Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə28/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   24   25   26   27   28   29   30   31   ...   81

87
bizim üçün yola buterbrod və termosda çay hazırladı.
Anna  Timofeyevanın  evinin  yanında  güllərlə  dolu  bağ  var 
idi. Vidalaşarkən o bizə zanbaq güllərini hədiyyə etdi. Güllər 
Polşaya  sağ-salamat  çatdılar  və  Varşavadakı  bağımda  özünə 
yeni məskən tapdılar.
Yaxşı  təəssüratlarla  dolu  və  növbəti  görüşə  ümid  edərək 
qayıdırdıq. Təəssüflər olsun ki, vaxtı dayandıra bilmərik. Bizə 
hədiyyə  edilən  zanbaq  gülləri  günəş  şüalarına  sevinirlər,  çox 
gözəldirlər və xatirələri oyadırlar.
KOSMONAVTLARIN BAYRAMI



KOSMONAVTIN KRAL TAXT-TACI
1977
-ci  il  sentyabr  ayının  ortalarında  simulyatorlarda 
bitməyən  təlim  proqramındakı  dəyişikliyi  məm-
nuniyyətlə qəbul etdik. Səhər açılar-açılmaz həkim və Vladimir 
Remeklə  birgə  kosmonavtların  fərdi  və  xilasedici  vasitələrini 
istehsal  edən  fabrikə  yollandıq.  Orada  “Soyuz”da  enən  apara-
tın  kürsüsündə  “fərdi  söykənəcəyin  tökülməsi”  prosedurunu 
keçməli idik. Moskvanın “Bolşaya Koltsevaya” yolu ilə bir saat 
yarımlıq  səyahətdən  sonra  olduqca  dəbdəbəli  görünən  fabrikə 
çatdıq. Diqqətimi “Zvezda” (Ulduz) fabrikinin loqosu, möhkəm 
təhlükəsizlik  sistemi  və  buraxılış  mexanizmi  cəlb  etdi.  Girişdə 
bizi hündürboy, sağlam bədənli, xurmayı saçlı, gülərüz bir adam 
salamladı. “Adım Qay Severindir, artıq 15 ildir ki, bu fabrikin di-
rektoruyam”. Müdirin otağında əvvəlki təxminlərimin təsdiqini 
tapdım.  Çoxsaylı vitrinlərdə müxtəlif növlü katapult kürsülərin 
modelləri,  divarlarda  isə  təchiz  olunacağımız  “Sokol”  və  üzə-
rində  “Zvezda”  şirkətinin  loqosu  olan  gəmidən  kənar  işləmək 
üçün “Orlan”  skafandrlarında kosmonavtların şəkilləri asılmış-
dı.  Qısa  ünsiyyət  və  fabrik  haqqında  məlumat  aldıqdan  sonra 
mütəxəssislərə  təhvil  verildik.  Əvvəlcə  həkim  müayinəsindən 
keçdik, daha sonra qısa şortlarda ilk baxışdan heykəltəraş ema-
latxanasını xatırladan otaqda durduq. Ətrafda hər yerdə ağ toz, 
gipslə dolu torbalar, çörəkçilikdə istifadə olunan, kütləni qarış-
dırmaq  üçün  ağaclar  var  idi.  Otağın  mərkəzində  heyət  tərəfin-
dən içinə kürəklə gips kütləsinin növbəti porsiyası tökülən van-
na durmuşdu. Böyük ağ ekranda qırmızı tor nümayiş olunurdu. 
Məni  üzü  ekran  tərəfə  göstərilən  zolaqlara  uyğun    qoydular. 
Tərpənməyən, böyük, qeyri-adi bədənimi və ruh kimi tərpənən 
bir neçə daha böyük eybəcər surəti gördüm. Önlüklərin ətəkləri 
qanadlara, əllərində tutduqları alətlərsə qəribə cisimlərə çevrilir-
di. Həmin vəziyyət məni əyləndirdi, liseydə qızlar tərəfindən ifa 
olunan  Konrad  Valenrod  tamaşasını  xatırlatdı.  Onda  aktyorlar, 
daha  doğrusu,  onların  kölgələri  mələfənin  üstündə  eynilə  atla-


90
DÖRDÜNCÜ HISSƏ
nırdılar.  Bu,  ifaçılar  və  işıqlandırma  ekran  arxasında  olduğuna 
görə  baş  verirdi.  İndi  teatrda  deyil,  fabrikin  məxfi  emalatxana-
sında idim. “Aktyorlar” qırmızı rənglə onurğa sütunum boyunca 
xətt çəkdilər, nöqtələrlə kürəklər, baş, çənə və korpusumun aşa-
ğı  hissələrini  qeyd  etdilər.  Rənglənmiş  və  vazelinlə  sürtülmüş 
vəziyyətdə  yerimi  tutmağa,  yəni  gips  kütləsi  ilə  olan  vannaya 
uzanmağa hazır idim. Amma bunu necə etməli idim? Tavandan 
turniketlə kran asılmışdı. Əlimlə qarmaqcıqdan tutdum, ayaqla-
rımı zəncirli kövşənə qoydular və belə vəziyyətdə məni vannaya 
salmağa başladılar. Gips yaş və soyuq idi. Bu mazın içində emb-
rion  vəziyyətində  idim.  Üzümdəki  ifadə,  deyəsən,  birtəhər  idi, 
çünki  mütəxəssislər  mənə  ürək-dirək  verirdilər:  “Qorxma,  indi 
isti olacaq”. Doğrudan da, bir neçə dəqiqədən sonra istilik, daha 
sonra  isə  qaynarlıq  hiss  etdim.  “Qorxma,  bişməzsən,    sevin  ki, 
belin tüklü deyil, yoxsa pulsuz epillyasiya olacaqdın”, - zarafat 
edirdilər. İstilik yüksəlirdi, əzələlərimi tərpətməyə cəhd etdim, 
lakin  alınmadı  –  heç  bir  sərbəstlik  yox  idi.  Məni  betonladıqla-
rını  düşünməyə  başladım.  Məni  qaldırmağa  cəhd  göstərdikləri 
zaman  şübhələrim  daha  da  böyüdü.  Yenidən  zəncirlərdən  ya-
pışdım.    Kran  qıcırdamağa  başladı,  əl  əzələlərim  kəndir  kimi 
bərk idi. Hazırda tikinti blokuna bənzəyirdim. Üçüncü dəfədən 
mütəxəssislərin köməyi sayəsində bədənimin sərt neqativindən 
ayrıla bildim. “Heykəltəraşlar” işə başladılar. Bədənimdən sonra 
qalan çuxurdan bütün əyrilikləri seçib, yaranan krateri çılpaq de-
yil, skafandrda uçacağıma görə 7-8 millimetrə qədər genişləndir-
dilər. İş təxminən iki saat davam etdi. Çimməyə, dincəlməyə və 
düzü mənim olmayan, lakin ölçülərinə görə mənə uyğun gələn 
skafandrı geyinməyə imkan tapdım. Yenidən vannadakı yerimi 
tutdum. Yer çox dar idi. “Heykəltəraşlar” yorğun idilər, mənsə 
hərəkətsizlikdən  bezmişdim.  Düzəlişlər  ediləndən  sonra  məni 
yenidən bağladılar – düz bir saat ərzində uzanmalı idim. Yaxşı 
idi,  bədənimin  yükü  ideal  olaraq  bölünürdü.  İki  həftədən  son-
ra  ölçməyə  getdim.  Kosmik  kürsünün  metal  çanağında  kifayət 
qədər  bərk  köpükdən  düzəldilmiş  söykənəcəyim  var  idi. Artıq 
öz şəxsi skafandrımda yenidən uzandım. Elə bil yaxşı idi, lakin 
başım dərinləşməyə daxil oldu və onurğa xəttindən çox əyilirdi. 
Uğursuzluq. Bütün proseduru yenidən keçməli oldum.
Skafandr da, kürsü də eyni fabrikdə istehsal olunmuşdu. Onu 
düz ölçülərimə uyğun “tikmişdilər”. “Dərzilər” ölçülərimizi çox 
dəqiq götürürdülər, bu, həmçinin qollara da aiddir. Onların ər-
səyə  gəlməsi  üçün  ovcumdan  18  müxtəlif  ölçü  götürülmüşdü. 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə