Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə32/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   28   29   30   31   32   33   34   35   ...   81


SƏMAYA APARAN PİLLƏKƏNLƏR
P
ayız aylarında təlimlər daha da sürətləndi. Finalın yaxınlaşdı-
ğını hiss edirdim. Artıq öz fərdi skafandr və kosmonavt kür-
süm var. Fırlanan oturacaqda reallaşdırılan müvazinət sistemi təlimlə-
rini rahatlıqla keçirəm. “Salyut-6” stansiyamız artıq orbitdə fəaliyyət 
göstərir. Kovalyonokla Ryumin – “Fotonlar” – “start hesabatları”nda 
öz anlarını gözləyirlər. Rusiyalıların gözlədiyi Oktyabr inqilabının 60-
cı  ildönümü  yaxınlaşır.  Yaxında  “İnterkosmos“  ekipaj  uçuşları  proq-
ramının işə düşəcəyini gözləyirik. Pyotrla mən favoritlər arasındayıq. 
Bu  haqda  şəhərciyin  mütəxəssisləri  və  TASS  jurnalistləri  danışırlar. 
Dediklərinə görə, onlar daha çox bilirlər və heç vaxt səhv etmirlər. Tə-
limlərimiz bizi “Fotonlar”la birləşdirməyə başladı. Onlarla birgə qəza 
vəziyyətlərini məşq etmişdik, Kosmosda isə tamamilə başqa vəziyyət 
baş vermişdi. Kovalyonokla Ryumin çaşmışdılar. Missiyalarını uğur-
suzluqla bitirmişdilər. Yer kürəsinə iki gündən sonra qayıtdılar. “Sal-
yut-6” stansiyası ilə bağlı uçuşlar proqramı dondurulmuşdu. Uğursuz 
uçuşun nəticələri az qala bizə də toxunmuşdu.
Bir oktyabr günü, axşam saatlarında Klimuk evimə gəldi. Gözləri 
qızarmışdı, elə bil xəstələnmişdi. Səbəbsə daha pis idi. Hələ qapıdan 
dedi: “Ekipajımızı ayırmaq istəyirlər, uzunmüddətli missiyaya koman-
dir  lazımdır,  məni  də  o  proqrama  cəlb  etmək  istəyirlər”.  Ayaq  üstə 
dura bilmirdim. “Bu fikir kimin ağlına gəldi?” – soruşdum. “Konstruk-
tor Qluşkonun qrupunun” – bildirdi. Rəngim ağardı. Anladım: deməli, 
Kubasovun ekipajını irəli çəkmək istəyirlər. Yeni komandir, öyrəşmə 
və uçuş üçün şanslar az idi. “Suxoy zakon“u (içki qadağanı) pozduq. 
Səhərə kimi söhbət etdik. Əsəbi vəziyyət növbəti günün axşamı həll 
olundu. Leonov bizi sakitləşdirməyə gəldi. Növbəti gecəni də yatma-
dıq. Söhbətlər uzun və maraqlı idi. Gecənin yarısından sonra Leonov 
1965-ci ildə Belyayevlə Kosmosa ilk uçuşu haqqında danışmağa başla-
dı. Ona qulaq asarkən özümü xüsusi insan hiss edirdim, eyni zamanda 
da pərt olurdum. Onun uçuşu uğurlar zolağı kimi tərənnüm edilirdi. 
Kosmonavtika tarixində ilk dəfə insanın gəmidən qırağa çıxması, əl-
bəttə ki, uğur idi. Bu iş çox mürəkkəb olub və indiyə qədər də elədir. 


100
DÖRDÜNCÜ HISSƏ
Jurnalistlər və dilçilər üçün ən çətini bu vəziyyətin təsvir olunmasıdır. 
İnsanın “gəzməyi” və ya “orbitləndiyi” haqqında fikirləşirlər... Əsası 
odur ki, bacardı və bu, artıq hər zaman belə olacaqdır.
“Bu  tədbirin  həyata  keçirilməsi  məqsədi  ilə,  -  Leonov  danışmağa 
başladı, – amerikalıların həmin eksperimenti reallaşdıracağından eh-
tiyat edərək, “Vostok” gəmisinin şəkli dəyişdirildi. Oraya kabinədən 
yatabla çıxışı mümkün edən şlüz əlavə olunmuşdu. Təlim üçün vaxtı-
mız az idi. 14 yanvar tarixinədək nəzəri imtahanları verib, aşağı təzyiq 
kameralarında skafandrı texniki baxımdan yalnız 37 kilometr hündür-
lüyə qədər sınaqdan keçirmək vasitəsilə təlimlərə başladıq. Sonradan 
belə hündürlükdə təlim keçməyimiz gözlənilməyən hadisə ilə qarşılaş-
mağımızla nəticələnmişdi. Komandirim tamamilə etibar etdiyim dos-
tum Pavel Belyayev idi. Tapşırıq çox çətin idi. Mərkəzdə simulyatorlar 
yox idi, buna görə də təlimləri tikilən gəmidə keçirirdik. Vaxt azlığı, 
təlimlər və tələsməyimiz hətta yeddi təhlükəli vəziyyətin yaranması-
na səbəb oldu. Onlardan üçü həyatımız üçün təhlükəli idi. 18 martda 
“Vosxod-2” adlandırılan gəmi ilə Baykonur kosmodromuna yollandıq, 
– Leonov davam edirdi. – Startdan saat yarım sonra, yəni ikinci dövrə-
nin əvvəlində  gəmidən çıxmağa cəhd göstərdim. Pavel məni sığortala-
yırdı. Çətinliklə enmə aparatından şlüzə çata bildim. Darısqallığa görə 
yalnız başım öndə çıxa bilirdim. Pavel enmə aparatının lyukunu bağ-
ladı. Tək qaldım. Hava buraxan klapanı açdım və şlüzdə tam boşluqla 
qarşılaşdım. Skafandrımdakı havanın təzyiqi içimi şişirdirdi. Əllərim 
əlcəklərdən, ayaqlarımsa ayaqqabılardan çıxırdı. Tənzimləmə lentləri-
ni dartmam yardımçı olmadı. Əl və ayaqlarımın hərəkət etmələri çox 
çətin idi. Buna baxmayaraq, şlüzün lyukunu açıb, bir neçə dəqiqədən 
sonra içəri keçdim.  Yer kürəsinin yaxınlığında gəminin təsviri məni 
heyrətləndirdi. Gəmi ilə məni olduqca möhkəm bağlar birləşdirirdi.
Onlar üzməmi çətinləşdirirdi. Gəmidən artıq 5 metr məsafədə idim, 
bu haqda Yer kürəsinə məlumat verdim. Mənə elə gəlirdi ki, yaxınlıq-
da bədənimi parça-parça edəcək meteorlar uçur. Sabit mövqeni saxla-
ya bilmirdim. Gəmiyə qayıdışa başladım və təəccüblə şlüzün lyukuna 
yerləşmədiyimi anladım. Bir neçə dəqiqədən sonra vəziyyət daha da 
pisləşəcək. Yer kürəsi ilə məsləhətləşmələr üçün vaxtım yox idi. Risk 
etdim  və  təyinatlara  rəğmən  şlüzə  lazım  olduğu  kimi,  yəni  ayaqla-
rımla deyil, başımla girməyə çalışdım. Xarici lyuku bağladım. Şişmiş 
skafandrda içərini bütünlüklə tutmuşdum və hərəkət edə bilmirdim. 
Ümidsizlikdən  skafandrdakı  təzyiqi  600-dən  270-ə  qədər  azaltdım. 
Skafandr balacalaşdı... Çətinliklə diametri 1 metr olan daxili şlüzdən 
keçə bildim. Çox səylər göstərdim, ürəyim dəqiqədə 190 vuruşla dö-
yünürdü. Pavel bacardığı kimi mənə kömək edirdi. Səylər nəticəsində 
SƏMAYA APARAN PİLLƏKƏNLƏR


101
istinin vurmasını hiss etdim və boğulmağa başladım. Şlüzün germetik 
olmasını dəqiqləşdirmədən, tələsik şlemin şəffaf üzlüyünü enmə apa-
ratının açıq lyukuna baxmayaraq açdım. Gözlərimdə tərimin buzunu 
hiss etdim. Enmə aparatının lyukunu bağladıqdan sonra içəridə hava 
təzyiqi artmağa başladı. Norma 160 idi, cihaz isə 460 millimetr və da-
imi yüksəliş göstərirdi. Ən kiçik qığılcımdan belə partlayışın baş verə 
biləcəyini bilirdik. Səylərimiz – temperatur və rütubətin azaldılması – 
kömək olmadı. Yorğun və əsəbi halda yuxuya getdik. Oyanandan son-
ra əziyyətlərimizin səbəbini təyin etdik. İstəmədən skafandrı gəmi ilə 
birləşdirən tellə təzyiqi yüksəldən qoşucunu birləşdirdim”.
“Bununla  problemlərimiz  bitmədi,  –  Leonov  davam  edirdi.  Ona 
diqqətlə qulaq asırdıq. Uçuşundan indiyə qədər həyəcanlandığı görü-
nürdü. – Yer kürəsinə qayıdış proseduruna başladıq, lakin mühərrik 
səmti müəyyənləşdirmə sisteminin detektoru zədələndiyindən işə düş-
mədi. Növbəti dövrəyə keçdik. Yer kürəsindən manual enmə prosedu-
runu istifadə etməyimiz məsləhət görüldü. Bunu ilk olaraq biz etdik. 
Enmə punktunu seçdik, lakin rabitə sahəsində olmadığımıza görə, bu 
haqda Yer kürəsinə məlumat verə bilmirdik. Enməmiz haqqında dörd 
saat ərzində xilasedici vertolyotun Şimali Uralda tayqada paraşüt gör-
məsinə qədər heç bir məlumat yox idi. Skafandrımın ayaq hissələrində 
su - mənim tərim idi. Elə bilirdim ki, soyuqdan öləcəyəm. Skafandrları 
çıxarıb, alt paltarlarımızı sıxdıq. Yenidən geyindik. Çox şaxta idi, ona 
görə də enmə aparatından istilik saxlayan folqanı çıxarıb paraşütə bü-
ründük, beləliklə, üç soyuq gecəyə davam gətirə bildik. Sahə çətin idi, 
yardım üç gündən sonra gəlib çatmışdı. İsti geyim geyinəndən sonra 
isti yemək yedik və bir stəkan konyak içdik. Sevinc və həyat nəşəsi ye-
nidən qayıtdı”.
Öz səmimi hekayəsi ilə Leonov yaşadığımız stresə görə bizi müka-
fatlandırmaq istəyirdi. Təkrar edirdi: “Diqqətli olun, Kosmosa aparan 
yol asan deyil. Rəqibləriniz də var. Məndən yardım istəyə biləcəyinizi 
yadınızda saxlayın”. Bu, düzgün sözlər idi. Bir ay sonra, noyabr ayı-
nın  son  on  günündə  həkimlər  sağlamlığım  və  əhval-ruhiyyəmlə  çox 
maraqlanmağa başladılar. Özümü çox yaxşı hiss edirdim, buna görə 
də  əlavə  müayinə  təklifini  təəccüblə  qəbul  etdim.  Həkimlərimizdən 
əlavə,  Moskvadakı  Tibbi-Bioloji  Problemlər  İnstitutunun  mütəxəssis-
ləri  də  var  idi.  Müayinə  uğurla  bitdi,  lakin  hökm  məni  mat  qoydu: 
“Miroslav, badamcıq vəzlərin şişib və irinləyib”, – “yad” həkim dedi. 
O dəqiqə özümü ələ aldım: “Axı mən angina xəstəliyini keç vaxt ke-
çirməmişəm, bircə dəfə qriplə xəstələnmişəm”. “Narahat olma, baxa-
rıq, nə isə edərik”. – bitirdi. “Öz” həkimimizin yanına qaçdım. Artıq 
bu haqda məlumatı var idi. Məni dinləyib müayinə etmədi, əlavə etdi 
SƏMAYA APARAN PİLLƏKƏNLƏR


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə