Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə30/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   26   27   28   29   30   31   32   33   ...   81

Kosmonavtların çoxu tərəfindən sevilməyən barani kürsüsündə (vestibulyar sistemin 
stimullaşdırılması üçün istifadə olunan cihaz) vestibulyar aparatın yoxlanması. 
Müəllifin arxivindən.


Çəkisizliklə ilk görüş. “Tu-104 A” təyyarəsinin göyərtəsində Zıqmuntla birgə təlim. 
Müəllifin arxivindən.
Vestibulyar aparatı məşqinin digər növü  nistaqmın yoxlanmasıdır. Müəllifin 
arxivindən.


Vestibulyar aparatın təkmilləşdirilmiş məşqi. Xilov yelləncəyinə başın sağa-sola 
əyilməsini məşq etmək üçün fırlanan kürsü yerləşdirilmişdi. Müəllifin arxivindən.


“Qanın beyinə vurmaması üçün” “Çıbis” vakuum şalvarı. Müəllifin arxivindən.


Professor Baranski məşqlər zamanı mənimlə birgə həyəcanlanırdı. Şəkildə erqometr 
vasitəsi ilə orqanizmin gücünün yoxlanılmasına dair sınaq göstərilib, Ulduz şəhərciyi
1978. Müəllifin arxivindən.


“Soyuz-30” ekipajı “Salyut-6” orbital stansiyasının simulyatorunda “Fotonlar” – 
Kovalyonok və İvançenkovla birgə məşq zamanı. Müəllifin arxivindən.


Missiya müddətində komandirim və hər zaman dostum olan gülərüz  Pyotr İliç 
Klimuk. Şəkildə 1975-ci ildə orbitdə 63 gün keçirdikdən sonra. Müəllifin arxivindən.


Kosmodroma yollanmazdan əvvəl son dəqiqələr. Şəhərcikdə ailəmlə gəzinti zamanı. 
Fonda Qaqarinin abidəsi, iyun, 1978. Müəllifin arxivindən.


İlk Kosmonavtika Bayramımda xoş sürpriz; Ulduz şəhərciyi, 12 aprel 1977. Müəllifin 
arxivindən.


12 a
pr
el 1978 – U
lduz 
şə
hər
ciy
ində hər za
m
an 
tən
tənə
li s
ur
ət
də qey

olun
an Ü
m
umdün
ya 
Kos
mon
av
tik
a G
ün
ü. 
So
ld
an k
os
mon
av
tla
r: 
Zudo
v, Ko
valy
ono
k, 
K
lim
uk
, A
rt
yu
xin, N
ik
o-
lay
ev
, L
eono
v, M
ərk
əz
in 

isi Be
re
qo
vo
y, F
ilip
-
çe
nk
o, V
ol
ıno
v, R
oj
de
st
-
ve
nsk
i, D
yomin
. F
ond

yaş
ad
ığ
ım b
in
a. M
üə
lli
fin 
ar
xiv
indən
.


İlk kosmonavtika bayramım. Şəkildə hər zaman gülərüz olan Mərkəzin rəhbəri gene-
ral Georgi Bereqovoy və Pyotr Klimukla, 12 aprel 1978. Müəllifin arxivindən.
Yurinin anası Anna Timofeyevna Qaqarinanın evində. Şəkildə ev sahibəsinin mənə 
hədiyyə verdiyi zanbaqlar görünür. Həmin güllər bu günə qədər bağımda böyüyürlər. 
Sağ tərəfdə Zoya – Yurinin bacısı və Tamara – ev sahibəsinin nəvəsi. Müəllifin arxi-
vindən


“SOYUZ” OD ARABASI 
VƏ 
“SALYUT” KOSMİK ALAQAPISI
K
osmik  missiyanın  proqramı  üzrə  “Soyuz”  raketi  ilə 
ikinəfərlik ekipajın “Soyuz” kosmik gəmisi ilə yerətrafı or-
bitə çıxışı, onun düzəlişinin, yaxınlaşma və “Salyut” orbital stansiyası 
ilə birləşmə prosedurasının icra olunması, göyərtəsində elmi proqra-
mın reallaşdırılması və Yer Kürəsinə “Soyuz” gəmisinin kapsulunda 
qayıdışı nəzərdə tutulmuşdu. Missiyanın müddəti səkkiz sutka idi.
Üç mərhələli “Soyuz” transportyor raketi S.P.Korolyovun pioner 
konstruksiyası olan tanınmış R-7 raketindən əmələ gəlib. Onun əsa-
sında Korolyov “Sputnik” raketini yaradıb (ilk “Sputnik-1” peyki or-
bitə qalxmışdı). Növbəti modifikasiya “Vostok” raketi idi (“Vostok” 
kosmik  gəmisi  orbitə  ilk  kosmonavtı  çatdırmışdı).  Hazırkı  variant 
yerətrafı orbitə “Soyuz” ekipajlı gəmiləri və “Proqress” yük gəmiləri-
ni çatdırmaq üçün istifadə edilir.
Raketin  ilk  mərhələsi  raket  tiplidir.  Dörd  blokdan,  daha  doğru-
su,  maye  material  dolu  baklar,  bəsləmə  sistemi  və  hərəkət  qüvvəsi 
0,821 MN (84 000 kq) olan, neft və maye oksigen, həmçinin iki ədəd 
birkameralı idarə olunan motorla işləyən RD-107 dördkameralı raket 
mühərriki olan muxtar raketlərdən ibarətdir. Bloklar ikinci mərhələ-
nin həlqəsini simmetrik olaraq sarıyır. Onlar konus formasındadır, 
uzunluğu  19,8  metr,  diametri  isə  2,68  metr  təşkil  edir.  Başlanğıc 
kütləsi 43 tondur, burada 39 ton ötürücü materialdır.
İkinci mərhələ silindir formasındadır, uzunluğu 28,5 metr, di-
ametri  isə  3  metrdir.  Başlanğıc  kütləsi  –  100  ton,  burada  93  ton 
ötürücü materialdır, dördkameralı RD-108 mühərrikin dörd idarə 
olunan motoru var, hərəkət qüvvəsi isə 79 000 kq təşkil edir.
İkinci  mərhələnin  zirvəsində  şəbəkənin  üstündə  uzunluğu  7 
metr, diametri 2,6 metr olan üçüncü mərhələ yerləşdirilib. Başlan-
ğıc kütləsi 25,5 tondur, burada 22,7 ton ötürücü materialdır. RD-
0110  dördkameralı  mühərrikin  hərəkət  qüvvəsi  dörd  ədəd  idarə 


94
DÖRDÜNCÜ HİSSƏ
olunan motorla 30 ton təşkil edir. 
Üçüncü mərhələdə hərəkət qüvvəsi 76 ton, uzunluğu 13 metr olan 
xilasedici  raket  sistemli  (Dİ  QXS  –  distansiya  idarəetmə  qəza  xila-
setmə  sistemi)  blok  yerləşib.  Ballistik  örtük  altında  “Soyuz”  ekipaj 
gəmisi  yerləşdirilib.  Bloklardan  dörd  xarakteristik,  mürəkkəb  torlu 
stabilizatorlar görünür (qəza vəziyyətində xilasedici raketlə birgə işə 
düşürlər).
“Soyuz”  raketinin  hündürlüyü  49  metr,  diametri  10  metr  təşkil 
edir.  Başlanğıc  kütləsi  274  ton,  konstruksiyasının  kütləsi  isə  ancaq 
33,7 ton təşkil edir. Mühərriklərin startdakı birgə hərəkət kütləsi 413 
tondur. Orbitə kütləsi 6850 kq olan “Soyuz” gəmisinin çatdırılması 8 
dəqiqə 50 saniyə tələb edir.
“Soyuz”  kosmik  gəmisi  qısamüddətli,  bir  neçə  günlük  və  2-3 
nəfərlik müstəqil orbital uçuşların, hər şeydən öncə isə, ekipajın or-
bital  stansiyaya  çatdırılması,  həmçinin  Yer  Kürəsinə  qayıdışının  tə-
min edilməsi üçün layihələndirilib. Gəmi üç hissədən ibarətdir: enmə 
kapsulu adlandırılan, eyni zamanda qayıdış kabinəsinin funksiyasını 
yerinə yetirən idarəetmə kabinəsi, yaşayış bölməsi (orbital), raketin 
transmissiya bölməsi.
Enmə kapsulu zəng (fincan) şəklindədir, germetikdir, gəmi və eki-
pajı Yer Kürəsinə qayıdan zaman yüksək temperaturdan qoruyan is-
tiyədavamlı qatla əhatə olunub. Kapsulun forması atmosferdə enmə 
trayektoriyasının idarə edilməsi üçün mühüm olan qaldırıcı qüvvə-
nin yaranmasını təmin edir; kapsulun aerodinamik keyfiyyəti
57
 0,35 
təşkil  edir.  İçərisində  ekipajın  kürsüləri,  ekipajın  start,  yaxınlaşma, 
birləşmə və Yer Kürəsinə qayıdan zaman istifadə etdiyi idarəetmə ele-
mentləri,  həmçinin yaşama funksiyalarının qorunmasını təmin edən, 
atmosfer tərkibini nizamlayan qurğular, termorequlyator,  müşahidə, 
radio aparatı, sanitar sistemi, su və ərzaq ehtiyatları ilə konteynerlər, 
həmçinin  yaşama üçün qəza komplekti, əsas və əlavə paraşütlər var. 
Kapsulun yuxarı hissəsində orbital hissəyə keçid üçün germetik lyuk 
yerləşdirilib. Xarici korpusda enməni idarə edən mühərriklər, illümi-
nator,  komandirin  periskopla  viziri,  istiyədavamlı  dibin  altında  isə 
yumşaq enmə mühərrikləri yerləşdirilib.
Yaşayış  hissəsi  kürə  şəklindədir,  diametri  təxminən  2,2  m  təşkil 
edir. Elmi aparat və qurğuların nəqlini, bəzi eksperimentlərin keçiril-
məsini, həmçinin istirahət zonası funksiyasını yerinə yetirir. Həmin 
hissə bir neçə metrlik elektron örtükdən qurulub və Yer Kürəsinə qa-
57
 Aerodinamik keyfiyyət – qaldırıcı qüvvənin havanın təyyarəyə (raketə) qarşıdan 
göstərdiyi müqavimətin nisbətidir


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə