlandırır, aləmi qırmızı, qızılı və göy rəngə bürüyür. 
Yönəltmə  məntəqəsinin  komandalarını  yerinə  yetirirəm.  Nə-
hayət ki, radiolokatorun firuzəyi ekranında məqsədi lokallaşdı-
rıram. Uyğun mövqeni tapıram, “düşmən” qaçmağa cəhd göstə-
rir.  Onun  manevrini  qabaqlayıb,  tufan  sürəti  ilə  yaxınlaşıram. 
Onu  nişan  alıram  və  “raketi  alışdırıram”  –  vəziyyətin  şəklini 
çəkirəm. “Hədəf məhv edilib, evə qayıdıram” – raport verirəm. 
Alışdırmanı  söndürürəm,  əyləci  qoşuram.  Mühərrik  uğuldayır 
və xırıldayır, sonra isə sakitləşir. Tapşırığı yerinə yetirdim, növ-
bəti imtahanı verdim. Bunu aşağıdakılar üçün etdim, qoy sakit 
yata bilsinlər, göyə baxanda narahatlıq hiss etməyib, gözəlliyin-
dən həzz alsınlar. Aşağıya uçuram, yenidən gecənin qaranlığın-
dayam. Emosiyalarım sakitləşir, əlavə oksigeni qoşuram, üzümü 
sərinləndirir. Fikrimdə uçuşumu yenidən yaşayıram, uçuşlarım 
isə yüzlərlə olub. Hər biri başqa cür, hər biri daha gözəl. Uçuşun 
gözəlliyindən  daha  çox  həzz  almaq  üçün  yavaş-yavaş  enirəm. 
Cihazların  alətləri  donurlar,  bircə  altimetr  əldə  etdiyi  metrləri 
itirir,  saat  sürətli  uçuşun  34-cü  dəqiqəsini  göstərir.  Qaranlığa 
bürünmüş Yerin üstündə fikrə getdim. Özümü güclü qartalın öz 
yuvasının  keşiyində  durduğu  kimi  hiss  edirəm.  Yaxamda  belə 
qartal var, bu, polyak pilotunun ən gözəl və ən qürurverici nişa-
nıdır. Tanış şəhərləri tanıyıram: Raviç, Tjebnitsa, Oleşnitsa, doğ-
ma Voluv və işıqlarda üzən Vrotslav.
Məhz  burada,  bu  gözəl  yerdə  uçuş  macərama  başladım,  bu-
rada övladlarım dünyaya gəldilər, uçuş həvəsim isə gözəl Aşağı 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə